271
Qara düzdə dişli-gəzli və dimdik, buruncuq şəkilli alətlər
iri ağır alətlər kimi massiv hazırlıqlar üzərində düzəldilmişdir.
Onların kəsmə, sıyırma, çapma sahəsində istifadə olunmasını
söyləmək olar.
Qaşovlar az olsa da orijinal və dövrə xarakterik alətlərdir.
Trapes formalıdır. Yanları maili vurulub yuxaldılıb, enli ağzı iri
fasetlərlə işlənmişdir. Yanlarında dəstəyə bərkitmək üçün yivlər
açılmışdır. Bunlar yastı təbii andezit parçaları üzərindədir.
Əsasları düzdür. Qəlpələr üzərində alt üzdən dişəkli alətlər də
vardır. Yuxarı ucu çəp vurulmuş uc qaşovu qabarıq və düz ağızlı
qaşovlarda üstün yer tutur. Alətlərin bir qismini çoxfunksiyalı
alətlər təşkil edir. Onlar qısa yuxa lövhələr üzərindədir. Gah alt,
gah da üst üzdən itiləndirici dişəklə işlənmişdir. Küncləri yonma,
sıyırma iş elementlidir. Deşmə, burma işlərində istifadə oluna
biləcək alətlər də vardır. Hələ ibtidai insanın əmək fəaliyyəti
dairəsinin cəmi bir neçə əməliyyatı əhatə etdiyi duyulur.
Lövhələr üzərində olan alətlər də maraq doğurur.7-si iri,
10-u orta ölçüdədir. Bir yanı adətən təbii qabıqda, o biri yanı
dişəkdədir. Bəzilərinin uzunluğu 15 sm-ə çatır, eni 4-5 sm
arasındadır. Əsasən bıçaq kimi və nizə ucluğu rolunda çıxış edə
bilərdi. Bir ədədi iki ucda da kəsilmiş və altdan üstə tərəf
işlənmişdir. Bəzən ucları itilənmişdir.
272
Kəsərlər qalın massiv qəlpələrin aşağı və ya yuxarı ucunda
iki üzdən də yardımçı işlənmələrlə alınmışdır. Ağız
hissəküncündə işlək yer vardır. Bərk material üzərində istifadədən
kütləşmişdir.
Qeyd etdiyimiz kimi, Qara düz abidəsində nüvələr və
arıtlama qəlpələri qabarıq nəzərə çarpır. Alətlər xüsusi qəlpə və
lövhələr üzərində hazırlanmışdır. Bununla belə tapıntı sahəsinin
bəzi kvadratlarından bütün parametrləri qədim aşelə uyğun qəlpə
və lövhələr tapılmışdır. Qəlpələr enli, uzunsov nazikdir. Lövhələr
düzgün biçimli, paralel yanlı və kifayət qədər uzundur. Amma bu
qəbil hazırlıqlar ikinci işlənməyə uğramamışdır. O la bilsin,
yararlı hazırlıqlar başqa yerə - ov bərəsində və ya müvəqqəti
dayanacaq məntəqəsinə aparılmaq üçün hazırlanmışdır. Belə
səhnələri biz Qayalıda, Çaxmaqlıda və Daşsalahlıda müşahidə edə
bilərik. Qara düzü emalatxana – düşərgə adlandırmaq olar.
Alətlərin bəzi nümunələri 142-ci şəkildə göstərilmişdir.
Ceyrançöldə digər aşel abidəsi Sarı burundur. Yaşayış yeri
Ağ göldən şərqə, Karvan dərəsinin tirələrarası düzənliyə çıxdığı
sahədə, təpə ətəyi ərazidə yerləşir. Abşeron-Bakı çay terrası
üzərində salınmışdır. Qara düz abidəsində olduğu kimi, Sarı burun
qədim paleolit yaşayış yerində də xammal kimi andezit daşından
istifadə edilmişdir. Mütəxəssislərin fikrincə, andezit cinsli daş
süxurları çay vasitəsilə Kiçik Qafqaz dağlarından gətirilmişdir.
273
Belə ki, Qabırrı (İori) çay vadisində belə süxurlara rast
gəlinməmişdir.
Sarı burun ərazisindən 80-ə yaxın daş məmulatı
tapılmışdır. Materiallar relyefin üst çöküntü qatı ilə əlaqədardır.
Onların aşınmaya cüzi məruzluğu, tillərin itiliyi, sığallanma və
diyirlənmənin hiss olunmaması, hətta bəzilərinin üzərində yüngül
patinadan əlavə əhəng qabığının yaranması məmulatın lay
tərkibində olmasına və çöküntü daxilindən yaxın dövrlərdə üzə
çıxmasını göstərir.
Daş məmulatı arasında nüvələr qabarıq yer tutur (26 ədəd)
və bir neçə tipdə təmsil olunmuşdur. Qoparmalar bir üzdən
getmişdir. Formalarına görə orta və son həddə qalmış nümunələri
nəzərə çarpır. Bir qism nüvənin üzərində paralel izlər olmaqla yarı
boyu üstə tərəf xırda fasetlər getmişdir. Tısbağa şəkilli nüvələr də
vardır. Qəlpələnməyə hazırlanmanın bir səpkili əlamətləri və
nüvələr üzərində neqativləri levallua prinsipində olduğunu
göstərən dəlillərdir.
Bu qədər levallua xarakterli nüvələrin mövcudluğu
qarşısında onlara müvafiq qəlpə və lövhələr cüzi miqdardadır.
Alətlər başlıca olaraq üz və çıxdaş qəlpə üzərində hazırlanmışdır.
Çopperlər (5 ədəd), balta (haşero) tipli alət (2 ədəd), qaşovlar (4
ədəd). Sonuncu alətlər biryanlıdır, ağız hissələri yarımdik sığallı
retuşludur. Mükəmməl işlənmiş nümunələri vardır. Kina tipli
274
qaşov diqqəti daha çox cəlb edir. Uc qaşovları qısa qəlpə və
lövhələrdə formalaşıb, yuxarı ucları əsas iş elementi kimi
dişəklənsə də hazırlığın adətən bir yanı alt üzdən dişəklənmişdir.
Sarı burun abidəsində lövhələır xüsusi seçilir. Bəzilərinin
uzunluğu 8-15 sm, eni 3-7 sm, qalınlığı 1,5-2 sm-dir. Bu yaşayış
yeri üçün orijinal, dəhrə formalı alətlər xarakterikdir. Ona görə də
onları “Ceyrançöl tipli dəhrə formalı alət” kimi qeydə almağı
məqsədəuyğun hesab edirik. Bu tipə yaxın daha massiv və qədim
alət Azıx (Hüseynov, 1975), Kudaro (Lübin, 1980) və Soni
(Kalandadze, 1965) mağara düşərgəsinin aşel təbəqələrindən əldə
olunmuşdur.
Yerüstü paleolit düşərgələrinin böyük bir qrupu Kür
çayının sağ sahili boyu, Kiçik Qafqazın şimal-şərq ətəklərində,
aşağı dağlıq qurşağında aşkar edilmişdir. Bunların sırasında ən
böyüyü və həm də qədimi Qayalı abidəsidir. O, Qazax rayonunun
II Şıxlı kəndindən 7 km cənubda, Acı dərənin yuxarısında, Kəkil
dağının şərq ətəyində yerləşir. Material hündür terras üzərində
qalmışdır. Cənub və şimal səmtlərində sərt yamaclı dərə vardır.
Abidə 1965-ci ildə axtarış kəşfiyyat işləri zamanı qeydə
alınmışdır. Tədqiqatlar sonrakı beş ildə davam etdirilmişdir. 3017
daş məmulatı tapılmışdır.
1967 və 1969-cu illərdə geomorfoloq N.Ş.Şirinov paleolit
abidələri mövcud olan rayonlarda xüsusi geomorfoloji tədqiqat işi
Dostları ilə paylaş: |