266
Üst Paleolit dövründə ovçuluq daha da genişlənmişdir. Bu
dövrdə qədim insanlar əsasən Qafqaz maralı, dağ keçisi, cüyür,
ceyran və başqa heyvanları ovlamışlar.
Üst Paleolit mədəniyyətinə keçid qədim insanların
həyatında, təsərrüfatında, həyat tərzində, ideologiyasında və əmək
alətlərinin hazırlanmasında mühüm dəyişiklərə səbəb olmuşdur.
Bu dövrdə daşdan və sümükdən daha incə və universal əmək
alətləri hazırlanmışdır. Artıq üst Paleolit dövründən başlayaraq
daş və heyvan sümükləri üzərində incəsənət nümunələri meydana
gəlmiş və üst Paleolit dövründə prizmaşəkilli nukleuslardan yeni
texniki üsullarla hazırlanmış uzunvari, bıçaqşəkilli çaxmaqdaşı
lövhələrdən qaşov, qaşovcuq, tiyə, biz, ucluq və s. kimi daş alətlər
hazırlanmışdır. Bu alətlərin çoxu sümük və ya ağac dəstəkli
(saplaqlı) olmuşdur. Daş alətlərlə yanaşı, sümükdən hazırlanmış
biz, bıçaq, qarmaq, süngü, iynə və s. alətlərdən də istifadə
olunmuşdur. Son Paleolit dövrünün insanları əsasən mağaralarda,
qazmalarda
və
əsasən yerüstü daxmalarda yaşayırdılar.
Azərbaycanda üst Paleolit dövrünə aid maddi mədəniyyət
nümunələri Tağlar düşərgəsinin II təbəqəsindən, Damcılı
mağarasından Yataq yeri, Zar açıq yaşayış məskənlərindən
Qobustanın “Qayaarası” düşərgəsindən, Masallı rayonunun
Hişkədərə kəndindən və Viləş çay vadilərindən qeydə alınmışdır
(Cəfərov, 2005).
267
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki,
üst Paleolit dövründə zəngin qəbir avadanlığına malik müxtəlif
dəfn adətləri mövcud olmuşdur. Bu dövrün insanları fiziki
cəhətdən (neantrop, kromanyon və s.) müasir insan formasında
olmuşlar. Azərbaycan ərazisində üst Paleolit XII minillikdə
Mezolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu vaxtdan insanların
mənəvi həyatında daha mühüm dəyişikliklər baş vermişdir.
2001-2005-ci illərdə Ə.Q.Cəfərovun Avropa alimləri ilə
apardığı Beynəlxalq İNTAS-2000 proqramının elmi tədqiqi
zamanı müəyyən olunmuşdur ki, Daş dövrü sakinlərinin mənəvi
aləmində
planetimizin
ilk
sakinlərinin
həyatında
oxşar
xüsusiyyətlər çox olmuşdur (Cəfərov, 2004).
Ə.Q.Cəfərovun Fransada apardığı elmi tədqiqat işləri
zamanı Fransanın dünya şöhrətli Vallone, Terra-Amata, Kondel-
Araqo, Lazaret paleolit düşərgələrindən aşkar olunmuş maddi
mədəniyyət qalıqları ilə çoxtəbəqəli Azıx paleolit düşərgəsinin
qədim aşel və mustye arxeoloji mədəniyyətlərinə aid tapılmış
əmək alətlərinin tipologiyasında oxşar əlamətlər qeydə
alınmışdır. Eyni zamanda qeyd olunan qədim insan düşərgəsində
məskunlaşmış insanların ovçuluq təsərrüfatında da oxşar
xüsusiyyətlər izlənmişdir (Cəfərov, 2006).
İlk ibtidai insan yarandığı gündən yaşamaq üçün təbiətlə
mübarizə aparmışdır. O, çaydaşından alət hazırlamaqla gələcək
268
həyat fəaliyyətinin uğurlarının təminatını yaratmışdır. Zaman
keçdikcə həmin daş alət təkmilləşmiş və ulu sakinlərin həyatının,
təsərrüfatının və mənəvi aləminin zənginləşməsinə xidmət
etmişdir.
XI FƏSĠL
AZƏRBAYCANIN YERÜSTÜ (AÇIQ) DAġ DÖVRÜ
ABĠDƏLƏRĠ
1.AĢel dövrü
Azərbaycanın yerüstü paleolit düşərgələri əsasən Aşağı
Xəzər (Gürgən) dövründə, Poylu- Yağlıca arası ərazidə, indiki Kür
269
çayının hər iki sahilini əhatə etmiş böyük göl hövzəsinin ətrafında
qeydə alınıb tədqiq edilmişdir (Mənsurov, 2005).
Açıq paleolit düşərgələrini geoloji, arxeoloji ardıcıllıqla
vermək daha məqsədə uyğundur. Respublikamızın ərazisində ən
qədim (hələlik) açıq (yerüstü) paleolit düşərgəsi (abidəsi) Qara
düzdür. Arxeoloji meyarla orta aşelin əvvəlinə, geoloji təsəvvürlə
Bakı (mindel) əsrinin əvvəlinə (başlanğıcına), arxantropların
paleoantroplara keçid mərhələsinə zəmin yaradan dövrünə aid
etmək olar (Mənsurov, 2005).
Qara düz abidəsi 1988-ci ildə qeydə alınmışdır. Yaşayış
yeri Kür çayının sol sahilində, Ceyrançölün Ağ göl sahəsinin
şimal-şərqində, Keşik dağının cənub ətəyi maili düzənlikdə,
Abşeron-Bakı yaşlı terras üzərində yerləşir. İbtidai insanın əmək
fəaliyyətindən qalmış əşya çay çöküntüsündən götürülmüş vulkan
mənşəli qara rəngli andezit daşından düzəldilmişdir. Daş
məmulatı içərisində bir neçə yüz ədəd nüvə, qəlpə, lövhə və onlar
üzərində hazırlanmış alət vardır. Əldə olunmuş daş materialının
üçdə bir hissəsini alətlər təşkil edir. Təhlil-təsnifat içləməsi
göstərir ki, abidə xammalın ilkin seçilmə, nüvə hazırlama, qəlpə-
lövhə alma istehsalı, qismən də alət düzəltmə yönümlü olmuşdur.
Abidədə 205 ədəd daş məmulatı tapılmışdır.
270
Nüvələr (23 ədəd) bir neçə başlanğıc-sınaq mərhələsində
(ölçüsü 18 sm), digər qismi orta işlənmə həddində, əksəri son
qəlpələmə vəziyyətindədir.
Birinci iki növ nüvələr bir vurma səthli, bir üzü
işlənmişdir. Son həddə qalmış nüvələr də bir üzdən işlənmişdir.
Lakin başlıca olaraq bir vurma səthli, radikal qəlpələmə sistemli
nüvənin eninə və uzununa vurma səthli olub, xaç şəklində
qoparılmış və birgə iki qütbündə vurulub lövhə alınmış üçbucaq
şəkilli nüvə, onlara müvafiq gələn qəlpə daş məmulatı arasında
olduqca azdır.
Qara düz abidəsində maraqlı texniki üsul nüvələri, kliver
(balta) iskənə, qaşov, yonucu tipli alət kimi işləmək nəzərə çarpır.
Bu emalatxana düşərgədə iti uclu və bütöv biryanlı, ikiyanlı
alətlər (qaşov) azlıq təşkil edir. Bu da həm abidənin qədimliyi,
ilkin istehsal- yarım fabrikat hazırlama məntəqəsi rolunu oynaması
ilə izah edilə bilər. Burada mükəmməl işləkli alətlər, iriölçülü
lövhələr bariz şəkildə nəzərə çarpır.
Ağır iri alətlər – kliver (balta,haşero), iskənə tiplilər.
Birincilərdə, sanki qabarıq qalın düzbucaqlı nüvənin yanlarını düz
vurub və əks ucunu yuxaldıcı qoparmaqla işlənmişdir. İskənə
şəkilli alətlərdə nüvə qalığı üzərindədir, onların iki üzü də
işlənmişdir. Əks ucları qalın və hamardır.
Dostları ilə paylaş: |