Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

Əməyin təhlükəsizliyi üzrə göstəricilər və 

iş mədəniyyəti  

2014-cü ildə ümumilikdə yeddi yüksək potensiallı 

hadisə baş verib. Bunlardan beşi düşən əşyalarla, 

ikisi qazın havaya buraxılması ilə bağlı olub. 

Hadisələrin hamısı araşdırılıb, təcrübədən 

çıxarılmış dərslər barədə hesabat hazırlanıb və 

paylaşılıb. 

Diqqəti insan xətaları barədə məlumatlılığa və 

prosedurlara əməl etməyə yönəltməklə əməyin 

təhlükəsizliyi mədəniyyətinin yaxşılaşdırılması 

istiqamətində işimizi davam etdirdik. 2014-cü ildə 

Şahdəniz və Çırağın dənizdə işləyən heyətləri 

üçün insan amili barədə məlumatlandırma təlimini 

yekunlaşdırdıq. Təhlükəsizlik təşəbbüslərini 

prioritetləşdirmək üçün əməyin təhlükəsizliyi 

mədəniyyəti üzrə müstəqil tədqiqat sifariş verdik. 

Tədqiqat bütün dəniz platformalarında hasilat 

və quyu əməliyyatlarını əhatə etdi. Həmçinin 

qəzaların araşdırılması zamanı insan amilini 

necə qiymətləndirdiyimiz təftiş olundu. Tədqiqat 

və təftişin tövsiyələrinə əsasən görüləcək işlər 

təhlükəsizlik göstəricilərimizin yaxşılaşdırılmasına 

kömək edəcək. 

Əməliyyatların təhlükəsizliyi  

2010-cu ildə Meksika körfəzindəki dərin sularda 

baş vermiş hadisə üzrə tədqiqatda, Blay 

hesabatında qlobal qazma əməliyyatlarımızda 

riskin daha da azaldılması məqsədi daşıyan  

26 tövsiyə verildi. BP bu tövsiyələrin həyata 

keçirilməsi üzrə işlərin gedişi barədə müntəzəm 

məlumat vermək barədə öhdəlik götürdü. 

2014-cü ilin axırına yerinə yetirilmiş tövsiyələrin 

ümumi sayı 25 idi. Biz tələb olunan  

163 fəaliyyətdən 92%-ni başa çatdırdıq,  

2013-cü ilin sonuna isə bu rəqəm 85% idi.  

İl ərzində, altısı quyuda fontanın qarşısını alan 

preventor qurğusu ilə bağlı olmaqla, səkkiz 

tövsiyəni yerinə yetirdik. Bunlar yoxlama, texniki 

21

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Əməyin təhlükəsizliyi

Bu cədvəl BP əməkdaşları və podratçılar üzrə məlumatları əks etdirir. BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə 



Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş təriflərdən və bu təriflərin müvafiq şərhlərindən 

götürülüb. Buraya sırf layihələrə dair məlumatlar daxil deyil. 

Tezlik göstəriciləri hər 200 000 iş saatına uyğun hesablanıb.



e

 İş gününün itirilməsi hadisəsi işlə bağlı xəsarət və ya xəstəlik nəticəsində həmin şəxsin iş qabiliyyətini itirməsinə və bu cür 

hadisənin baş verdiyi gundən sonrakı ən azı bir normal iş novbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir. 

f

 Qeydiyyata alınan xəsarət ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarıdır. 



g

 Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən məruzə edilmiş 

yol-nəqliyyat qəzalarının sayıdır.

Amerika Neft İnstitutu.



Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası.



BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri

c

2013


2014

Ölüm halları 

0

0

Yüksək potensiallı hadisələrin tezliyi

d

0,03


0,04

İş gününün itirilməsi hadisələrinin tezliyi

e

0,03


0,00

Qeydiyyata alınan xəsarətlərin tezliyi

f

0,27


0,09

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi

g

1,38


0,83

Qət edilmiş kilometrlər (milyon)

19,51

24,24

İşlənilmiş saatlar (milyon)

29,96

32,18

xidmət, balansdan silmə və etibarlılıq, eləcə də 

preventor tutucusunun konfiqurasiyası və texniki 

xarakteristikaları kimi sahələri əhatə edirdi.  

Yerinə yetirilmiş bütün tövsiyə və fəaliyyətlər indi 

qlobal quyu təşkilatı daxilində ƏİES-in davamlı bir 

hissəsini təşkil edir.

Audit və yoxlamalar 

2010-11-ci illərdə aparılmış əməyin təhlükəsizliyi və 

əməliyyat risklərinə dair auditdən irəli gələn işlər 

2014-cü ilin sonuna qədər, əsasən, başa çatdırıldı. 

Ümumilikdə, BP qrupunun əvvəlki auditlərindən 

irəli gələn işlərin 99%-ni tamamlamışıq.

2014-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə 

(AGT) regionunda BP qrupunun iri bir auditindən 

keçdik. Dəniz platformaları, əməliyyat qurğuları və 

Səngəçal terminalında anbar sahəsi daxil olmaqla 

seçilmiş sınaq obyektləri üzrə riskin idarə edilməsi 

fəaliyyətlərimizin səmərəliliyi audit olundu. Bu 

audit riskin qiymətləndirilməsi və idarə edilməsi

proseslərin təhlükəsizliyi, dəyişikliyin idarə 

olunması və işə nəzarət də daxil olmaqla bir neçə 

ƏİES elementini əhatə etdi. 

Əməliyyatlar üzrə qlobal təşkilatımız bütün 

midstrim və dəniz əməliyyatlarında özünütəftişi 

standartlaşdırmaq məqsədilə 2014-cü ildə 

AGT regionu üçün özünütəftiş proqramının 

hazırlanmasını başa çatdırdı. 

Mexaniki bütövlüyün idarə edilməsi 

2014-cü il ərzində qurudakı və dənizdəki 

obyektlərimizdə cihaz və sistemlərin  

300-dən artıq iri təftişini başa çatdırdıq. 

Buraya ixrac qurğularında avadanlıq və boru kəməri 

sistemlərinin 90-a yaxın təftişi də daxildir. Bundan 

əlavə, korroziyadan müdafiənin qiymətləndirmə və 

modernləşdirmə işlərini, eləcə də bütün midstrim 

üzrə çay kəsişmələrinin təftişini yekunlaşdırdıq.  

Səngəçal terminalında konstruksiyaların, dayaqların 

və beton özüllərin 150-yə yaxın, ixrac kəmərləri 

qurğularında isə daha 10 təftişini başa çatdırdıq. 

Dənizdəki işlərə Azəri və Çıraq platformalarında 

əsas karbohidrogen tutumlarının 30-dan çox 

invaziv təftişi daxil idi. Bir sıra platformalarımızda 

korroziyanın idarə edilməsi proqramını yerinə 

yetirdik. Bundan əlavə, Qərbi Çıraq platformasında  

məsafədən idarə olunan sualtı aparatla 

konstruksiyaların ilkin təftişini başa çatdırdıq. 

Təhlükəsizlik və böhran hallarının idarə 

edilməsi  

Biznesimizə potensial təhlükələri əvvəlcədən 

görməyə çalışmaq, baş verə biləcək böhran 

və ya hadisəyə hazır olmaq üçün oturuşmuş 

proseslərimiz var. 

İş gününün itirilməsi hadisələrinin tezliyi  

(işlənmiş hər 200 000 saat üçün)

0,02

0,04


0,06

0,08


0,10

0,12


0,14

BP isçi heyəti və podratçılar

API

a

 göstəricisi       OGP



b

 göstəricisi

0,01

2010


0,03

2011


0,03

2012


0,03

2013


0,00

2014

Qeydiyyata alınan xəsarətlərin tezliyi   

(işlənmiş hər 200 000 saat üçün)

0,10

0,20


0,30

0,40


0,50

0,60


0,70

BP isçi heyəti və podratçılar

API

 

göstəricisi       OGP



 

göstəricisi

0,17

2010


0,09

2014

0,24


2011

0,21


2012

2013


0,27


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə