11
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
Əməliyyatlarımız
Bakı-Tbilisi-Ceyhan boru kəməri
Uzunluğu 1 768 km olan BTC boru kəməri
2006-cı ilin iyun ayında istismara verilib.
O vaxtdan 2014-cü ilin sonuna qədər BTC ilə
təxminən 280 milyon ton (2,1 milyard barel)
xam neft daşınaraq 2 750-dən artıq tankerə
yüklənib və dünya bazarlarına yola salınıb.
Hazırda BTC-nin gündəlik ötürmə qabiliyyəti
1,2 milyon bareldir. 2014-cü ildə bu boru
kəməri ilə 34,8 milyon ton (262 milyon barel)
xam neft ixrac edilərək Türkiyənin Ceyhan
limanında 362 tankerə yüklənib. Avqustda
BTC Ceyhanda 2 milyardıncı barel neftin
tankerə yüklənməsini qeyd etdi.
BTC boru kəməri hazırda əsasən
Azərbaycandan AÇG-də hasil edilən nefti və
Şahdənizdə hasil olunan kondensatı nəql edir.
Bundan əlavə, Türkmənistandan və
Qazaxıstandan gələn xam neft də BTC ilə
nəql olunmağa davam edir.
2014-cü ilin fevralında Azərbaycan Resbublikası
Dövlət Neft Şirkətinin (SOCAR) işlətdiyi Şimal
İxrac Boru Kəmərinin (ŞİBK) axın istiqaməti
uğurla dəyişdirildi. Bu, BP ilə SOCAR-ın ŞİBK
boyunca bəzi obyektləri fəaliyyətə gətirmək
üçün göstərdikləri birgə səylər nəticəsində baş
verdi. ŞİBK həcmlərinin BTC ilə daşınmasına
imkan yaradan kommersiya sazişlərinin
imzalanması başa çatdırıldı.
Cənubi Qafqaz Boru Kəməri
Uzunluğu 691 km olan Cənubi Qafqaz Boru
Kəməri (CQBK) 2006-cı ilin sonlarından
istismar olunur. Kəmər Şahdəniz Mərhələ
1 qazını Azərbaycana və Gürcüstana, 2007-ci
ilin iyulundan isə Türkiyəyə çatdırır. 2014-cü il
ərzində kəmərin gündəlik ötürücülük gücü
18,3 milyon kubmetr qaz olub.
2014-cü ildə CQBK üzrə əməliyyat xərcləri
təxminən 50 milyon, əsaslı xərclər isə
0,9 milyard dollar təşkil edib.
CQBK-nin genişləndirilməsi layihəsi
2014-cü ildə CQBK-nin genişləndirilməsi
(CQBKG) layihəsi üzrə müqavilələrin
bağlanmasını davam etdirdik. Əsas
müqavilələrin əksəriyyəti artıq imzalanıb,
Azərbaycan və Gürcüstanda boru kəməri
marşrutu boyunca işlər başlanıb. Əsas
nailiyyətlərə Azərbaycanda ilk 200 km boyu
torpaq sahələri üçün icazələrin alınması,
Gürcüstanda isə 1-ci kompressor stansiyasının
tikintisinə başlanması daxildir.
Boruların daşınıb gətirilməsi 2014-cü ildə
başlanıb və bu iş 2015-ci il boyunca həyata
keçirilərək 2016-cı ilin əvvəlinədək davam
edəcək. Ümumilikdə 19 yük partiyası ilə 40
000-dən çox boru seqmenti gətiriləcək. 2015-ci
ildə CQBKG fəaliyyətlərinə Azərbaycan və
Gürcüstanda boru kəməri tikintisinin başlanması
daxildir.
Qərb İxrac Boru Kəməri
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin
əməliyyatçısı kimi BP həmçinin QİBK-ni idarə
edir. Uzunluğu 829 km olan bu kəmər nefti
Xəzər hövzəsindən Səngəçal terminalı vasitəsilə
Gürcüstanın Qara dəniz sahillərində yerləşən
Supsa terminalına nəql edir. 1997-ci ildən sonra
BP və onun tərəfdaşları boru kəmərində əsaslı
təmir işləri həyata keçirib. 2014-cü ildə bu boru
kəməri vasitəsilə Səngəçal terminalından
31,4 milyon barel neft nəql edilib.
Şahdəniz Mərhələ 2 və Cənub Qaz Dəhlizi
Səngəçal terminalı: BP-nin Xəzərdə əməliyyatçısı
olduğu bütün obyektlər üçün strateji mərkəzdir.
ARALIQ D NIZI
QARA D NİZ
Caspian
Sea
TÜRKİY
GÜRCÜSTAN
YUNANISTAN
ALBANIYA
İTALIYA
BOLQARISTAN
X Z R
D NİZİ
Sahd niz yatağı
C nubi Qafqaz Boru K m ri (CQBK)
Trans-Anadolu Boru K m ri (TANAP)
Trans-Adriatik Boru K m ri (TAP)
Bakı
Tbilisi
Ankara
Afina
Tirana
Sofiya
Rome
AZ RBAYCAN
Dövri
texniki xidmət işləri
Dövri texniki xidmət obyektlər işlək
vəziyyətdə olduğu zaman həyata keçirilməsi
mümkün olmayan mühüm texniki xidmət,
təftiş və ya layihə işlərinin aparılması
məqsədilə fəaliyyətdə olan obyektlərin
planlaşdırılmış şəkildə dayandırıldığı dövrlərdə
aparılır. AÇG-nin illik iş proqramı çərçivəsində,
noyabr ayında Mərkəzi Azəri platformasında
dövri texniki xidmət və Qərbi Azəri
platformasında əsaslə təmir işlərini uğurla
başa çatdırdıq. 2015-ci il üzrə planlara Qərbi
Azəri və Çıraq platformaları, eləcə də
Səngəçal terminalının Şahdəniz ərazisi
daxildir. Bu planlı fasilələr əməliyyatların uzun
müddət təhlükəsiz və etibarlı şəkildə həyata
keçirilməsi üçün son dərəcə əhəmiyyətlidir.
Geoloji kəşfiyyat işləri
Şəfəq-Asiman strukturunda 2012-ci ildə ilk dəfə
aparılmış üçölçülü seysmik tədqiqatdan əldə
olunmuş məlumatların emalını 2014-cü ildə
başa çatdırdıq. Bunun indiyə qədər ölkə
daxilində emal edilmiş ən böyük üçölçülü
tədqiqat olduğu hesab edilir. Biz həmçinin
seysmik məlumatların interpretasiyasını başa
çatdıraraq, potensial perspektivli sahələrin
texniki qiymətləndirilməsinə başladıq.
Bu mərhələdən sonra ilk geoloji kəşfiyyat
quyusunun planlaşdırılması üçün daha bir il
tələb olunur.
Şəfəq-Asiman bloku Bakıdan təqribən 125 km
(78 mil) cənub-şərqdə yerləşir. Blok dənizin
dərinsulu hissəsində suyun dərinliyinin
təxminən 650-800 metr olduğu ərazidə yerləşir
və kollektorun dərinliyi təxminən 7 000 metrdir.
2014-cü ildə biz SOCAR-la Abşeron yarımadası
ətrafındakı dayazsulu ərazidə potensial
perspektiv strukturun birgə kəşfiyyatı və
işlənilməsi üzrə yeni bir geoloji kəşfiyyat
müqaviləsi imzaladıq. Müqavilə ərazisi
yarımadanın cənubunda dənizin 40 metrədək
dərinliyində yerləşir. Kollektorun potensial
dərinliyi 3 000-5 000 metrdir.
Hasilatın pay bölgüsü sazişi 2015-ci ilin
aprelində Milli Məclis tərəfindən ratifikasiya
edildi. Bu, imkan verir ki, BP dünyanın digər
yerlərində dayazsulu sahələrdəki təcrübəsini və
təkmilləşmiş texnoloji həllərini Xəzərə gətirsin.
12
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2014
a
Yuxarıda qeyd edilmiş layihələrdə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti (SOCAR) öz ortaq şirkətləri tərəfindən
təmsil olunur: AÇG – AzAÇG; Şahdəniz – AzŞahdəniz; BTC –
AzBTC; CQBK – AzCQBK; Şəfəq-Asiman – ARDNŞ-nin Ortaq
Neft Şirkəti.
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)
Şahdəniz / Cənubi Qafqaz Boru Kəməri (CQBK)
b
Şəfəq-Asiman / Dayazsulu Abşeron
Bakı-Tbilisi-Ceyhan (BTC)
1. BP
2. AzBTC
3. Şevron
4. Statoyl
5.TPAO
6. Total
7. Eni
8. İTOÇU
9. İNPEKS
10. Konoko Fillips
11. ONGC
30,10
25,00
8,90
8,71
6,53
5,00
5,00
3,40
2,50
2,50
2,36
1. BP
2. SOCAR
3. Şevron
4. İNPEKS
5. Statoyl
6. EksonMobil
7. TPAO
8. İTOÇU
9. ONGC
35,7828
11,6461
11,2729
10,9644
8,5633
8,0006
6,7500
4,2986
2,7213
1. BP
2. TPAO
3. Statoyl
4. SOCAR
5. LUKOYL
6. NİKO
7. SGC
28,83
19,00
15,50
10,0
10,0
10,0
6,67
1. BP
2. SOCAR
50
50
1
9
8
7
6
5
4
3
2
1
7
4
3
2
6
5
1
2
1
11
10
9
8
7 6
5
4
3
2
Azərbaycanda BP-nin əməliyyatçısı olduğu
layihələrdə tərəfdaşların iştirak payı
a
(%)
Xəzər texniki təlim mərkəzində 100-ə yaxın
texnikə səriştəyönümlü təlim keçildi.
b
Bu faiz göstəricilərində 2014-cü ilin may ayı TPAO şirkətinin Total şirkətindən satın alması elan olunmuş paylar nəzərə alınıb.
2014-cü ilin oktyabrında Statoyl Şahdəniz və CQBK-də öz paylarının Petronas şirkətinə satışı barədə elan verdi. Bu tranzaksiya
2015-ci ilin mayında başa çatdı.
Cənub Qaz Dəhlizi qapalı səhmdar cəmiyyətinin (SGC) Şahdəniz Mərhələ 2 və digər Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın
iştirak payını idarə etmək üçün təsis olunub, səhmdarları 51% Azərbaycan dövləti və 49% ARDNŞ-dir.
c
Cənub Qaz Dəhlizi Midstrim şirkəti kommersiya opertoru kimi 1 may 2015-ci ildən Statoyl Azərbaycan AS şirkətini əvəz etdi.
BP AGT layihələri üçün məsul olan hüquqi şəxslər
Layihə
Operator
BP səhmlərini saxlayan şəxs
AÇG
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
“Azerbaijan International Operating Company”
BP Eksploreyşn (Kaspian Si) Limited
“BP Exploration (Caspian Sea) Limited”
BTC
Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani
“The Baku-Tbilisi-Ceyhan Pipeline Company”
BP Payplaynz (BTC) Limited
“BP Pipelines (BTC) Limited”
Şahdəniz
BP Eksploreyşn (Şahdəniz) Limited
“BP Exploration (Shah Deniz) Limited”
BP Eksploreyşn (Azərbaycan) Limited
“BP Exploration (Azerbaijan) Limited”
CQBK
BP Eksploreyşn (Şahdəniz) Limited (texniki operator)
“BP Exploration (Shah Deniz) Limited”
c
BP Payplaynz (SCP) Limited
“BP Pipelines (SCP) Limited”
Şəfəq-Asiman
(təyin olunmalıdır)
BP Şəfəq-Asiman Limited
“BP Shafag-Asiman Limited”