Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   ...   6   7   8   9   10   11   12   13   14

40

Düşünən İnsan, Sentyabr 2016



Ehramları təkrar inşa etməyə cəhd olunsa... 

1978-ci ildə ABŞ-dakı “Indiana Limestone Institute of America 

Inc.” (dünyada əhəngdaşı yataqları sahəsində ən böyük 

və ən peşəkar qurum) bu gün Xeops ehramı böyüklüyündə 

bir ehramın inşası tələb olunarsa, bunun üçün insan gücü 

və materialların ölçüsünü müəyyən etmək üçün tədqiqat 

aparmışdır. Nəticə olduqca düşündürücüdür; şirkətin 

səlahiyyətli şəxsləri ehramların tikintisindəki çətinlikləri belə 

açıqlayırlar:

Əgər mümkün olan gücü maksimuma çıxarsaq, bu da 

bugünkü istehsal həcmini üç qat artırmaq deməkdir ki, bu da 

lazımi qədər əhəngdaşının çıxarılması və daşınması üçün 27 

il vaxt tələb edir. Bundan əlavə, bütün bu işlər ABŞ-ın üstün 

texnologiyası ilə, yəni hidravlik çəkic, almaz uclu elektrik 

mişarlarından istifadə edilərək görülə bilər. Bu cür böyük güc 

sadəcə əhəngdaşını mədəndən çıxarmaq və onu daşımaq 

üçün sərf ediləcəkdir. Və buna Xeops ehramının inşası üçün 

lazım olan laboratoriya testləri və bunun kimi hazırlıq işləri 

daxil deyil.

12

Bəs qədim Misirdə bu nəhəng ehramlar 



necə inşa edilmişdi? Qayalıq terraslar hansı 

güclə, hansı mexanizmlərlə və hansı texnika ilə 

düzləşdirilmişdir? Qaya məzarları hansı vasitələrlə 

qazılmışdır? İnşaat gedişindəişıqlandırma necə təmin 

edilmişdir? (ehramların və məzarların divarlarında 

və tavanlarında hər hansı bir qaralma və his izinə 

rast gəlinməyib). Daş bloklar daş yataqlarından 

necə çıxarılmış, müxtəlif formalı daşların kənarı 

necə düzləşdirilmişdir? Tonlarla ağırlığı olan bu 

daşlar necə daşınmış və bir-birilərinə santimetrin 

mində biri yaxınlığında necə birləşdirilmişdir? 

Bu sualların sayını artırmaq olar. Bəs bu suallar 

təkamülçülərin insanlıq tarixi yalanına uyğun 

olaraq ağıllı və məntiqli bir şəkildə cavablandırıla 

bilərmi? Əlbəttə ki, xeyr.

Qədim Misirdə incəsənət, tibb, memarlıq və 

mədəniyyət ilə təcəssüm olunan nəhəng 

bir mədəniyyət qurulmuşdur. Misirlilərin 

özlərindən sonra qoyduqları əsərlər, 

istifadə etdikləri müalicə üsulları sahib 

olduqları elmi baza və təcrübənin ən 

əhəmiyyətli dəlillərindəndir. Bu 

gün bəzi alimlər tarixin təkamülü iddiasına uyğun 

olaraq ehramları inşa etməsi olduqca çətin olan 

Misir abidələrinin kosmosdan gələnlər tərəfindən 

meydana gətirildiyini də iddia edirlər.

Əlbəttə ki, “ehramları yadplanetlilər inşa ediblər” 

iddiası demaqogiya ilə belə izah gətirə bilmədikləri 

zaman təkamülçülərin sığındıqları son dərəcə 

ağıl və məntiqdən kənar iddiadır. Hər şeydən 

əvvəl, buna aid ən kiçik məlumat və ya dəlil belə 

tapılmamışdır. Təkamülçülər təsadüflərlə və ya 

xəyali təkamül prosesi ilə açıqlama 

verə bilmədikləri zaman o dəqiqə 

“yadplanetlilər”ə sığınırlar. 

Halbuki, canlı aləmin quruluş 

vahidini təşkil edən ilk zülalın 

və hüceyrənin nüvəsindəki 

D N T - n i n   t ə s a d ü f ə n 

cansız maddələrdən 

www.dasdovru.elmisaytlar.com



41

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

meydana gəlməyəcək qədər mürəkkəb və 

qeyri-adi bir quruluşa sahib olduqlarını 

anladıqda belə bir gülünc iddia tapdılar: 

 

  “İlk canlı orqanizmini yadplanetlilər dünyaya 



qoyub getmişlər”. Bəzi təkamülçü alimlər tərəfindən 

müdafiə edilən bu iddianın mənasızlığı, əlbəttə ki, 

təkamülçülərin düşdükləri çarəsizliyin göstəricisidir. 

 Misirdə qurulan mədəniyyət və tarix boyunca 

qurulan digər bütün sivilizasiyaların hər biri ağıl 

və iradə sahibi insanlar tərəfindən qurulmuşdur. 

Bundan əlavə, bunlar çox qədim dövrlərə aid 

sivilizasiyalardır. Bu gün Misirin e.ə. 3000-ci 

ilindəki əsərlərini tədqiq edərək heyranlığımızı 

dilə gətiririk və alimlər və aidiyyəti mütəxəssislər 

bu əsərlərin necə meydana gətirilmiş ola biləcəyini 

müzakirə edərək araşdırırlar. Lakin bu məqam da 

çox vacibdir: Misirdə bu gün izlərinə rast gəlinən 

5000 il əvvəlki sivilizasiya, əlbəttə ki, minlərlə ilin 

təcrübə və elmi bazası hesabına olmuşdur. Yəni 

bu mədəniyyətin kökləri daha da əvvələ söykənir. 

Dolayısilə, təkamülçülərin və tarixin təkamülünə 

inananların iddia etdikləri kimi, ilk dövrlərdə ibtidai 

və danışmaq qabiliyyətindən məhrum, sadəcə heyvan 

ovlayaraq güzəran keçirən  yarı heyvan insanlar 

yox idi. İnsan ilk yaradıldığı gündən bu yana indiki 

insanların sahib olduğu zəka, estetika anlayışı, 

qavrama, şüur və əxlaq kimi insani keyfiyyətlərə 

sahib idi. 

7. Moustafa Gadalla, Egyptian Harmony: The 

Visual Music, NC: Tehuti Research Foundation, 

2000, səh. 64

8. Moustafa Gadalla, səh. 115

9. Moustafa Gadalla, səh. 116

10. Moustafa Gadalla, səh. 116

11. “Sfinksin gözləri”, “İnkılap” kitabxanası, 

İstanbul, 1989, səh. 152

12. Nova Productions, Who Built the Pyramids, 

www.pbs.org




42

QƏDİM


ELEKTRİK

MİSİRDƏ 


var idimi?

Denderadakı Xatxor məbədində 

tapılan bəzi divar rəsmləri qədim Misirlə 

bağlı olduqca maraqlı bir məlumatı üzə 

çıxarmışdı. Rəsmdə əks olunan fiqurlar 

qədim misirlilərin elektrik haqqında 

məlumatlı olması və ondan istifadə etməsi 

ehtimalını gündəmə gətirmişdi. Bəhs 

edilən rəsmi diqqətlə tədqiq edildiyində 

sanki günümüzdəki kimi yüksək voltaj 

izolyasiyadan həmin dövrdə də istifadə 

edildiyi görünür: lampa formasındakı 

forma dördbucaqlı bir sütun (bu sütunun 

izolyator olaraq istifadə edildiyi təxmin 

edilən və ced sütunu adlandırılan bir 

sütundur) üstündə dayanır. Şəkildəki 

formanın günümüzün elektrik lampaları 

ilə olan bu heyranedici bənzərliyi diqqəti 

cəlb edir. Volframlı elektrik lampasının 

ixtiraçısı olan dr. Kolin G. Fink 1933-

cü ildə qədim Misirə aid metal əşyaları 

tədqiq edərkən misirlilərin bundan 

təqribən 4300 il əvvəl misi antimon 

elementi ilə bürüməyi kəşf etmişdilər. 

Bu cür örtülmə günümüzdə elektrolizlə 

örtülmə adı verilən üsulla əldə edilən 

nəticənin eynisinin əldə edildiyi bir 

üsuldur.1

Şəkildə təsvir edilən bu sistemin 

işıq yayıb-yaymadığı alimlər tərəfindən 

www.dasdovru.elmisaytlar.com

Düşünən İnsan, Sentyabr 2016




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə