13
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Əməkdaşlarımız
Bizim Azərbaycandakı uzunmüddətli uğurumuz
əməkdaşlarımızın səriştəsi, peşəkarlığı, təcrübəsi və
əzmkarlığından asılıdır.
Nə edəcəyimizi demişdik
2014-18-ci illər üzrə milliləşdirmə planımıza
uyğun olaraq yerli ixtisaslı işçilərimizin faiz
göstəricisini daha da artıracağıq.
Yüksək vəzifəli yerli rəhbər işcilərin
yetişdirilməsini davam etdirəcəyik.
İxtisas yönümlü təlim proqramları vasitəsilə
yerli işçi heyətin inkişafına dəstəyimizi
davam etdirəcəyik.
Bu gün işlər nə yerdədir
2014-cü ilin sonunda Azərbaycandakı
ixtisaslı daimi işçi qüvvəmizin 86%-ni ölkə
vətəndaşları təşkil edib.
Yüksək vəzifəli yerli menecerlərin sayı
əvvəlki illə müqayisədə 17% artaraq 230-a
çatıb.
İl ərzində 67 yerli işçinin müxtəlif ixtisas
dərəcələri və ya sertifikatlar alması üçün
təhsilini maliyyələşdirdik.
Daha nə etməyi planlaşdırırıq
Yerli işçi qüvvəsinin sayını artırmaq üçün
beşillik milliləşdirmə planını həyata keçirməyi
davam etdirəcəyik.
Yerli ixtisaslı işçilərin yüksək rütbəli rəhbər
vəzifələr tutması üçün onların inkişafına
dəstək verəcəyik.
Daha rəqabətədavamlı və kiçik təşkilat
olmaq barədə biznesimizin gündəliyində
duran hədəflərə cavab vermək üçün təşkilati
strukturumuzu davamlı olaraq nəzərdən
keçirəcəyik.
BP-nin icra göstəriciləri yüksək səriştəli,
əzmkar və istedadlı işçi qüvvəsindən asılıdır.
Əməliyyatlarımızı təhlükəsiz və etibarlı şəkildə
yerinə yetirmələri üçün onlara zəruri səriştələr
aşılamağa çalışırıq. Bizim fərdi müxtəlifliklərə
hörmətlə yanaşmaq və bütün əməkdaşlarımıza
bərabər fürsət və imkanlar yaratmaq
öhdəliyimiz var.
BP-nin Azərbaycandakı işçilərinin sayı il ərzində
490 nəfər artaraq 3 745-ə çatdı. Bu rəqəmə
3 393 daimi işçi də daxildir ki, onların
2 919 nəfəri yerli işçilər idi. Daha 73 nəfər yerli
işçimiz xarici ezamiyyətdə olub.
2013-cü ilin sonuna 360 nəfər yerli və
508 nəfər xarici agentlik işçimiz vardı. Bu
heyət BP üçün işləsə də, işə rəsmi şəkildə
işəgötürmə agentlikləri tərəfindən götürülür.
Yerli qanunvericiliyin tələblərinə əsasən, həmin
işçilər müqavilə əsasında BP-yə və ya müvafiq
icazə ilə neft və qaz layihələrində işləyən
üçüncü tərəf podratçı şirkətlərə keçirildi.
Bir neçə mərhələdən ibarət bu köçürmə
prosesini Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (SOCAR), Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya
Xidməti ilə əməkdaşlıq şəraitində uğurla idarə
etdik. 2014-cü ilin sonunda 160 nəfər yerli və
təxminən 200 xarici agentlik işçisini BP-nin
müddətli müqavilələrinə keçirdik.
Eyni zamanda, rəqabətliliyimizi artırmaq və
lazımsız mürəkkəblikləri aradan qaldırmaq
üçün imkanlar axtarmağa davam edirik.
Daha kiçik təşkilata çevrilmək barədə
biznesimizin gündəliyində duran hədəflərə
cavab vermək üçün bu səylər çərçivəsində
təşkilati strukturumuzu nəzərdən keçirdik. Yeni
təşkilati struktur 2014-cü il dekabrın sonunda
təsdiqləndi. Nəticədə həm yerli, həm də xarici
əməkdaşların tutduqları bəzi vəzifələr 2015-ci
ilin əvvəli ixtisar olundu.
Milli işçi qüvvəsinin inkişafı
Əsas prioritetlərimizdən biri Azərbaycanda güclü
milli işçi qüvvəsi yetişdirməkdir. İş təcrübəsi az
olan və ya heç olmayan gənclərin təliminə
sərmayə qoyur, yeni istedadları cəlb edir və
bütün karyera səviyyələrində işçilərimizə geniş
çeşiddə inkişaf və karyera imkanları təklif edirik.
2014-cü ilin sonunda BP-nin Azərbaycandakı
ixtisaslı daimi işçiləri arasında ölkə vətəndaşları
86% təşkil edirdi ki, bu da 2013-cü ilə nisbətən
kiçik artımdır. Bütün ixtisaslı işçi heyətimiz üçün
bu rəqəm 82% idi ki, bura hazırda müddətli
müqavilə ilə işləyənlər də daxildir.
2014-cü ildə Azərbaycanda BP şirkətində
işləyən yüksək vəzifəli yerli vətəndaşların sayı
230-a çatdı. Bu, yerli ofisdə işləyən yüksək
vəzifəli menecerlərin ümumi sayının 41%-i və
əvvəlki illə müqayisədə 17% artım deməkdir.
Onların təxminən 22%-i qadınlardır, əksəriyyəti
maliyyə və insan resursları şöbəsində işləyir.
İl ərzində daha 34 yerli əməkdaş digər ölkələrə
rəhbər vəzifələrə ezam olunub.
Azərbaycanda BP üçün işləyən orta səviyyəli
menecerlərin 86%-dən çoxu (559 nəfərdən
482-si) ölkə vətəndaşları olub. Bundan başqa,
daha 36 nəfər xaricdə orta səviyyəli vəzifələrə
ezam olunub.
Məqsədimiz işçi heyətimizin istedadlarını inkişaf etdirmək, güclü
cəhətlərimizi və bacarıqlarımızı daha da artırmaq üçün ən yaxşıları işə
cəlb etməkdir.
İşçi heyətimizin idarə edilməsi
a
Rəsmi olaraq BP tərəfindən işə götürülmüş ixtisaslı və ixtisaslaşmamış işçilər.
BP əməkdaşları Səngəçal terminalının emal
sahəsində.
BP-nin Azərbaycandakı ixtisaslı daimi işçi heyəti
Bu diaqramda yerli vətəndaşların faizi də göstərilib
500
1 000
1 500
2 000
2 500
3 000
3 500
4 000
4 500
Kişi
Daimi işçil r
Qadın
Kişi
Agentlik m kdaşları
Qadın
Kişi
Müdd tli işçil r
Qadın
2010
2 020
450
434
86
2011
475
521
110
2012
2 470
537
673
132
2013
2 693
562
731
137
2 817
576
276
54
12
2014
76
2 226
500
1 000
1 500
2 000
2 500
3 000
3 500
4 000
Yerli işçil r
cn bi işçil r
380
2 272
2011
86%
452
2 530
2012
85%
2014
494
2 722
2013
85%
2 907
86%
312
2 067
2010
87%
474
BP-nin Azərbaycanda işçiləri və agentlik
müqaviləsi əsasında işləyən əməkdaşları
14
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014