Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

2014-cü ildə aktual məsələləri müzakirə etmək 

üçün altı ümumi görüş keçirilib. Regional 

daxili veb-saytımız informasiyanın yayılması 

və müxtəlif kampaniyaların keçirilməsi üçün 

mühüm vasitə olub. 2014-cü ildə işçi heyəti 

üçün “Compass” jurnalının həm Azərbaycan, 

həm də ingilis dilində dörd buraxılışını nəşr 

edərək bütün regionda yaydıq. 

Təhsil və inkişaf 

 

2014-cü ildə biz regionda əməyin təhlükəsizliyi, 



texniki, idarəetmə və biznes davranışları üzrə 

geniş çeşidli təlimlər təşkil etdik. Yerli qrupumuz 

tərəfindən ümumilikdə 12 000-dən artıq 

iştirakçısı olan 1 488 təlim sessiyası keçirildi.  

Bu sessiyaların 1 350-si və ya təxminən 91%-i 

Azərbaycanda keçirildi. 



Davamlı peşə təlimi 

Yerli əməkdaşlarımıza öz ixtisas sahələri üzrə 

əlavə dərəcə və ya sertifikatlar almaqda kömək 

etmək məqsədilə maliyyə yardımı göstərməyə 

davam etdik. 2014-cü ildə ümumilikdə  

67 əməkdaşımız bu proqram çərçivəsində 

yardım aldı. Onlardan 34 nəfəri Britaniya təhsil 

ocaqlarında magistr dərəcəsi almaq üçün ərizə 

verdi, qalan 33 əməkdaşımız isə magistratura 

səviyyəsində digər təhsil imkanlarını seçdi. 



“Çəllenc” və neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramı 

Bizim qlobal “Çəllenc” (“Sınaq”) proqramımız 

Azərbaycanda 2003-cü ildən fəaliyyətdədir. 

Onun məqsədi məzunların illik işə götürülməsi 

proqramı vasitəsilə seçilmiş və sənayedə cüzi 

ilkin təcrübəsi olan istedadlı məzunları inkişaf 

etdirməkdir. “Çəllencer” adlandırılan iştirakçılar 

üçillik proqram ərzində, adətən, iki-üç fərqli 

vəzifə yerinə yetirirlər. Proqramı başa vuranda 

onların tam səriştəli peşəkarlara çevrilməsi 

gözlənir.

2012-ci ildən başlayaraq “Çəllenc” proqramına 

qəbul ola bilməyən seçilmiş məzunları inkişaf 

etdirmək üçün Neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramına başladıq. Bu 11 

aylıq təlim proqramı həmin məzunlara öz texniki 

biliklərini, biznes haqqında  məlumatlarını, 

ünsiyyət bacarıqlarını və ingilis dili biliklərini 

dərinləşdirməyə kömək etmək üçün hazırlanıb. 

Proqram Heriot-Uatt Universiteti və  

“TTE-Petrofak” şirkəti ilə birgə həyata keçirilir. 

2014-cü ildə “çəllencer” kimi işə götürülmüş 

26 məzundan əlavə, daha 35 məzun da 

NİMTP-ni başa vuraraq “Çəllenc” proqramına 

qoşuldu. Ümumilikdə 61 “çəllencer”i işə 

götürdük ki, bununla da onların Azərbaycanda 

sayı 195-ə çatdı. 

Xəzər texniki təlim mərkəzi 

Bu mərkəz BP və tərəfdaşları üçün Azərbaycan, 

Gürcüstan və Türkiyədə daha çox işçi heyətinin 

milliləşdirilməsini həyata keçirməkdə misilsiz 

xidmət göstərir. Bundan əlavə, Oman 

və İraqdakı əməliyyatlarımızın mərkəzin 

xidmətlərindən istifadə etməsi ilə bura  

BP qrupu üzrə yüksək ixtisaslı kadrlar hazırlayan 

regional mərkəzə çevrilib. 2004-cü ildən bəri 

mərkəzin Hazırlıq proqramından təxminən  

1 050 texnik məzun olub. 2014-cü ildə təxminən 

100 texnik təlimi başa vuraraq qurudakı və 

dənizdəki obyektlərə yola salınıb.

Digər proqramlar 

Mühəndisliyə keçid proqramı müvafiq 

təcrübəyə malik bütün maraqlanan əməkdaşları 

təşkilat daxilində mühəndislik karyerasına 

təşviq etmək məqsədilə tərtib olunub. Uğurlu 

namizədlər təcrübə və qabiliyyətlərinin 

qiymətləndirilməsinə əsaslanan ciddi seçmə 

prosesi ilə müəyyən olunur. 2014-cü ildə  

111 ərizə aldıq, bu namizədlərdən 21-i ilə 

müsahibə aparıldı və yeddi mühəndislik ixtisası 

üzrə 14 nəfər seçildi. 

Öz işçi heyətimizə və onların uyğun ailə 

üzvlərinə dil təlimi təklifimizi davam etdirdik. 

2014-cü ilin sonuna qədər 280 nəfər ingilis dili 

dərslərinə gedirdi. Azərbaycan dilini seçənlər 

isə 90 nəfərdən çox idi. Bundan əlavə, əcnəbi 

əməkdaşlara Azərbaycanın tarixi, mədəniyyəti 

və adət-ənənələri barədə söhbətlər təklif edilir.

Texniki münsiflər heyəti 44 çəllencer və 23 yay 

təcrübəçisinin dördüncü regional “TexnoFest”ə 

təqdim etdiyi layihələri qiymətləndirdi (yuxarıda). 

Xəzər texniki təlim mərkəzində qazma idarəetmə 

otağının simulyasiyası (aşağıda).

17

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Əməkdaşlarımız

17%

2013-cü illə müqayisədə 

2014-cü ildə yüksək vəzifəli 

yerli menecerlərin sayında 

artımdır. 



Davranış kodeksimiz əməkdaşlarımızın riayət etməli olduqları 

əsas qaydaları təsbit edir, dəyərlərimizin və qrup standartlarımızın 

qərarlarımızı necə istiqamətləndirməli olduğunu izah edir. 

BP əməkdaşı mütəmadi keçirdiyimiz ümumi 

yığıncaqlardan birində sual verir.

18

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Davranış kodeksimiz 

Davranış kodeksimiz etik standartları təyin edir 

və gündəlik işgüzar fəaliyyətimizdə doğru olanı 

etməkdə bələdçimizdir. 

Yeni, sadələşdirilmiş davranış kodeksi 2014-cü 

ilin iyulunda qüvvəyə mindi. Yeni kodeks bir 

biznes kimi daha sadə, daha məqsədyönlü 

olmağımızı əks etdirir. O, əməkdaşlarımızın 

hərəkətlərinə istiqamət vermək üçün ən 

mühüm prinsip və gözləntiləri təsbit edir. 

Həmçinin BP-nin daha təfsilatlı müvafi q 

tələbləri göstərilən faydalı resurslara keçidləri 

sadalayır. 

Dəyər və davranışlarımız yeni kodeksimizin 

təməli olmaqda davam edir. Kodeksin məğzi 

odur ki, BP əməkdaşlarının düzgün qərar 

verəcəyinə, bir sual və ya onları narahat edən 

məsələ varsa, öz sözlərini deyəcəyinə inanır. 

Etik normalar və qaydalara uyğunluq 

üzrə təlim  

Davranış kodeksi, rüşvət və korrupsiya, çirkli 

pulların yuyulması, mənafelərin toqquşması 

barədə icbari e-tədris modullarından əlavə etik 

normalar və qaydalara uyğunluğa aid üz-üzə 

seminarlar keçiririk. Azərbaycan, Gürcüstan və 

Türkiyədə BP işçiləri və podratçıların 

əməkdaşları daxil olmaqla təxminən 2 600 nəfər 

2014-cü ildə təşkil etdiyimiz 140-a yaxın üz-üzə 

təlim sessiyasında iştirak etdi. 

Bütün podratçılarımızdan və onların 

əməkdaşlarından kodeksimizə uyğun 

işləmələrini gözləyirik və onları buna təşviq 

edirik. İşgüzar tərəfdaşlarımızla gözləntilərimiz 

barədə açıq danışmağa çalışırıq, uyğun olduqda 

müqavilə öhdəliklərini razılaşdırırıq və onların 

gözləntilərimizi və ya müqavilə öhdəliklərini 

doğrultmadığını hesab etdiyimizdə müvafiq 

tədbirlər görürük. 

2014-cü ildə həm də gözləntilərimiz haqqında və 

qeyri-etik davranışın nə ilə nəticələnməsi 

barədə işgüzar tərəfdaşlarımızın 

məlumatlılığının artırılmasına diqqət yönəltdik. 

Məsələn, sentyabr ayında 50-dən artıq 

təchizatçı şirkətin yüksək vəzifəli rəhbərləri 

üçün rüşvətxorluq və korrupsiya əleyhinə 

təlimlər təşkil etdik. 

Sözünü azad şəkildə demək 

mədəniyyəti  

Əməkdaşları, podratçıları və digər üçüncü tərəfləri 

davranış kodeksimizə əməl olunmaması ilə bağlı 

narahatçılıqları və ya sadəcə, hər hansı vəziyyətlə 

bağlı şübhələri varsa sözlərini deməyə təşviq 

edirik. Kodeksimizin və ya hüquqi tələblərin 

pozulması və ya potensial pozulması barədə 

xəbəri olan əməkdaşlar bu barədə birbaşa 

məlumat verməlidirlər. 

BP-nin “OpenTalk” (açıq söhbət) qlobal yardım 

xətti suallar vermək və ya narahatlıq doğuran 

məsələləri qaldırmaq üçün məxfi vasitədir. 

Müstəqil bir şirkət tərəfindən idarə olunan bu 

yardım xətti həftənin hər günü, gündüz və gecə 

istənilən vaxt işləyir və 75-dən artıq dildə zəngləri 

qəbul edir. “OpenTalk” vasitəsilə qaldırılan 

məsələlər qiymətləndirmə və müvafiq tədbirlərin 

görülməsi üçün təqdim edilir. 

2014-cü ildə Azərbaycanda intizam tədbiri ilə 

nəticələnən 42 hadisə barədə məlumat verilib. 

Araşdırma nəticəsində bir sıra BP əməkdaşı, 

eləcə də podratçı və agentlik əməkdaşı işdən 

azad edilib.

Nəyə inandığımız, hansı davranışı hədəf 

seçdiyimiz və bir təşkilat olaraq nəyə can 

atdığımız haqqında müştərək anlayışımızı 

ifadə edən beş dəyərimiz var. Məqsədimiz 

onların gündəlik işimizdə məsuliyyətli 

davranışa çevrilməsini təmin etməkdir. 

Bu dəyərlər bizim öz işçilərimizdən nə 

gözlədiyimizi müəyyən edir, qrup, komanda 

və fərdi səviyyədə necə işlədiyimizlə ayrı-ayrı 

fərdlərin mükafatlandırılmasını əlaqələndirən 

əməkhaqqı sxemi ilə gücləndirilir.

Təhlükəsizlik

Hörmət

Mükəmməllik 



Cəsarət

Bir komanda

Dəyərlərimiz 

Azərbaycanda intizam pozuntuları    

(davranış kodeksinin fəsli üzrə)  

5

10

15



20

25

25



2013

2014

20

1

Təhlükəsiz, məsuliyyətli və etibarlı iş

İşçilərimiz

Aktivlərimiz və maliyyə sahəsində düzgünlüyümüz

Birgə işlədiyimiz hökumət orqanları və icmalar

7

2



2

19

Dəyərlərimiz  



bp.com/values

Davranış kodeksimiz 



bp.com/codeofconduct 

İşçilər Mərkəzi Azəri dəniz platformasından növbə 

dəyişmə gəmisinə təhlükəsiz şəkildə endirildikdən 

sonra “froq” heyətdaşıma kapsulunu tərk edirlər.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə