Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   15   16   17   18   19   20   21   22   23

Hesabat prosesi, rəy və təkliflər 

Davamlı inkişaf haqqında bu hesabat öncəki il Azərbaycanda 

gördüyümüz işlər və fəaliyyətlərimiz barədə tam və şəffaf hesabat 

vermək məqsədi daşıyır və əvvəlki hesabatlarla bağlı aldığımız rəy və 

təklifləri əks etdirir. 

Əhəmiyyətlilik dərəcəsini necə təyin edirik 

Daxili ekspertl rin r yl ri

Şirk txarici hesabat

t mayüll ri

Riskl rin qeydiyyat c dv li

Auditoriyanın öyr nilm si

Biznes prioritetl ri

S naye üzr müqayis

v h mkarların r yl ri

Yerli v beyn lxalq

medianın t hlili

Şirk tdaxili 

prioritetl r 

Şirk txarici 

m s l l r 

h miyy tli m s l l r şirk tdaxili prioritetl r

uyğun g l n v şirk t xaricind

ciddi maraq doğuran m s l l r kimi t yin edilir.

34

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Keçirdiyimiz rəy və təklif görüşlərinin birində 

vətəndaş cəmiyyəti nümayəndələri  



“BP Azərbaycanda. Davamlı inkişaf haqqında 

hesabat 2013” barədə fikirlərini bölüşürlər. 

Hesabatımızı hazırlayarkən biz elə məsələləri əhatə 

edirik ki, onların həm maraqlı tərəflər üçün ən çox 

əhəmiyyət kəsb etdiyinə, həm də BP-nin öz 

strategiyasını həyata keçirmək qabiliyyətinə 

potensial olaraq ən çox təsir göstərdiyinə inanırıq. 

BP qrupunun auditorları olan “Ernst & Young” 

şirkəti şirkətdənkənar zəmanəti təmin edib. Onlar 

bu hesabatın 2014-cü ildə Azərbaycandakı 

fəaliyyətlərimizlə bağlı əsas məsələlərin 

tarazlaşdırılmış və dəqiq təqdimatını, verilmiş 

rəqəm və açıqlamaların düzgünlüyünü və 

sənədlərə əsaslanmasını təmin ediblər. 

Rəylər 


Bu, BP-nin Azərbaycanda davamlı inkişaf haqqında 

12-ci hesabatıdır və əvvəlki ilin nəşrinə aid rəy və 

təklifləri əks etdirir. 2013-cü ilin hesabatı 

Azərbaycan və ingilis dillərində nəşr edildi və həm 

şirkət daxilində, həm də şirkətdən kənarda çap 

variantında və veb-saytımız vasitəsilə geniş yayıldı. 

Onu saytdan hər ay orta hesabla 150 dəfə 

yükləyiblər. Bütün maraqlı tərəflərə hesabatın 

nüsxələrini göndərdik, onlardan rəy və təkliflərini 

bildirməyi xahiş etdik. Həmçinin birbaşa rəy 

sorğusu üçün media nümayəndələri, vətəndaş 

cəmiyyəti təmsilçiləri və tələbələrin iştirakı ilə üç 

görüş təşkil etdik. Ümumilikdə, onların rəyi 

müsbət oldu. 



Media 

mənsublarının rəyləri, əsasən, müsbət 

oldu və 2013-cü ilin hesabatı əvvəlki ildə 

olduğu kimi əhatəli və informativ hesab edildi. 

Təkliflər, əsasən, hesabatın “Əməliyyatlarımız” 

bölməsində daha geniş texniki təfərrüatların 

verilməsi ilə bağlı oldu. 

Vətəndaş cəmiyyəti 

nümayəndələri rəy 

sorğusu görüşündə iştirak etdilər. BP qrupunun 

hesabatlar üzrə rəhbəri BP-nin həm qrup, həm 

də ölkə səviyyəsində davamlı inkişaf haqqında 

hesabatına dair rəy və təklifləri dinləmək 

üçün görüşdə iştirak etdi. Görüşdən əvvəl 

bütün iştirakçılardan müsahibə alaraq davamlı 

BP davamlı inkişaf barədə necə hesabat 

verir bp.com/sustainability

BP qrupunun maliyyə və əməliyyat 

göstəriciləri üzrə ümumi xülasə  



bp.com/summaryreview

inkişaf haqqında hesabatımıza münasibətlərini 

öyrənmişdik. Bu, sonrakı müzakirənin kontekstini 

müəyyənləşdirməyə kömək etdi.

 

Əsas təkliflərdən biri hesabata daha çox 



müqayisəli rəqəmlər və vizuallaşdırılmış 

faktlar daxil etmək idi. Onları həmçinin işgüzar 

fəaliyyət və insan haqları üzrə strategiyamız, 

eləcə də şəffaflıq səylərimiz və işçi heyətinin 

milliləşdirilməsi barədə daha ətraflı məlumat 

maraqlandırırdı. Biz ictimaiyyətin əlavə 

materiallar əldə edə bilməsi üçün veb 

keçidlərdən daha çox istifadə etmək barədə 

təklif də aldıq. 

Tələbələr. 

Bakı Dövlət Universiteti, Qafqaz 

Universiteti, Dövlət Neft Akademiyası, Texniki 

Universitet, Memarlıq və İnşaat Universitetinin 

tələbələri birgə rəy sorğusu görüşündə 

iştirak etmək üçün onlayn viktorina vasitəsilə 

seçildilər. Bu qrupu ən çox işəgötürmə ilə 

bağlı məsələlər və yerli tələbələr üçün karyera 

imkanları maraqlandırırdı. Qrup həmçinin 

hesabatın dizaynındakı təkmilləşmələr, xüsusilə 

də infoqrafikadan istifadə olunmasını bəyəndi. 

Bundan əlavə, onlar hesabatın veb və sosial 

media ilə daha da inteqrasiya olunmasını təklif 

etdilər. 

Bizim cavabımız 

 

İşgüzar fəaliyyət və insan haqları üzrə strateji 



yanaşmamızı ayrıca bir bölmədə işıqlandırmağa, 

eləcə də bəzi yerli menecerlərin karyera yolu 

barədə uğur hekayələri verməyə davam etdik. 

Bununla yanaşı, Azərbaycanda çəkdiyimiz xərclər, 

işəgötürmə və yay təcrübəsi praktikamız, əməyin 

təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı 

icra göstəricilərimiz barədə məlumatları 

açıqlamaqda davam etdik. Təklifə cavab olaraq 

statistik göstəricilərə infoqrafika ilə illüstrasiya 

verməyə davam etdik. Bir çox diaqramlar artıq 

beşillik dövrü müqayisəli şəkildə əks etdirir. 

Bundan əlavə, maraqlı tərəflərin təklif etdiyi kimi, 

əlavə informasiya üçün hesabata daha çox 

veb-keçidlər daxil etdik. 

Etik və məxfiliklə bağlı səbəblərə görə, həmçinin 

BP qrupunun siyasətinə uyğun olaraq, ayrı-ayrı 

işçilərimizə və ya podratçılarımıza ödənilən əmək 

haqlarının məbləği və kommersiya baxımından 

həssas məlumatları açıqlamırıq. BP qrupunun 

bütün dünyada gəlirləri və xərcləri üzrə ümumi 

məlumatı şirkətin 2014-cü il üçün illik hesabatında 

oxumaq olar. 

Əgər bu hesabatla bağlı rəy və təklifləriniz olarsa, 

axırıncı səhifədə verilmiş ünvan və telefonlar 

vasitəsilə bizimlə əlaqə saxlamağınızı xahiş edirik.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə