14
və 213.2 maddələrində nəzərdə tutlan əməlləri ilk dəfə törətmiş şəxs, yəni mən cinayət nəticəsində
vurulmuş ziyanı, tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad olunur”. Dünya hüququ ilə çox
maraqlanmışam və inkvizitor məhkəmələri çox diqqətimi çəkib. Hətta onlar belə çox araşdırmaçı
olublar. Tutalım ki, siz heç hüquqşünas da deyilsiniz. Adam CM-nin 213.1 maddəsinə 2 il iş istəyir. 3 il
306.2 maddəsinə görə, 10 il də 311-ci maddəyə görə... Hesab çıxarıb 15 il deyir. Sonra da öz aləmində
yüngülləşdirici amillər tapıb, guya 4 il güzəştə gedir və 11 il oxuyur.
Bu işin altında prokuror Ramazan Hadıyevin imzası var
Kimin hansı sifarişi verməsindən asılı olmayaraq... O imzanın cavabını da vaxtında alacaq.
ƏSLINDƏ NECƏ OLMALI IDI?
213.1 maddəsilə bizə vicdansız ekspertizanın təyin etdiyi 7 min manatı, bunların digər eksperti 4 min
manata saldı. Biz də burada hesabladıq, hesablama apardıq. Bütün müvafiq orqanlardan lazım olan
sənədləri tapıb məhkəməyə təqdim etmişik və qənaətimiz də o olub ki, uzaqbaşı min manat cəriməmiz
ola bilər. Lap elə bizim cəriməmiz 7251 manat, 20 qəpikdir. O zaman prokuror nə etməli idi? Ya bu
cəriməni ödətdirməli, ya da başqa cəza istəməli idi. O nə etdi? Həm cərimənin ödənilməsini, həm də
qanunu ziddinə gedərək, mənim 2 il müddətinədək azadlıqdan məhrum edilməmi istədi. Həm bu pulu
ödəsin, həm də həbs olunsun, deyə bilərmi? Deyə bilməz. Bu qanunların yazıldığı kitabı nə qədər yerə
atmaq, nə qədər etiraz etmək lazımdır ki, daşıdığınız mundirə hörmət edib, qanunlarla hesablaşasınız?
Sən deyə bilərsənmi ki, Ə.Zeynallı həm cəriməni ödəsin, həm də 2 il azadlıqdan məhrum edilsin? Bunu
ancaq bir qanuni tələbi ola bilər. Əvəz Zeynallı 7251 manat 20 qəpiyi ödədiyi təqdirdə cinayət
məsuliyyətindən azad edilsin, ödəmədiyi təqdirdə azadlıqdan məhrum edilsin. Necə ola bilər ki, sən
qanunun açıq şəkildə göstərdiyi qeydi belə ayaqlarının altına alırsan, tapdalayırsan. Sənin marağın nədir
ki, bu maddələrin ən agır cəza növlərini seçmisən? Ən ağır sanksiyaları tələb etməkdə məqsədin nədir?
Bayaqdan burada sübut etdim ki, haqqımda 306.2 maddəsilə qaldırılan cinayət işinin mənimlə heç bir
əlaqəsi yoxdur. 306.2 ilə mənə bir gün belə iş kəsilə bilməz. Qanunsuzluqdur. 11 ildən 3 ilini çıxdıq, 8 il
qaldı. 213.1-dən də ortada avtomatik olaraq heç nə yoxdur. Ramazan Hadıyev oradan özünü assa da o
cinayətlə də mənim heç bir bağlantım yoxdur. 8-dən də 2 ili çıxanda 6 il qaldı. 311-ci maddə
ümumiyyətlə, mənə şamil edilə bilməz.
Hələ o da başqa bir şeydir ki, mən hüquqi yox, fiziki şəxsəm.
Mən ümumiyyətlə, dövlət məmuru deyiləm. Mən rüşvət ala bilmərəm. Mən o əhatə dairəsinə girmirəm.
Bu ağır cinayətlər məhkəməsində son 1 bir ildə ən azı 7-8 dənə qəzetə qarşı 311-ci maddə ilə iş açıblar.
Sonradan da məhkəmələr onları açıb-buraxıblar ki, jurnalistə korrupsiya maddələrilə cinayət işi açıla
bilməz. 6 ildən də 11 ili çıxanda “-5” qalır. Ramazan Hadıyevin mənə -5 il “can borcu” var. Sən necə
prokurorsan ki, qanunun bütün tələblərini nəzərə almadan, 11 il iş oxuya bilirsən?
Ramella xanım, bu cinayət işində guya mənim qeydiyyatda olduğum ünvana göndərildiyi iddia olunan
bildirişi aylardır, sizdən ala bilmədim. O sənəd saxtadır. Saxta olduğu üçün də mənə vermədiniz.
Cinayət işi ilə ilk tanış olduğum zaman demişdim. Gülərin telefonlarıma göndərdiyi mesajlar saxtadır.
Məlum oldu ki,
GÜLƏR MESAJLARLA INSANLARI ŞANTAJ EDIR
Sevinc Babayevanın oğlu Ayxan Məmmədovu da mesajlarla şantaj eləmişdi. İndi də o yolla başqalarını
şantaj edir. Yəni bu qadın professional şəkildə, bu dəstədə insanları məhz şantaj etməklə məşğul olub.
Mesaj məsləsini dəqiqləşdirmək üçün, nə illah elədik, 11 ayda mən həbs olunarkən əlimdən alınan
telefonları tapıb, özümə qaytara bilmədiniz ki, bu mesajlara aydınlıq gətirək. Azercell Korrupsiyaya
qarşı Mübarizə İdarəsinin ünvanına bütün mesajları göndərib. O saxta mesajların da məntiqi olaraq
ardıcıllığa qoyanda qurama olduğunu bilmək çətin deyil. “Sabah filan saatda gələrsiz” Mesaja baxın.
Sonra da Gülər mənə mesaj atır ki, “icazə ver, redaksiyaya gəlim”. Məntiqlə mən bu adama görüş saatını
deyirəmsə, necə olur ki, bu yenidən mənimlə görüşmək istədiyini yazır. Bunu ağlı, dəngəsi yerindədirmi
ki, o cür mesaja, bu cür cavab yazır. Yox.. Mesaj saxtadır. Guya indi istintaq demək istəyib ki, mən
bunu redaksiyaya çağırmışam ki, ondan pul alam. Amma istintaqın Gülərdən mənə gələn mesajın saatını
saxtalaşdırmaq ağlına gəlməyib. Ona görə də ardıcıllıq pozulub və belə biabırçı bir mənzərə yaranıb.
15
Həmin Gülər Əhmədovanın şahidi dindirmə protokollarında göstərdiyi əl telefonlarının nömrəsi
başqadır, bu işdə mənə mesaj gəldiyi iddia olunan telefonlar başqa telefonlardır. Mən dəfələrlə bu haqda
dedim, vəsatət də qaldırdım ki, yoxlama və araşdırma aparılması üçün sorgu göndərilsin, görək bu
telefonlar G.Əhmədovanın öz adına olan telefonlardırmı? Gülər heç bir ifadəsində yazmayıb ki, mənim
telefonlarım. O yazıb ki, istifadə etdiyim telefonlar. Bəyəm istintaq üçün bunu araşdırmaq çətin idi?
Onlar da biliblər ki, Gülərin telefonları o telefonlar deyil. Ona görə də deyəndə ki, məhkəmə istintaqı
yenilənsin, hər şeyə görə, vəsatət qaldıranda ki, bu telefonların kimə aid olduğu yoxlanılsın, eləmədiniz.
İstintaqın qərarı var. Həmin qərarın surətini məhkəmə bizə vermədi. Həmin sənəddə istintaq qərara alıb
ki, G.Əhmədovanın da telefonlarına gəlib-gedən zənglər və SMS məzmunları götürülsün. Bəs, niyə
götürmədiniz? İndi istintaqı yeniləsəydiniz, hər şey gül kimi açılacaqdı. Onsuz da bu iş nə vaxt olsa,
açılacaq. G.Əhmədova kiminlə həmin ərəfədə danışıbsa, özü də bunların heç kimdən qorxuları yoxdur,
onlara baxanda nəticə çıxarmaq olardı ki, mənim həbsimdən əvvəl bu adam kimlərdən təlimat alıb.
İstintaqda Gülərin telefonları kimi göstərilən telefonlar, ona məxsus deyil. Mənim telefonlarıma gələn
bütün zənglər çıxarılıb. Qanun deyir ki, lüzumsuz dəlillərin toplanmasına yol verilmir. Hər yola əl atılıb.
Gülərin əlahəzrət “fakt” dediyi audioyazıya gəlincə isə, vəkil E.Sadığov da məhkəmədə bu audio
yazının istintaq zamanı tutumunun 1 gbt həcmində dəyişdirildiyini sübut etdi. 2011-ci il 22 dekabrında
bu audioyazı diskə köçürülüb. Gülər Əhmədovanın görüntüsü ilə seriallar yayımlandı, adamın boynuna
qoymaq mümkün deyil. Avropaya, Rusiyaya adam göndərir. Daha nə bilim kimləri saxtakarlıq aparmaq
üçün öz cinayətlərinə sövq edir. Qanun açıq şəkildə deyir ki, aldatma və işgəncə ilə əldə olunan sübutlar
dəlil olaraq qəbul edilə bilməz. Hələ onu da demirəm ki, mənə “qardaşlıq elə, mən də sənə bacılıq edim”
deyən adamdan necə rüşvət tələb etmək olar? Bu adam mənə bacılıq təklif edirsə, mən ondan nə üçün
rüşvət tələb etməliyəm ki? Zatən mənə bacılıq edir də... Deməli, Gülər Əhmədovanın mənim
məkanıma gəlməsi, mənim yanımda məndən xəbərsiz səsimi yazması, o səsi istintaqa verib, haqqımda
cinayət işi açdırması, məni şərləməsi cinayətdir. Ancaq E.Abdullayevin öz otağında, öz məkanında
özünü bu cinayətkar dəstədən müdafiə etmək üçün apardığı videoçəkilişlər cinayət deyil,
özünümüdafiədir. Iki dünya bir olsa da, bunun qanuni yolu budur. Hər zaman E.Abdullayevin əleyhinə
yazmışam, onunla olan münasibətlərimi də hamı bilir. Amma bu gün o adam Azərbaycanı lərzəyə salan
“təmiz əl” əməliyyatını aparır. Burada səsyazısı dinlənildi. Səsləri tanımadım. Gülərin kabluk səsindən
başqa heç bir səs aydın eşidilmirdi. Əsas danışan adam da Gülərin özü idi, pul təklif edirdi və deyirdi
“qəzetə kömək etmək istəyirəm, imtina edəndə də dedi, öz qəzetimin xərclərini hesablayıram. Özü
hesabladı, 26 minə çıxdı, sonra da dedi ki, onun yarısını verəcəm”. Bunu harasında hədə-qorxu var?
Dəfələrlə disklərə köçürülüb, həcmi dəyişdirilən “sübut” sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq
da çox böyük səhv buraxıb. İttiham tərəfi qanunun bütün müddəalarını pozub. Qanun açıq şəkildə deyir.
CM-nin 125-ci maddəsi – Sübutların mümkünlüyü. Zorakılıq, hədə-qorxu, işgəncə və yaxud digər
qeyri insani, insan ləyaqətlərini alçaldan hərəkətlərin tətbiq edilməsilə əldə olunursa, sübut sübut
sayıla bilməz.
Mən hər zaman bunun əleyhinə olmuşam. Bizim işimizi bizə qadağan elədilər, indi özləri bir-birlərini
çəkirlər. Biz çəkə bilərik, biz yaza bilərik! Bu bizim peşəmizdən irəli gəlir. Bizi çəkdilər, bizi şərlədilər.
Gülər adamın səsini necə yazıb, onu şantaj edə bilər? Bu adam deputatdır, əlində də min səlahiyyət var.
Allah qoymasa, qanunları da hamıdan gözəl bilməlidir. Bunu qorxudurdumsa, haqqında dediyi kimi
yazılar yazırdımsa, məhkəməyə müraciət edəydi. Niyə eləmədi? Çünki yuxarıdan Ramiz Mehdiyev ona
dedi ki, get, üzünə dur. AR CM-nin 125.3 maddəsi deyir, 125.2 maddəsində nəzərdə tutulmuş hallarda
alınmış məlumatlar – Gülərin diski, Gülərin telefon yazısı, mesajları ona aiddir – sənədlər və əşyalar
hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut
olunmasında istifadə edilə bilməz. Bu maddələri nə qədər oxumaq olar? Qanun açıq deyir ki, bu fırıldağı
siz sübut kimi qəbul edə bilməzsiniz. Siz sübut kimi qəbul edibsiniz. Hər zaman demişəm, bir daha
xatırladıram. 10 min manat söhbəti olmayıb. O saxta səsyazısında da 10 min manat söhbəti olmayıb. Öz-
özünə hesab aparıb, sonra da deyib ki, o qədər yox, amma yarısı qədər qəzetə kömək edərəm. O adam
mənim yox, öz səsini mənim otağımda yazmağa gəlmişdi.
10 MIN MANAT SÖHBƏTI PA-NIN ŞÖBƏ MÜDIRI
ƏLI HƏSƏNOVUN OTAĞINDA APARILIB
Əgər söhbət Gülərin dediyidirsə, hesab onun apardığı hesabdırsa, o zaman o 26 min manat deyib. Onun
yarısından söhbət gedirsə, o zaman bu pulun yarı məbləği 13 min manatdır. 10 min haradan çıxdı? Plan