Damğalar, rəmzlər… mənimsəmələr
- 17 -
damğa nişanları əsas etibarilə əmlak, mal-qara üzərində fərdi və ya kollektiv
mülkiyyət hüququnu ifadə edirdisə, türk xalqlarında, ilk növbədə, etnik və
nəsil-tayfa mənsubiyyətini, dini və sosial mənşəyi, ayrı-ayrı fərdlərin, nəsil
və ya tayfanın statusunu və s. bildirir, dövlət rəmzləri olaraq bayraq və tuğ
başlıqlarını bəzəyirdi.
Təhlillərə əsasən, türk xalqlarında damğa işarələrinin təyinatı və
funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin
dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə
bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür. Məsələn:
•
döyüş bayraqlarında və hökmdar sancaqlarının başlıqlarında;
•
zireh, dəbilqə və qalxanlarda, kəsici silahların tiyəsi üzərində;
•
yasaq ərazilərin və şəxsi sahələrin sərhədlərində;
•
xalça və xalça məmulatlarında, keçələrdə, ipək parçalarda;
•
bəzək əşyalarında;
•
bədənin əl, qol, bilək, alın hissələrinə vurulan döymə naxışlarda (tatu);
•
dulusçuluq və zərgərlik məmulatlarında;
•
baş geyimlərində (papaq və yağmurluqların/araqçınların) üst hissəsində,
gəlinlik geyimlərinin, uşaq paltarlarının, yapıncıların üzərində;
•
ev, alaçıq və çadırların divarlarında, qapı çatılarında;
•
məzar daşlarında;
•
dini inanc yerlərində;
•
nəzərlik xarakterli əşyalarda;
•
iri və xırda buynuzlu ev heyvanlarının, atların və dəvələrin bud, alın, qulaq
və quyruq hissələrində;
•
qoşqu vasitələrində (araba, qazalaq və s.);
•
anbar və tövlələrin giriş hissəsində və s.
Bu baxımdan, B.Ögəl, O.Akçokraklı, V.Olxovski, Ə.Canıbəyov,
L.Lavrov, K.Əliyev, V.Flerova, İ.Baski, E.Triyarski və X.Yaxtaniqov kimi
tədqiqatçıların apardıqları araşdırmaların nəticələrini ümumiləşdirsək, ortaq
türk damğalarının tarixşünaslıqda xüsusi əhəmiyyət kəsb edən aşağıdakı
aparıcı funksiyalarını önə çəkə bilərik:
1. Etnik mənsubiyyət göstəricisi. Məlumdur ki, ortaq türk damğaları təkcə
özünün qədimliyi ilə deyil, həm də spesifik qrafik təsvir üslubları və türk mifik
təfəkkürü, inancları, yaşam tərzi, hərb sənəti, dövlətçilik ənənələrinə söykənən
semantikası ilə başqa xalqların etnik tanınma-fərqləndirmə nişanlarından
Damğalar, rəmzlər… mənimsəmələr
- 18 -
kəskin şəkildə fərqlənir. Belə olan təqdirdə, hər hansı bir qədim xalqın və ya
tayfanın etnogenezinin, məskunlaşma ərazilərinin müəyyənləşdirilməsində,
dövlətçilik tarixinin öyrənilməsinə dair mübahisələrə son qoyulmasında digər
etnomədəni əlamətlərlə yanaşı damğa işarələrinin də həlledici rolu vardır. O
da məlumdur ki, saka-skif, sarmat, parf, sasani və s. damğaları içərisində etnik
türk damğalarının da geniş yayılması bu konfederasiyaların və dövlətlərin
qurulmasında türk tayfalarının fəal iştirakının sübutlarındandır. Bundan başqa,
damğa işarələrinin genezisinin, yayılma areallarının araşdırılması müxtəlif
tarixi dövrlərdə türk tayfalarının formalaşması, etnogenezi, məskunlaşma və
miqrasiya prosesləri barədə qəti elmi fikirlər söyləməyə əsas verir.
Məsələn, 2012-ci ildə Türkmənistan Elmlər Akademiyası Arxeologiya və
Etnoqrafiya İnstitutunun ekspedisiyası Göytəpə ətrafı (inzibati-ərazi vahidi)
Izqand yaşayış məntəqəsi yaxınlığında, Daşlıtəpə adlanan ərazidə qazıntılar
zamanı antik dövrlərə aid bir sıra maddi-mədəniyyət nümunələri ilə yanaşı,
üzərində «xan damğası» və ya «baltavar» işarəsi olan
saxsı qab parçası
da aşkar etmişdir. İnstitutun professoru Ovez Gündoğduyev qədim və orta
əsr türkmən tayfaları arasında həmin tanınma-fərqləndirmə nişanının geniş
yayıldığını vurğulayaraq, damğanın Parfiya hökmdarlarından birinə məxsus
olduğunu bildirir. Alim qənaətini onunla əsaslandırır ki, burada məskunlaşmış
massaget və sarmat-alan tayfaları sonralar birləşərək qədim oğuzların böyük
hissəsini təşkil etmişlər. O yazır: «
Parfiya imperiyası tarixdən silinsə
də, onu yaradan xalq yox olmamışdır. Vaxt ötdükcə Türkmənistan
ərazisindəki qədim etnoslar güclü oğuz ittifaqını yaratmışlar. Bu ittifaqın
iri şəhərlərindən biri də Izqand – Oğuzkənd olmuşdur. Odur ki, «parf
hökmdarlarının» damğasının burada tapılması təəccüb doğurmamalıdır.
Bu işarə həm də oğuzların kınık tayfasının rəmzi olmaqla səlcuqların
sikkələri üzərinə də basılmışdır. Təsadüfi deyildir ki, Mixail Psell (1018-
1078-ci illərdə yaşamış Bizans tarixçisi və filosofu)
Səlcuq dövlətinin
ilk hökmdarı olmuş Məhəmməd Toğrul bəyi «Parfiya sultanı»
adlandırmışdır».
5
2. Dominant etnomədəniyyətin təzahürü. Mübaliğəsiz deyə bilərik ki,
damğa işarələrinin bu funksiyası Kür-Araz mədəniyyətinin, Şimali və Cənubi
Qafqazda, Anadoluda aşkar olunan maddi-mədəniyyət nümunələrinin,
Qərbi Azərbaycandakı qayaüstü təsvirlərin etnik mənşəyi, Arşakilər, Qafqaz
5
О.Гундогдыев. “Знак парфянских царей из селения Ызган”, http://www.turkmenistan.gov.
tm/?id=3103
Damğalar, rəmzlər… mənimsəmələr
- 19 -
Albaniyası, Səfəvi dövlətləri və s. ətrafında yaranan mübahisələrə tarixi-
etnoqrafik baxımdan son qoyulması üçün əlverişli imkandır. Məsələn,
Dərbənd qala divarlarının hörgü daşları üzərindəki 500-dən çox damğa işarəsi,
Göytürk əlifbası qrafemləri və ortaq türk damğaları əsasında yaranan Qafqaz
Albaniyası əlifbasının işarələri, bu dövlətə aid xristian abidələrində tipik türk
sakral nişanlarının həkk edilməsi, Alban hökmdarı Asfagenin möhürü ilə
Hun, Xəzər, Qızıl Orda rəmzləri arasında heyrətamiz eynilik, «erməni xalça
naxışları» adı altında tanıdılan nümunələrin tamamilə etnik türk tanınma-
fərqləndirmə nişanlarından ibarət olması və s. mənimsəmələrə qarşı ciddi
müqavimət olmaqla, bu ərazilərdə tarixən hansı mədəniyyətin dominat
rolunun ifadəçisidir.
3. Statusun, dominant-vassal münasibətlərinin əlaməti. Damğaların bu
funksiyasının əhəmiyyəti, məsələn, «baltavar», «yay» və «yay-
ox» işarələri «hakimiyyət», «dominatlıq», onların üzüaşağıya çevrilmiş tipləri
müstəqillik hüquqlarının nisbətən məhdudlaşdırılmasını ifadə
edirdisə, «ox» və «baltavarın» digər variantı vassallığı bildirirdi. Orta əsr
rus knyazlıqlarının bayraqlarındakı həmin etnik türk işarəsinin variasiyaları
onların həqiqətən də Qızıl Orda dövlətindən asılılıqlarından xəbər
verir. Krımdakı Kırkör (Qırx yer) bəyliyinin qoşa «baltavar» damğası isə
onun eyni zamanda həm Krım xanlığının, həm də Osmanlı dövlətinin vassalı
olmasının ifadəsidir. Başqa bir misal. Ağqoyunlu dövlətinin bayrağında bu
sultanlığı təşkil edən bayandur boyunun «zənginlik» anlarmı verən damğası
(etnik xalça ornamentlərinə istinadən «yüklü dəvə» kimi yozula bilər) həkk
olunmuşdu. O da məlumdur ki, müəyyən tarixi dövrlərdə bir tayfanın və ya
nəslin, bəyliyin, dövlətin öz damğa işarəsini dəyişməsi, başqasının tanınma-
fərqləndirmə nişanını götürməsi onun digərinin tabeliyinə keçməsinin əlaməti
sayılır.
Burada kitab boyu vurğulanacaq bir məsələnin qısa anonsunu vermək
istərdik. Təhlillər göstərir ki, erməni xalqında tarixən etnik damğa işarələri, o
cümlədən hər hansı bir milli dövlətçilik rəmzləri olmamışdır. Eyni zamanda,
erməni dilinin lüğət tərkibində də «damğa» anlamını verən söz və ya ifadə
yoxdur. Məsələn, ornamentlərdən, dini rəmzlərdən, qayaüstü təsvirlərdəki
işarələrdən bəhs olunarkən «möhür» mənasında işlədlən «droşm», fars mənşəli
«nişan» və ya xalis türk sözü olan «bitik» (pitik - «yazı», «yazılı dua», «tilsim»)
kəlməsinin «pitak» şəklində təhrif olunmuş variantını işlədirlər. Erməni
Dostları ilə paylaş: |