Damğalar, rəmzlər… mənimsəmələr
- 70 -
qabırğa damğası), «argak»
(iqrak – maşa) , «taylak»
(Mərkəzi Asiyada
«köşək» anlamında işlədilir) və s. işarələrinə də rast gəlinir.
87
Sovet hakimiyyəti illərində bəzi akademik nəşrlərdə Qobustanın «Yazılıtəpə»
adlanan ərazisində 143 nömrəli daş üzərindəki damğa işarələrinin
analoji təsvirlərinə Şimali Qafqazda da təsadüf olunması bir neçə yüz il
bundan əvvəl Azərbaycana qışlağa gələn dağıstanlı maldarların «əl işləri»
kimi izah edilmişdir. Çünki bu damğanın bənzərlərinə Şimali Qafqazdakı adıq
xalqının işarələri arasında da rast gəlinir.
88
Onların isə indiki Adıgey Muxtar
Vilayəti ərazisindən qoyun sürülərini Azərbaycana qışlağa gətirməsi qətiyyən
inandırıcı görünmür. Bundan başqa, qədim damğa nişanları üzrə bir sıra nüfuzlu
mütəxəssislərin (
İ.Baske, E.Triyarski, A.Canibekov, K.Əliyev və b.) təsnifatlarına
əsasən, həmin rəmzlərin türk tayfalarına məxsusluğu şəksizdir. Təqribən 25 il
ərzində Qobustan qayaüstü təsvirlərini tədqiq edən Cəfərqulu Rüstəmov burada
daha çox təsadüf olunan «
kiçik çevrədən aşağıya tərəf çəkilmiş üç şüavari
xətt və ya əvvəl birxətt çəkilərək sonra onun yanlarından ayrılmış xətlərin
əmələ gətirdiyi formaya malik işarələrin» sakral xarakterə malik damğalar
olmasına əmindir.
89
Professor Nəsir Rzayev isə təsvirlərin XIV-XIX əsrlərə aid
olması qənaətinə gəlsə də, onların damğa xarakteri daşıması və semantikası
haqqında bunları bildirirdi:
«Belə damğaların bir damğa kimi, şərti-rəmzi
bir işarə kimi yox, bir təsvir motivi olmasını güman etmək istərdik. Onlar,
bəlkə də, maldarların alaçıq və komalarının təsvirləridir».
90
Həqiqətən də
belədir. Maraqlıdır ki, bu damğaların ən qədim variantları Manna və Midiya
dövlətlərinə aid maddi-mədəniyyət nümunələri üzərində də aşkar edilmişdir.
91
Bundan başqa, «köçəri maldarların damğa işarələrinin» eramızdan əvvəl və
ilkin orta əsrlərə aid variantlarına Araz çayının şimal sahillərində məkunlaşmış
massagetlərin rəmzlərində, Mərkəzi Asiyada, Şərqi Sibirdə, müasir Bolqarıstan,
Macarıstan, Rumıniya və Ukrayna ərazilərində də geniş rast gəlinir.
S.Yasenko
regiondakı qədim rəmz və nişanlara həsr olunmuş kitabında bu işarələr də daxil
olmaqla, əhəmənilərin və sasanilərin damğa işarələrinin geniş təsnifatını versə
87
F.Toprak. «Defter-i Cengiz-Nāme’de Boy Nişanları ve Damgalar», Turkish
Studies International Peri-
odical
For the Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011
88
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.
89
C.Rüstəmov. «Qobustan dünyası». Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
90
N.Rzayev. «Daşlar danışır», Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu.
Bakı: “Elm”, 1985.
91
И.Дяконов. «История Мидии», Москва, 1956.
Damğalar, rəmzlər… mənimsəmələr
- 71 -
də, Mərkəzi Asiyada onların analoqlarının olmasını xatırlatsa da, təsvirlərin
semantikası və etnik mənşəyi barədə susmuşdur. Lakin «irandillilərin» müəlliflik
hüququna gəldikdə, Əhəməni
(e.ə. 558-330) və
Sasani (226-651) dövlətlərinin
rəmzləri içərisində spesifik türk damğalarının da olması bu konfederasiyaları
quran etnik tayfaların arasında türklərin də mövcudluğundan xəbər verir. Damğa
işarələrinin etnik mənsubiyyətini müasir osetinlər, farslar və taciklərlə bağlamaq
meylini gizlətməyən S.Yasenko, nəhayət, onu da etiraf edir ki, Mərkəzi və Ön
Qafqazda yaşayan irandilli xalqlarda, taciklərdə və farslarda damğa işarələri
türklərdə olduğu kimi xüsusi ada və sakral əhəmiyyətə malik deyildi. Onların
qrafik təsviri konkret predmetlərin, təbiət hadisələrinin, inanc elementlərinin və
s. obrazlarını əks etdirmirdi. Sadəcə olaraq, bu təsvirlər bütövlükdə tayfa və
ya tayfa birliyinin deyil, ayrı-ayrı nəsillərin mülkiyyət nişanı kimi tanınırdı.
92
Ukraynalı arxeoloq Viktor Draçuk isə tədqiqatlarında müxtəlif etnoslarda
damğaların statusları arasında fərqi xüsusi vurğulayaraq bildirir:
«İrandilli
etnoslardan fərqli olaraq, türk xalqlarında nəsil rəmzlərindən savayı onları
birləşdirən ortaq damğalar və xaqanın yanında onların qorunması üzrə
xüsusi məmur – tamqaxan da mövcud idi. Yalnız türklərdə xaqan (xan)
tayfa və nəsillər üçün damğa işarəsi təyin edə bilərdi».
93
Cədvəl 3. Əhəməni və sasani tayfa rəmzləri
94
içərisində etnik türk damğaları
Əhəməni
(e.ə. 558-330-cu illər)
Sasani
(226-651-ci illər)
Azərbaycanda qədim və ilkin orta əsr memarlığının, incəsənətinin
öyrənilməsi üzrə elmi tədqiqatların əsasını qoymuş görkəmli alim,
professor Davud Axundov Qobustan, Gəmiqaya, Geğam və Baykal gölünün
şimalındakı Subuktuy qayaüstü təsvirlərindəki analoji
işarələrin
genezisini araşdıraraq onların vahid semiotikaya malik olduğunu bildirmişdir.
92
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья», Москва,
«Восточная литература», 2001.
93
В.Драчук. «Системы знаков Северного Причерноморья». Киев, 1975.
94
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва:
«Восточная литература», 2001.