279
Daş məmulatı içərisində çoxlu miqdarda nukleus üçün
hazırlıq və saysız qopuqlar (arıtlama məhsulu) vardır.
Qeyd etdiyimiz kimi nüvələri formaya salma texnikası
və onların tipləri yalnız bu abidəyə məxsusdur. Onların bəzilərinə
ətraf ölkə abidələrində də rast gəlinmir. Ona görə də bu nüvələri
“qayalı tipli nüvələrə hazırlıq formaları” adlandırmaq daha
məqsədə uyğundur.
Amma tipologiya və dişəkləmə üsullarına Qərbi Azərbaycan
və ona bitişik ərazi abidələrində oxşarlıq vardır. Qayalı daş
məmulatının təhlili imkan verir deyək ki, yaşayış yerində eyni
qədim insan dəstəsinin bir neçə nəsli əmək fəaliyyətini davam
etdirmişdir.
Daş
məmulatı
üzərində
müşahidələr
texnikada
təkmilləşməni, tipologiyada inkişafı aydın göstərir. Yaşayışın ən
qədim layı aşelin ikinci yarısına müvafiq gəlir.
Qərbi Azərbaycanın aşağı dağlıq qurşağın maili
düzənliklə qovuşduğu sahədə İncəsunun sol sahili hündür
terrasdan və Acı dərənin aşağı və orta hissələrindən, həmçinin
Kəmərli kəndi ətrafından və bir də Yuxarı Salahlı kəndindən
şərqə, Aşel dövrünə aid bifas, qəlpə və nüvələr tapılmışdır
(Mənsurov, 1971; Lübin, 1984). Bunlardan xarakterik alət
nümunələrini xüsusi qeyd etmək məqsədə müvafiqdir.
280
Uzunsov yarpaqşəkilli nizə ucu yumşaq slanes cinsli
yaşımtıl boz rəngli daşdan hazırlanmışdır. Səthi bir qədər cəng
bağlayıb, yüngül məsaməlidir, sarımtıl boz rəngə çalır. Kənar və
qabırğaları sığallı haldadır. Uzunluğu 21 sm, qalınlığı 3,2 sm, eni
7 sm-dir.
Alət üçün hazırlıq kimi, görünür çox uzun qalın üz qəlpəsi
götürülmüşdür. Alətin üzü də qısa enli fasetlərlə işlənmişdir. Bu
işləmələr alətin alt, üst səthlərində onun orta oxu boyunda
edilmişdir. Buna oxşar alət Gürcüstanda, İnquri çayı hövzəsində
(Minqreli) tapılmışdır. Bu tip alət Azov dənizi ətrafı Beqlisadan
(Praslov, 1968)
məlumdur. Belə alətlərin daha təkmili
Orconikidze şəhəri yaxınlığında mustye yaşayış yerindən əldə
olunmuşdur (Lübin, 1967). Bizim təsvir etdiyimiz alət Qərbi
Azərbaycanda dağətəyi qurşağın maili düzənliklə qovuşduğu
sahədədir. Tapıntı yeri II Şıxlı (Qazax rayonu) kəndindən 2 km
cənub şərqdə Acı dərənin orta bərabərində, onun şimal sahəsindən
tapılmışdır. Buradan nizə ucu ilə birgə üçbucaq biçimli hamar
vurma səthli nüvə, massiv oval qəlpə də tapılmışdır.
Acı dərədəki nizə ucu hazırlanma texnikasına, forma,
tapılma şəraiti-relyefinə gətirilən müqayisələrə görə son Aşel
dövrünə uyğun gəlir.
Badamşəkilli çapacaq Kür çayının sağ qolu İncəsu
hövzəsindən, Aslanbəyli kəndi yaxınlığında dağətəyi qurşaqdan
281
çaydaşı, çınqıl, gil, qum qarışıq təpədən tapılmışdır (Mənsurov,
1972).
Alət
vulkan
mənşəli
andezit-bazalt
çaydaşından
hazırlanmışdır. Uzunu 11,9 sm, eni 7,6 sm, qalınlığı 4,4 sm-dir.
Profildə asimmetrikdir. Bir yanı qabarıq, digəri batıqdır. Yuxarı
ucu sivri olub nazildilmişdir. Küp hissə hamar və qalındır. Batıq
yanı tərəf təbii qabıqdadır. Tutacaq hissədə təbii qabıq
saxlanılmışdır. Qabarıq yanı daha mükəmməl işlənmişdir. İki səthi
də əvvəl iri fasetlərlə, ikinci növbədə retuşla işlənmişdir. Bi kiçik
dişəklər çapacağın yan xətlərində eyniliyi bir qədər götürmüşdür.
Bu çapacaq Çiaturi rayonundan tapılmış bir neçə difasla müqayisə
oluna bilər. Belə çapacaqlar orta aşel, qismən də yuxarı aşel
abidələrindən əldə olunuşdur.
Yarpaqşəkilli difaslara son Aşel və qədim Mustye
abidələrində də rast gəlinir. Aşel dövrünə aid çapacaq, massiv
nüvə və oval formalı iri qəlpə Yuxarı Salahlı kəndi yaxınlığından
əldə olunmuşdur (Lübin, 1998).
Kiçik Qafqazın şimal-şərq ətəyində qeydə alınmış daha bir
paleolit yaşayış yeri Şişquzeydir. O, 1965-ci ildə axtarış-kəşfiyyat
işləri zamanı qeydə alınmışdır. Abidə Qərbi Azərbaycanın
Köçəsgər kəndi ətrafında yerləşir. Burada aşağı dağlıq qurşaqda
Enli döş deyilən sahənin müxtəlif səmtlərində cürbəcür texniki
yönümlü abidələr aşkar edilmişdir. Bunların hər biri xammalın
rəngarəngliyi, məmulatının saxlanma dərəcəsi, hazırlanma
282
texnikası və alət tərkibinə görə bir-birindən tamam fərqlidir (şəkil
150-153).
Şişquzeydə daş məmulatı yəhərvari aşırımda 60x20 m
sahədə cəmləşir. Materialın yayılan yeri kvadratlara bölünüb
öyrənilmişdir. Cəmi 1075 əşya toplanmışdır. Xammal kimi
göyümsov mergel cinsli çaxmaqlaşmış əhəng daşından istifadə
olunmuşdur. Qayalı düşərgə emalatxanasında olduğu kimi, burada
da qaya çıxıntısı və təbii daş yumruları mövcud olan sahədə
düşərgə salınmışdır. Yaşayış yerində qoyulan yoxlama xəndəyi
Qayalıda açılan geoloji horizontları bir növ yada salır.
Şişquzeydə paleolit məmulatı 80 m- lik terras üzərində
qeydə alınmışdır. Geomorfoloqun (N.Şirinov) fikrincə, terrasın
yaşı alt Xəzər (Gürgən) dövrünü tutur. Abidədə üç mövsümdə
tədqiqat getmişdir.
Daş məmulatı arasında 46 nüvə, 146 alət, qalanı isə qəlpə
və tullantıdır. Material qalın örtüklüdür. Məmulatın üzərində
hamarlama, aşınma daşların az-çox dərəcədə çaxmaqlaşmasından
asılı olmuşdur.
Şişquzeydə qəlpələmə texnikası, nüvələrin çoxnövlüyü və
hazırlıqların çox seriyada olmasından yaxşı izlənir.
Nüvələr sırasında orta mərhələdə qalmış nümunələr azlıq,
axıradək işlənənlər əksəriyyət təşkil edir. Nukleusları aşağıdakı
qruplara bölmək olar:
Dostları ilə paylaş: |