Danışıqların aparılması


Copyright protected – Management Pocketbooks Ltd İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix30.08.2023
ölçüsü2,72 Mb.
#121123
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
dansqlarn-idareedilmesi

40
Copyright protected – Management Pocketbooks Ltd


İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU 
2. SÖYLƏDİKLƏRİNİZİ TEZ-TEZ ÜMUMİLƏŞDİRİN
 
 
Danışıqların aparılması xarakter etibarilə mürəkkəbdir. Bir sıra dəyişənləri eyni anda nəzərə 
almaq lazım gəlir. Mövzudan asanlıqla uzaqlaşa bilərsiniz, ona görə də söylədiklərinizi 
ümumiləşdirməkdən heç vaxt çəkinməyin. Məsələn, bu ana qədər hansı yolu qət etdiyinizin 
xülasəsini verin, yaxud məsələlərdən birinin müzakirəsinin harada qaldığını qısaca xatırladın. 
Ümumiləşdirməni "nəzərə alsaq ki" və ya "əgər" sözləri ilə əlaqələndirərək söhbəti nəzarətdə 
saxlaya və üzərinizə öhdəlik götürmədən imkanları araşdıra bilərsiniz. ("Deməli, razılaşdıq ki, 
xərc, çatdırılma, müddət məsələlərini həll etməliyik, beləliklə, əgər… o zaman …")
41
Copyright protected – Management Pocketbooks Ltd


İRƏLİDƏ OLMAĞIN 10 ÜSULU 
3. QEYDLƏR GÖTÜRÜN 
 
Mürəkkəb danışıqları gedişat ərzində izləyin. Müəyyən toplantıların qəbul olunmuş formatı 
qeydlərin götürülməsinə imkan verməsə də, gedişatı izləməlisiniz. Unutmayın, məlumat 
gücdür. Heç vaxt kor-koranə irəliləməyə çalışmayın ("Hansısa mövzu haqqında nə 
danışmışdıq?"). 
Qeydlərin götürülməsi sizi yalnız nəyisə unutduğunuzun ortaya çıxmasından qorumur, 
qeydləri yoxlaya bilmək sizə daha bir üstünlük qazandırır. O sizə düşünmək üçün vaxt verir: 
ya "icazə verin, qeyd edim" deyirsiniz (və elə də edirsiniz), yaxud da "icazə verin, yoxlayım 
görüm necə razılaşmışdıq" deyirsiniz. 
Beyin qələmdən dəfələrlə sürətli işləyir. Elə vaxtlar olur ki, (bəzən məsələyə aidiyyəti olmayan) 
2 və ya 3 sözü kağıza qeyd etdiyiniz müddətdə ağlınıza nə qədər çox fikrin gəlməsi sizi 
təəccübləndirir. 
42
Copyright protected – Management Pocketbooks Ltd



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə