Damğalar, rəmzlər… mənimsəmələr
- 9 -
Giriş əvəzi
« Dünlə bərabər getdi cancağımız,
İndi yeni sözlər söyləmək lazım.
Nə qədər söz varsa dünənə aid
Onları yenidən söyləmək lazım» .
Mövlanə Camaləddin Rumi
Bu kitab xalqımızın mədəni irs nümunələrindən, kollektiv yaddaşımızın
unudulan elementlərindən olan rəmz və damğa işarələri barədə «tarix yaz-
maq» iddiasından deyil, etnomədəniyyət, etnopsixologiya və etnik mifoloji
təsəvvürlərlə sıx bağlı olan həmin nişanların mənşə və semantikasını, onla-
rın tətbiqi xüsusiyyətlərini öyrənmək və başqalarına çatdırmaq istəyindən
yaranmışdır. Çünki haradan nə ilə gəldiyini unudan, haraya və hansı yüklə
gedəcəyini də bilməyəcəkdir. Xalqa haradan gəldiyini xatırlatmaq tarixçilərin,
haraya gedəcəyini müəyyən etmək isə siyasətçilərin işidir. Gizlinlər isə uzaq-
da, «qırx qapı arxasında» deyil, ətrafımızda, məişətimizdə, hələ də yaşanan
adət-ənələrimizdə - bir sözlə, özümüzdədir. Bu çətin işdə çəkindiyimiz var-
dısa, o da gerçəklikləri bilmədən təhrif etmək xofu idi. Odur ki, səhvlərimizi
qabaqcadan görüb qarşısını alanlara, bu kitabın ərsəyə gəlməsində yardımçı
olanlara dərin minnətdarlığımızı bildiririk.
«Kökün kim!». Böyük mütəfəkkir Mahmud Kaşğarinin (1008-1105) «Diva-
ni lüğət-it-Türk» əsərində yer almış müdrik atalar sözləri arasında gizlənən bu
xatırlatma dahi türk aliminin gələcək nəsillərə ünvanladığı əbədi vəsiyyətidir.
Yer üzündə «böyük» və ya «kiçik» xalq, «üstün millət», «ali irq» və ya «seçil-
miş» etnos olmasa da, onların hər birini digərlərindən fərqləndirən etnomədəni
xüsusiyyətləri, dili, təkrarolunmaz maddi-mənəvi irsi vardır. Xalqlar həm də
onları öz keçmişləri, bu günü və gələcəkləri arasında rabitə quran mifik Diri-
lik Ağacının (Qaba Ağac, Baytərək) qol-budaqlarının əcdad-köklərə bağlılığı
ilə də seçilirlər. Bu kökdən ayrılanlar, onlara miras qoyulan irsə yiyə dura
bilməyənlər isə mənbəyindən uzaq düşən çaya bənzəyirlər: axarı ilk vaxtlar nə
qədər güclü olsa da, müvəqqətidir, yol qət etdikcə quruyacaq. Hələ eramızdan
əvvəl böyük yunan mütəfəkkiri Platon «Dialoqlar» əsərində əcdadların qoyub-
getdiyi irsin müasirlər üçün vacibliyini belə ifadə edirdi:
«Siz də, digər xalq-
lar da hər dəfə özünüzə əlifba yaratmağa, yeni həyata uyğunlaşmağa im-
Damğalar, rəmzlər… mənimsəmələr
- 10 -
kan tapan kimi sanki göy yarılır, oradan başınıza bədbəxtliklər, amansız
xəstəliklər yağmağa başlayır. Və siz yenidən savadsızlara, nadanlara çev-
rilirsiniz. Beləliklə, keçmiş əyyamlarda ölkənizdə nələrin baş verdiyindən
xəbərsiz körpələr kimi hər şeyə yenidən başlamalı olursunuz».
Keçmişə biganəlik total unutqanlıq yaradır. O da həqiqətdir ki, bu gün
bir çox xalqların üzləşdiyi süni etnomədəni münaqişələrin, ərazi iddiaları-
nın mayası genetik vərdişə çevrilmiş unutqanlıqda, öz tarixinə biganəlikdə,
onu qoruya bilməməkdədir. Görkəmli fransız maarifçisi Şarl Lüi Monteskyö
1721-ci ildə qələmə aldığı «İran məktubları» romanında türk xalqları tarixi-
nin gələcəkdə üzləşəcəyi təhrif və saxtakarlıqları bəsirətlə görərək təəssüf
hissi ilə bunları yazırdı:
«Yer üzündə heç bir xalq nə fatehlik şöhrəti, nə
də əzəməti ilə onlarla (Azərbaycan türkləri – A.Q.) yarışa bilməz. İra-
nın həqiqi hökmdarları onlardır. Kirin, Kiştapsın taxtında qürurla
əyləşənlər də onlardır… Bu fateh xalqın yalnız tarixçiləri çatışmayıb ki,
şanlı qələbələrinin şöhrətini yazıb ətrafa yaysınlar… Bu cəngavər xalq öz
məğlubedilməzliyinə o qədər inanıb ki, ötən qələbələrini əbədiləşdirmək
qayğısına qalmayıb».
1
Fateh babalarımızın öz tarixlərinə biganəliyi isə
yüz illər sonra, XIX-XX əsrlərdə acı nəticələrini verdi. Tarixi Azərbaycan
torpaqları parçalandı, kiçildi və bu ərazilərin əcdadlarımıza məxsus olması
barədə sübutları başqa xalqların mənbələrindən arayıb-axtarmaqdan başqa bir
çarəmiz qalmadı. Eramızdan əvvəl yaşamış Çin şairi Sıma Syan-Ju haqlı idi:
«Öz tarixini bilməyən və bundan nəticə çıxarmayan xalq əcdadlarının
çəkdiyi əzabları yenidən yaşamağa məhkumdur»...
Təhlillər göstərir ki, bəzən əhəmiyyətsiz görünən, orta statistik istehlakçı
təfəkküründə sadə «naxış», «bəzək ünsürü» kimi qəbul edilən qədim dam-
ğa işarələri milli-mədəni irsin təhriflərə, mənisəmə səylərinə ən dayanıq-
lı olan elementləridir. Məsələn, iddialı tərəflər qədim Azərbaycan xalçasını
özününküləşdirə, «milli mədəniyyətinin nümunəsi» kimi təbliğ edə bilər.
Lakin onların üzərindəki kodlaşdırılmış sakral təsvirləri, güclü etnik «immu-
niteti» ilə seçilən ortaq türk damğa işarələrini mənimsəmək isə mümkünsüz-
dür. Bu işarələr konkret ərazilərdə, məsələn, tarixi Azərbaycan torpaqlarında,
Türkiyədə, Mərkəzi və Ön Asiyada, Krımda, Şərqi Avropada və s. ilkin tarixi-
etnomədəni mənzərənin bərpasında unikal vasitə olmaqla yanaşı, türk xalq-
larının protovətəni, miqrasiya prosesləri, dini inancları, mifologiyası, adət və
1 Ш.Л.Монтескье. “Персидские письма”. Москва, Издательство “ИОЛОС”, 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 11 -
ənənələri, hərb sənəti və hərbi-siyasi konfederasiyaları və s. haqqında qərəzsiz
məlumat mənbəyidir. Məhz bu amillər bizi qədim türk damğaları ilə əlaqəli
aşağıdakı suallara cavab axtarmağa sövq edir:
• Əgər Ön Asiya, xüsusilə tarixi Azərbaycan və Anadolu ərazilərinə ilk
türk köçü həqiqətən də eramızın V əsrinə təsadüf edirsə, burada 2-5 min
il əvvəllərə aid olunan və dünyada «türk damğaları» kimi tanınan qədim
işarələrin müəllifləri kimlərdir?
• Azərbaycan ərazisindəki Qobustan, Gəmiqaya, Göyçə qayaüstü
təsvirlərindəki işarələri, Manna, Midiya, sak-skif, bəzi sarmat, əhəməni və
sasani rəmzlərini, Orxon-Yenisey əlifbasını əski türk damğa nişanları ilə
hansı etnomədəni bağlar birləşdirir? Bu sual ətrafında araşdırmalar həqiqi
türk köçünün «Şərqi Sibirdən Cənub-Qərbə» doğru deyil, məhz Ön Asi-
yadan istiqamətlənməsinə dair qənaətlərin təsdiqinə yardımçı ola bilərmi?
• Əgər Avrosentrizm nəzəriyyəsi tərəfdarlarının iddia etdikləri kimi, həmin
damğa işarələri qədim türk xalqlarına deyil, hind-avropalılara (slavyanla-
ra, hindlilərə, germanlara, skandinavlara)
məxsusdursa, görəsən, nə üçün
onların semantikası yalnız əski türklərin mifologiyası, yaşam tərzi, spesifik
hərb sənəti və inancları
(qam-şaman dini, tanrıçılıq) əsasında dəqiq izahını
tapır? Digər iddialı xalqlar həmin damğa nişanlarının mənşə və mahiyyətini
«unutduqları» halda, onların məhz ortaq türk ornamentləri, dövlət simvol-
ları sırasında bu günə kimi qorunub-saxlanılmasının səbəbi nədir?
• Elmi ədəbiyyatda şərti olaraq «Qafqaz Albaniyası» adlandırılan Alban
dövlətinin rəmz və damğa nişanlarının türk mənşəli olması həmin dövrdə
bu ərazidə hansı etnomədəniyyətin dominant rolunun göstəricisidir?
• Xristian dininin bir sıra rəmzlərinin İsa Məsihin mövludundan və xaçın
kult obyekti kimi qəbul edilməsindən xeyli əvvəl qədim türk inancların-
da ilahi nişanlar, nəsil və tayfaların fərqləndirmə işarələrinin olması hansı
etnomədəni və siyasi proseslərlə əlaqəlidir?
Antik və Orta əsr tarixçilərin məlumatına görə, qədim türk atlı döyüşçüləri
savaş ərəfəsində bir-birini tanımaları və hərb meydanını Göydən seyr edən
Tenqri xanın onları düşməndən fərqləndirməsi üçün alınlarına, baş geyimlərinə
mənsub olduqları nəslin damğalarını və dini rəmzlərin təsvirlərini çəkərdilər.
Əgər döyüşçünün qisməti şəhidlik olsaydı, onu Tenqri məkanına da həmin
alın yazısı ilə yola salırdılar. Bəlkə də, bu gün «qəzavü-qədər» anlamını verən
«alın yazısı» ifadəsinin ilkin semantikası bu ayin ilə əlaqəlidir.
Dostları ilə paylaş: |