Hesabat prosesi,
rəy və təkliflər
Davamlı inkişaf haqqında bu hesabat öncəki il Azərbaycanda
gördüyümüz işlər və fəaliyyətlərimiz barədə tam və şəffaf hesabat
vermək məqsədi daşıyır və əvvəlki hesabatlarla bağlı aldığımız rəy və
təklifləri əks etdirir.
Əhəmiyyətlilik dərəcəsini necə təyin edirik
Daxili ekspertl rin r yl ri
Şirk txarici hesabat
t mayüll ri
Riskl rin qeydiyyat c dv li
Auditoriyanın öyr nilm si
Biznes prioritetl ri
S naye üzr müqayis
v h mkarların r yl ri
Yerli v beyn lxalq
medianın t hlili
Şirk tdaxili
prioritetl r
Şirk txarici
m s l l r
h miyy tli m s l l r şirk tdaxili prioritetl r
uyğun g l n v şirk t xaricind
ciddi maraq doğuran m s l l r kimi t yin edilir.
34
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Keçirdiyimiz rəy və təklif görüşlərinin birində
vətəndaş cəmiyyəti nümayəndələri
“BP Azərbaycanda. Davamlı inkişaf haqqında
hesabat 2013” barədə fikirlərini bölüşürlər.
Hesabatımızı hazırlayarkən biz elə məsələləri əhatə
edirik ki, onların həm maraqlı tərəflər üçün ən çox
əhəmiyyət kəsb etdiyinə, həm də BP-nin öz
strategiyasını həyata keçirmək qabiliyyətinə
potensial olaraq ən çox təsir göstərdiyinə inanırıq.
BP qrupunun auditorları olan “Ernst & Young”
şirkəti şirkətdənkənar zəmanəti təmin edib. Onlar
bu hesabatın 2014-cü ildə Azərbaycandakı
fəaliyyətlərimizlə bağlı əsas məsələlərin
tarazlaşdırılmış və dəqiq təqdimatını, verilmiş
rəqəm və açıqlamaların düzgünlüyünü və
sənədlərə əsaslanmasını təmin ediblər.
Rəylər
Bu, BP-nin Azərbaycanda davamlı inkişaf haqqında
12-ci hesabatıdır və əvvəlki ilin nəşrinə aid rəy və
təklifləri əks etdirir. 2013-cü ilin hesabatı
Azərbaycan və ingilis dillərində nəşr edildi və həm
şirkət daxilində, həm də şirkətdən kənarda çap
variantında və veb-saytımız vasitəsilə geniş yayıldı.
Onu saytdan hər ay orta hesabla 150 dəfə
yükləyiblər. Bütün maraqlı tərəflərə hesabatın
nüsxələrini göndərdik, onlardan rəy və təkliflərini
bildirməyi xahiş etdik. Həmçinin birbaşa rəy
sorğusu üçün media nümayəndələri, vətəndaş
cəmiyyəti təmsilçiləri və tələbələrin iştirakı ilə üç
görüş təşkil etdik. Ümumilikdə, onların rəyi
müsbət oldu.
Media
mənsublarının rəyləri, əsasən, müsbət
oldu və 2013-cü ilin hesabatı əvvəlki ildə
olduğu kimi əhatəli və informativ hesab edildi.
Təkliflər, əsasən, hesabatın “Əməliyyatlarımız”
bölməsində daha geniş texniki təfərrüatların
verilməsi ilə bağlı oldu.
Vətəndaş cəmiyyəti
nümayəndələri rəy
sorğusu görüşündə iştirak etdilər. BP qrupunun
hesabatlar üzrə rəhbəri BP-nin həm qrup, həm
də ölkə səviyyəsində davamlı inkişaf haqqında
hesabatına dair rəy və təklifləri dinləmək
üçün görüşdə iştirak etdi. Görüşdən əvvəl
bütün iştirakçılardan müsahibə alaraq davamlı
BP davamlı inkişaf barədə necə hesabat
verir bp.com/sustainability
BP qrupunun maliyyə və əməliyyat
göstəriciləri üzrə ümumi xülasə
bp.com/summaryreview
inkişaf haqqında hesabatımıza münasibətlərini
öyrənmişdik. Bu, sonrakı müzakirənin kontekstini
müəyyənləşdirməyə kömək etdi.
Əsas təkliflərdən biri hesabata daha çox
müqayisəli rəqəmlər və vizuallaşdırılmış
faktlar daxil etmək idi. Onları həmçinin işgüzar
fəaliyyət və insan haqları üzrə strategiyamız,
eləcə də şəffaflıq səylərimiz və işçi heyətinin
milliləşdirilməsi barədə daha ətraflı məlumat
maraqlandırırdı. Biz ictimaiyyətin əlavə
materiallar əldə edə bilməsi üçün veb
keçidlərdən daha çox istifadə etmək barədə
təklif də aldıq.
Tələbələr.
Bakı Dövlət Universiteti, Qafqaz
Universiteti, Dövlət Neft Akademiyası, Texniki
Universitet, Memarlıq və İnşaat Universitetinin
tələbələri birgə rəy sorğusu görüşündə
iştirak etmək üçün onlayn viktorina vasitəsilə
seçildilər. Bu qrupu ən çox işəgötürmə ilə
bağlı məsələlər və yerli tələbələr üçün karyera
imkanları maraqlandırırdı. Qrup həmçinin
hesabatın dizaynındakı təkmilləşmələr, xüsusilə
də infoqrafikadan istifadə olunmasını bəyəndi.
Bundan əlavə, onlar hesabatın veb və sosial
media ilə daha da inteqrasiya olunmasını təklif
etdilər.
Bizim cavabımız
İşgüzar fəaliyyət və insan haqları üzrə strateji
yanaşmamızı ayrıca bir bölmədə işıqlandırmağa,
eləcə də bəzi yerli menecerlərin karyera yolu
barədə uğur hekayələri verməyə davam etdik.
Bununla yanaşı, Azərbaycanda çəkdiyimiz xərclər,
işəgötürmə və yay təcrübəsi praktikamız, əməyin
təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı
icra göstəricilərimiz barədə məlumatları
açıqlamaqda davam etdik. Təklifə cavab olaraq
statistik göstəricilərə infoqrafika ilə illüstrasiya
verməyə davam etdik. Bir çox diaqramlar artıq
beşillik dövrü müqayisəli şəkildə əks etdirir.
Bundan əlavə, maraqlı tərəflərin təklif etdiyi kimi,
əlavə informasiya üçün hesabata daha çox
veb-keçidlər daxil etdik.
Etik və məxfiliklə bağlı səbəblərə görə, həmçinin
BP qrupunun siyasətinə uyğun olaraq, ayrı-ayrı
işçilərimizə və ya podratçılarımıza ödənilən əmək
haqlarının məbləği və kommersiya baxımından
həssas məlumatları açıqlamırıq. BP qrupunun
bütün dünyada gəlirləri və xərcləri üzrə ümumi
məlumatı şirkətin 2014-cü il üçün illik hesabatında
oxumaq olar.
Əgər bu hesabatla bağlı rəy və təklifləriniz olarsa,
axırıncı səhifədə verilmiş ünvan və telefonlar
vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.