Daha çox iri bronxların selikli qişasının zədələnməsi (traxeobronxit) ilə keçən kəskin bronxitin I mərhələsində (bəlğəm əmələ gələnə qədər) hansı qrup dərman preparatlarının təyin edilməsi məsləhət görülmür?


) Aspirin bronxial astması olan xəstəyə hansı dərmanı vermək olmaz?



Yüklə 2,35 Mb.
səhifə12/24
tarix17.11.2017
ölçüsü2,35 Mb.
#10730
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

742) Aspirin bronxial astması olan xəstəyə hansı dərmanı vermək olmaz?
A) Qlükokortikosteroidlər

B) İntal


C) Teofedrin

D) Montelukast

E) Zafirlukast
Ədəbiyyat: Р. М. Хаитов «Клинические рекомендации. Аллергология» 2006 г.
743) Aşağıdakılardan hansı anafilaktik şoka aiddir?
A) Anafilaktik şok zamanı qlukokortikosteroidlər ilkin seçim preparatıdır

B) Anafilaktik şok sürətli tip allergik reaksiyalara aiddir

C) Anafilaktik şok zamanı qan zərdabında -triptazanın normadan artıq yüksəlməsi qeyd olunur

D) İldırımvari anafilaktik şok ən xoşxassəli formadır

E) Anafilaktik şok zamanı arterial təzyiqin yüksəlməsi qeyd olunur
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 3
744) 44-yaşlı xəstə konservləşdirilmiş balıq yedikdən sonra subfebril hərarət, bədənində qaşınma, övrə əlamətləri, qarında gurultu hissi, diareya olmasından şikayətlənir. Qanın ümumi analizində: eoz-2% təşkil edir; ümumi Ig E miqdarı – norma daxilindədir. Anamnezində xroniki qastroduodenit qeyd olunur, allergik xəstəliklərin olmasını inkar edir. Düşündüyünüz ilkin diaqnoz:
A) Anafilaktoid reaksiya

B) Qida allergiyası

C) Dizenteriya

D) Xroniki qastroduodenitin kəskinləşməsi

E) Botulizm
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.560
745) Atopik dermatitin müalicəsi zamanı yerli istifadə olunan qlükokortikosteroid preparatlar hansı təsiri göstərmir?
A) Antiallergik təsir

B) Qaşınma əleyhinə təsir

C) İmmunostimulyator təsir

D) Antiproliferativ təsir

E) İltihab əleyhinə təsir
Ədəbiyyat: Под ред. Р. М. Хаитов Н. И. Ильина. «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
746) Bronxial astma fonunda qanda İgE-nin miqdarının artması (> 1000 nq/ml) və proksimal bronxoektazların əmələ gəlməsi hansı xəstəlik üçün xarakterdir?
A) Sarkoidoz

B) Ekzogen allergik alveolit

C) Allergik bronx-ağciyər asperqillozu

D) Leffler I sindromu

E) Fibrozlaşan alveolit (Xammen-Riç sindromu
Ədəbiyyat: Аллергология и иммунология национавльное руководство. Гл. ред. Акад. РАН «РАМН Р.М. Хаитов, проф. Н.И.Ильина Москва «Ботар медиа 2009 səh.596
747) Anafilaktik şok zamanı xəstəyə hansı düzgün vəziyyət verilməlidir?
A) Xəstəyə oturaq vəziyyət verilməli

B) Xəstə hərəkət etməli

C) Xəstə ayaqüstə durmalıdır

D) Xəstə qarnı üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı

E) Xəstə ayaqüstə durmalıdır Xəstə arxası üstə uzanmalı, ayaqları 30° bucaq altında qaldırılmalı
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
748) Ekzogen allergik alveolitin kəskin dövrünün müalicəsində ən təsirlisi hansıdır?
A) Sistem qlükokortikosteroidlər

B) Göbələk əleyhi dərmanlar (İtrakonazol, Amfotericin və s.)

C) Sadalananların heç birisi

D) İnhaliyasion qlükokortikosteroid

E) Antihistaminlər vena daxilinə
Ədəbiyyat: Р.М.Xаитов национальное руководство 2009, səh.588
749) Bronxial astma diaqnozunun qoyulması zamanı bronxial obstruksiyanın kəskinliyi və geriyə dönməsini qiymətləndirmək üçün seçim üsulu nədir?
A) Bronxoskopiya

B) Spirometriya (bronxodilatatorlarla sınaq)

C) Kompyuter tomoqrafiya

D) Pikfloumetriya

E) Qanda eozinofil kationik zülalın təyin olunması
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 35
750) Bronxial astma xəstələrinin vəziyyətinə nəzarət etmək üçün nədən istifadə edilir?
A) Ağciyərlərin auskultasiyası

B) Qanda ümumi İgE-nin səviyyəsinə nəzarət

C) Gündəliyin yazılması

D) Pikfluometriya

E) Qanda spesifik İgE-nin dəyişməsinə nəzarət
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
751) Tərkibində təbii salisilatlar olan qida hansıdır?
A) Sadalananların hamısı

B) Böyürtkən

C) Ərik

D) Şaftalı



E) Çiyələk
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
752) Tərkibində təbii salisilatlar olmayan qida hansıdır?
A) Qarağat

B) Kişmiş

C) Sadalananların heç birisi

D) Portağal

E) Yemiş
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 86
753) Anafilaktik şokun neçə klinik forması var?
A) 3

B) ) 1


C) 5

D) 2


E) 4
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
754) Aşağıda göstərilənlərdən hansı AŞ-un klinik formalarına aid deyil?
A) serebral

B) abortiv

C) abdominal

D) asfiksik

E) hemodinamik
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh. 483
755) Övrə zamanı dəri əlamətləri hansılardır?
A) Qabıqlanma və piqmentasiya

B) Urtikariya

C) Davamlı piqmentasiya

D) Çapıq


E) Qabıqlanma
Ədəbiyyat: В. Адо. «Аллергия» 1985 г.
756) AŞ zamanı ilk seçim preparatı aşağıdakılardan hansıdır?
A) adrenalin

B) dimedrol

C) deksametazon

D) salbutamol

E) tavegil
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 157
757) Aşağıdakılardan hansı formoterolun farmakoloji xüsusiyyətlərinə aid deyil?
A) terapevtik dozalarda kumulasiyanın olmaması

B) qısamüddətli β2-adrenomimetiklərə qarşı antaqonistliyin olmaması

C) təsir müddətinin 12 saat davam etməsi

D) hiperkaliemiya

E) təsirin qısa müddətdə inkişafı
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.112
758) AŞ zamanı uşaqlar və böyüklər üçün adrenalinin birdəfəlik ə/d yeridilmə dozası?
A) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,03-0,05 mq

B) uşaqlar – 0,1 mq/kq; böyüklər – 3 – 5 mq

C) uşaqlar – 0,001 mq/kq; böyüklər – 0,03-0,05 mq

D) uşaqlar – 0,01 mq/kq; böyüklər – 0,3-0,5 mq

E) uşaqlar – 0,03-0,05 mq/kq; böyüklər – 0,3-0,5 mq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 198
759) AŞ zamanı inkişaf edən bronxoobstruktiv sindromu əsas seçim preparatı aradan götürməyibsə, aşağıdakılarlardan hansı istifadə edilə bilər?
A) adrenalin və ya deksametazon

B) prednizolon və ya qlükaqon

C) albuterol və ya adrenalin

D) aminofillin və ya qlükaqon

E) salbutamol və ya albuterol
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 159
760) Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?
A) antasid preparatlar

B) β-blokatorlar və inhalyasion qlükokortikosteroidlər

C) AÇF inhibitorları və β-blokatorlar

D) hipotenziv preparatlar və β-blokatorlar

E) antibiotiklər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
761) 49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:
A) Toksik epidermal nekroliz

B) Leffler I sindromu

C) Zərdab xəstəliyi

D) Çoxformalı eksudativ eritema

E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
762) Aşağıda göstərilən hansı preparatlar AŞ-un müalicəsində istifadə olunmur?
A) fizioloji məhlul

B) montelukast

C) antihistamin preparatlar

D) adrenalin

E) inhalyasion bronxoliklər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.158
763) Layella sindromu üçün nə xarakterikdir?
A) Sadalanların hamısı

B) Birincili immunodefisitlerə aiddir

C) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən çoxunu təşkil etməsi

D) Stivens-Conson sindromuna nisbətən daha yüngül keçir

E) Əsas etioloji faktor kimi qurd invaziyaları qeyd olunur
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
764) Stivens-Conson sindromu üçün nə xarakterikdir?
A) Sadalanların hamısı

B) Nikolski simptomunun müsbət olması

C) Epidermal nekrolizin dəri örtüyünün 10%-dən azını təşkil etməsi

D) Birincili immunodefisitlerə aiddir

E) Çoxformalı eksudativ eritemaya nisbətən daha yüngül keçir
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
765) AŞ zamanı hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq üçün aşağıdakı tədbirlərdən hansının keçirilməsi zəruridir?
A) sol böyrü üstə uzatmaq

B) xəstəni arxası üstə uzatmaq

C) xəstəni otuzdurmaq

D) ayaqlarını yuxarıya qaldırmaq

E) xəstəni arxası üstə uzatmaq və ayaqlarını yuxarıya qaldırmaq
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.156
766) Atopik dermatit üçün nə xarakter deyil?
A) yanaşı atopik xəstəliyin olması

B) xroniki residivverən gediş

C) epidermal nekroliz

D) dəri qaşınması

E) dəri elementlərinin yaşa uyğun lokalizasiyasının dəyişməsi
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 442
767) Layella sindromu hansı xəstəliyin ağır formasıdır:
A) Sklerodermiyanın

B) Toksikodermiyanın

C) Psoriazın

D) Övrənin

E) Atopik dermatitin
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
768) Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?
A) Dermatomiozitdə

B) Toksik epidermal nekrolizdə

C) Çoxformalı eksudativ eritemada

D) Neyrodermitdə

E) Kontakt dermatitdə
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531
769) Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?
A) 7

B) 1


C) 3

D) 4


E) 2
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9
770) Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :
A) ekzogen allergik alveolit

B) AXOX


C) miliar vərəm

D) bronxektoziya

E) bronxial astma
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585
771) Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?
A) dekstranlar, heterogen zərdablar

B) insulin, asetisalisil turşusu

C) lateks, beta-laktam həlqəli antibiotiklər

D) allergen ekstratları, siprofloksasin

E) yodtərkibli rentgenkontrast maddələr, qeyri-steroid iltihab əleyhinə preparatlar
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530
772) Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?
A) kəskin bədxassəli gediş

B) residivverən və uzanmış gediş

C) kəskin xoşxassəli gediş

D) heç biri

E) abortiv gediş
Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484
773) Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?
A) allergenlər

B) havanın kəskin dəyişməsi

C) bəzi qida məhsulları

D) stress

E) mikroorqanizmlər
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.231
774) Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?
A) triamsinolon

B) seretid

C) mometazon

D) flutikazon

E) budesonid
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.136
775) Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?
A) vibrasion urtikariya

B) övrə sadalananların hamısı

C) akvagen urtikariya

D) dermoqrafizm, xolinergik

E) xolinergik övrə
Ədəbiyyat: “Allerji hastalıklarda yeni ufuklar”, Fuat Kalyonçu, 2007, səh.250
776) Miokard infarktı və anafilaktik şokun əsas differensial diaqnostik fərqi nədir?
A) Sadalanların heç biri

B) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı hemodinamik pozuntular ilə müşayət olunur

C) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı daha yüngül keçir

D) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qan zərdabında -triptazanın miqdarı yüksəlir

E) Anafilaktik şokdan fərqli olaraq miokard infarktı zamanı qanda kreatinkinazanın MB-fraksiyası və troponinin artması qeyd olunur
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 15
777) Bronxial astmanın patogenezində hansı amil iştirak etmir?
A) bronxların selikli qişasının ödemi

B) selik ifrazının çoxalması

C) bəlğəmin çətin xaric olması

D) bronxların spazm

E) larinqospazm
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
778) Bronxial astma üçün xarakter deyil.
A) beta-adrenoblokatorların mənfi təsiri

B) ekspirator təngnəfəslik

C) yapışqanlı,az miqdarda çətin ifraz olunan bəlğəm

D) yayılmış quru vızıldayıcı və fitverici xırıltı

E) stridor tənəffüs
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
779) Dərinin yaşa uyğun xarakter zədələnməsi, xəstəliyn erkən yaşlarda başlanması, xeylit, periorbital nahiyyədə dərinin hiperpiqmentasiyası, qan zərdabında ümumi və spesifik İqE-nin artması hansı xəstəlik üçün xarakterdir?
A) Kontakt allergik dermatit

B) Neyrodermit

C) Atopik dermatit

D) Qida allergiyası

E) E hiperimmunoqlobulinemiya sindromu
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
780) Bronxial astma:
A) boğulma tutması ilə xarakterizə olunan sporadik xəstəlikdir

B) tənəffüs yollarının xroniki iltihabi xəstəliyidir

C) ağciyərin birləşdirici toxumasının kəskin zədələnməsidir

D) ağciyərin interstisial toxumasının xroniki xəstəliyidir

E) tənəffüs yollarının kəskin iltihabi xəstəliyidir
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
781) Adrenalinə refrakter anafilaksiya zamanı hansı dərman preparatı istifadə olunur?
A) Furosemid

B) Prednizolon

C) Aminofillin

D) Qlükaqon

E) Verapamil
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 20
782) Allergik rinitin əsas simptomları hansılardır?
A) burun qaşınması, burun tutulması, gecə öskürəyi

B) burunun ttutulması

C) periodik olaraq burunun bir tərəfinin tutulması

D) rinoreya, asqırma, burun qaşınması, burun tutulması

E) simptomların soyuqda əmələ gəlməsi
Ədəbiyyat: L.İ. Allahverdiyeva “Uşaqlarda allergik xəstəliklər” . Bakı, 2011, səh.18
783) Bronxial astması olan xəstə hipertoniyadan,aritmiyadan əziyyət çəkirsə hansı preparatın verilməsi məqsədə uyğundur?
A) lizinopril

B) verapamil

C) propranolol

D) raunatin

E) bisoprolol
Ədəbiyyat: “Klinik allerqologiya və immunologiya” Prof.L.Allahverdiyeva
784) Atopik dermatitdə immunoloji reaksiyanın əsasən hansı növü durur?
A) İgE-vasitəli sürətli reaksiya;

B) T-dən asılı reaksiya;

C) Sitotoksik reaksiya;

D) İmmunokompleks reaksiyaları;

E) Autoallergik reaksiyalar
Ədəbiyyat: Mənbə: Klinik allerqologiya və immunologiya. Prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə. Bakı 2010. Səh. 101-110.
785) Anafilaktik şok zamanı adrenalin bədənin hansı nahiyyəsinə yeridilməlidir?
A) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin arxa-yan səthinə ə/d

B) Bazu nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə d/a

C) Bazu nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə d/a

D) Bud nahiyyəsinin yuxarı 1/3 hissəsinin ön-yan səthinə ə/d

E) Bud nahiyyəsinin aşağı 1/3 hissəsinin ön-yan səthinə ə/d
Ədəbiyyat: L.İ.Allahverdiyeva, G.P.Əhmədova, N.A.Ələkbərova, Anafilaktik şok ( metodik vəsait ), 2014, səh. 21
786) Anafilaktoid reaksiyalar anafilaktik reaksiyalardan nə ilə fərqlənir?
A) Anafilaktoid reaksiyalar övrə ilə təzahür etmir

B) Anafilaktoid reaksiyalar dərmanın ilk qəbulunda baş verə bilər

C) Anafilaktoid reaksiyalarda tosqun hüceyrələr deqranulasiya olmur

D) Anafilaktoid reaksiyalar bronxospazmla təzahür etmir

E) Anafilaktoid reaksiyalar Kvinke ödemi ilə təzahür etmir
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 214
787) Medikamentoz rinitin əsas müalicəsi
A) Antileykotriyenlər

B) Nazal kortikosteroidlər

C) Sistem kortikosteroidlər

D) Duz məhlulları

E) Kromonlar
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
788) Hipo və anosmiyanın əsas səbəbləri?
A) Vazomotor rinit

B) Allergik rinit

C) Medikamentoz rinit

D) Burun çəpərinin əyriliyi

E) Sinusitlər və burun polipləri
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 113
789) İkincili soyuqluq övrənin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Emosional gərginlik

B) Hipotireoz

C) Allergik rinit

D) Sinusit

E) Astma
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004, s. 119
790) Prozerinin işlədilməsinə əks göstəriş hansıdır?
A) Görmə sinirinin atrofiyası

B) Miasteniya

C) Stenokardiya

D) Qlaukoma

E) Miopatiya
Ədəbiyyat: М.Д.Машковский. «Лекарственные средства» Медицина . Москва, 2001
791) Hansı terminal vəziyyətin dövrüdür?
A) Preaqonal

B) Sopor


C) Koma

D) Kollaps

E) Stupor
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
792) Hiperkaliemiyanın kliniki əlamətlərinə aid olmayan hansıdır?
A) Adinamiya

B) Bradikardiya

C) Ətrafların paresteziyası

D) Taxikardiya

E) Süst ifliclər
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
793) Gərginlik pnevmotoraksı zamanı həkimin taktikası necə olmalıdır?
A) 7 - 8 - ci qabırğa arasında punksiya

B) Sağ körpücüküstü nahiyədə punksiya

C) 2 - ci qabırğa arasında punksiya

D) 4 - cü qabırğa arasında punksiya

E) Sol körpücüküstü nahiyədə punksiya
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
794) Hansı zəhərlənmədə mioz xarakterikdir?
A) Belloid

B) Opiatlar

C) Tizersin

D) Atropin

E) Aminazin
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007.
795) Hansı maddə ilə zəhərlənmə zamanı üz qırmızı rəng alır?
A) Xlorlu karbohidratlar

B) Barbituratlar

C) Fosforun üzvi birləşmələri

D) Dəm qazı

E) Anilin
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
796) Böyrəkdaşı xəstəliyi zamanı böyrək sancısı üçün nə xarakter deyil?
A) Xəstə sakit uzanıb

B) Ağrı qabırğa qövsündən çəpinə istiqamətdə qarnın aşağısına, qasığa irradiasiya edir

C) Perkussiya zamanı böyrəkdə ağrı

D) Ürəkbulanma, qusma

E) İntensiv tutmaşəkilli ağrı
Ədəbiyyat: Ю.Л.Шевченко « Клинические рекомендации для практикующих врачей» Издательский дом «ГЭОТАР-МЕД» 2002.
797) Mədə - bağırsaq qanaxmasında qara rəngli nəcis nəyi göstərir?
A) Mədənin qanaxması

B) Həzm traktının yuxarı hissəsində olan ağır dərəcəli qanaxmanı

C) Yoğun bağırsağın qanaxması

D) Həzm traktının aşağı hissəsində olan ağır dərəcəli qanaxmanı

E) Çənbər bağırsağın qanaxması
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
798) Qaraciyər kütlüyü nə vaxt itir?
A) Mezenteral damarların tromboemboliyasında

B) Kəskin xolesistitdə

C) Mədə - bağırsaq qanaxmasında

D) Mədə və 12 barmaq bağırsaq xorasının perforasiyası zamanı

E) Miokard infarktında
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
799) Rentgenoloji müayinədə “Kloyber kasacıqları” hansı xəstəlikdə aşkarlanır?
A) Kəskin bağırsaq keçməzliyi

B) Kəskin ürək çatışmazlığı

C) “Ağciyər şoku”

D) Kəskin appendisit

E) Mezenterial arteriyanın tromboemboliyası
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
800) Mezenterial arteriyaların tromboemboliyasında təcili yardım həkiminin taktikası necədir?
A) Qusmanın stimulyasiyası

B) Yuxarı ətraflara turna qoymaq

C) Aşağı ətraflara turna qoymaq

D) Təcili hospitalizasiya

E) İmalə etmək
Ədəbiyyat: В.А.Михайлович, А.Г. Мирошниченко «Руководство для врачей скорой помощи» Невский Диалект Санкт-Петербург. 2007
801) Döş qəfəsində bağırsaq küylərinin eşidilməsi nəyin əlamətidir?
A) Bağırsaq keçməzliyi

B) Sidik kisəsinin cırılması

C) Uretrada qanın olması

D) Diafraqmanın cırılması

E) Assit
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
802) İntraabdominal mayeni və orqanın parçalanmasını hansı müayinə aşkar edir?
A) Elektronsefaloqrafiya

B) Exoqrafiya

C) Dializ

D) Ultrasəs

E) Plazmaferez
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub.
803) Nitroqliserinlə infuzion terapiya zamanı baş verən hipotenziyada ilk yardım hansıdır?
A) İnfuziyanı dayandırmaq və xəstənin ayaqlarını yuxarı qaldıraraq uzandırmaq

B) Vazopressorların istifadəsi

C) Qlükokortikoidlərin istifadəsi

D) Polyar qarışığın istifadəsi

E) Adrenalinin istifadəsi
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Beynəlxalq Tibb Korpusu və Con Hopkins Universiteti tərəfindən tərtib olunub “ Təcili tibbi yardım təbabəti” Bakı 2007.


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə