Uzun
illərdir ki, ətraf mühit üzrə tədqiqatlar fəaliyyətlərimizin yerli
ətraf mühitlərə göstərdiyi təsirləri müəyyənləşdirmək və başa
düşməkdə bizə kömək edir.
Ətraf mühitin monitorinqi
BP-nin Azərbaycanda operatorluq etdiyi dəniz
və quru obyektləri yaxınlığında atmosferin
monitorinqi proqramını həyata keçiririk.
2004-2014-cü illər ərzində ümumilikdə
171 monitorinq tədqiqatı başa çatdırılıb.
Bura 2014-cü ildə aparılmış 21 ətraf mühit
tədqiqatı da daxildir, onlardan 13-ü quruda,
altısı dənizdə, ikisi isə sahil yaxınlığında
aparılıb.
Dənizdə və sahilyanı ərazidə
tədqiqatlar
2014-cü ildə Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri
və Qərbi Azəri
a
platformalarının yaxınlığında
dəniz dibinin monitorinqini həyata keçirdik.
Dəniz mühitində dəyişikliklərin baş verib-
vermədiyini başa düşmək üçün Azəri-Çıraq-
Dərinsulu Günəşli (AÇG) ərazisində və AÇG
sualtı boruları boyunca bentik, su və plankton
tədqiqatları apardıq.
Səngəçal terminalının genişləndirilən
sahəsinə yaxın Səngəçal buxtasında sahilyanı
zonada ətraf mühitin ilkin vəziyyətinin
müəyyənləşdirilməsi üçün iki tədqiqat aparıldı.
Bu tədqiqatlar Şahdəniz Mərhələ 2 layihəsi
fəaliyyətlərinin Səngəçalın ətraf mühitinə
təsirinin qiymətləndirilməsi üçün istifadə
olunacaq.
Nümunələrin çoxlu sayda olmasına və hər bir
nümunə üzrə bir sıra amillər təhlil edildiyinə
görə izahlı hesabatların hazırlanması iki ilə
qədər çəkir. Ona görə də bu hesabatda
2013-cü ilin tədqiqat nəticələrini xülasə
şəklində təqdim edirik.
Quruda tədqiqatlar
2014-cü ildə aparılmış 13 tədqiqatdan yeddisi
Səngəçal terminalını, dördü ixrac boru
kəmərlərini, ikisi isə Sərəncədəki təhlükəli
tullantıların idarə edilməsi obyektini (TTİEO)
əhatə edib.
Bunlara Səngəçal terminalı, Sərəncə TTİEO
yaxınlığında, Bakı-Tbilisi-Ceyhan (BTC) və
Qərb İxrac Boru Kəməri boyunca
atmosferdəki havanın keyfiyyətinin
monitorinqi daxildir. Boru kəmərləri
marşrutları boyunca və terminal yaxınlığındakı
bir neçə yerdə gündüz və gecə vaxtlarında
ətraf mühitdəki səs-küyün monitorinqi aparılıb.
Səngəçal terminalı yaxınlığında və ixrac boru
kəmərləri boyunca qrunt sularının
keyfiyyətinin, eləcə də səth sularının
monitorinqini apardıq. Həmçinin Sərəncə
TTİEO-da qrunt və səth sularının monitorinqi
həyata keçirildi.
Səngəçal terminalı ətrafında torpağın və
bitkilərin tədqiqatı aparıldı. Terminal
yaxınlığında canlılar aləminin (quşlar,
məməlilər, herpetofauna) iki tədqiqatı, eləcə
də su-bataqlıq sahələri üzrə bir tədqiqat
həyata keçirildi. Azərbaycanda ixrac boru
kəmərləri boyunca bioloji bərpa, bitki və növ
müxtəlifliyi üzrə tədqiqat aparıldı.
Səngəçal terminalı yaxınlığında səth sularının monitorinqi zamanı nümunələrin toplanması.
Sahibkarlığın inkişafı və təlim proqramımızda
iştirak edən yerli şirkətlər Xəzər regionunda neft
və qaz layihələrinə geniş çeşidli xidmətlər göstərir.
a
Qərbi Azəri yaxınlığında tədqiqat 2013-cü ilə
planlaşdırılmışdı, sonradan təxirə salındı.
26
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
21
ətraf mühitin monitorinqi
üzrə 2014-cü ildə
apardığımız tədqiqatların
sayıdır.
Əməkdaşlıq
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) ətraf mühit komandası
ilə əməkdaşlığımızı davam etdiririk. Birgə
işçi qrupumuz qazın məşəldə yandırılması,
çirkab və lay sularının idarə olunması
kimi mövzularda müntəzəm müzakirələr
aparır. ”Hər il ətraf mühitin monitorinqi
fəaliyyətlərimizə SOCAR nümayəndələri də
cəlb edilir”, BP AGT regionunun ekoloji icazələr
üzrə mütəxəssisi Səadət Qaffarova deyir.
O, əlavə edir: “Azərbaycanda sahilyanı ərazi
və qurudakı boru kəməri marşrutları üçün
həssas zonaların xəritələrini yenilədik və onları
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR
və Fövqəladə Hallar Nazirliyi ilə bölüşdük”.
Bu xəritələr mühafizə üzrə görüləcək işlərin
mühümlük dərəcəsini və cavab tədbirləri
strategiyalarını formalaşdıran effektiv neft
dağılmalarına qarşı cavab tədbirlərinin əsas
tərkib hissəsidir.
2013-cü il tədqiqatının xülasəsini buradan
oxuyun:
bp.com/xezer/ekologiya
Cəmiyyət
Biz istəyirik ki, cəmiyyətə təsirimiz maraqlı tərəflərlə açıq dialoqun
dəstək verdiyi, sahibkarlığın və icmaların davamlı inkişafına yol
açan, müsbət təsir olsun.
27
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Nə edəcəyimizi demişdik
Sosial investisiyanın idarə olunması üçün
strukturlarımızı genişləndirəcəyik.
İnfrastrukturdan istifadə imkanını daha da
asanlaşdıracaq, yerli sənayenin inkişafına
dəstək verəcək, yerli potensialın
yaradılmasına kömək edəcəyik.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü
(MHŞT) ilə bağlı təcrübəmizi yerli və
beynəlxalq auditoriyalarla böluşəcəyik.
Bu gün işlər nə yerdədir
Azərbaycanda sosial proqramlara
tərəfdaşlarımızla birlikdə 5,9 milyon dollar
vəsait xərclədik.
2014-cü ildə 100-dən çox yerli şirkətlə
təxminən 2,15 milyard dollar dəyərində
yeni uzunmüddətli müqavilələr imzaladıq.
Bu şirkətlərin çoxu BP və tərəfdaşlarının
təşkil etdiyi səriştə və bacarıqların
inkişafı proqramlarından keçiblər.
Yeni MHŞT standartlarının həyata
keçirilməsinə öz töhfəmizi verdik.
Daha nə etməyi planlaşdırırıq
İcma bacarıq və səriştələrini inkişaf
etdirən layihələr də daxil olmaqla,
müxtəlif davamlı inkişaf təşəbbüslərini
dəstəkləməyə davam edəcəyik.
Şahdəniz Mərhələ 2 və digər layihə işləri
davam etdikcə yerli təchizatçılara imkanlar
yaratmaq öhdəliyimizi qarşılayacayıq.
Əməliyyat və layihə sahələrimizə qonşu
olan icmalarla yaxından işləməyə davam
edəcək, onlara planlarımızı bildirəcək və
onları narahat edən məsələləri
dinləyəcəyik.