Damğalar, rəmzlər… mənimsəmələr
- 22 -
- yıva boyu
(Domaniç və Çərşənbə kəndlərində), - Kayapa və Qızılkeçili
kəndlərində
(tayfa mənsubiyyəti məlum deyildir),
- dodurğa tayfası
(Yaylacıq kəndində) və s. ilkin orta əsrlərdə Türkiyənin bu ərazilərində də
oğuz boylarının böyük nüfuza malik olduqlarını sübuta yetirir.
8
«Damğa» sözünün etimoloji izahı
«Damğa»
(tamqa, tanma, tanqa, tanqama, tanba, takma, tamğa,
tuğra) sözü birmənalı olaraq türk mənşəlidir. Bu söz Göytürk mətnlərində
kimi yazılır və «tamka» kimi oxunurdu. Damğa/tamğa/tamka
sözünə Orxon epiqrafik abidələrindəki yazılarda da rast gəlinir:
«Yerdeki
tamkalıg yılkı» (Yerdeki damgalı ilxı).
9
Başqa bir misal.
1949-cu ildə
A.Okladnikov tərəfindən Monqolustanın Cənubi Xankay aymakında tapılmış
daş abidə üzərində hündürlüyü 18 santimetrə çatan damğa təsviri altında
Orxon-Yenisey işarələri ilə
«Tuğçi borqıçı Yağış çor tuğrağı» («Yağış» adlı
bayraqdar-şeypurçu/boruçalanın damğası) sözləri yazılmışdır.
10
Qeyd edək
ki, «Tuğra» kəlməsi ilk dövrlərdə «damğa» sözünün sinonimi kimi işlənsə
də, orta əsrlərdə ərəb-türk xəttatlıq sənətində yazı ornamenti nümunəsi kimi
hökmdarın imzasını, möhürünü və gerbini əvəz etmişdir. Tanınmış türk alimi
Əhməd Cavad Əmrənin qənaətinə əsasən, «damğa» sözünün kökündə əski
türkcədə «yandırmaq», «dağlamaq», «qızdırmaq» anlamı verən «tam» feli
dayanır.
11
Fransız tədqiqatçısı Jan Pol Rou isə onun daha qədim, protoaltay
mənşəli olan, «bir heyvanın üzərinə basmaq» kimi yozulan «taq» felindən
törəndiyini iddia edir və misal olaraq «damğa» sözünün sinonimlərindən birini
- «taqma» kəlməsini göstərir.
12
Oljas Süleymenov isə «tamqa/damğa» sözünün
etimologiyasını daha qədim dövrlərlə, Şumer mədəniyyəti ilə bağlayır. Onun
qənaətinə görə, bu kəlmə öz genezisini protoşumerlərin dilində «gil lövhə»,
«yazılı material» anlamını verən «tup» sözündən götürmüşdür. Sonralar
akkadların, elamların və huritlərin dillərinə «tupp» və «tuppi», avropalıların
dillərinə isə «tipus»
(latın), «tipros»
(yunan), «tippe»
(fransız) və «tayp»
8 «Bursa çevresinde kayi boyu ve karakeçili damgalari», http://timeoutbursa.blogspot.com/2012/04/bursa-cevresinde-
kayi-boyu-ve.html
9 Aysu Ata. «Orhun türkçesi». Anadolu
Üniversitesi, 2011.
10 Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», I cild. Bakı, 2009.
11
Emre Ahmet Cevat. Türk Dili Araştırmaları Yıllığı Belleten, 1954.
12 Funda Toprak, «Defter-i Çengiz-nāme’de boy nişanlari ve damgalar», Turkish Studies-
International Periodical For
The
Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011.