Danışıqların aparılması


D A N I Ş I Q L A R I N A P A R I L M A S I



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#121123
1   ...   15   16   17   18   19   20   21   22   ...   45
dansqlarn-idareedilmesi

D A N I Ş I Q L A R I N A P A R I L M A S I
Başlanğıc
Razılaşma
"olar"
"yaxşı"
"düzdür"
İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU 
4. XOŞ OVQAT YARADIN 
 
Adətən, danışıqlarda razılıq tədricən əldə olunur. Danışıqlar davam etdikcə hər bir mərhə-
lənin hər iki tərəf, lakin xüsusilə qarşı tərəf üçün yaxşı keçdiyini vurğulamağı unutmayın. 
"Yaxşı plandır", "Yaxşı nəticə verəcək", "Ədalətli fikirdir", "Yaxşı təklifdir, gəlin dediyiniz kimi 
edək" kimi ifadələr razılığı formalaşdırmağa kömək edir.
43
Copyright protected – Management Pocketbooks Ltd


İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU 
5. SƏTİRALTI MƏNALARI OXUYUN 
 
Unutmayın ki, danışıqların aparılması mahiyyət etibarilə çəkişməli prosesdir. Hər iki tərəf 
özü üçün ən yaxşısını istəyir və tələyə (yaxud uğura) yaxınlaşdığınızı göstərən əlamətləri 
yalnız qarşı tərəfin söylədiklərində tapa bilərsiniz. Xüsusilə də təhlükəyə işarə edən, yəni 
göründüyündən fərqli mənanı və ya deyilənin tam əksini bildirən ifadələrə diqqət yetirin. 
Məsələn: 

"Siz ağıllı adamsınız" (mənası: 
"Mən ağıllı adamam"
). 

"Bu variant hər ikimiz üçün daha ədalətli olar" (mənası: 
"Xüsusilə mənim üçün"
). 

"Demək olar ki, razılaşmağımıza çox qalmayıb" ( mənası: 
"İstədiyim daha bir şey var"
). 

"Qalır bir neçə kiçik məsələni aydınlaşdırmaq" (Kiçik? Kimin üçün?). 

"Əlavə edəcəyim bir şey yoxdur" (ardınca isə: 
"Sadəcə, onu da qeyd edim ki..."
).
44
Copyright protected – Management Pocketbooks Ltd


İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU 
6. NEYTRALLIĞI QORUYUB SAXLAYIN 
 
Neytrallığı mümkün qədər çox və mümkün qədər uzun müddət qoruyun. Danışıqlar tarazlığı 
qorumağa çalışdıqda ən yaxşı nəticəni verir. Tərəflərdən biri: "Bu təklif hazırda müzakirə 
etdiyim digər sövdələşmə qədər əlverişli deyil", – deyərək müzakirənin təməlini məhv 
edərsə, danışıqları sıfır nöqtəsinə qaytara bilər. 
Prosesin gedişatı boyunca sövdələşmənin, ümumiyyətlə, mümkün olub-olmadığı haqqında 
suallar vermək əvəzinə, diqqətinizi əldə edilmiş razılıqlar üzərində cəmləşdirin. Təklifin özünə 
yenidən qayıtmaq zəruridirsə, belə də edin; lakin bu, inandırıcı ünsiyyətdir. Danışıqların 
mərkəzində şərtlərin müzakirəsi dayanmalıdır.

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə