BP əməkdaşları 21-ci
Beynəlxalq Xəzər Neft-Qaz
Sərgisində ziyarətçinin sualına cavab verirlər.
28
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Elşad Nəsirov
SOCAR-ın sərmayələr və
marketinq üzrə vitse-prezidenti
BP bizim üçün dost – etibar etdiyimiz
şirkətdir. Biz BP-ni çox etibarlı bir şirkət
hesab edirik. BP-nin idarə etdiyi layihələrdə
qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
edirik. Biz bunu yüksək qiymətləndiririk.
Hasilatın pay bölgüsü, tranzit əraziyə malik ölkə
hökuməti ilə sazişlərimiz və digər razılaşmalar
çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) ilə işimizi davam etdirdik.
BP qrupunun baş icraçı direktoru Robert Dadlinin
başçılıq etdiyi nümayəndə heyətini üç dəfə – iyun,
sentyabr və dekabrda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev qəbul etdi.
Azərbaycan hökuməti ilə əməkdaşlığın bir hissəsi
olaraq regional prezidentimiz Qordon Birrell Şahdəniz
Mərhələ 2 və Cənub Qaz Dəhlizi də daxil olmaqla
cari əməliyyat və layihələrimiz barədə yenilikləri
çatdırmaq üçün yüksək vəzifəli rəsmilərlə müntəzəm
olaraq görüşdü. İyun ayında Prezident İlham Əliyevi
və qonaqlarını Bakıda keçirilən 21-ci Xəzər Neft-Qaz
sərgisində BP-nin pavilyonunda qarşıladı.
İl ərzində digər ictimai sərgilərdə və tədbirlərdə də
iştirak etdik. Oktyabr ayında səkkizinci Azərbaycan
Beynəlxalq Təhsil və Karyera sərgisində pavilyonla
təmsil olunduq, noyabrda isə Bakıda beşinci
beynəlxalq Ətraf Mühit Sərgisində iştirak etdik.
Sentyabrda “Əsrin müqaviləsinin” – Azəri-Çıraq-
Dərinsulu Günəşli üzrə hasilatın pay bölgüsü
sazişinin 20-illik yubileyini qeyd etdik. Prezident
Əliyevin ev sahibliyi etdiyi bayram tədbirinə
dünyanın hər yerindən gəlmiş çoxlu qonaqlar, eləcə
də sənaye, media və vətəndaş cəmiyyəti
qurumlarının nümayəndələri qatıldılar.
Elə həmin gün Səngəçal terminalında Cənub Qaz
Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Cənub
Qaz Dəhlizi ölkələrini, Böyük Britaniyanı, ABŞ-ı, eləcə
də SOCAR və BP-ni təmsil edən prezidentlər, nazirlər,
yüksək vəzifəli şəxslər kəmərin ilk boru hissəsinə öz
imzalarını qoydular. Bundan sonra boru hissəsi
layihənin başlanması əlaməti olaraq torpağa basdırıldı.
İl ərzində Səngəçal terminalına 15-dən artıq ölkəni
təmsil edən siyasətçi və jurnalistlər, tərəfdaşımız
olan şirkətlərin qonaqları, eləcə də maliyyə, təhsil və
digər təşkilatların nümayəndələri üçün 100-dən çox
səfər təşkil etdik.
2014-cü il ərzində Azərbaycanda gördüyümüz işlərə
kütləvi informasiya vasitələrinin böyük maraq
göstərdiyinin şahidi olduq.
İl boyu yerli və xarici jurnalistlər üçün brifinqlər və
müsahibələr təşkil etdik. Aparıcı kütləvi informasiya
vasitələrinin nümayəndələri BP-nin təşkil etdiyi
bütün şirkətxarici tədbirlərə dəvət olundular. Biz
həmçinin yerli jurnalistlər üçün iki media seminarı,
eləcə də yerli və beynəlxalq media
nümayəndələrinin iş sahələrimizə yeddi səfərini
təşkil etdik. BP il ərzində Azərbaycanda ümumilikdə
21 press-reliz və biznes əməliyyatları üzrə dörd
məlumat bülleteni buraxdı. Media mənsublarının
suallarına cavab vermək üçün 24 saat fəaliyyət
göstərən xəttimiz açıq oldu.
İki dildə fəaliyyət göstərən bp.com/xezer veb-
saytımız Azərbaycan və regiondakı fəaliyyətlərimizi
işıqlandırır və ictimaiyyətlə mühüm ünsiyyət vasitəsi
olaraq qalır. 2014-cü ilin martında mobil telefonlar
üçün və istifadəçi cihazına asan uyğunlaşan
veb-saytımızı açdıq. Yeni veb-sayta il ərzində
gündəlik 850-dən artıq daxilolma qeydə alındı.
Saytın onlayn sorğu forması vasitəsilə 1516 sorğu
aldıq ki, bu da 2013-cü ilə nisbətən 43% çoxdur.
Gəlirlərin şəffaflığı
2003-cü ildə əsası qoyulmuş Mədən Hasilatı üzrə
Şəffaflıq Təşəbbüsü (MHŞT) neft-qaz sektoru da
daxil olmaqla mədən sənayesində şirkətlərin
ödənişləri və hökumətlərin gəlirləri haqqında şəffaf
hesabatların verilməsi üçün könüllü prosesin
yaradılmasına kömək məqsədilə hazırlanıb. Bu
təşəbbüs hökumətlər tərəfindən şirkətlər və
vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq
şəraitində həyata keçirilir. MHTŞ-nin təsisçi üzvü
olaraq BP uzun müddətdir ki, bu beynəlxalq
təşəbbüsü dəstəkləyir.
Azərbaycanın dünyada MHTŞ tələblərinə cavab
verən ilk ölkə olması 2009-cu ildə təsdiq edilib.
Azərbaycanda maraqlı tərəflərin yerli çoxtərəfli
nəzarət qrupunun üzvü və iştirakçı şirkətlər
qrupunun əlaqələndiricisi kimi biz yerli MHŞT
prosesində fəal rol oynamışıq. Yerli işçi qrupların fəal
üzvü kimi BP 2013-cü ilin may ayında qəbul edilmiş
yeni MHŞT standartlarının tətbiqində iştirak edib.
Bunun bir hissəsi olaraq yenilənmiş anlaşma
memorandumu Azərbaycandakı təşəbbüs
iştirakçıları arasında razılaşdırılıb və 2014-cü ilin iyun
ayında imzalanıb. İyulda BP özünün 2013-cü ilin
yanvar-dekabr dövrünü əhatə edən MHŞT
hesabatını təqdim etdi.
Biz inanırıq ki, MHŞT üzvlüyü Azərbaycan və onun
vətəndaşları üçün faydalıdır. BP Azərbaycanda
MHŞT çərçivəsində hökumət, vətəndaş cəmiyyəti
və mədən hasilatı sənayesində çalışan digər
şirkətlərlə işləməkdə davam edəcək.
BP Azərbaycanda çox müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq
etməklə bizə məsuliyyətli qərarların verilməsində kömək edən
əlaqələr qurur.
Maraqlı tərəflərlə əməkdaşlıq
Azərbaycanda MHŞT
eiti.az
Gələcək enerji təmayüllərinə dair
proqnozlarımız barədə “BP-nin
Enerji Perspektivlərinə Baxışı 2035”
hesabatımızı bu ünvandan oxuyun:
bp.com/energyoutlook