Damğalar, rəmzlər… mənimsəmələr
- 20 -
alimlərinin tarixi Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazilərində,
Anadolu və Qafqazda qayaüstü təsvirlər içərisindəki qədim türk işarələrini
bilərəkdən rəmz və ya damğa kimi deyil,
«oxunması hələ mümkün olmayan
qədim erməni əlifbası işarələri» adı altında təqdim etmələrinin arxasında bu
rəmzləri dolayı yolla mənimsəmə istəkləri dayanır. Çünki «erməni damğası»
kimi yozula biləcək istənilən işarənin, əslində, qədim türklərə, irandillilərə və
ya Qafqaz xalqlarına məxsus olması onlarda da şübhə oyatmır. Məhz bu səbəb
üzündən dağıstanlı alim Həsən Yaxtaniqov Qafqaz xalqlarının damğaları
haqqında kitabında «erməni damğalarından» bəhs edərkən İrəvan alimlərinin
«fəaliyyətsizliyinə» təəccübünü gizlədə bilməmişdir:
«1892-ci ildə Ulap
Mustafa Mahir İsmayıl oğlunun Türkiyədə nəşr etdirdiyi kitab nədənsə
tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Burada noqay, qaraçay,
abaza, kabardin və ermənilərin 257 damğası toplanmışdır. Halbuki, bu
damğalar bəzi nəsillərin etnik mənsubiyyətinə də aydınlıq gətirə bilər».
6
Səbəb isə budur: erməni tərəfi həqiqəti müəyyənləşdirmək marağında deyildir.
4. Dini mənsubiyyətin və mifoloji təfəkkürün göstəricisi. Qədim türk
damğa işarələrinin böyük hissəsini sakral xarakter daşıyan rəmzlər və onların
çoxsaylı variantları, məsələn,
və s. təşkil
edir. Əski türk qam-şaman inanclarından, ibtidai kosmoqonik təsəvvürlərdən,
tanrıçılıq dinindən bəhrələnən bu işarələr əsas etibarilə nəzərlik funksiyasına
malik olan Tenqri xan və Humay Ana simvollarıdır. Türk xalqlarının islam və
xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlərin ilkin semantikası
dəyişsə də, qoruyucu funksiyaları xalq yaddaşından silinməmişdir. Onlar ortaq
etnik ornamentlər kimi tətbiqi sənətdə indi də geniş istifadə edilməkdədir.
Məsələn, bu gün Azərbaycan, Anadolu, Şimali Qafqaz, Mərkəzi Asiya, Krım
və Volqaboyu türk xalqlarının xalça naxışlarında qədim dinlər və əcdad
kultu ilə bağlı bəzək ünsürlərinin damğa nişanları ilə müşayiət olunması bu
mistik funksiyanın günümüzə gəlib çatan işartılarıdır. Lakin hər bir tayfanın
qoruyucu damğaları ilə yanaşı, ortaq xarakter daşıyan nəzərlik işarələri: -
bitik, tumar, - «aça», «elşən», - «qaz ayağı», «çərxi-fələk»,
«şəmsi-gərdan», «sarman» və s. vardır. Onu da xüsusi vurğulamaq lazımdır
ki, hələ eramızdan əvvəl qədim qayaüstü təsvirlərdə, məzar daşları və maddi-
mədəniyyət nümunələri üzərində «Dirilik Ağacı» (Həyat Ağacı, Qaba Ağac)
və ucluqlarında tayfa damğaları olan Tenqi xan nişanlarının
6
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 21 -
xristianlıq, «Günəş-Ay» anlamları verən və damğalarının
işarələrinin isə islam dini ilə əlaqəsi yoxdur. Arxeoloji materiallara əsasən,
bu rəmzlər həmin dinlərdən 1000-3000 il əvvəl yaranmış və yayılmışdır.
Xristianlıqdan əvvəlki dövrlərdə formalaşan, ilkin yozumları təhrif olunan,
türk xalqlarının qədim və müasir xalça ornamentləri kimi tanınan, lakin
orta əsrlərdə xüsusilə erməni-qriqorian kilsəsi tərəfindən İsa Məsih dini ilə
bağlanan, ucluqları qoç buynuzlu
damğa və rəmzlərdən ibarət
olan açalar (hasalar, xaçlar) və s. də ortaq türk maddi-mədəni irsində
xalça ornamentləri kimi qalmışdır. Bununla belə, qoç işarəsinin türk xalqlarının
islam dinini qəbul etməsindən sonra da unudulmamasının, qalmasının bir
səbəbi onun zoomorf rəmz qismində İsmayıl qurbanı ilə əlaqələndirilməsidir.
7
5. Ərazi mənsubiyyətinin qrafik əlaməti. Etnosiyasi qarşıdurmaların
obyekti olan «mübahisəli ərazilərdə» aşkar olunan damğa işarələri, bu
nişanlarla bağlı qədim toponimlər - «Oxçular», «Baltalı»,
«Yayçı», «Baqanalı», «Aşamaylı»,
«Daraqlı»,
«Bitikli»/«Tumarlı», «Çəmbərli» və s. konkret etnosun və ya ayrı-ayrı
tayfaların məskunlaşma dövrünü və ərazilərinin göstəricisi kimi nəzərdən
keçirilə bilər. Məsələn, ötən əsrin ortalarında Dərbənd qala divarlarının
eramızın V-VI əsrlərinə aid hörgü daşları üzərindəki yüzlərlə damğa
işarələrinin müqayisəli təhlili nəticəsində onların bütövlükdə türk tayfalarına
və tayfa birləşmələrinə məxsus olduğu sübuta yetirilmişdir. Bu faktın özü də
türklərin guya regiona VIII-XII əsrlərdə köç etmələrinə dair bir sıra Rusiya,
Ermənistan və Dağıstan «mütəxəssislərinin» etnosiyasi iddialarını puça
çıxarır. Başqa bir misal: 1940-cı ildə türkiyəli tədqiqatçı Əli Rza Yayğın
Bursa şəhəri ətrafındakı kəndlərdə apardığı etnoqrafik araşdırmalar zamanı
türk tayfalarına, eləcə də oğuz boylarına məxsus olan, mal-qaranın, bağ,
bostan və əkin sahələri hüdudlarının nişanlanması məqsədilə istifadə edilən
damğa işarələri və variantlarını müəyyənləşdirmişdir. Həmin işarələr: -
alkaevli tayfası (Samanlı kəndində),
- eymür tayfası (Yaylacıq kəndində),
- alkaevlilərin digər damğası (Kayapa kəndində),
- çuvardur tayfası
(Əlaiddin kəndində), - çuvaldurların digər damğası, (Samanlı kəndində),
- yenə də Əlaiddin kəndində (hansı boya aid olduğu məlum deyildir.
Lakin oğuz elinin bügdüz boyunun damğa işarəsinə bənzəyir – A.Q.)
,
7
И.Богословская, «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml
Dostları ilə paylaş: |