Daha güclü, daha etibarlı bir bp qururuq



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix21.06.2018
ölçüsü0,59 Mb.
#50632
1   ...   15   16   17   18   19   20   21   22   23

BP əməkdaşları 21-ci Beynəlxalq Xəzər Neft-Qaz 

Sərgisində ziyarətçinin sualına cavab verirlər.  

28

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014



Elşad Nəsirov  

SOCAR-ın sərmayələr və 

marketinq üzrə vitse-prezidenti

BP bizim üçün dost – etibar etdiyimiz 

şirkətdir. Biz BP-ni çox etibarlı bir şirkət 

hesab edirik. BP-nin idarə etdiyi layihələrdə 

qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq 

edirik. Biz bunu yüksək qiymətləndiririk. 

Hasilatın pay bölgüsü, tranzit əraziyə malik ölkə 

hökuməti ilə sazişlərimiz və digər razılaşmalar 

çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə 

bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 

(SOCAR) ilə işimizi davam etdirdik.

BP qrupunun baş icraçı direktoru Robert Dadlinin 

başçılıq etdiyi nümayəndə heyətini üç dəfə – iyun, 

sentyabr və dekabrda Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyev qəbul etdi. 

Azərbaycan hökuməti ilə əməkdaşlığın bir hissəsi 

olaraq regional prezidentimiz Qordon Birrell Şahdəniz 

Mərhələ 2 və Cənub Qaz Dəhlizi də daxil olmaqla 

cari əməliyyat və layihələrimiz barədə yenilikləri 

çatdırmaq üçün yüksək vəzifəli rəsmilərlə müntəzəm 

olaraq görüşdü. İyun ayında Prezident İlham Əliyevi 

və qonaqlarını Bakıda keçirilən 21-ci Xəzər Neft-Qaz 

sərgisində BP-nin pavilyonunda qarşıladı.  

İl ərzində digər ictimai sərgilərdə və tədbirlərdə də 

iştirak etdik. Oktyabr ayında səkkizinci Azərbaycan 

Beynəlxalq Təhsil və Karyera sərgisində pavilyonla 

təmsil olunduq, noyabrda isə Bakıda beşinci 

beynəlxalq Ətraf Mühit Sərgisində iştirak etdik. 

Sentyabrda “Əsrin müqaviləsinin” – Azəri-Çıraq-

Dərinsulu Günəşli üzrə hasilatın pay bölgüsü 

sazişinin 20-illik yubileyini qeyd etdik. Prezident 

Əliyevin ev sahibliyi etdiyi bayram tədbirinə 

dünyanın hər yerindən gəlmiş çoxlu qonaqlar, eləcə 

də sənaye, media və vətəndaş cəmiyyəti 

qurumlarının nümayəndələri qatıldılar. 

Elə həmin gün Səngəçal terminalında Cənub Qaz 

Dəhlizinin təməlqoyma mərasimi keçirildi. Cənub 

Qaz Dəhlizi ölkələrini, Böyük Britaniyanı, ABŞ-ı, eləcə 

də SOCAR və BP-ni təmsil edən prezidentlər, nazirlər, 

yüksək vəzifəli şəxslər kəmərin ilk boru hissəsinə öz 

imzalarını qoydular. Bundan sonra boru hissəsi 

layihənin başlanması əlaməti olaraq torpağa basdırıldı.

İl ərzində Səngəçal terminalına 15-dən artıq ölkəni 

təmsil edən siyasətçi və jurnalistlər, tərəfdaşımız 

olan şirkətlərin qonaqları, eləcə də maliyyə, təhsil və 

digər təşkilatların nümayəndələri üçün 100-dən çox 

səfər təşkil etdik.

2014-cü il ərzində Azərbaycanda gördüyümüz işlərə 

kütləvi informasiya vasitələrinin böyük maraq 

göstərdiyinin şahidi olduq. 

İl boyu yerli və xarici jurnalistlər üçün brifinqlər və 

müsahibələr təşkil etdik. Aparıcı kütləvi informasiya 

vasitələrinin nümayəndələri BP-nin təşkil etdiyi 

bütün şirkətxarici tədbirlərə dəvət olundular. Biz 

həmçinin yerli jurnalistlər üçün iki media seminarı, 

eləcə də yerli və beynəlxalq media 

nümayəndələrinin iş sahələrimizə yeddi səfərini 

təşkil etdik. BP il ərzində Azərbaycanda ümumilikdə 

21 press-reliz və biznes əməliyyatları üzrə dörd 

məlumat bülleteni buraxdı. Media mənsublarının 

suallarına cavab vermək üçün 24 saat fəaliyyət 

göstərən xəttimiz açıq oldu.

İki dildə fəaliyyət göstərən bp.com/xezer veb-

saytımız Azərbaycan və regiondakı fəaliyyətlərimizi 

işıqlandırır və ictimaiyyətlə mühüm ünsiyyət vasitəsi 

olaraq qalır. 2014-cü ilin martında mobil telefonlar 

üçün və istifadəçi cihazına asan uyğunlaşan 

veb-saytımızı açdıq. Yeni veb-sayta il ərzində 

gündəlik 850-dən artıq daxilolma  qeydə alındı. 

Saytın onlayn sorğu forması vasitəsilə 1516 sorğu   

aldıq ki, bu da 2013-cü ilə nisbətən 43% çoxdur. 

Gəlirlərin şəffaflığı  

2003-cü ildə əsası qoyulmuş Mədən Hasilatı üzrə 

Şəffaflıq Təşəbbüsü (MHŞT) neft-qaz sektoru da 

daxil olmaqla mədən sənayesində şirkətlərin 

ödənişləri və hökumətlərin gəlirləri haqqında şəffaf 

hesabatların verilməsi üçün könüllü prosesin 

yaradılmasına kömək məqsədilə hazırlanıb.  Bu 

təşəbbüs hökumətlər tərəfindən şirkətlər və 

vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq 

şəraitində həyata keçirilir. MHTŞ-nin təsisçi üzvü 

olaraq BP uzun müddətdir ki, bu beynəlxalq 

təşəbbüsü dəstəkləyir.   

Azərbaycanın dünyada MHTŞ tələblərinə cavab 

verən ilk ölkə olması 2009-cu ildə təsdiq edilib. 

Azərbaycanda maraqlı tərəflərin yerli çoxtərəfli 

nəzarət qrupunun üzvü və iştirakçı şirkətlər 

qrupunun əlaqələndiricisi kimi biz yerli MHŞT 

prosesində fəal rol oynamışıq. Yerli işçi qrupların fəal 

üzvü kimi BP 2013-cü ilin may ayında qəbul edilmiş 

yeni MHŞT standartlarının tətbiqində iştirak edib. 

Bunun bir hissəsi olaraq yenilənmiş anlaşma 

memorandumu Azərbaycandakı təşəbbüs 

iştirakçıları arasında razılaşdırılıb və 2014-cü ilin iyun 

ayında imzalanıb. İyulda BP özünün 2013-cü ilin 

yanvar-dekabr dövrünü əhatə edən MHŞT 

hesabatını təqdim etdi.  

Biz inanırıq ki, MHŞT üzvlüyü Azərbaycan və onun 

vətəndaşları üçün faydalıdır. BP Azərbaycanda 

MHŞT çərçivəsində hökumət, vətəndaş cəmiyyəti 

və mədən hasilatı sənayesində çalışan digər 

şirkətlərlə işləməkdə davam edəcək. 

BP Azərbaycanda çox müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq 

etməklə bizə məsuliyyətli qərarların verilməsində kömək edən 

əlaqələr qurur. 

Maraqlı tərəflərlə əməkdaşlıq 

Azərbaycanda MHŞT  

eiti.az

Gələcək enerji təmayüllərinə dair 

proqnozlarımız barədə “BP-nin  

Enerji Perspektivlərinə Baxışı 2035” 

hesabatımızı bu ünvandan oxuyun:  

bp.com/energyoutlook



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə