30
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Biz dövlət və özəl mühafizə xidməti işçilərinə
Təhlükəsizlik və İnsan Haqları haqqında Könüllü
Prinsiplərə dair təlimlərə dəstək verməyə davam
etdiririk.
Biznes fəaliyyəti və insan haqları
BMT-nin 2011-ci ildə təsdiq etdiyi İşgüzar Fəaliyyət
və İnsan Hüquqlarına dair Rəhbər Prinsiplər
bizneslərin insan haqları ilə bağlı daşıdığı bir sıra
spesifik məsuliyyətləri təsbit edir. Bu Rəhbər
Prinsiplərə uyğun olaraq biznesin rolu insan
haqlarına hörmətlə yanaşmaq, qüvvədə olan
bütün qanunlara riayət etmək və işgüzar
fəaliyyətin səbəb ola biləcəyi və ya təsir göstərə
biləcəyi hər hansı insan haqlarının pozulması
hallarının, məsələn, fərdlər və icmalar üçün
şikayətlərə baxılması üzrə işlək mexanizmlər
vasitəsilə aradan qaldırılmasıdır.
BP, proseslərimizi Rəhbər Prinsiplərə
uyğunlaşdırmaq istiqamətində iş aparmaq
barədə öhdəlik götürüb. 2013-cü ilin mart ayında
qüvvəyə minmiş İşgüzar Fəaliyyət və İnsan
Hüquqları siyasətimizi, Rəhbər Prinsiplərin
müvafiq bölmələrinə riayət etməklə və biznes
fəaliyyətlərimizə istiqamət verən proseslərə və
siyasətlərə tətbiq etməklə həyata keçiririk.
Biz harada işləyiriksə, öz layihə və
əməliyyatlarımızda və ya bizim fəaliyyətlərimizlə
birbaşa bağlı olan məsələlərdə diqqəti insan
haqlarına aid potensial təsirlərə yönəldirik. İnsan
haqları prinsipləri artıq BP-nin bir çox mövcud daxili
qaydalarının, xüsusilə də davranış kodeksi,
dəyərləri və əməliyyatlarla bağlı bir çox tələblərinin
əsasını təşkil edir. 2014-cü ildə işəgötürmə,
işçilərin rifahı, torpaq üzərində hüquqların əldə
olunması və gəlir mənbələri, eləcə də təsirə
məruz qalmış icmalarda digər aidiyyəti məsələləri
əhatə edən sahələrdə insan haqları ilə bağlı
potensial təsirləri müəyyənləşdirməyə və onları
həll etməyə davam etdik.
Biz hasilat sənayesində əməliyyatların
təhlükəsizliyini təmin etmək üçün normativ baza
müəyyənləşdirən Təhlükəsizlik və İnsan Haqları
haqqında Könüllü Prinsipləri qəbul etmişik.
Azərbaycanda əməliyyatlarımızın qorunmasına
cəlb olunmuş bütün təhlükəsizlik heyətinə öz
işlərinin insan haqları ilə bağlı mümkün təsirlərini
başa düşmələrini təmin etmək üçün Könüllü
Prinsiplərə dair təlimlərə dəstək verməyə davam
etdik. Təhlükəsizlik orqanlarının 60-a yaxın
əməkdaşı və təhlükəsizlik xidməti göstərən özəl
podratçının 70-dən artıq işçisi 2014-cü ildə ilkin və
təkmilləşdirmə təlimlərini başa vurdu.
2009-cu ildən boru kəmərləri boyunca təsirə
məruz qalmış icmalara və fərdlərə normadan kənar
güc tətbiqi və insan hüquqlarının pozulması halları
barədə birbaşa BP-ni və təhlükəsizlik təminatçısını
birgə araşdırma aparmaq üçün
məlumatlandırmağa imkan verən qaynar xətt
yaratmışıq. 2014-cü ildə təhlükəsizlik və ya insan
haqları ilə bağlı bu xətt vasitəsilə heç bir məlumat
verilməyib.
İcmalarla əlaqələrin saxlanması
BP müntəzəm şəkildə Bakı-Tbilisi-Ceyhan və
Cənubi Qafqaz Boru Kəməri (CQBK) marşrutu
boyunca yerləşən icmalara öz planları barədə
məlumat verir və onları narahat edən məsələləri
öyrənir. Biz icma göruşlərindən və maarifləndirici
vəsaitlərin paylanmasından tutmuş rəsmi yazışma
və icma üzvləri tərəfindən qaldırılmış sual və ya
şikayətlərə baxılmasına qədər bir çox formalardan
istifadə edirik.
İctimaiyyətlə əlaqələrdən məsul altı
əməkdaşımız ictimaiyyətlə məsləhətləşmələrə
və icmalarla əlaqədar şikayət və təkliflərə
baxmağa davam ediblər. 2013-cü ildən boru
kəmərləri ətrafında məhdudiyyətləri izah edən
məlumatlandırıcı qovluqlar yayırıq. 2014-cü ilin
sonuna qədər torpaq sahiblərinə, istifadəçilərinə
və digər maraqlı tərəflərə təxminən 3 900
qovluq paylanmışdır. Biçənəyin yanması, boru
kəmərinin göstərici lövhələrinin zədələnməsi və
təhlükəsizlik zonalarına giriş qadağalarına əməl
olunmaması kimi 3-cü tərəflərə aid qayda
pozulması hallarının sayı 2013-cü ildə 43 dəfə
qeydiyyata alındığı halda 2014-cü ildə bu rəqəm
36-ya enmişdir.
İcmalardan və digər maraqlı tərəflərdən 183
müraciət aldıq ki, bunlar da əsasən, boru kəməri
dəhlizində aparılmalı olan infrastruktur işləri
üçün icazə ilə bağlı idi. İlin sonuna qədər BP bu
müraciətlərin 173-nə cavab verdi, qalan 10
müraciət isə 2015-ci il aprelin sonunadək
cavablandırıldı. 2007-ci ildən boru kəmərləri
marşrutu boyunca yerləşən icmalar üçün
şikayətlərlə bağlı məsələlərin həlli mexanizmi
fəaliyyət göstərir. 2014-cü ildə 27 şikayət daxil
olub. Bunlardan dördü BTC/CQBK ilə, qalan 23-ü
isə CQBK-nin genişləndirilməsi (CQBKG)
layihəsi ilə bağlı idi.
Əməliyyatlarımızın ətrafındakı icmalarla açıq dialoqa və icmadakı çətinlikləri
aradan qaldırmaq üçün birgə işə əsaslanan qarşılıqlı faydalı əlaqələr
qurmağa çalışırıq.
İcmalarla işimiz
31
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Cəmiyyət
Torpaq sahələri üzərində hüquqların əldə
edilməsi
CQBKG layihəsi üçün torpaq sahələri üzərində
hüquqların əldə edilməsi prosesi 2014-cü ildə
davam etdi. Təsirə məruz qalmış torpaq
sahiblərinin və istifadəçilərinin
müəyyənləşdirilməsinə və onlarla məsləhətləşmə
görüşlərinə davam etdik. Marşrut boyunca təsirə
məruz qalmış insanlarla anlaşma memorandumları
imzalandı və 2014-cü ildə ilk 200 kilometr üzrə
950-dən artıq torpaq sahibi və istifadəçisi ilə icarə
müqavilələri qüvvəyə mindi. Layihə planına
əsasən, qalan icarə müqavilələri 2015-ci ildə
imzalanacaq.
Kompensasiyaların verilməsi prosesi və prinsipləri
“Torpaqlar üzərində hüquqların əldə edilməsi və
kompensasiyaların verilməsi” çərçivə sənədinə
uyğundur və təsirə məruz qalmış sahələr üçün
kompensasiya ödənişlərinin verilməsi 2015-ci ildə
tamamlanacaq. Sənədlə bu ünvanda onlayn tanış
ola bilərsiniz: bp.com/xezer
İnkişaf təşəbbüsləri
Biz Azərbaycanda əməliyyatlarımızın bir hissəsi
olaraq müxtəlif icma və davamlı inkişaf
təşəbbüslərini, o cümlədən yerlərdə təhsilin
təkmilləşdirilməsi, icma əsaslı bacarıq və
səriştələrin yaradılması və yerli sahibkarlığın inkişaf
etməsi üçün zəruri təlim və maliyyənin təmin
olunması üçün hazırlanmış layihələri dəstəkləyirik.
Gənclərin Biznes Liderliyi layihəsi
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Amerika
Ticarət Palatası ilə birgə başlanmış ikiillik Gənclərin
Biznes Liderliyi layihəsi 2014-cü ildə tamamlandı.
Layihənin məqsədi Bakı və Gəncədəki
universitetlərdən seçilmiş tələbələrdə gələcək
biznes liderlərinə çevrilmək üçün lazım olan səriştə
və qabiliyyətlər yaratmaq idi. Bu layihə yuxarı
kurslarda təhsil alan 120 tələbəyə 33 yerli şirkətdə
təcrübə keçməklə sinifdənxaric şəraitdə biznesin
idarə edilməsi üzrə biliklərini inkişaf etdirməyə
kömək etdi. İştirakçıların 33-ü müxtəlif şirkətlər
tərəfindən iş təklifi aldı, ikisi isə BP-yə qəbul
olundu. Layihənin icrasına məsul “Junior
Achievement Azərbaycan” təşkilatı idi və layihənin
ümumi büdcəsi 200 000 dollar idi ki, bu məbləğin
yarısını BP və tərəfdaşları təmin etdi.
Məktəbəqədər təhsil və qadınların sahibkarlıq
fəaliyyəti
Kiçik biznes təşəbbüsü kimi icma əsaslı
məktəbəqədər təhsil xidməti modelini uğurla
sınaqdan keçirdik. 2014-cü ildə Dəllər Cırdaxan və
Düyərli icmalarında təxminən 200-dək uşaq
yüksək keyfiyyətli dövlət məktəbəqədər xidmətləri,
icma əsaslı məktəbə hazırlıq və uşaqların inkişafı
proqramlarından faydalandı. Uşaqyönümlü
“Addım-addım” təlim proqramını həyata keçirən iki
tərbiyəçi, 27 ibtidai sinif müəllimi və 19 uşaq
bağçası müəllimi, metodistlər və məktəb
direktorları üçün daim təlim xidmətləri təmin
olundu. Layihənin ümumi büdcəsi təxminən
113 000 dollar idi ki, bunun təxminən 30 000 dolları
2014-cü ildə xərcləndi.
Yeni əyləncəli təhsil layihəsi
Boru kəmərlərinin keçdiyi 11 rayonda 110-dan artıq
uşaq bağçasını 500 ədəd işlənmiş və yeni
kompüterlərlə təchiz etmək barədə 2014-cü ilin
noyabrında PCs4KIDS Fondu ilə anlaşma
memorandumu imzaladıq. Bu layihənin başlıca
məqsədi ibtidai sinif və məktəbəqədər yaşlı
uşaqlar üçün dərs zamanı əyləncəli kompüter
proqramlarından istifadə etməklə fəal dinləmə və
yaradıcı düşüncə qabiliyyətlərini inkişaf etdirmək
üçün imkan yaratmaqdır.
ASAN vətəndaşlara xidmət üzrə dövlət agentliyi
ilə əməkdaşlığımız nəticəsində torpaq sahibləri
icarə müqavilələrini imzalamaq üçün tələb olunan
bütün sənədləri vaxtlı-vaxtında əldə etdilər.
Muzeylərə sərbəst giriş
Yanvar, mart və may aylarında bayram tətilləri
zamanı Bakıdakı əsas kütləvi maraq ünvanlarına
sərbəst girişə sponsorluq edirik. Məktəblilər,
tələbələr, şəhərin sakinləri və qonaqları Milli
Tarix Muzeyinə, Milli İncəsənət Muzeyinə,
Qız qalasına və Şirvanşahlar sarayına dəvət
olundular. Bu kampaniyalardan 45 000-dən çox
adam faydalandı.