Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

Uzun illərdir ki, ətraf mühit üzrə tədqiqatlar fəaliyyətlərimizin yerli 

ətraf mühitlərə göstərdiyi təsirləri müəyyənləşdirmək və başa 

düşməkdə bizə kömək edir.

Ətraf mühitin monitorinqi 

BP-nin Azərbaycanda operatorluq etdiyi dəniz 

və quru obyektləri yaxınlığında atmosferin 

monitorinqi proqramını həyata keçiririk. 

2004-2014-cü illər ərzində ümumilikdə  

171 monitorinq tədqiqatı başa çatdırılıb.  

Bura 2014-cü ildə aparılmış 21 ətraf mühit 

tədqiqatı da daxildir, onlardan 13-ü quruda, 

altısı dənizdə, ikisi isə sahil yaxınlığında 

aparılıb. 

Dənizdə və sahilyanı ərazidə 

tədqiqatlar  

2014-cü ildə Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri 

və Qərbi Azəri

a

 platformalarının yaxınlığında 



dəniz dibinin monitorinqini həyata keçirdik. 

Dəniz mühitində dəyişikliklərin baş verib-

vermədiyini başa düşmək üçün Azəri-Çıraq-

Dərinsulu Günəşli (AÇG) ərazisində və AÇG 

sualtı boruları boyunca bentik, su və plankton 

tədqiqatları apardıq.  

Səngəçal terminalının genişləndirilən 

sahəsinə yaxın Səngəçal buxtasında sahilyanı 

zonada ətraf mühitin ilkin vəziyyətinin 

müəyyənləşdirilməsi üçün iki tədqiqat aparıldı. 

Bu tədqiqatlar Şahdəniz Mərhələ 2 layihəsi 

fəaliyyətlərinin Səngəçalın ətraf mühitinə 

təsirinin qiymətləndirilməsi üçün istifadə 

olunacaq. 

Nümunələrin çoxlu sayda olmasına və hər bir 

nümunə üzrə bir sıra amillər təhlil edildiyinə 

görə izahlı hesabatların hazırlanması iki ilə 

qədər çəkir. Ona görə də bu hesabatda 

2013-cü ilin tədqiqat nəticələrini xülasə 

şəklində təqdim edirik. 

Quruda tədqiqatlar  

2014-cü ildə aparılmış 13 tədqiqatdan yeddisi 

Səngəçal terminalını, dördü ixrac boru 

kəmərlərini, ikisi isə Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi obyektini (TTİEO) 

əhatə edib.  

Bunlara Səngəçal terminalı, Sərəncə TTİEO 

yaxınlığında, Bakı-Tbilisi-Ceyhan (BTC) və 

Qərb İxrac Boru Kəməri boyunca 

atmosferdəki havanın keyfiyyətinin 

monitorinqi daxildir. Boru kəmərləri 

marşrutları boyunca və terminal yaxınlığındakı 

bir neçə yerdə gündüz və gecə vaxtlarında 

ətraf mühitdəki səs-küyün monitorinqi aparılıb.

Səngəçal terminalı yaxınlığında və ixrac boru 

kəmərləri boyunca qrunt sularının 

keyfiyyətinin, eləcə də səth sularının 

monitorinqini apardıq. Həmçinin Sərəncə 

TTİEO-da  qrunt və səth sularının monitorinqi 

həyata keçirildi.   

Səngəçal terminalı ətrafında torpağın və 

bitkilərin tədqiqatı aparıldı. Terminal 

yaxınlığında canlılar aləminin (quşlar, 

məməlilər, herpetofauna) iki tədqiqatı, eləcə 

də su-bataqlıq sahələri üzrə bir tədqiqat 

həyata keçirildi. Azərbaycanda ixrac boru 

kəmərləri boyunca bioloji bərpa, bitki və növ 

müxtəlifliyi üzrə tədqiqat aparıldı.

Səngəçal terminalı yaxınlığında səth sularının monitorinqi zamanı nümunələrin toplanması. 

Sahibkarlığın inkişafı və təlim proqramımızda 

iştirak edən yerli şirkətlər Xəzər regionunda neft 

və qaz layihələrinə geniş çeşidli xidmətlər göstərir. 

Qərbi Azəri yaxınlığında tədqiqat 2013-cü ilə 



planlaşdırılmışdı, sonradan təxirə salındı.

26

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



21

ətraf mühitin monitorinqi 

üzrə 2014-cü ildə 

apardığımız tədqiqatların 

sayıdır.

Əməkdaşlıq

Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin (SOCAR) ətraf mühit komandası 

ilə əməkdaşlığımızı davam etdiririk. Birgə 

işçi qrupumuz qazın məşəldə yandırılması, 

çirkab və lay sularının idarə olunması 

kimi mövzularda müntəzəm müzakirələr 

aparır. ”Hər il ətraf mühitin monitorinqi 

fəaliyyətlərimizə SOCAR nümayəndələri də 

cəlb edilir”, BP AGT regionunun ekoloji icazələr 

üzrə mütəxəssisi Səadət Qaffarova deyir.   

O, əlavə edir: “Azərbaycanda sahilyanı ərazi 

və qurudakı boru kəməri marşrutları üçün 

həssas zonaların xəritələrini yenilədik və onları 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR 

və Fövqəladə Hallar Nazirliyi ilə bölüşdük”. 

Bu xəritələr mühafizə üzrə görüləcək işlərin 

mühümlük dərəcəsini və cavab tədbirləri 

strategiyalarını formalaşdıran effektiv neft 

dağılmalarına qarşı cavab tədbirlərinin əsas 

tərkib hissəsidir.    

2013-cü il tədqiqatının xülasəsini buradan 

oxuyun:  

bp.com/xezer/ekologiya



Cəmiyyət

Biz istəyirik ki, cəmiyyətə təsirimiz maraqlı tərəflərlə açıq dialoqun 

dəstək verdiyi, sahibkarlığın və icmaların davamlı inkişafına yol 

açan, müsbət təsir olsun. 

27

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Nə edəcəyimizi demişdik  

Sosial investisiyanın idarə olunması üçün 

strukturlarımızı genişləndirəcəyik.

İnfrastrukturdan istifadə imkanını daha da 

asanlaşdıracaq, yerli sənayenin inkişafına 

dəstək verəcək, yerli potensialın 

yaradılmasına kömək edəcəyik.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü 

(MHŞT) ilə bağlı təcrübəmizi yerli və 

beynəlxalq auditoriyalarla böluşəcəyik.

Bu gün işlər nə yerdədir  

Azərbaycanda sosial proqramlara 

tərəfdaşlarımızla birlikdə 5,9 milyon dollar 

vəsait xərclədik.

2014-cü ildə 100-dən çox yerli şirkətlə 

təxminən 2,15 milyard dollar dəyərində 

yeni uzunmüddətli müqavilələr imzaladıq. 

Bu şirkətlərin çoxu BP və tərəfdaşlarının 

təşkil etdiyi səriştə və bacarıqların 

inkişafı proqramlarından keçiblər.

Yeni MHŞT standartlarının həyata 

keçirilməsinə öz töhfəmizi verdik.

Daha nə etməyi planlaşdırırıq 

İcma bacarıq və səriştələrini inkişaf 

etdirən layihələr də daxil olmaqla,  

müxtəlif davamlı inkişaf təşəbbüslərini 

dəstəkləməyə davam edəcəyik.

Şahdəniz Mərhələ 2 və digər layihə işləri 

davam etdikcə yerli təchizatçılara imkanlar 

yaratmaq öhdəliyimizi qarşılayacayıq.

Əməliyyat və layihə sahələrimizə qonşu 

olan icmalarla yaxından işləməyə davam 

edəcək, onlara planlarımızı bildirəcək və 

onları narahat edən məsələləri 

dinləyəcəyik.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə