Daş yuxular 1 Әkrәm Әylisli Daş yuxular



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/31
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1649
1   ...   23   24   25   26   27   28   29   30   31

DAŞ YUXULAR 
110 
- Dayan, dayan! Sözündәn belә  çıxır, Sumqayıt 
hadisәlәrini dә o törәdib ki, Kremldәn qisas alsın... 
- Yox, mәn bu fikirdә deyilәm, - Saday tәrәddüd 
elәmәdәn bildirdi. - Әslindә tam әminәm, başıboş adamlar 
sarsaq başçıların tәhriki ilә Sumqayıt faciyәsini törәdәndә, 
o, bağda televizorun qarşısında oturub acı göz yaşları 
tökürdü. Sovet Sosialist Respublikalarının heç birindә baş 
vermәyәn bu hadisәyә görә dәhşәtә gәlirdi ki, gör nadan 
siyasәtçilәr mәsәlәni nә yerә çatdırdılar. 
- Bәsdi sәn Allah! Onun necә әlçatmaz olduğu, guya, 
yadından çıxıb.  Әslindә öz yerlilәrinin  әlindәn 
qәzәblәnmisәn, indi hamısı, dil boğaza qoymadan 
ermәnilәri söyürlәr. Axı  sәn bilirsәn ki, ermәnilәr onun 
hiylәgәr vә qanlı siyasәti nәticәsindә bizdәn üz 
döndәriblәr. Özünü elә aparırsan, guya bu boyda 
hәngamә baş verib, sәn dә bütün bunlardan xәbәrsizsәn. 
Tәriflәyirsәn onu, nәdi-nәdi vәzifә borcu vә qaydalar belә 
tәlәb edirmiş. Axı onun sәni görmәyә gözü yox idi, bunu 
hamı bilir. 
Artist Mopassanın saxta vә gecikmiş  cәsarәtindәn 
tәngә gәldi. 
- Özün kömәk ol, Allah, özün kömәk ol! - Demәk olar 
bağırdı. - Yenә  dә yalan deyirsәn, Mopoş , o, hәrdәn 
mәnә  rәğbәt göstәrirdi. Etiraf edirәm, amma hәr zaman 
öz maraqlarını güdüb. O da var ki, xalqın dәyәr verdiyi 
adamları bir kәnara tullamayıb. Bu mәnada keçmiş 
Rәhbәr mәnә diqqәt yetirib, işin belә alınmağında isә 
bizim tәqsirimiz eyni dәrәcәdәdir. Kiflәnmiş sistemә nifrәt 
hissi mәnim canımdadır.  İndi ağlıma gәlir, o hansısa bir 
hissiyatla donkixotluğumu duyubmuş. Çünki o, istedadlı 


DAŞ YUXULAR 
111 
idi, Mopoş! - Artist çılğınlığını boğub bir qәdәr düşündü, 
sonra özünü әlә aldı: - O, dövlәt tәltiflәrini vә ucuz söhrәti 
mәnә vermәdi. O, mәni öz üstünә gәlәn tufanın qarşısına 
itәlәdi. Bu qәrәzsiz faciә vә komediyada mәnim rolumu öz 
әli ilә bölmüşdü. Hәmişә o fikirdә olmuşam ki, içimdәki 
azadlığı qoruyub saxlamaq üçün davamlı olaraq dövlәtlә 
münasibәtlәri korlamaq gәrәkdi. Bu mәnada mәn onu 
özümә xaç atası sayıram. 
-  Әzizim, sәnә elә  gәlmir ki, davamlı olaraq özün-
özünü tәkzib edirsәn? 
Hirsindәn od tutub yanan Saday Sadıqlı onun son 
atmacasını ya eşitmәdi, ya da qәsdәn qulaq ardına vurdu. 
- Elә o vaxtdan güc topladım ki, istәnilәn zәrbәdәn 
sonra ayağa dura bilim. Daha indi, gücüm yoxdu, 
qalmayıb. Mopoş, anamın qәbrinә and olsun, heç nәyi 
başa düşә bilmirәm. Boynuma alıram, Mapoş, qorxuram. 
Canım biri bitmәmiş o biri başlayan dәhşәtli yuxuların 
caynağına keçib. Nә vaxtan bәri çalışıram  әtrafla bütün 
әlaqәlәri üzüm. Dünya ilә tәmasın hәr anı mәni zibilә salır, 
başıma bәla gәlir. Adamlar tanınmaz dәrәcәdә dәyişiblәr. 
Mopoş, sәncә bu dәhşәtli deyilmi, ölkәdә bircә nәfәr Allah 
adamı yoxdur ki, öz dәrisindәn qorxmayıb xalqa hәqiqәti 
desin. Hanı bizim mәrhәmәtli millәtimiz? Hanı bizim nur 
saçan ziyalımız? Çoxdan hiss etmişәm, Mopoş, bu barәdә 
әvvәllәr dә fikirlәşmişәm: bizim keçmiş "millәt atası"nın 
mәnim kimi tәk-tәk asilәrin boğazına bağladığı  zәncir, o 
bu dünyada yaşasa da, yaşamasa da bәdbәxt ziyalıları 
boğub öldürәcәk, mәhv edәcәk. - Artist susub dediyi 
sözlәrdәn sonra boşalmış içinin dәrinliyinә çökdü. 
Mopassan tәlaş içindә kreslodan sıçrayıb qışqırdı. 


DAŞ YUXULAR 
112 
- Qardaş, sәn dahisәn, Allah haqqı, dahisәn! Necә 
möhtәşәm monoloq söylәdin. Bәs axı  mәn nә deyirәm? 
Mәn dә sәn dediyini deyirәm dә... 
- Yox, sәn ölkәdә yeni bir, Xozeyin yaratmağımı 
istәyirsәn. elә bir Xozeyin ki, işi-gücü qurtaranda gәlib 
burda bizimlә  mәzәlәnsin. Axı keçmiş Xozeyinin yerinin 
boş qalmağı gözümün qabağındadır. Bu gün xalq o boş 
qalan yerdәn gözünü çәkmir vә şeytan xislәti ilә xәlvәtcә 
o yerin yiyәsinin - keçmiş xozeyinin xiffәtini elәyir. Onun 
qüdrәti bax bundadır. Ölәndәn sonra elә bir boşluq qoyub 
ki, hәmәn boşluğu özündәn sonra heç kim doldura bilmәz. 
- Bu dәfә özü titrәyәn  әllәri ilә  qәdәhinә konyak 
süzdü, dәrhal içdi. Başının hansı hissәsindәsә әmәlә gәlәn 
dәyişikliyin nәdәn ibarәt olduğunu anlamağa çalışdı. 
- Nәsә soruşmaq istәyirәm, yadımdan çıxır. Dedin ki, 
Babaş Ziyadov mәqalә yazıb. Nә yazıb? Yoxsa o şeytan da 
Köhnәnin bostanına daş atır? - istehza ilә soruşdu. 
- Yox, mәn bilәn orda Köhnәdәn söhbәt getmir. 
Hәmyerlin  әsasәn ermәnilәrdәn danışır. - Mopassan 
gülümsümәyә çalışdı. - İndi taparam, harasa qoymuşam. 
- Ayağa qalxıb qalın qovluğun arasındakı qәzeti çıxartdı. 
Mәqalә "Kommunist" qәzetinin tam bir sәhifәsini 
tuturdu. Tәn ortada qara hәriflәrlә başlıq yazılmışdı: 
"Ermәnilәrin alçaq hәrәkәtlәri" sonda müәllifin imzası 
qoyulmuşdu: "Babaxan Ziyadxanlı". 
Saday Sadıqlı  mәtnin içindә qara şiriflәrlә verilmiş 
"nankor", "hiylәgәr", "qatı düşmәn" sözlәrini eynәksiz dә 
seçirdi. Qәzeti kәnara qoymaq anında gözünә  "İstazn" 
sözü sataşdı  vә bundan sonra eynәyi çıxarıb yazını 
başdan-ayağa oxudu. 


DAŞ YUXULAR 
113 
Bәlkә  dә artist әvvәllәr belә bayağı, yolverilmәz, 
populist sayıqlamalara tәzә-tәzә cükküldüyәn tarixçi 
alimciyәzlәrin mәqalәlәrindә  vә  xәstә  tәxәyüllü roman 
yazanlarda rast gәlmişdi. 
Babaşın mәqalәsindәn dәrhal bilinirdi ki, onun 
fikirlәrinin mәnbәyi hәmәn uydurmalardır. 
Babaş Ziyadova görә  "İstazn" sözünün ilkin mәnası 
"usta ozan" demәkdir vә guya ermәnilәr bu yerin qәdim 
sakinlәrinin izini itirmәk mәqsәdi ilә  sözü  öz  dillәrinә 
çeviriblәr. Guya hәmәn "usta ozanlar" bizim eradan üç 
min il әvvәl  İkiçayarasına aid (Dәclә  vә  Fәrat)  Әylis 
dağlarında mәskunlaşan  Şumerә  bәnzәr bir tayfa olub, 
"Şumer" dövlәtini dә bir başqası deyil, onlar yaratmışlar, 
sonra da bu hesaba qәdim dünya mәdәniyyәti "Şumer" 
adıyla intişar tapmışdır. 
Babaxan Ziyadxanlıya görә  Әylis sözünün mәnası 
adamların gәlib-gәlib dayandıqları yer - "Әylәnmәk" 
demәkdir. Guya Әylisdә heç vaxt ermәni yaşamayıb. 
Oradakı kilsәlәr, mәzarlar "OdӘrlәrә" mәxsusdur. "OdӘr" 
sözünün dә  mәnası "Gur od" demәkdir. Alov saçan bu 
torpaqlar nә  sәbәbdәnsә "Alban" adlandırılan türklәrә 
mәzsusdur. Müәllif dәridәn-qabıqdan çıxıb sübut elәyir ki, 
"namәrd qonşular" tәdricәn bütün tarixi hәqiqәtlәri tәhrif 
edib, Azәrbaycan әrazisindәki bütün toponimlәri dәyişәrәk 
ermәnilәşdirmişlәr. Mәsәlәn, onlar "OdӘr Mәn"i Girdiman, 
"Gur su"yu Gorus, "Qurbağ"ı Qarabağ, "Әlvәnd"i Erevan 
elәmәklә tarixi özlәrinә  sәrf edәn  şәkilә salmışlar. Guya 
OdӘrlәrin dilindәki "Qapıağzı" kәlmәsi nankor qonşuların 
sәyi nәticәsindә "Qafqaz" olub. Vaxtı ilә yenilmәz türk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə