258
Xətlərin hamısı dişli daş alətlə çəkilmişdir. Güman etmək olur ki,
ayı kəlləsi üzərində çəkilmiş xətlər azıxantropların ideoloji və
mənəvi aləmi ilə bağlı olaraq meydana çıxmışdır. Maraqlıdır ki,
ayı kəlləsi üzərində olan xətlərin 7-si bir-birinə paralel, 8-ci isə
çarpaz çəkilmişdir. Arxeoloji ədəbiyyatlarda belə tapıntıya nadir
hallarda rast gəlmək olur. Bu xətlərin ibtidai insanlarda say
göstərdiyini və yaxud daş məmulatı üzərində 7 rəqəmin müqəddəs
rəqəmlər olduğunu söyləmək olar. Lakin bəzi tədqiqatçılar isə bu
xətlərin ibtidai insanlarda ilk incəsənət, ilk təsvirlərin meydana
çıxması əlaməti olduğunu göstərirlər. Professor Stolyarın fikrincə,
ayı kəlləsi üzərində olan xətlər ibtidai insanların ilk incəsənət
təsəvvürlərinin meydana çıxmasını göstərir və təsvirlər qaya
təsvirlərindən olduqca qədimlərdə meydana çıxmışdır (Stolyar,
1978).
Azıx mağara düşərgəsinin V təbəqəsindən tapılmış ayı
kəlləsi üzərində xətlərə bənzər tapıntı Almaniyanın Turinqi
ərazisində olan Bilsinsibendən aşkar olunmuşdur (Borisovski,
1979).
Azıx mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar
zamanı müəyyən olunmuşdur ki, ulu sakinlərimiz orta Aşel
mədəniyyəti dövründə düşərgənin içərisində torpaqda qazma
üsulu ilə ocaqlar qurmuşlar. Aparılan elmi axtarışlar zamanı
düşərgənin orta aşel təbəqəsindən üç ocaq yeri qeydə alınmışdır.
259
Ocaqlardan biri 4 kv. m sahəni əhatə edir. Maraqlıdır ki, ocağın
hər tərəfinə yandırılmış ağac külündən dərin sədd çəkilmişdir.
Əsas diqqəti cəlb edən cəhət ocağın yanında əhəng daşlarından
qurulmuş divar qalığının müəyyən olunmasıdır. Divar qalığının
hündürlüyü 30 sm-dən bir qədər artıq idi. Bu divarın yanında daha
bir kiçik ocaq yeri aşkar olunmuşdur. Maraqlıdır ki, ocağın hər iki
tərəfi yastı əhəng daşları ilə əhatə olunmuşdur. Azıxda orta Aşel
mədəniyyətinə aid təbəqəsindən üç ocaq yerinin qeydə alınıb
tədqiq olunması düşərgənin qədim sakinlərinin ictimai- iqtisadi
həyatında ocağın mühüm yer tutduğunu göstərir. Azıx
düşərgəsində zəngin ocaq qalıqlarının müəyyən olunması ibtidai
insanların mənəvi aləmində onun əsaslı mövqe tutmasına dəlalət
edir (Hüseynov, 1982, 1985).
Azərbaycanın qədim
insan düşərgələrində aparılan
arxeoloji tədqiqatlar nəticəsində Paleolit dövründə ibtidai
tikililərin meydana çıxması elmi əsaslarla sübuta yetirilmişdir.
Bütün Qafqaz və Yaxın Şərq ərazisində Paleolit dövrünə aid ilk
ibtidai tikinti yeri Azıx düşərgəsinin V təbəqəsində müəyyən
olunmuşdur (Hüseynov, 1985). Fransa ərazisində aparılan
arxeoloji tədqiqatlar zamanı Terra-Amata düşərgəsindən də qədim
tikinti yeri aşkar olunmuşdur. Professor A.Lümleyin fikrinə görə,
Terra-Amata düşərgəsində qeydə alınmış qədim tikinti yerində
ibtidai adamlar müvəqqəti yaşamışlar (Lümley, 1969). Azıx və
260
Terra-Amata mağara düşərgəsində aparılan arxeoloji tədqiqatlar
zamanı qeydə alınmış ibtidai tikinti yeri hazırda ən qədim tikili
yeri hesab olunur və ilk memarlığın tarixi də bu zamandan, yəni
orta Aşel mədəniyyəti dövründə hesab olunur.
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən
olunmuşdur ki, istər Azərbaycanın, istərsə də Qafqaz və Yaxın
Şərq ölkələri ərazisində 120 min il bundan əvvəllər son Aşel
mədəniyyəti Mustye mədəniyyəti ilə əvəz olunmuş və qədim
sakinlərin həyatında mühüm inkişaf baş vermişdir (Cəfərov,
2004).
Ümumiyyətlə, Azıx düşərgəsinin qədim və orta Aşel
mədəniyyətlərinə aid təbəqələrində aparılmış arxeoloji qazıntılar
nəticəsində ibtidai icma dövrünün tarixinə aid zəngin maddi
mədəniyyət nümunələri tapılmışdır. Tapılmış arxeoloji materiallar
əsasında ulu Azıx sakinlərinin qədim və orta Aşel dövründə
əsasən ovçuluqla məşğul olduqları müəyyən edilmişdir.
Düşərgədən tapılmış fauna qalıqları əsasında müəyyən
olunmuşdur ki, ovçuluq təsərrüfatının əsasını mağara ayısı və
müxtəlif maral növləri təşkil edir. Ümumiyyətlə, azıxantropların
ən çox ovladıqları heyvanlar içərisində ayı faiz hesabı ilə birinci,
maral isə ikinci yeri tutmuşdur. Həmin heyvanların belə çox
ovlanması, ilk növbədə, ibtidai sakinlərin iqtisadi tələbatlarından
irəli gəlmişdir. Eyni zamanda güman etmək olar ki, ayı və
261
maralların ovlanması qədim mağara adamları üçün daha əlverişli
olmuşdur. Qədim azıx sakinləri bu heyvanların sümüklərindən
əmək alətləri də hazırlamışlar. Aparılan arxeoloji qazıntılar
zamanı Azıx düşərgəsinin V-VI təbəqələrindən kobud şəkildə
yonulmuş sümükdən əmək alətləri qeydə alınmışdır (Hüseynov,
1975, 1985).
İstər Avropa, istərsə də Qafqaz paleolit düşərgələrində
aparılan arxeoloji tədqiqatlar zamanı ibtidai insanların mənəvi
aləmini əks etdirən zəngin maddi mədəniyyət nümunələri əldə
olunmuş və həmin arxeoloji materiallar əsasında ibtidai insanların
həyat tərzi, alət hazırlama xüssusiyyətləri və mənəvi aləmi tədqiq
olunmuşdur (Lümley, 1969, 1998, 2000).
Aparılan arxeoloji qazıntılar nəticəsində dünyanın paleolit
düşərgələrindən aşkar olunmuş Aşel mədəniyyətinə aid
abidələrindən maral və ayı sümüklərinin daha çox aşkar olunması
alimlərin diqqətini cəlb etmişdir. Eyni zamanda bu heyvanların
bəzən kəllə qapaqlarının düşərgənin giriş hissəsinin küncündə və
yaxud qaranlıq guşədə qoyulması müəyyən ayinlərlə əhatə
olunmuşdur. Bu tapıntılar təsadüfi hadisə olmayıb, əksinə, o
dövrün ideologiyasının və yaxud da ilk ibtidai dini təsəvvürlərin
meydana çıxması ilə əlaqədar olmuşdur. Burada başlıca olaraq
maraq doğuran hadisələrdən ən əsası mağaralarda ayı kəllələrinin
gizli yerdə saxlanmasıdır. Mağara ayısı kəllələrinin Azıx
Dostları ilə paylaş: |