Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   15   16   17   18   19   20   21   22   23

32

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014

Təhsil təşəbbüsləri  

Geniş çeşidli müxtəlif təhsil təşəbbüslərində 

iştirakımızda məqsəd Azərbaycanda neft-qaz 

sənayesinə dəstək vermək üçün yerli potensialın 

yaradılmasıdır. 

Azərbaycan neft və qaz təqaüd proqramı  

BP və tərəfdaşlarının  maliyyələşdirdiyi bu 

təqaüd proqramı azərbaycanlı tələbələrə Türkiyə 

və Azərbaycan universitetlərində mühəndislik 

və yerşünaslıq elmləri sahəsində bakalavr və 

magistr təhsili almaq imkanı yaradır. 2014-cü 

ildə təqaüdün məbləği 692 000 dollara yaxın 

oldu ki, buraya yeni təqaüdçülər üçün ayrılmış 

153 000 dollar da daxil idi.

2014-cü ildə Türkiyə universitetlərində magistr 

təhsili alan 4 və bakalavr təhsili alan 12 tələbə 

təqaüd almağa başladı. 12 belə tələbə məzunu işə 

götürdük, digər altı  tələbə isə yay təcrübəsi 

proqramımıza qəbul edildi. 



Layihələri İdarəetmə Məktəbi  

BP və tərəfdaşlarının 2010-cu ildə təsis etdikləri 

Layihələri İdarəetmə Məktəbi (LİM) Azərbaycanın 

həm özəl, həm də dövlət sektorunda işləyən 

mütəxəssisləri üçün qlobal səviyyədə tanınan 

müfəssəl bir proqram üzrə təhsil almaq imkanı 

yaratmaqda davam edir. 2014-cü ilin sonunadək 

LİM-də 100-dən artıq özəl və dövlət təşkilatından 

təxminən 300  nəfər iştirak etmişdi.

Noyabrda proqramın üçüncü buraxılışını keçirdik. 

Corc Vaşinqton Universitetinin dinləyici sertifikatını 

almış ümumilikdə 256 məzundan 176 nəfəri həm 

də magistr sertifikatına layiq görüldü.

LİM layihənin idarə olunması üzrə qlobal təlim 

təşkilatı olan “ESI International” tərəfindən 

Xəzər Universiteti ilə əməkdaşlıqda həyata 

keçirilir. Bütövlükdə LİM üzrə BP və 

tərəfdaşlarının maliyyə sərmayəsi 2 milyon 

dollardan artıqdır ki, bunun 100 000 dolları 

2014-cü ildə xərclənib. 



İcmalar üçün peşə təlimi  

2014-cü ilin sentyabr ayında BP öz tərəfdaşları 

adından yerli işçi qüvvəsinin təlim keçməsinə 

yardım etmək üçün Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti (SOCAR) ilə saziş imzaladı. 

Bu saziş çərçivəsində biz öz tərəfdaşlarımızla 

birlikdə Qaradağ rayonunun Səngəçal 

terminalına qonşu yaşayış məntəqələrindən 

seçilmiş 87 nəfər gəncə peşə təlimi keçirik. 

İxtisaslı texnik kimi yetişmələri üçün onlara 

təlim  SOCAR-ın Qobustan Regional Təlim 

Mərkəzində verilir. Layihənin ümumi büdcəsi 

624 000 dollardan artıqdır. 

Qafqaz Universiteti layihəsi 

Azərbaycanda yerli mütəxəssislərin inkişafına 

dəstək üçün Qafqaz Universitetindəki 

layihəmizi davam etdirdik. Bu layihə 2009-cu 

ildə başlanandan bəri BP iki kafedra və 16 

laboratoriyanın yaradılması üçün 2,5 milyon 

dollardan artıq sərmayə qoyub. 2014-cü ilin 

mayında yeni yaradılmış kimya mühəndisliyi 

proqramı üzrə 23 tələbə öz bakalavr təhsilini 

başa vurdu. Bu əməkdaşlıq çərçivəsində 

universitet mexanika, kimya və mülki 

mühəndislik proqramlarının hər biri üzrə 30 yeni 

tələbə qəbul edib. 

BP-nin təqaüd proqramı  

Azərbaycanda neft-qaz ixtisasları ilə əlaqədar 

təhsil alan universitet tələbələrinə 2007-ci ildən 

təqaüd veririk. Bu, tələbələrə BP-nin 

maliyyələşdirdiyi 10-aylıq təlim kursu vasitəsilə 

texniki sahə üzrə ingilis dili vərdişlərini 

təkmilləşdirməyə imkan verir. 2014-cü ildə 

əvvəlki il universitetə qəbul olunarkən yüksək 

nəticə göstərmiş 60 təqaüdçü üçün kursu bir il 

artırmağı təklif etdik. 2014-cü ildə təqaüdlərin 

ümumi məbləği təxminən 59 000 dollar oldu.  

BP-nin tələbələr üçün geologiya üzrə yay 

təcrübə kursu  

2007-ci ildən BP Azərbaycanda tələbə və 

məzunların sedimentologiya və struktur 

geologiya üzrə yay çöl-səhra təcrübəsinə 

sponsorluq edir. Təxminən 190 iddiaçı arasından 

biliklərin qiymətləndirilməsi əsasında 28 

universitet tələbəsi seçildi. Kurs zamanı 

tələbələr Abşeron və Xızı rayonlarına sahə 

səfərində nəzəri biliklər və praktiki təcrübə 

əldə etdilər. Kursu Azərbaycan Milli Elmlər 

Akademiyasının və Miçiqan Universitetinin 

(ABŞ) nümayəndələri apardılar. 

İcma inkişafı təşəbbüslərimizdən əlavə, təhsilə və səriştələrin 

yaradılmasına, mədəniyyətə və idmana yönəldilmiş çoxlu proqramları 

dəstəkləyirik. 

Tələbələr BP-nin geologiya üzrə yay təcrübə 

kursunda praktik təcrübə qazanırlar.

16

tələbə 2014-cü ildə BP 

və onun tərəfdaşlarının 

təsis etdiyi təqaüdlərdən 

faydalandı.

Təhsilin, mədəniyyətin və idmanın dəstəklənməsi 




“Təbrizin sehrli nağılları” 

Azərbaycanın mədəni irsinin təbliğ olunması 

öhdəliyinin bir hissəsi kimi Mədəniyyət və 

Turizm Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC 

ilə birlikdə Azərbaycanın Orta əsrlər miniatür 

rəssamlığına həsr olunmuş “Təbrizin sehrli 

nağılları” kitabının nəşrinə sponsorluq etdik.  

Biz həmçinin kitabın ictimaiyyət üçün 

təqdimatını da keçirdik. Tədbirdə BP və SOCAR 

təmsilçiləri, hökumət rəsmiləri, səfirliklərin, 

qeyri-hökumət təşkilatlarının, beynəlxalq 

qurumların və kütləvi informasiya vasitələrinin 

nümayəndələri iştirak etdilər. 

33

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Cəmiyyət

Azərbaycan Biznes Keys Müsabiqəsi 

Aparıcı universitetlərinin yuxarı kurs tələbələri 

arasında hər il keçirilən bu müsabiqəyə dəstək 

veririk. Bir-birləri ilə yarışan komandalar maliyyə 

və marketinqdən tutmuş mühasibat və 

menecmentə qədər  sahələri əhatə edən 

biznes fənləri üzrə biliklərindən istifadə edərək 

real həyatdan götürülmüş biznes məsələlərini 

həll etməyə çalışırlar. Onlar öz həllərini 

Azərbaycandakı iri biznes təmsilçilərindən ibarət 

münsiflər heyətinə təqdim edirlər.

2014-cü ildə müsabiqə BP və digər sponsor 

sənaye təşkilatlarının dəstəyi ilə  Azərbaycan 

Diplomatiya Akademiyasında (ADA) keçirildi. 

Müsabiqədə iştirak etmək üçün Azərbaycan və 

Gürcüstandan 45-dən artıq komanda müraciət 

etmişdi, onlardan finalçı kimi altı komanda 

seçildi. Müsabiqəyə hazırlaşmaq üçün tələbələr 

biznes keys təhlili və strategiya hazırlamaq 

barədə dörd həftəlik məşqlər və praktiki 

təlimlərdən keçdilər.   

BP-nin sponsorluq töhfəsi 6 000 dollardan çox 

oldu, şirkətin əməkdaşları müsabiqəyə təlimçi, 

məşqçi və münsif kimi öz töhfələrini verdilər.



Orta məktəblərdə mühəndis ixtisasının 

təşviqi 

Şagirdlərin öz gələcək karyera yolunu 

seçmələrinə kömək məqsədilə noyabrda bir 

silsilə seminarlar keçirildi. Bu təşəbbüs Bakıdakı 

orta məktəblərdən texniki ixtisaslara marağı 

olan, ilkin ərizə və yoxlama prosesi vasitəsilə 

seçilmiş 200-ə yaxın məktəblini bir araya 

gətirdi. Təşəbbüs Təhsil Nazirliyi tərəfindən tam 

dəstəkləndi və “Gənc mühəndislərin inkişafı” 

ictimai birliyi tərəfindən həyata keçirildi. İctimai 

birliyin üzvlüyünə BP-nin Azərbaycandakı çoxlu 

sayda peşəkar mühəndisləri də daxildir. 

İdmanın inkişafına dəstəyimiz 

 

2016-cı il Rio de Janeyroda keçiriləcək Yay 



Olimpiya Oyunları istiqamətində Milli Olimpiya 

və Paralimpiya Komitələri ilə rəsmi tərəfdaş 

kimi işləməyi davam etdirdik. Buraya 

Azərbaycan Milli Olimpiya və Paralimpiya 

komandalarına və bizim səfirlərimiz kimi  

seçiləcək atletlər qrupuna sponsorluq daxil idi. 

2014-cü ildə Bakıda keçirilən yeniyetmələr 

arasında atletika üzrə Avropa təsnifat turnirinə 

dəstəyimiz çərçivəsində gənc könüllülərin 

hazırlanması proqramına sponsorluq etdik.  

Otuz universitet tələbəsi gənc komanda lideri 

kimi seçildi və onlara təlim verildi. Onlar turnirin 

müxtəlif komandalarından 1 000 nəfərə yaxın 

könüllüyə təlim keçdilər.

Bu turnirdə Avropanın təxminən 40 ölkəsindən 

700-ə yaxın atlet bir araya gəldi. Turnir 2014-cü 

ilin avqust ayında Çinin Nanjinq şəhərində 

keçirilən Yeniyetmələrin Yay Olimpiya oyunlarına 

lisenziya almağa imkan yaratdı.

Bakı 2015 Oyunlarına dəstək

Bakı 2015 Avropa Oyunları 2014-cü il iyunun 

4-də BP-ni rəsmi tərəfdaş elan etdi. BP şirkəti 

oyunların neft və qaz tərəfdaşına çevrildi, 

həmçinin razılaşmaya əsasən Azərbaycanda 

yüksək səviyyəli idmançıların yetişdirilməsinə 

dəstək oldu.

BP həmçinin 2014-cü ilin dekabrında 

ictimaiyyətə təqdim edilmiş Bakı 2015 Oyunlar 

Akademiyası təşəbbüsünün eksklüziv rəsmi 

tərəfdaşı oldu. Bu innovativ təlim proqramı Bakı 

2015 Oyunları üçün peşəkar bacarıqların davamlı 

irsinin yaradılmasını dəstəklədi. Proqram 

universitet məzunları daxil olmaqla yerli heyət 

üzvlərinin inkişaf etdirilməsi,  çoxsaylı idman 

növlərini əhatə edən mötəbər tədbirlərin 

səmərəli şəkildə keçirilməsi, eləcə də gələcək 

karyeralarında onlara kömək edəcək səriştələri 

inkişaf etdirmək məqsədi daşıyırdı. 

Ümumilikdə Azərbaycan və Avropadan olan 188 

yüksək potensiallı universitet məzunu 2014-cü 

ilin iyul ayında bu proqrama cəlb olunub. Altı 

təlim modulu vasitəsilə 162 Azərbaycan və 26 

beynəlxalq məzun bu il ilk Avropa Oyunlarının 

uğurla həyata keçirilməsinə yardım etmiş faydalı 

səriştə və biliklərə yiyələndilər.  

İdmana dəstəyimiz çərçivəsində tədbirlərin idarə 

olunması üzrə səriştələrin inkişaf etdirilməsi və elit 

idmançılar üçün təlimlərin keçirilməsinə kömək 

etdik.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə