Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   ...   6   7   8   9   10   11   12   13   14

37

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

ilə apardığı araşdırmalarda bu cür qarışıq yeriş 

formasının imkansız olduğunu göstərmişdir. 

Kromptonun gəldiyi nəticə budur: bir canlı ya tam 

dik, ya da tam dörd ayağı üzərində gəzə bilər.5 Bu 

ikisinin arasında olan yeriş forması enerji sərfiyyatının 

həddindən artıq olması səbəbindən mümkün deyil. 

Bu səbəbdən, yarı iki-ayaqlı bir canlının var olması 

mümkün deyil.

Bu cür uydurma ibtidai varlıqların necə ağıllı 

və sosial davranışları əldə etdikləri sualının cavabı 

da təkamülçülərin cəfəngiyatına görə kollektiv 

halda yaşadıqları, beləliklə, ağıllı və sosial 

davranışlar əmələ gəlməsidir. Halbuki, sürü 

şəklində yaşayan yalnız bu uydurma ibtidai 

varlıqlar deyil. Qorillalar, şimpanzelər, 

meymunlar və daha bir çox heyvan 

növü sürü şəklində yaşayırlar. Lakin 

bunların heç biri insan kimi ağıllı və 

sosial davranışlar qazanmamışlar. 

Heç biri sənətkarlıq nümunələri 

inşa etməmiş, astronomiya 

elminə yiyələnməmiş, nəhəng 

abidələr ucaltmamış bir 

sözlə ağıl və qabiliyyət nümayiş etdirməmişdir. 

Çünki ağıllı və şüurlu davranış yalnız insanlara 

xas xüsusiyyətdir. Keçmişdən günümüzə qədər 

izi qalan bütün bu əsərlər də bizlər kimi ağıl və 

şüura sahib olan, hesablama, planlaşdırma, istehsal 

etmə qabiliyyəti olan insanlar tərəfindən meydana 

gətirilmişdir. Bu insanların ibtidai şərtlərdə 

yaşadıqları iddiası isə birbaşa arxeoloji tapıntılar 

tərəfindən təkzib edilir.    

1.Glynn Isaac, Barbara Isaac, The Archaeology of Human 

Origins,  Cambridge University Press: Cambridge, 1989, səh. 

71; C.B.M Mc Burney, Haua Fteah, Cambridge University Press: 

Cambridge, 1967, səh. 90 

2. Vadim N.Stpanchuk, «Prolom II, A Middle Palaeolithic 

Cave Site in the Eastern Crimea with Non-Utilitarian Bone 

Artefacts», Proceedings of the Prehistoric Society 59, 1993, səh. 

17-37, səh. 33- 34.)

3. Paul Mellars, The Neandertal Legacy, Princeton: University 

Press, 1996, səh. 17 və Vadim N. Stpanchuk, «Prolom II, A 

Middle Palaeolithic Cave Site in the Eastern Crimea with Non-

Utilitarian Bone Artefacts», Proceedings of the Prehistoric Society 

59, 1993, səh. 17-37, səh. 17) 

4. Neandertals Lived Harmoniously,  The AAAS Science 

News Service, 3 aprel, 1997

5. Ruth Henke, «Aufrecht aus den Baumen», Focus, cild 

39, 1996, səh. 178

Qorİllalar, 

şİmpanzelər, meymunlar 

və daha bOr çox heyvan 

növü sürü şəklİndə yaşayırlar. 

Lakİn bunların heç bİRİ İnsan 

kİmİ ağıllı və sosİal davranışlar 

qazanmamışlar. Heç bİrİ sənətkarlıq 

nümunələrİ İnşa etməmİş, astronomİya 

elmİnə yİyələnməmİş, nəhəng abİdələr 

ucaltmamış bİr sözlə ağıl və qabİlİyyət 

nümayİş etdİrməmİşdİr. 



38

Mİsİr pİramİdalarının

sİrlərlə dolu İnşaat texnologİyası

Bu ehramlar arasında ən ehtişamlı olan 

Xeops ehramı indiyə kimi dünyada 

inşa edilmiş ən böyük daş tikili 

olaraq qəbul edilir. Bu ehramın 

necə inşa edildiyi barədə 

Herodot zamanından bu yana 

bir çox tarixçi və arxeoloq 

müxtəlif nəzəriyyə 

irəli sürmüşdü.

Qədim Misirdə inşa edilən və günümüzdə hələ 

də böyük heyranlıqla izlənən ən möhtəşəm əsərlər 

əsrarəngiz ehramlardır. Bu ehramlar arasında ən 

ehtişamlı olan Xeops ehramı indiyə kimi dünyada 

inşa edilmiş ən böyük daş tikili olaraq qəbul edilir. 

Bu ehramın necə inşa edildiyi barədə Herodot 

zamanından bu yana bir çox tarixçi və arxeoloq 

müxtəlif nəzəriyyə irəli sürmüşdü. Bəziləri bu 

ehramın tikintisi zamanı qulların istismar edilməsi 

və rampa texnikasından tutmuş pilləli ehrama qədər 

bir çox üsulun istifadə edildiyini iddia etmişdir. Bu 

üsulların gözlərimiz önündə yaranan mənzərəsi 

belədir:

- Bu ehram qullar tərəfindən tikilmiş olması 

ehtimal edilərsə, işləyən qulların sayı 240.000 kimi   

inanılmaz bir rəqəm olmalıdır.

- Əgər inşaat texnikası olaraq rampa texnikası 

istifadə edilmiş olsaydı, ehramın tikintisi bitdikdən 

sonra bu rampanın sökülməsi üçün təxminən 8 

il lazım olardı. Danimarkalı bir inşaat mühəndisi 

www.dasdovru.elmisaytlar.com

www.dasdovru.elmisaytlar.com

Düşünən İnsan, Sentyabr 2016



39

Düşünən İnsan, Sentyabr 2016

QİZADAKI EHRAMLARLA BAĞLI TƏƏCCÜB 

DOĞURAN  MƏLUMATLAR

Qizadakı ehramlarla bağlı aparı-lan 

bəzi riyazi araşdırmalar qədim misirlilərin 

çox mütərəqqi riyazi və həndəsi bilikləri 

olduğunu göstərir. Bu hesablamalara 

görə, ehramların layihəsini çəkənlər 

riyazi və həndəsi biliklərdən başqa 

dünyanın ölçüləri, ekvatoru, oxu və bu 

oxun bucağı kimi biliklərə malik olmalı 

idilər. E.ə. təxminən 2500-cü illərdə 

inşasına başlanan ehramlarla əlaqədar bu 

məlumatlar ehramların böyük riyaziyyat 

alimləri Pifaqor, Arximed və Evkliddən 

2000 il əvvəl inşa edildiyi nəzərə alınarsa, 

daha da heyrətamiz olur:

- Ehramın bucaqları Nil deltasını iki 

bərabər hissəyə bölür.

- Qizanın üç ehramını aralarında 

bir Pifaqor üçbucağını təşkil edəcək 

şəkildə formalaşdırmışlar.  Bu üçbucağın 

tərəflərinin bir-birinə nisbəti 3:4:5-dir.

- Ehramın hündürlüyü ilə çevrəsi 

arasındakı nisbət bir dairənin radiusunun 

çevrəsi arasındakı nisbətə bərabərdir. 

- Ehram nəhəng bir günəş saatıdır. 

Oktyabr ayının ortası ilə mart ayının əvvəli 

arasında düşən kölgələr mövsümləri və 

ilin uzunluğunu göstərir. Ehramın üzərini 

örtən daş lövhələrin uzunluğu bir günün 

kölgə uzunluğuna bərabərdir. 

- Ehramın dördbucaqlı şəklində olan 

oturacaq tərəfinin perimetri 365,342 Misir 

ölçüsünə (həmin dövrün ölçü vahidi) 

uyğun gəlir. Bu say indiki zamanda 

istifadə edilən günəş ilinin günlərinin 

sayına olduqca yaxındır. (Hal-hazırda 

günəş ilinin günlərinin sayı 365,224 kimi 

hesablanmışdır)

- Xeops ehramı ilə dünyanın mərkəzi 

arasındakı məsafə şimal qütbü ilə ehram 

arasındakı məsafəyə bərabərdir. 

-  Ehramın oturacaq tərəfinin 

perimetri tikilinin hündürlüyünün iki 

qatına bölündükdə pi rəqəmi alınır.

- Ehramın dörd tərəfinin səthinin 

ümumi sahəsi ehramın hündürlüyünün 

kvadratına bərabərdir.

11

Qarde-Hansona görə, bu, olduqca cəfəng bir nəzəriyyə idi. Belə ki, bu 



rampanın sökülməsindən sonra qalan tikinti tullantılarına rast gəlməli 

idik. Lakin belə dəlillərə heç bir yerdə rast gəlinməmişdir.

8

“Tarixi yalan: Qədim Misirin gizlədilmiş sirləri”(“Historical deception: 



The Untold story of Ancient Egypt”) adlı kitabında Qarde-Hansonun digər 

nəzəriyyəçilərin əhəmiyyət vermədiyi bəzi məqamları tədqiq etdiyini qeyd 

edən Mustafa Qadalla mövzunu aşağıdakı kimi davam etdirir:

Ehramı ziyarət etdiyiniz zaman heyranedici mənzərələri gözünüzün 

önünə gətirməyə çalışın: 5000 il əvvəlki daş karxanasındakı işçi gündə 

ehramların inşasında istifadə edilən 330 blok istehsal edir. Suyun səviyyəsinin 

qalxdığı mövsümdə gündə 4000 blok Nil çayı üzərində daşınır və Qiza 

yaylasına gətirildiyində isə həmin daşlar yayladan yuxarıya daşınaraq 

ehramın inşa ediləcəyi yerə çatdırılırdı. Əgər bu şərtlər altında daşınma 

prosesi həyata keçirilsəydi, dəqiqədə 6.67 blok daşınmalı idi. Bu nəticə 

irəli sürülən nəzəriyyənin əsassızlığı üçün kafi rəqəmdir.

9

- Bütün bunlarla bərabər, ehramın bir tərəfinin sahəsi təxminən 2.5 



hektar olduğunu hesab etsək, hər bir tərəf təxminən 115 000 üzlük daşı 

ilə örtülməli idi. Bu daşlar da elə səliqə ilə düzülmüşdür ki, daşlar arasında 

qoyulan məsafə bir kağızın keçməsinə imkan verməyəcək qədər dardır.

10

Bütün bunlar ehramların inşası ilə əlaqədar hazırkı dövrümüzün elm 



və texnologiyası ilə belə, izah edilə bilmədiyini göstərən məlumatlardan 

bəziləridir.

Düşünən İnsan, Sentyabr 2016



Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə