Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   15   16   17   18   19   20   21   22   23

29

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Cəmiyyət

2014-cü ildə Azərbaycanda tərəfdaşlarımızla birlikdə 

100-dən çox yerli şirkətlə dəyəri təxminən 2,15 

milyard dollar   olan yeni uzunmüddətli müqavilələr 

imzaladıq. Şahdəniz Mərhələ 2 (ŞD 2) və digər 

layihələr irəlilədikcə biz yerli təchizatlar üçün imkanlar 

yaratmaq öhdəliyimizə sadiq qalırıq. ŞD2 üçün tələb 

olunan standartlara uyğun materiallar istehsal etmək 

üçün yerli potensialı qiymətləndirdik. Bir neçə yerli 

şirkət layihə üçün həm ayrılıqda, həm də beynəlxalq 

təchizatçılarla alyans halında potensial tədarükçülər 

kimi seçildi. Biz iki yerli şirkətə əməliyyat qurğularının 

və keyfiyyət sistemlərinin əsaslı yenidən qurulması 

ilə iki illik inkişaf proqramı keçməsinə kömək etdik. 

Bunun nəticəsi olaraq 2014-cü ildə ŞD2 üzrə iki iri 

müqavilə yerli  istehsalçılar və alyanslarla imzalandı. 

Tərəfdaşlarımızla birlikdə 2014-cü ildə 311 yerli şirkət 

və fiziki şəxslə iş gördük ki, bunların 266-sı (86%) 

kiçik və orta müəssisələrdir. 2014-cü ildə 

Azərbaycandakı birgə əməliyyatlarımıza və 

layihələrimizə ümumilikdə 2,71 milyard dollar 

xərclədik ki, bu da 2013-cü illə müqayisədə 37% 

artımdır. Bunun bir hissəsi kimi yerli şirkətlərlə ölkə 

daxilindəki xərclərimiz təxminən 1,79 milyard dollara 

qədər artdı. Bu, 2013-cü ilə nisbətən 12% artımdır, 

sahibkarlığın inkişafı səylərmiz ilə tələbləri 

planlaşdırmağımız arasında əlaqəni əks etdirir. 

Sahibkarlığın inkişafı və təlim proqramı  

 

2007-ci ildən etibarən həyata keçirdiyimiz 



“Sahibkarlığın inkişafı və təlim proqramı” (SİTP) 

Azərbaycanda yerli bazarın inkişafına dəstək 

göstərmək üçün uzunmüddətli səylərimizin təməlini 

təşkil edir. Uzunmüddətli perspektivdə SİTP 

regionda sənayenin məhsul və xidmətlərin tədarükü 

üçün müraciət edə biləcəyi uyğun yerli şirkətlərin 

sayını artırmaq, bununla da yerli iqtisadiyyatın 

inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

2014-cü ilin sonuna qədər SİTP yerli şirkətlərə dəyəri 

542,7 milyon dollardan çox olan müqavilələri 

saxlamaqda  kömək etdi ki, bunun da təxminən 

348,4 milyon dollardan çoxu Azərbaycanda BP ilə 

bağlanıb. 

İl ərzində proqramı 28 şirkət uğurla başa vurub və 

bununla proqramı tamamlayan şirkətlərin sayı 177-yə 

çatıb. Bu dövr ərzində daha 245 şirkətin  SİTP 

tərəfindən ilkin qiymətləndirməsi aparıldı. Proqram 

fəaliyyətə başladığı gündən bəri ümumilikdə 1 618 

şirkəti qiymətləndirib.

c

2014-cü ildə BP və tərəfdaşları SİTP-də əvvəllər 



iştirak etmiş 27 şirkətlə təxminən 72,5 milyon dollar 

dəyərində müqavilələr imzaladı. SİTP iştirakçısı 

olmuş on yeddi şirkət digər beynəlxalq şirkətlərlə 

təxminən 9,9 milyon dollar dəyərində, 14 şirkət isə 

yerli şirkətlərlə 7,5 milyon dollar dəyərində 

müqavilələr bağladı. 2014-cü ildə yerli iştirakçı 

şirkətlər yeni əsaslı avadanlığa təxminən 3,8 milyon 

dollar sərmayə qoydular, 246 nəfəri işə götürdülər.



“Alıcı ilə tanış ol” sərgisi

 

BP və tərəfdaşları 2014-cü ilin iyununda üçüncü  



“Alıcı ilə tanış ol” sərgisini keçirdi.  Bu tədbir 21-ci 

Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin bir hissəsi 

olaraq Bakı Ekspo Mərkəzində təşkil olundu. Tədbir 

SİTP-də iştirak etmiş 70-dən artıq şirkətə imkan 

yaratdı ki, öz məhsul və xidmətlərini potensial 

müştərilərə nümayiş etdirsin.  SİTP iştirakçıları 

potensial alıcılarla təxminən 730 məlumat 

mübadiləsi apardıqlarını və sərgidəki digər 

iştirakçı şirkətlərlə 520 biznes əlaqəsi qurduqlarını 

bildirdilər. 

İnkişaf təşəbbüslərində xüsusi uğur qazanmış 

şirkətlərin qiymətləndirilməsi üçün SİTP-ni başa 

vurmuş dörd yerli şirkətə “İlin şirkəti”, “Sağlamlıq, 

əməyin təhlükəsizliyi və ətraf mühit üzrə ən yaxşı 

göstərici”, “Ən yaxşı işəgötürən” və “Texnologiyadan 

ən innovativ istifadə”  nominasiyaları üzrə yeni 

“Sahibkarlığın inkişafı mükafatları” təqdim olundu. 

Tərəfdaşlarımızla birlikdə biz həmçinin neft-qaz üzrə 

ixtisaslaşmış yerli aparıcı universitetlərin “Alıcı ilə 

tanış ol” sərgisində iştirakına yardım etdik.  Bu, 

universitetlərin sənaye, sahibkarlıq və potensialın 

yaradılması zəncirində mühüm bir bənd kimi 

irəliləmək üçün yaxşı bir fürsət idi.

Biz Azərbaycanın biznes sektorunda lazımlı bacarıqların inkişafını 

dəstəkləyərək Xəzər regionu üçün davamlı yerli təchizat sisteminin 

yaradılmasına kömək edirik. 

Sahibkarlığın inkişafı 

Azərbaycan kapitalı olan birgə müəssisələr

Kiçik və orta müəssisələr

a

Dövlət şirkətləri



400

800


1 200

1 600


2 000

2 400


2010

2011


2012

2013


2014

365,5


147,0

27,7


378,0

281,4


37,2

490,1


481,4

532,9


83,3

660,2


284,2

1 232,7

759,4

51,0


Azərbaycanda BP və tərəfdaşlarının birbaşa 

əməliyyat və layihə xərcləri  

($ milyon) 

a

 Bu məbləğə fiziki şəxslər vasitəsilə çəkilən xərclər də daxildir.



b

 2013-cü ildə öz tərəfdaşlarımızla birlikdə 147 yerli şirkət və 

təşkilatla 1 milyard dollardan artıq dəyərdə yeni müqavilələr 

imzaladıq. 

c

 2013-cü ilin sonuna keçən il göstərilmiş 1 316 əvəzinə  



1 374 idi.

Üçüncü “Alıcı ilə tanış ol” tədbiri yerli şirkətlərə  

öz məhsullarını potensial müştərilərə nümayiş 

etdirmək üçün daha bir imkan yaratdı.



2,71

 milyard

dollar tərəfdaşlarımızla 

birgə Azərbaycandakı 

əməliyyat və layihələrə 

xərclədiyimiz məbləğdir.

26

müqavilə Sahibkarlığın 

inkişafı və təlim 

proqramını bitirmiş yerli 

şirkətlərlə 2014-cü ildə 

bağlandı. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə