Daş DÖVRÜ haqqinda biLİNMƏYƏNLƏR



Yüklə 362,05 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix11.04.2018
ölçüsü362,05 Kb.
#37758
1   ...   6   7   8   9   10   11   12   13   14

49

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

Peru, Kusko




50

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Puma Punkudakı piramida qalıqlarını 

meydana gətirən daşların böyüklüyü 

görənləri heyrətləndirir.Piramidanın ən 

alt pillələlərini təşkil edən bloklardan biri 

60x50 metr genişliyində və təxminən 

447 ton ağırlığındadır.İstifadə edilən 

digər daşların da ağırlıqları 100-200 

ton arasında dəyişir.Bu nəhəng daşların 

təkamülçülərin önə sürdüyü kimi kötüklər 

üzərində qalın iplərlə çəkilərək daşındığını 

iddia etmək məntiqli bir izah deyil.

Təkamülçü arxeologiyanın Puma 

Punkudakı izah verə tapıntılardan biri də 

bir çox blok daşın birləşmə nöqtəsində 

tapılan izlərdir. Bu izlər metal məngənə 

izini xatırladır. Əvvəllər fərz edilirdi 

ki, T şəklindəki bu izlər isti qəliblərin 

daş blokların üzərinə qoyulması ilə 

hazırlanmışdır. Ancaq daha sonra elektron 

mikroskopla edilən müşahidələr ərimiş 

metal izlərini ortaya çıxarmışdır. Spektro-

qrafik müşahidələr isə bu izlərin 2.05% ar-

sen, 95.15% polad, 0.26% dəmir, 0.84% si-

likon və 1.70% nikel qarışığından ibarət bir 

maddənin izləri oluduğunu göstərmişdir. 

Bütün bunlar keçmiş cəmiyyətlərin tikinti 

sənətində qabaqcılmateriallardan istifadə 

etdiklərinin dəlilidir.(Graham Hancock, 

Heaven’s Mirror, Three River Press, New 

York, 1998, s. 304)

Peru, Puma Punkuda 

təkamülü yalanlayan 

tapıntılar.




51

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016



52

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Perunun liman şəhərindəki Naska 

xətləri alimlərin açıqlaya bilmədikləri 

tapıntılardan biridir. 1939-cu ildə 

New York Universitetindən dr. Pol 

Kosokun həmin bölgəni havadan 

müşahidə etməsi ilə aşkara çıxan 

bu xətlər olduqca heyrətamizdir. 

Kilometrlərlə uzanan bu xətlər bəzən 

bir hava limanını, bəzən müxtəlif 

quşları, bəzən meymunları, bəzən 

də hörümçəkləri xatırladır. Xətlərin 

Perunun bu quru çöl ərazisində kim 

tərəfindən, nə məqsədlə və necə 

çəkildiyi hələ də naməlumdur. Müxtəlif 

alimlər bu mövzuda fərqli fərziyyələr 

irəli sürmüş, lakin bu fərziyyələrdən 

heç biri hələ təsdiqlənməmişdir.Digər 

tərəfdən kilometrlə uzanan, müəyyən 

şəkillər yaradan bu xətləri çəkən 

insanların bəzi alimlər tərəfindən 

iddia edildiyi kimi ibtidai həyat 

yaşamadıqları aydındır.Bu insan-

lar ancaq müəyyən bir yüksəklikdən 

görünə bilən və nə olduğu anlaşıla 

bilən şəkilləri qüsursuz bir nizam 

içində meydana gətirmişdilər.Əlbəttə 

bu düşündürücü və heyrət doğuran 

bir vəziyyətdir.

Hələdə açıqlanmayan

Perudakı NASKA şəkilləri



53

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016

Meymun, 92 m

Kolibri quşu, 83 m



54

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com

Hörümçək, 68 m




55

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016



56

Tarixin təkamülü hekayəsini izah 

edərkən təkamülçülərin qarşısına çıxan 

bir çox vacib problemlər mövcuddur.

Bunlardan biri insan şüurunun necə 

ortaya çıxdığı, digəri isə nitqin ilk 

olaraq necə meydana gəlməsidir.Bu iki 

məsələ insanı digər canlılardan ayıran 

əhəmiyyətli xüsusiyyətlərdir.

 İnsanlar danışarkən düşüncələrimizi 

dil sayəsində nizamlı qəliblərlə və qarşı 

tərəfin başa düşəcəyi formada mənalı 

ifadələrlə çatdırırıq.Bütün bunlar son 

dərəcə özəlləşmiş əzələ hərəkətləri 

və söz sırasını tələb etdiyi halda, biz 

bunlara diqqət vermirik.Biz sadəcə 

danışmaq istəyirik.100-ə yaxın əzələnin 

həmahəng şəkildə yığılıb açılaraq səslər, 

hecalar və sözlər tələffüz etməsi ilə və 

isim, fel, əvəzlik kimi nitq hissələrinin 

uyğun sıralanması ilə qarşı tərəfin başa 

düşəcəyi cümlələr meydana çıxır.Bu 

qədər mürəkkəb mərhələlərə əsaslanan 

bacarıqdan istifadə etmək üçün bizim 

istəməkdən başqa, haradasa heç nə 

etməməyimiz nitqin bioloji quruluşla 

məhdudlaşan bir bacarıq olmadığını 

açıqca göstərir.

 İnsanın nitq bacarığı təkamül 

prosesinin xəyalən labüd olması ilə 

və yaxud xəyali mexanizmləri ilə 

açıqlanmayan son dərəcə mürəkkəb 

bacarıqdır.Təkamülçülər uzun müddətli 

araşdırmalara baxmayaraq, son dərəcə 

mürəkkəb bir bacarıq olan nitqin 

sadə heyvani ünsiyyət vasitələrindən 

təkmilləşdiyi istiqamətindəki iddialara 

dəlil göstərmək cəhdləri uğursuz 

olmuşdur.Pensilvaniya Universitetindən 

David Premakın “İnsan nitqi təkamül 

Nitqin

təkamülü


müəmması

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com



57

nəzəriyyəsi üçün bir xəcalətdir”1 kimi 

sözləri bu uğursuzluğu açıq-aydın gözlər 

önünə sərir.

Məşhur dilçi Derek Bikerton bu 

“xəcalət”insəbəblərini qısaca belə şərh 

etmişdir:

Nitq insandan əvvəlki bir nəsildən 

gəlmiş ola bilərmi? Xeyr.Heyvanların 

ünsiyyət vasitələrinə oxşayırmı? Xeyr... 

Heç bir meymun gərgin təlim keçməsinə 

baxmayaraq, dilçiliyin qaydalarının 

əsaslarına yiyələnə bilməmişdir.Sözlər, 

söz sırası  necə meydana gəldi? Bu 

problem nitqin təkamülünün özəyində 

qalır.2


Yer üzərində mövcud olan bütün 

dillər mürəkkəbdir və bu mürəkkəbliyin 

mərhələli olaraq necə qazanılmış 

olması təkamülçülər üçün xəyal belə 

edilməzdir. Təkamülçü Riçard Dokinzə 

görə ən ibtidai qəbilə dilləri də daxil 

olmaqla, dünyadakı hər dil yüksək 

dərəcədə mürəkkəbdir:

Bu mövzuda açıq misal nitqdir. 

Heç kim necə başlandığını bilmir... 

Semantika, yəni sözlər və mənalarının 

mənşəyi də eyni dərəcədə müəyyən 

edilməmişdir... Dünyadakı minlərlə 

dilin hamısı çox mürəkkəbdir.Bunun 

mərhələli olaraq inkişaf etdiyini 

düşünməyə meyilliyəm, lakin belə 

olmasının zəruriliyi tam olaraq açıq 

deyil. Bəziləri müəyyən bir yer və 

müəyyən bir zamanda tək bir zəka 

tərəfindən icad edildiyini və ani olaraq 

başlandığını düşünür.3

V.K.Vilkins və J. Veykfild adlı iki 

beyin üzrə təkamülçü tədqiqatçı isə bu 

mövzu ilə əlaqədar bunları demişdir:

Dilin təkamülünün mərhələləri 

ilə əlaqədar dəlil yoxdur. Buna 

baxmayaraq, alter nativ fikirləri 

qəbul etmək çətindir. Əgər növün 

özünəməxsus xüsusiyyətləri hissələrə 

ayrılmış şəkildə təkmilləşmirsə, bu 

vəziyyəti izah etmək üçün iki yol 

vardır. Ya hələ kəşf etmədiyimiz bir 



Dünyada 6000-dən çox dil var. Bu dilləri mey-

dana gətirən minlərlə söz və bu sözləri cümlələr 

halına gətirən qrammatik qaydalar bir-birindən 

tamamilə fərqlənir.

İki psixoloqun - Uilyam Naqi və Riçard Anderson-

un ingilis dilində danışan ölkələrdə apardıqları 

araşdırmaya görə, 1-ci sinifə gedən uşaq 13 min, 

2ci sinifə gedən uşaq təxminən 120 min söz 

bilir. Zehnimizdəki bu nəhəng lüğəti meydana 

gətrimək üçün 1 yaşından 17 yaşına qədər 10 söz 

yada oyanıq olduöumuz zaman hər 90 dəqiqədə 

yeni bir söz öyrənməli üstəlik öyrəndiyimiz 

hər sözü də heç vaxt unutmamalıyıq. Halbuki, 

süurlu olaraq belə bir səy göstərmirik Sözlər biz 

fərqində belə olmadan zehnimizdə öz yerlərini 

mənaları ilə birlikdə tuturlar.

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyrabr 2016



58

güc, bəlkə də İlahi bir müdaxilə ilə 

lazımi formada yerləşdirilmişdir, ya 

da növlərin inkişafına nisbətən ani 

bir dəyişikliyin, bəlkə də bir növ öz-

özünə əmələ gələn və ya geniş yayılmış 

mutasiyanın nəticəsidir… Amma belə 

təsadüfi bir mutasiyanın təsadüfi təbiəti 

bu iddianı şübhəli edir. Bundan əvvəl 

müəyyən edildiyi kimi (Pinker və Blum, 

1990) dil kimi mürəkkəbə və görünüşə 

görə vəzifələrinə bu qədər ideal bir 

şəkildə uyğun bir sistemə yol açacaq 

mutasiyanın ehtimalı yox deyiləcək 

qədər aşağıdır.

4

Dilçi Noam Çomski də nitq 



qabiliyyətinin mürəkkəbliyi qarşısında 

düşüncələrini belə ifadə edir:

Nitqin əmələ gəlməsi ilə əlaqədar 

bura qədər heç bir söz demədim. Səbəbi 

isə deyilməli çox az sözün olmasıdır. 

Kənardan görünən bir neçə səciyyəvi 

xüsusiyyətdən başqa, nitq böyük ölçüdə 

bir sirdir.5

Təkamülçü ön mühakimələrdən 

asılıb qalmayan insan üçün isə nitq 

bacarığının qaynağı çox açıqdır.Bu 

qabiliyyəti insana verən uca Allah`dır.

Allah insanlara nitqi ilham edir və 

onları danışdırır. Bu həqiqət bir Quran 

ayəsində belə xəbər verilir:

... (Dəriləri) deyəcək: “Hər şeyi 

danışdıran Allah bizi danışdırdı. 

Sizi ilk dəfə O yaratmışdır və siz 

Ona qaytarılacaqsınız”.(Fussilət 

surəsi, 21)

Təkamülçülər dilin əsaslandığı 

bioloji quruluşların mürəkkəbliyini 

izah edə bilməyəcəkləri kimi, dili 

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com




59

mümkün edən şüurun əsasını da izah 

edə bilmirlər.Maddəyə heç bir şəkildə 

reduksiya olunmayan insan şüuru və 

dildəki mürəkkəblik dili üstün bir ağılın 

yaratdığını göstərir.Bu üstün ağılın 

sahibi Rəbbimiz olan uca Allah`dır.

1. Swisher III, Roger Lewin, Java 

Man, Abacus, London, 2002, səh. 205

2. Derek Bickerton, «Babel’s 

Cornerstone,» New Scientist (vol. 156, 

October 4, 1997, səh. 42

3. Richard Dawkins, Unweaving the 

Rainbow Boston, Houghton-Miflin Co., 

1998, səh. 294

4. Wilkins, W.K. & Wakefield, J., 

Brain evolution and neurolinguistic 

preconditions. Behavioral and Brain 

Sciences 18 (1): 161-226

5. Noam Chomsky, Powers and 

Prospects, səh.16

Stiven Pinker (psixoloq, linqivist)

“Dil istifadəsindəki möcüzələr öyrənmə 

sürəti ilə məhdudlaşmır. Başqa insanın 

söylədiyi bir sözü saniyənin yalnız beşdə 

biri qədər müddətdə anlayırıq. Bu müddət 

o qədər qısadırki, qarşımızda danışan 

adam hələ sözünü bitirmədən mənasını 

qavrayırıq. Yazılı sözdə isə bu müddət 

daha qısadır: Bir saniyənin səkkizdə biri. 

Beynimiz saniyənin dörddə biri qədər olan 

zamanda bir obyekti adlandıran sözü tapır. 

Yenə saniyənin dördadə biri müddətində 

bu sözü söyləmək üçün ağzımız və dilimiz 

proqramlaşdırılır”.

Steven Pinker, Language Instinct: How the Mind Cre-

ates Language, Harper Perennial, 1994

20! = 2,432,902,008,176,640,000

20 sözdən ibarət bir cümlənin müxtəlif 

kombinasiyalardakı qurulma formalarına 

baxsaq, təxminən 2.43 x 10

18

 ehtimal çıxar. 

Bu cümlələri ard-arda söyləmək üçün 

təxminən kainatın ömründən  təxminən 

6 dəfə çox zaman lazımdır. Bu səbəbdən, 

istifadə etdiyimiz və ya eşitdiyimiz 

hər hansı bir cümlə, əslində ilk dəfə 

qarşılaşdığımız bir cümlədir. Halbuki, biz 

eşitdiyimiz bir cümlə ilə ilk dəfə qarşılaşsaq 

belə, onu doğru şəkildə anlamaqda çətinlik 

çəkmirik.

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyrabr 2016



60

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com



61

Düşünən İnsan, Sentyabr 2016

Düşünən İnsan, Sentyabr 2016



62

ORTA ƏSR 

MÜSƏLMAN 

ALİMLƏRIN ELMİN 

İNKİŞAFINDAKI 

TÖHFƏLƏRİ

Müsəlman alimlər astronomiya, riyaziyyat, 

həndəsə, tibb kimi elmi sahələrdə çox əhəmiyyətli 

kəşflər həyata keçirmişlər. Bu məlumatların 

vasitəsilə elmdə və ictimai həyatda böyük 

dəyişikliklər və çox əhəmiyyətli irəliləyişlər 

olmuşdur. Bu müsəlman elm adamları və 

tədqiqatlarından bəziləri belədir:

Ə

bdüllətif əl-Bağdadi anatomiya üzrə tədqiqatları ilə 



tanınır. Alt çənə və döş sümüyü kimi orqanizmdəki 

bir çox sümüyün anatomiyası haqqında keçmişdə 

buraxılmış səhvləri düzəltmişdir. Bağdadinin “Əl-ifadə vəl-

etibar” adlı əsəri 1788-ci ildə tərtib edilərək latın, alman və 

fransız dillərinə tərcümə edilmişdir. “Makalatün fil-havas” 

adlı əsəri isə beş duyğu orqanının tədqiqindən bəhs edir. 



İbn Sina

 bir çox xəstəliklərin müalicə üsullarını açıqlamışdır. 

Ən məşhur əsəri olan “Əl-qanun fit-tibb” ərəbcə yazılmış və 12-ci 

əsrdə latın dilinə tərcümə edilərək Avropa universitetlərində 

17-ci əsrə qədər əsas dərslik kimi qəbul edilmiş və oxunmuşdur. 

“Əl-qanun fit-Tibb”də bəhs olunan tibbi biliklərin böyük 

əksəriyyəti bu gün belə öz aktuallığını qoruyub saxlamışdır.

Zəkəriyyə Qəzvini

 

Aristoteldən etibarən davam edən beyin 



və ürəklə bağlı bir çox səhv fikriləri darmadağın etmişdir. Ürək 

və beyinlə bağlı məlumatları bu gün bizdə olan məlumatlara 

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com




63

Düşünən İnsan, Sentyabr 2016

olduqca yaxındır. 

Zəkəriyyə Qəzvini

, Həmdullah Müstəvli əl-Qəzvini (1281-

1350) və İbnün-Nəfisin anatomiyaya aid tədqiqatları müasir 

tibb elminin əsasını formalaşdırmışdır. 



Əli bin İsanın

 üç cildlik göz xəstəliklərinə dair yazdığı 

“Təzkirətül-kəhhalin fil-ayn və əmraziha” adlı əsərinin birinci 

cildi tamamilə gözün anatomiyasına həsr edilərək çox dəyərli 

məlumatları əks etdirir. Bu əsər daha sonralar latın və alman 

dillərinə tərcümə edilmişdir. 



Biruni

 Qalileydən 600 il əvvəl dünyanın dövr etdiyini 

sübut etmiş, Nyutondan 700 il əvvəl yer kürəsinin səthini 

hesablamışdır.



Əli Quşçu

 ayın fazaları haqqında əhəmiyyəti böyük olan 

tədqiqatlar aparmış, mövzu ilə əlaqədar bir kitab çıxarmışdı. Ay 

haqqındakı tədqiqatları özündən sonrakı dövrlərdə yaşayanlar 

üçün istiqamət vermişdir.

Sabit Bin Kurra 

Nyutondan əsrlər əvvəl diferensial hesabı 

kəşf etmişdir. 

Bəttaninin

 apardığı astronomik müşahidələrin doğruluğu 

özündən sonrakı alimləri heyran qoymuşdur. 533 ulduzu 

müşahidə etmiş, Günəşin Yerdən ən uzaq olduğu məsafəni 

düzgün şəkildə hesablamışdır. Triqonometriya haqqında 

apardığı tədqiqatlar və hesablamalarla riyaziyyat sahəsində 

öncüllərdən olmuşdur. 

Əbul Vəfa

 isə triqonometriyaya sekans və kosekans 

terminlərini qazandırmışdır. 

Xarəzmi

 ilk cəbr kitabını yazmışdır.



Məğribi

 “Tühfətül-ada” adlı kitabında üçbucaq, dördbucaq, 

dairə və digər həndəsi fiqurların səthinin ölçülərini tapmaq 

üçün metodlar göstərmişdir. 



İbni-Heysəm

 optik elmin qurucusudur. Rocer Bakon və 

Kepler onun əsərlərindən faydalanmış, Qaliley də onun 

əsərlərindən faydalanaraq teleskopu kəşf etmişdir.



Kindi

 isə Eynşteyndən 1100 il əvvəl nisbilik fizikasıvə 

nisbilik nəzəriyyəsini irəli sürmüşdür. 

Pasterdən təxminən 400 il əvvəl yaşayan 



Ağşəmsəddin 

mikrobları ilk olaraq tanıdan italyan həkimi Frakastorodan 

təxminən 100 il əvvəl mikrobların varlığından bəhs etmişdir. 

Əli bin Abbas

 əl-Məcusi 10-cu əsrdə yazdığı “Kamil əs-

Sina`a ət-Tibbiyyə” kitabı ilə tibb elminin öncülü olmuş, 

əsəri bir çox xəstəliyin müalicəsində əsas istinad mənbəyi 

kimi qəbul edilmişdir. 

İbni Cəssar

 cüzamın səbəb və müalicə üsullarını izah 

etmişdir.

Düşünən İnsan, Sentyabr 2016




64

Düşünən İnsan, Sentyabr 2016



Burada sadəcə bir neçəsinə yer 

verilən müsəlman alimləri Quranı və 

Peyğəmbərimizin (səv) yolunu izləyərək 

müasir elmin təməlini təşkil edəcək 

kəşflər etmişlər.

Bundan başqa, daha öncə də 

bildirdiyimiz kimi, hazırkı dövrdə 

olduğu kimi, tarixin, demək olar ki, 

hər dövründə inkişaf etmiş və geridə 

qalan sivilizasiyalar eyni dövr içərisində 

mövcud olmuşlar. Necə ki, günümüzdə 

bir tərəfdə kosmos texnologiyası mövcud 

olduğu halda, digər tərəfdə dünyanın 

müxtəlif yerlərində insanlar ibtidai 

şəraitdə öz həyatlarına davam edirsə, 

keçmişdə də bir tərəfdə möhtəşəm Misir 

sivilizasiyası var ikən, digər tərəfdə 

olduqca geridə qalmış mədəniyyətlərə 

sahib olan cəmiyyətlər mövcud olmuşdur. 

Son dərəcə mükəmməl şəhərləri inşa edən, 

mütərəqqi texnologiyaya sahib olmaları 

qoyduqları izlərdən aydın olan Mayyalar 

Veneranın orbitini hesablayıb, Yupiterin 

peyklərini kəşf edərkən, eyni dövrdə 

Avropanın bir çox yerlərində insanlar 

dünyanın Günəş sisteminin mərkəzində 

olduğuna inanırdılar. Misirlilər 

müvəffəqiyyətlə beyin əməliyyatları 

apararkən dünyanın başqa yerlərində 

insanlar xəstəliklərin guya pis ruhların 

təsiri ilə əmələ gəldiyini hesab edirdilər. 

Şumerlər hüquq sistemi, ədəbiyyat, 

incəsənət anlayışları, astronomiya üzrə 

bilikləri ilə Mesopotamiyada köklü 

bir mədəniyyət qurarkən dünyanın bir 

başqa yerində hələ yazıdan istifadə 

etməyən cəmiyyətlər var idi. Bir sözlə, 

necə ki, günümüzdə sadəcə inkişaf etmiş 

sivilizasiyalar yaşamırsa, keçmiş də sadəcə 

geridə qalmış sivilizasiyaların var olduğu 

bir dövr deyildi. 

Düşünən İnsan, Sentyabr 2016

www.dasdovru.elmisaytlar.com



Harvard universitetinin antropoloqu Ernest Huton:

“Rekonstruksiya (xəyali təsvİrlər) çox riskli cəhddir. 

Dodaqlar, gözlər, qulaqlar və buna oxşar orqanların altdakı sümüklərlə heç bir əlaqəsi yoxdur.

Məsələn, Rekonstruksiyadan istifadə edərək bir neandertal  kəllə sümüyünü həm meymuna,

həm də filosofa oxşada bilərsiniz. Qədim insanların skelet qalıqlarına əsaslanaraq çəkilən

təsvirlərin heç bir elmi əsası yoxdur və cəmiyyəti istiqamətləndirmək məqsədilə istifadə edilir”.

(Earnest A. Hooton, Up From The Ape, McMillan, New York, s. 332.)

www.heyatingercekmenseyi.com




Yüklə 362,05 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə