Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

İşəgötürmə 

BP-nin məqsədi əməkdaşların bir-birinə hörmət və 

ləyaqətlə yanaşdığı və öz potensiallarını tam aça 

bildikləri pozitiv bir iş mühiti yaratmaq və 

saxlamaqdır. Bu məqsədə nail olmaq üçün 

düzgün insanların düzgün vəzifələrə seçilməsi 

zəruridir. Bizim əməkdaşların işə götürülməsi və 

işdə irəli çəkilməsini hər kəsə qabiliyyətinə görə 

imkan açan meritokratik qaydada etmək 

öhdəliyimiz var. 

İşəgötürmə proseslərimizin şəffaflığına və 

səmərəliliyinə əmin olmaq üçün onları daim 

nəzərdən keçirir və monitorinqini aparırıq. Bundan 

əlavə, Britaniyada yerləşən müstəqil bir agentlik 

işəgötürmə fəaliyyətlərimizin keyfiyyətini 

yoxlamaq üçün mütəmadi olaraq qlobal sorğu 

aparır. Azərbaycanda BP sorğunun bütün 

müddəaları üzrə ən yuksək gostəriciyə malik 

ölkələr arasında olub.

2014-cü ildə biz hər il keçirilən Məzunların və yay 

təcrubəsi kecən tələbələrin işə qəbulu 

proqramımız çərçivəsində təqribən 4 300 ərizə 

qəbul etdik. İlkin seçmə mərhələsindən bunların  

3 155-i keçdi, yekun müsahibə mərhələsinə isə 

391 nəfər çıxdı. Sonda 49 tələbə yay təcrübəçisi 

və 70 yeni məzunu işə götürdük. Bunlardan  

26 məzunu BP-də daimi işçi kimi “Çəllenc” 

proqramımıza qəbul etdik. Qalan 44 nəfər isə 

Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi 

proqramına (NİMTP) qəbul olundu. “Çəllenc” və 

NİMTP barədə daha ətraflı məlumat üçün səhifə 

17-ə baxın. 

İl ərzində texniklərin işə cəlb olunması üçün iki 

kampaniya keçirdik, nəticədə 113 texnikə iş təklif 

olundu. Yeni işə götürülmüş texniklər dənizdəki və 

qurudakı iş sahələrinə göndərilməzdən əvvəl 

Xəzər Texniki Təlim Mərkəzində 18 aylıq intensiv 

ingilis dili və texniki təlim proqramı keçirlər. 

BP-nin Azərbaycanda ehtiyac olduqda açılan bütün 

iş yerləri haqqında elanlar bp.com/xezer 

ünvanında verilir. 2014-cü ildə iş elanlarımızla bağlı 

16 400-dən çox ərizə aldıq, 172 nəfər yerli işçini 

işə götürdük.  

 

Əməkdaşlarla ünsiyyət və 



münasibətlər 

 

2014-cü ildə 1 700-dən artıq əməkdaş və ya 



Azərbaycan, Gürcüstan və Türkiyədən dəvət 

edilmiş şəxslərin 41%-i hər il işçi heyət 

arasında keçirilən sorğuda iştirak etdi. Yekun 

məmnunluq əmsalı inkişaf, işdən məmnunluq, 

rəhbərliyin davranışı, qazanc və iş mühiti 

sahələrini əhatə edir. Region üzrə əmsalımız 

2014-cü ildə 78% oldu ki, bu da 2013-cü ildəki 

75%-lə müqayisədə artımdır. 



Texniklərin forumu 

BP-nin texniklərin forumu ön cəbhə ilə – hasilat 

platformaları, terminallarda və boru kəmərləri 

boyunca işləyən texniklərlə mühüm əlaqə 

vasitəsi olmaqda davam edir. Biz texniklərin 

təliminə və inkişafına böyük sərmayə qoyur 

və işçilərin bu qrupu ilə ən yüksək rütbəli 

rəhbərliyin müntəzəm görüşlərinin əhəmiyyətini 

başa düşürük. Bu görüşlərdə onlar rəy və 

təkliflərini verə, təcrübələrini bölüşə və onları 

narahat edən istənilən məsələni qaldıra bilirlər.

Bu forumlar ilk dəfə 2008-ci ildə təşkil olunub 

və indiyə qədər təqribən 540 nəfərin iştirakı ilə 

18 forum keçirilib. Buraya 2014-cü ildə keçirilmiş 

və 70-ə yaxın texnikin iştirak etdiyi iki forum da 

daxildir.



İşçiləri dinləmək üçün nahar yeməkləri 

Bu nahar yeməkləri regional rəhbər 

qrupumuzun üzvləri ilə müxtəlif sahələrdə 

işləyən işçiləri qeyri-rəsmi nahar və bizneslə 

əlaqəli mövzuları açıq müzakirə etmək üçün 

bir araya gətirir. Bu naharlar işçilərə öz 

narahatlıqlarını bölüşməyə, suallarını verməyə 

və rəhbərlikdən birbaşa cavab almağa fürsət 

yaradır, rəhbərliyə isə təşkilatın müxtəlif 

təbəqələrinin fikirlərini dinləməyə imkan verir. 

2014-cü ildə 90-dan artıq əməkdaşın iştirakı ilə 

altı belə nahar təşkil edilib. 



Kredit almağa dəstək proqramı 

Kredit almağa dəstək proqramımızı 2012-ci ildə 

tətbiq etməyə başlamışıq. Şirkətdə ən azı üç 

il iş işləyən bütün Azərbaycan vətəndaşlarının 

bu proqramdan yararlanmaq hüququ var. Bu 

proqram çərçivəsində əməkdaşlar ev yaxud 

mənzil almaq və ya təmir etmək, ev tikdirmək, 

eləcə də 18 yaşına çatmamış övladlarının təhsili 

üçün kreditlərin ödənişində yardım almaq 

imtiyazı əldə edirlər. 

İl ərzində 610-dan artıq əməkdaşımız bu 

proqram üzrə kredit almaq üçün ərizə verdi

bununla da iştirakçıların ümumi sayı 2 100-ü 

keçdi. Ümumilikdə, 2012-14-cü illər ərzində 

proqram üzrə verilən kreditlərin məbləği  

25,6 milyon dollardan çox olub.



Digər fəaliyyətlər 

Azərbaycanda BP şirkətində üst-üstə  

10 və ya 15 il işləyən əməkdaşlarımız yubiley 

münasibətilə uzunmüddətli xidmətə görə 

mükafatlandırılır. Mükafatlar ümumi görüşlərdə 

yüksək rütbəli rəhbərlik tərəfindən təqdim 

edilir. 2008-ci ildən bəri bu yolla 1 350-yə qədər 

işçinin fəaliyyəti qiymətləndirilib. 

Gənc mütəxəssislikdən qlobal 

rəhbərliyə 

BP AGT-də planlaşdırma və kommersiya 

əməliyyatları şöbəsinin rəhbəri Emil 

İsmayılov təxminən 120 peşəkardan 

ibarət bir qrupa rəhbərlik edir və regional 

rəhbər qrupunun üzvüdür. Eyni zamanda 

o, BP şirkətinin qlobal apstrim biznesinin 

maliyyə rəhbərliyinin də bir hissəsidir. 

Bundan əvvəl Emil demək olar ki, üç 

il London ofisimizdə müxtəlif yüksək 

rəhbər vəzifələrdə işləyib. Apstrim maliyyə 

şöbəsində planlaşdırma üzrə vitse-prezident 

kimi Emil şərq yarımkürəsinin çox hissəsinə 

görə məsuliyyət daşıyıb. “Həqiqətən 

qlobal səviyyədə işləmək möhtəşəm 

bir fürsət idi və nəhəng layihələr sürət 

götürməyə başlayan bir vaxtda Azərbaycana 

qayıtmağıma çox şad idim,” o deyir.

Emil öz karyerasına 1998-ci ildə başlayıb. 

O, BP şirkətinin Azərbaycandakı “Çəllenc” 

proqramının birinci dalğasında iştirak edən 

uğurlu məzunlardan biri olub və xaricdə 

işləmək imkanı ədə edib. “Üç il ərzində 

daha böyük Britaniya biznesində ‘çəllencer’ 

kimi təcrübə qazandıqdan sonra mən 

əməliyyatlarımız genişlənməyə başlayan 

bir vaxtda Şahdəniz qrupuna qoşulmaq 

üçün 2003-cü ildə Azərbaycana qayıtdım,” 

o xatırlayır. Az qala 20 illik karyerasına 

nəzər salan Emil deyir: “Karyeramın 

inkişafında ‘Çəllenc’ proqramı birinci böyük 

addım idi. Mənim hekayəm yerli kadrların 

inkişafına BP şirkətinin ayırdığı xüsusi 

diqqətin bariz nümunəsidir”. 

16

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə