5
verilməyib. Bu işin hələ bir qanunsuz tərəfidir. Açın baxın. O cinayət işinin hər bir səhifəsi
qanunsuzdur. Bu cinayət işində, ən azı 15 nəfər həbs olunmalı, içəri girməlidir. Zaman-zaman da
hamısının yeri buradır. Qanun elə ali bir şeydir ki, adam ölsə belə o dünyada yaxasından tutub, bura
gətirir. 5 gün, 10 ay, lap 20 il qaçmaq olar bu işdən, amma əvvəl-axır cinayətin sonu yoxdur. Əvvəl-axır
bu adamlar törətdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər.
Oktyabrın 20-də Ədliyyə Nazirliyi rəsmi məlumat verdi ki, haqqımızda CM-nin 306.2 maddəsilə cinayət
işi açılıb. Təbii ki, bu addımı atdığı üçün biz Ədliyyə Nazirliyini məhkəməyə verə bilməmişik, çünki, bu
ölkənin məhkəmələri mətbuat orqanlarının Ədliyyə nazirliyinə qarşı olan iddialarını icraata götürmür.
Ədliyyə nazirliyi yekə səhv edərək, bizi “cinayətkar” adlandırıb. 306.2 maddəsilə cinayət işi açılandan
sonra, bizə qarşı olan 3 işi onun ətrafında birləşdirdilər – Vüqar Səfərlinin, Ağabəy Əsgərovun, Nüşabə
Ələsgərlinin... Ağabəy Əsgərovla bizim heç bir problemimiz yoxdur. Məhkəmə tərəfindən təsdiqlənən
təkzibini dərc etmişik, 1000 manatlıq cərimənin də bizim üzərimizə düşən 670 manatını ödəmişik. 330
manat məqalənin müəllifinin öhdəsinə düşürdü, onu da tapmadıqları üçün cəriməni biz ödəməkdən
imtina etməmişdik. Nüşabə Ələsgərlinin 200 manat cəriməsini ödəmişik. Vüqar Səfərlinin də məhkəmə
qərarı yenidən qüvvəyə mindiyi üçün onun da ödəməsinə başlayırdıq. V.Səfərli də, N.Ələsgərli də,
A.Əsgərov da çıxışlarında dəfələrlə vurğuladılar ki, bizim Əvəz Zeynallını tutdurmaq niyyətimiz
olmayıb, biz məsələnin böyüyəcəyini bu qədər gözləmirdik və s. Onların dediklərindən ümumi rəy
aydınlaşdı ki, onların heç biri məsələnin mənim həbsimlə bitəcəyini gözləməyiblər. Niyə? Çünki
Azərbaycan mətbuatında yazılmamış qayda var. Çox qəzetlərin bu gün də məhkəmələr tərəfindən
kəsilmiş külli miqdarda cərimələri var. Bu cərimələrə görə heç bir zaman heç bir baş redaktoru həbs
etməyiblər. Cərimələrə görə qəzeti bağlamırlar da. Hələ-hələ üstəlik A.Əsgərov, V.Səfərli, N.Ələsgərli
burada dedilər ki, bizim ortaq dostlarımız var, münasibətlərin də gərginləşməsini istəməyiblər. Mən bu
məsələnin də açıqlamasını vermişəm ki, hər 3 şəxs birbaşa PA-nın şöbə müdiri Əli Həsənovun tapşırığı
ilə bura gəliblər. A.Əsgərov “Azərbaycan” nəşriyyatının direktorudur, dəfələrlə barışıq imkanlarımız
olub, ən azından məhkəmənin razılaşdığı təkzibi dərc etmişik, cəriməsinin 4 dən 3-nü ödəmişik,
A.Əsgərov ən son anda barışıqdan imtina edib. Ə.Həsənovun “Xural”a və mənə qarşı olan qəzəb və kini
onun kuratorluğunda olan bu dövlət qurumunun müstəqil addım atmasına imkan verməzdi. Biz onu da
yazmışdıq ki, Əli Həsənov “Azərbaycan” nəşriyyatını necə darmadağın edib. Rəsmən dövlətin əmlakı
olan bu qurumu satın alıb. Ə.Həsənova məxsus “Kaspi”mərkəzi oradadır, qızıl, çörək sexləri, özəl
nəşriyyat, daha insan ağlına nə gəlirsə, Ə.Həsənov orada icarəyə verib, hər ay haqqını alır. Biz belə də
yazmışdıq – “Əli Həsənov adına Mətbuat prospekti”. Çünki, adı nəşriyyat olsa da bu binada mətbuat və
nəşrlərdən başqa istənilən biznes sahəsinə yer verilib. Qapıdan içəri girən kimi də tualetin qoxusundan
adamın başı çatlayır. Biz də yazmışıq ki, dövlətdən sizə milyonlarla manat pul ayrılır, heç olmasa buranı
təmir etdirin də... Söhbət mətbuatdan gedir axı, Allah qoymasa jurnalistlər cəmiyyətin elitar təbəqəsinə
məxsus insanlardır axı... Onlarla necə heyvan şəklində davranmaq olar?
V.Səfərli ilə də eyni qaydada... Mən həbs olunan zaman V.Səfərli ilə işimiz hələ məhkəmədə idi. Biz
məhkəmənin qərarını gözləmədən V.Səfərliyə necə pul ödəyə bilərdik ki? O işlərin hamısının da yazılı
izahatı var ki, istənilən zaman biz həmin pulları ödəyə bilərik. Banka qoyub, oxucudan 10 manatdan pul
yığırdıq. Mən məhkəmə qərarı olmadan V.Səfərliyə necə 5 min manat ödəyə bilərdim? Bunun da öz
qaydası, qanunu var. Ağabəy Əsgərov da üstümüzə dirəndi, onun pulunu ödədik. Nüşabə Ələsgərli 200
manat üçün dirəndi, ödədik. Yaxşı biz bunu hissə-hissə ödəməkdən imtina etmirdik ki? Nə vaxt görünüb
ki, 306.2 ilə - prokuror 3 il oxumuşdu – bir jurnalisti 3 il müddətinə azadlıqdan məhrum etmək olar?
306.2 maddısindəki sanksiya budur: 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 min manatdan 6 min manatadək
cərimə və ya 2 ilədək müddətə islah işləri və ya... ən sonda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə.
Prokuror bu maddə üçün 3 il azadlıqdan məhrumetmə cəzasını istədi. 306.2 maddəsilə Azərbaycanda
hansısa baş redaktor həbs edilibmi? İndiyədək tutulmayıb. Bizim bu “gülməşəkər prokuror” bütün
alternativ variantları bir tərəfə qoyub, 306.2 ilə olmayan, görünməyən həddə 3 il iş istədi. Bunu kəsdiyi
11 ildən 3 ili çıxanda neçəsi qalır? 8 ili... 306.2 ilə Əvəz Zeynallıya bir gün belə cəza düşmür. Cərimələr
ödənilib, təkzib verilib, izahatlar vaxtında təqdim olunub. Bura Ədliyyə nazirliyinin 6 icra
nüçmayəndəsi gəldi, hamısı da bir-birindən xəbərsiz, mətni eyni olan sənədə imza atıblar. Onlardan 2-si
ümumiyyətlə məni tanımadı. Belə qərəzmi olar? Belə qanunsuzluqmu olar? Bütün cinayət işində onlarla
saxta sənədlər var ki, onların hamısını sizə təqdim etmişəm. 306.2 ilə bizim sizinlə problemimiz yoxdur.
Hələ onu demirəm ki, bu maddənin Agır Cinayətlərlə heç bir əlaqəsi yoxdur. Hələ onu da demirəm ki,
bu maddəni ağırlaşdırmaq üçün 311-i icad edib, buna necə yapışdırmısınız.