Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Əməyin təhlükəsizliyi 

Təhlükəsiz, etibarlı və tələblərə uyğun əməliyyatların davam etdirilməsini 

diqqət mərkəzində saxlayırıq, əməyin təhlükəsizliyi və əməliyyat 

risklərinin idarə olunmasını bütün işlərimizdə rəhbər tuturuq. 

19

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Nə edəcəyimizi demişdik 

BP-nin Meksika körfəzindəki hadisə barədə 

tədqiqatında (Blay hesabatı) göstərilən 

tövsiyələrin tamamlanması istiqamətində 

irəliləməyə davam edəcəyik.

Podratçılarla birgə əməkdaşlığımızı 

müdaxiləyə ehtiyac yaratmayacaq şəkildə 

davam etdirəcəyik.

Regionda böhran hallarının və davamlılığın 

idarə olunması üzrə qabiliyyətimizi 

gücləndirəcəyik. 

Bu gün işlər nə yerdədir 

Regionda Blay hesabatındakı 26 tövsiyədən 

25-ni yerinə yetirdik. 

Qeydiyyata alınan xəsarətlərin tezliyi 

2013-cü il ilə müqayisədə 67%, nəqliyyat 

vasitələri üzrə qəzaların ümumi səviyyəsi isə 

40% azalıb.

Böhran hallarının və davamlılığın idarə 

olunması üzrə işlərimizdə əsas diqqəti 

cavab tədbirləri üzrə səriştələrimizi daha da 

gücləndirilməyə, BP standartları və ən yaxşı 

sənaye təcrübələrinə davamlı şəkildə 

uyğunlaşdırmağa yönəltdik. 

             

Daha nə etməyi planlaşdırırıq  

Blay hesabatındakı qalan tövsiyəni həyata 

keçirmək yönündə işimizi davam 

etdirəcəyik. 

Podratçılarla işlərimizə əməyin 

təhlükəsizliyi mədəniyyətini aşılamağa 

davam edəcəyik.

Uzunmüddətli iri fövqəladə hallara və ya 

böhran hadisələrinə qarşı adekvat cavab 

tədbiri görmək qabiliyyətimizi 

yaxşılaşdırmaq istiqamətində işləyəcəyik.  




Əməyin təhlükəsizliyinin idarə edilməsi

Əməyin təhlükəsizliyi bizim üçün ən prioritet məsələdir, o, rəhbərlik 

tərəfindən dəstəklənir və əməliyyatların idarə olunması sistemimiz 

vasitəsilə tətbiq edilir.



Özünüt ftiş

Yoxlama

Audit

3

2

1

T hlük siz, etibarlı v  standartlara uyğun 

m liyyatları t min etm k üçün 

sah l rd  t l bl r  riay t olunmasını 

yoxlamaq istiqam tind  davamlı iş gedir.

m yin t hlük sizliyi v   m liyyat riskl ri qrupu-

muz biznesi  İES-  riay t etm kd  yardımçı 

vasit l r, m sl h t v  texniki d st kl  t min edir.

Qrup auditi riskl rin idar  olunması m qs di 

daşıyan seçilmiş f aliyy tl rin effektivliyinin 

müst qil ş kild  yoxlanmasını t min edir.

20

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Təhlükəsiz və sağlam iş mühitinin yaradılması 

uğurumuzun təməlidir. İstər sahələrimizdə 

işləyən əməkdaşlarımızın, istərsə də 

əməliyyatlarımıza yaxın olan icmalarda yaşayan 

insanların təhlükəsizliyini təmin etmək 

öhdəliyimiz var.

Əməliyyatların idarə edilməsi sistemi 

 

BP-nin əməliyyatların idarə edilməsi sistemi 



(ƏİES) istismar əməliyyatları üzrə yaxşı iş 

təcrübəsi prinsiplərini təsbit edir. Bu sistem 

sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik 

ətraf mühit, korporativ məsuliyyət və 

əməliyyatların etibarlılığı, eləcə də texniki 

xidmət, podratçılarla əlaqələr və təşkilatdaxili 

təlimlər kimi əlaqədar məsələlərə dair BP-nin 

tələblərini ümumi idarəetmə sistemində 

birləşdirir. Hər bir biznes və ya əməliyyat 

bölməsi konkret əməliyyat risklərini aradan 

qaldırmaq və öz əməliyyatlarını həyata 

keçirmək üçün ƏİES-i tətbiq edir. O, insanlar, 

qurğu, proses və icraat başlıqları altında 

səkkiz əməliyyat elementini əhatə edir. 

2014-cü ildə ƏİES-in strukturu yenilənib. 

Təhlükəsiz, etibarlı və standartlara uyğun 

əməliyyatlar aparmaq məqsədi dəyişməz 

qalmaqla indi o, daha yığcam, daha aydın, daha 

məntiqi və istifadə üçün asandır. O, iki hissədən 

ibarətdir, belə ki, birinci hissə “ƏİES nədir” 

sualının sadə xülasəsidir, ikinci hissə isə 

tələbləri əhatə edir. 

ƏİES-ə daxil edilmiş icra göstəricilərinin 

təkmilləşdirilməsi dövrəsi fasiləsiz 

təkmilləşməyə yol açır. Burada əsas fikir 

biznes göstəricilərini yaxşılaşdırmaq, riskləri 

aradan qaldırmaq və biznes proseslərini daha 

sadə və səmərəli etmək üçün fürsətləri 

axtarmaqdır. Biz ƏİES tələbləri üzrə icra 

göstəricilərimizi özünütəftiş, yoxlama və audit 

vasitəsilə qiymətləndiririk.

Əməkdaşlarımızı çatışmazlıqları aradan 

qaldırmaq və işimizi daha təhlükəsiz, daha 

səmərəli və ƏİES-ə daha uyğun etmək üçün 

daim yollar axtarmağa təşviq edirik. İl ərzində 

Azərbaycanda sağlamlıq, əməyin 

təhlükəsizliyi, təhlükəsizlik və ətraf mühit, 

gəlirlər, xərclər və digər sahələr üzrə imkanlar 

açan 261 fasiləsiz təkmilləşmə layihəsi 

həyata keçirilib. 

Sağlamlıq və fərdi təhlükəsizlik  

Qurudakı və dənizdəki əməliyyatlarımızda 

müxtəlif peşə sağlamlığı və ilkin tibbi yardım 

bacarıqları, səhiyyə, peyvənd və təşviqat işlərini 

həyata keçiririk. Oktyabrda Azərbaycandakı yerli 

tibbi sığorta xidmətlərinə işçilərimizi və onların 

uyğun ailə üzvlərini əhatə edən önləyici tibbi 

müayinəni əlavə etdik. 

2014-cü ilin noyabr ayında Londondan tibbi 

yoxlama qrupu sağlamlıq və sənaye gigiyenası 

üzrə fəaliyyətlərimizi təftiş etmək üçün 

Azərbaycana gəldi. Aldığımız rəy müsbət oldu 

və bəzi təşəbbüslərimiz nümunəvi kimi 

qiymətləndirildi. 

2013-cü illə müqayisədə 2014-cü ildə qeydiyyata 

alınan xəsarətlərin tezliyi kəskin şəkildə 67% 

aşağı düşdü ki, bu da fərdi təhlükəsizliyin 

yaxşılaşdığını göstərir. 



Nəqliyyat vasitələrinin təhlükəsiz  

idarə edilməsi 

Nəqliyyat vasitələrinin istifadəsi il ərzində 

24%-dən çox artdı. Yol-nəqliyyat qəzalarının 

ümumi səviyyəsi 40% azalsa da,  iki ciddi 

yol qəzası qeydə aldıq. Onlardan biri üçüncü 

tərəfə aid minik maşını ilə bizim podratçının 

yük maşını arasında olub. Hadisənin səbəbi 

minik maşını sürücüsünün qaydaları pozması 

olub və nəticədə üçüncü tərəfdən iki tələfat baş 

verib. İkinci qəza Səngəçal terminalındakı qeyri-

əməliyyat sahəsində baş verib. Sürücü uyğun 

təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə 

podratçının yük maşını aşağı sürətlə hərəkət 

edərkən aşıb. 

Sahələrin və podratçıların nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə olunması standartlarının 

tələblərinə riayət etməsi ilə bağlı audit, eləcə də 

gündəlik monitorinq aparmaqla sağlamlığa və 

əməyin təhlükəsizliyinə təminatı gücləndirmək 

planımızı həyata keçirməyə davam etmişik.

İşçilərimiz Qərbi Çıraq platformasında növbə 

dəyişərkən. 



Özünütəftişdən auditə – müdafiənin üç xətti 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə