16
onun kabinetindən çıxıb. Bu gün də Əli Həsənov dövlətin milli teleseriallar çəkmək üçün ayırdığı 10
milyon manatı oğlu Şamxal Həsənova həvalə edib. Korrupsiya faktı budur. Mənim əməlimdə korrupsiya
elementləri axtaran Əli Həsənovun özünün iş fəaliyyəti yoxlanılmalıdır, özü haqqında korrupsiya
maddələrilə cinayət işi qaldırılmalıdır. Bu adamda bilmirəm, “vicdan” deyilən bir şey varmı? Yoxsa, bu
da Gülər kimi heç bir zaman cəzasını almayacağını düşünür?
Bunlar nə boyda olduqlarını zənn ediblər ki, gündən-günə yüksələn, sözün kəsərini artıran, müstəqillik
əhatəsini genişləndirən, Əli Həsənovun cibindən, əlindən asılı olmayan bir gündəlik qəzetin baş
redaktorunu şərləyib tutdururlar, ürəkləri soyumur, hələ utanmaz-utanmaz törədilməyən cinayət
müqabilində ona 11 il iş oxuyurlar? Mən Əli İnsanovam, yoxsa Fərhad Əliyevəm? Mən Zakir
Qaralovam, Ziya Məmmədovam, Fikrət Məmmədovam, kiməm? Mən hansı səlahiyyətlərimdən istifadə
edib, korrupsiya əməli törədə bilərdim? Mən jurnalistəm. 16 aydır da həbsdə heç bir səbəb olmadan
saxlanılıram. Bunlar əgər məni yazılarıma görə həbs etməmişdilərsə, o zaman kollektivimin “ASİ” adlı
çıxarmaq istədikləri qəzetin nəşrinə niyə qadağa qoydular. Biz həbsimdən sonra da “Xural”ı nəşr
etdirmək istədik, amma “Ekspress” nəşriyyatından birbaşa bizə bildirdilər ki,
PA-DAN ƏLI HƏSƏNOV ŞƏXSƏN ZƏNG VURUB,
QƏZETIN NƏŞR OLUNMASINA QADAĞA QOYUB
O zaman bu nə ittihamlardır, mənə qarşı irəli sürmüsünüz? Sizin hikkəniz, qəzəbiniz nə həddədir ki,
mənə 11 il iş istəyirsiniz? Bilirlər ki, bunların KİV DF adlı oyuncaq qurumlarını, Mətbuat Şurası adlı
fırıldaqçı mətbuat oyuncağını, MTRŞ adlı ailə bandasını faktlarla üz-üzə qoyacaq yeganə adam mənəm.
MTRŞ-nın bir başa üzvü var, onun 6-sı Ə.Həsənovun sinif yoldaşı, əqrəbasıdır, biri də arvadı. Bu ölkə
Əli Həsənov kimi adamların arvad-uşağından ibarət deyil axı. İttiham tərəfi saxta sübutları, olmayan
şeyləri məhkəməyə təqdim edib. Ramella xanım, necə olubdur ki, siz onları icraata götürübsünüz, qəbul
etmisiniz? Sübutların dəyərləndirilməsində deyilir ki, sübutlar tam, hərtərəfli, obyektiv şəkildə tərif
edilməli, daxili inam formalaşmalı və vicdani qənaətlə hökm oxunmalıdır. Varmı, vicdan, ədalət,
insanlıq? Humanistliyiniz varmı? Ehtimallarla, “mən yuxuda gördüm ki, Əvəz Zeynallı məndən pul
istəyib”, deməklə, niyə bu adam bizim köləmiz olmur, deməklə 11 il iş oxumaq olarmı? Özü də
havadan...
Ötən 16 ayda hadisələr elə cərəyan edib ki, hər şey məhkəmənin araşdırması olmadan da aydınlaşıb.
GÜLƏR ƏHMƏDOVA INDI BIZIMLƏ RAMIZ MEHDIYEVI TƏHDID EDIR
S.Tarverdiyev Milli Dövlətçilik Partiyası adından oktyabrın 8-də guya bəyanat verib, o bəyanatı da işə
əlavə ediblər. Orada yazılır ki, “yaxşı ki, bu qəzet bağlandı”. Halbuki, “Xural” qəzetinin nəşrinə
oktyabrın 19-da R.Mehdiyev tərəfindən yağmalanandan bir gün sonra qadağa qoyulub. Necə olur?
Bunlar falçıdırlar, uzaqgörəndilər ki, 12 gün əvvəl bəyanat veriblər ki, “yaxşı ki, bu qəzet bağlandı?”
Onlara bunu məhkəmədə deyəndə özləri də quruyub qaldılar. Tanıdığım, yaxın bildiyim adamlarla çox
iblisanə oyun oynayıblar. Mən yanılmıramsa, Azərbaycan mətbuatının tarixində bizim işimiz yeganə
işdir ki, bu qədər ictimai-siyasi xadim və iş adamı bir redaktorun üzünə qoydurulur. Baxın.
1. Akif Məmmədov sabiq “Kurort” SC-nin prezidenti, Ə.Həsənovun qudası S.Mehbalıyevin iş ortağıdır.
2. Sabir Tarverdiyev İrəvan Mühacir Hökumətinin prezidenti, Milli Dövlətçilik Partiyasının sədri,
Sumqayıt Maşın bazarının sahibi, iş adamıdır.
3. Aydın Heydərov “İnturAvto” SC-nin prezidenti, Sabir Tarverdiyevin xalası oğludur.
4. Vüqar Səfərli KİV DF-nin icraçı direktoru, Əli Həsənovun cinayət ortağıdır. Onun rəhbərlik etdiyi
qurumu ona görə yaradıblar ki, o müstəqil mətbuata dəstək versin, onlarsa müstəqil mətbuatı məhv
etməklə məşğuldurlar. Buna nail olublar da...
5. Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının direktoru, əməkdar jurnalist, Əli Həsənovun iş ortağıdır.
6. Nüşabə Ələsgərli Əməkdar artistdir. Özünün 50 obyekti var, birinə də vergi ödəmir, “qaşın üstündə
gözün var” deyən də yoxdur ona. Niyə? Çünki üzəduranlarıdır, ona görə.
7. Bunların arasında ən balaca adam Mürvət Həsənlidir. O da “Xəmsə” restoranının sahibidir. Bu
yaxınlarda da 8 min toyuğunun oğurlandığını, oğurlandığı zaman onların stress keçirdərək, daha
yumurtlamadığını bəhanə gətirərək, 8 nəfəri tutdurb, ocağını söndürüb.
Mənim işim yeganə işdir ki, Azərbaycanın rəhbər strukturları son dərəcə biabırçı, son dərəcə axmaq bir
oyunla məni susdurmağa çaışıblar. Onlar nəyə ümid eləyib, belə bir yola üz tutublar, bilinmir. Əvvəldən
17
demişəm, yenə deyirəm. Bizə qarşı olan iddiaların hamısının kökündə tənqidi yazılarımız durur.
Oktyabrın 3-də Sumqayıt maşın bazarı haqqında tənqidi yazılar gedib, 8-də partiyanın bəyanatı verilib.
Həmin bəyanatda da ayın 20-də olacaq hadisəyə 12 gün əvvəl qiymət verilib. G.Əhmədovanın da
iddiaları başdan-ayağadək yazılarla bağlıdır. Son müsahibələrində də də yalnız yazılardan danışır. Heç
bir hədə-şantaj da xatırladılmır. O müsahibələrin hamısını məhkəməyə təqdim etmişik.
GÜLƏR ANS-DƏ DEYIRDI KI,
“BUNU SUSDURMAQ MÜMKÜN DEYILDI, BU AĞIR YÜKÜN ALTINA MƏN GIRDIM”
Məni daşımağa sənin çiyinlərin dözərdimi? Dözmədi də...
Aydın Heydərov, Akif Məmmədov, Ağabəy Əsgərov, hamısı burada yazılardan danışdılar. Nə
yazmışdıq ki? Yazmışdıq, “Azərbaycan” nəşriyyatının ərazisində “novostroyka” evlər tikdirib, oradan
Ramiz Mehdiyevə, Əli Həsənova evlər verib. Yazıya görə, bura gəlmişik. İndi də məlum olur ki, mənim
burada üzümə duranların hamısı Ramiz Mehdiyev komandasının adamlarıdır. R.Mehdiyev o adamların
əli ilə məni həbs etdirib, bu gün də məhkəməyə təzyiq göstərərək, məni uzun müddətə həbsə göndərmək
niyyətindədir. Mənim işimdə hər hansı bir cinayət əməli yoxdur, ola da bilməz.
Bu gün beynəlxalq qurumlar ciddi şəkildə demokratik dövlət olmaq üçün Azərbaycandan müstəqil
mətbuatın varlığını tələb edirlər. ABŞ-ın qurucu prezidentlərindən biri olan Cefersondan soruşanda ki,
“Mətbuatsız hakimiyyət, yoxsa hakimiyyətsiz mətbuat?” O tarixi cavab verib ki, “hakimiyyətsiz
mətbuat”. Yəni hakimiyyətdən asılı olmayan, müstəqil mətbuat olmadan dövlət inkişafda ola bilməz.
Bunun qarşılığında bizim hakimiyyətdə olan səlahiyyətli qüvvələr bütün cəhdlə müstəqil mətbuatın
səsini boğub, dövləti inkişaf etməyə qoymurlar.
Mən 10 il Türkiyədə oxudum, işlədim və Avropa mətbuatının içində oldum. Mənim Türkiyə
mətbuatında dərc olunan yazılarım cildlənsə, Ramazan Hadıyevin qarşısındakı kitabdan qalın olar. Mən
Avropa, dünya mətbuatının ən layiqli sıralarına çıxmaq uğrunda mübarizə aparıram və hər zaman da bu
mübarizəni davam etdirəcəm. Mən gələcəyimi müstəqil mətbuatın inkişafında görürəm. Ona görə də bu
ölkədə CM-nin 147-148-ci maddələrlə jurnalistləri həbs etmirlər. Çünki bu maddələrlə jurnalisti həbsə
atmaq mümkün deyil. Heç 306 ilə də, 213-lə də mümkün deyil. Bir ara məni CM-nin 303-cü maddəsilə
hədələdilər. Onunla da mümkün deyil. Bu adamlar müstəqil mətbuata qarşı o qədər qəzəbli oldular ki,
311-ci maddəni işə saldılar. Bütün dünya korrupsiya əməlinə pis baxır. Düzgün hesablama aparmadılar,
düşündülər ki, 311-lə məni şərləyəcəklər, hamı da bunlara inanacaq. Amma beynəlxalq qurumların ilk
sualı o oldu ki, “jurnalistdən necə ola bilər ki, korrupsioner olsun?” Bununla da bunların 311-ci maddəsi
fiasko oldu.
“XURAL”IN VƏ ƏVƏZ ZEYNALLININ
MƏSƏLƏSI ƏVVƏLDƏN AXIRADƏK
SÖZÜN MƏSƏLƏSIDIR
Biz müstəqil mətbuat çıxardığımıza, mətbuatın müstəqilliyini tələb etdiyimizə və bu yolda ardıcıl
addımlar atdığımız üçün həbs olumuşuq. Azərbaycanda çox yazar var ki, qələmindən “qan damır”.
Amma onlara, “gözün üstə qaşın var” deyən yoxdur. Bilirsinizmi, nə üçün? Ardıcıl və mütəmadi
deyillər. Ardıcıllıq məqsədlərin bir çoxuna nail olmağa imkan verir.
Mən mətbuatın başına açdıqları oyun müqabilində Ə.Həsənov və V.Səfərli barəsində Korrupsiyaya qarşı
Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırdım. Məni mübarizə apardığım şeylərə görə həbs etdilər.
Sizin çiyinlərinizi boş yerə ağır bir yükün altına verdilər. G.Əhmədovanın çiyinləri dözmədi.
R.Hadıyevin də çiyinləri dözməyəcək. Çünki haqq sözün altında çiyin dözməz. Haqq söz adamı parça-
parça edər. Möhtərəm hakimlər, bu işdə bəraətdən başqa, hər hansı işin oxunmasını Allahsızlıq və
vicdansızlıq hesab edirəm. Ona görə də bu məhkəmədən yalnız bəraət istəyirəm.
Bilmirəm, sizin o müşavirə otağınızda dövlət telefonu varmı? Bilmirəm, siz o telefondan gələcək zəngi
gözləyəcəksinizmi? Bilmirəm, kimlərin sözü sizin üçün daha etibarlı olacaq, amma mənim işimdə, bu
işdə, bəraətdən başqa hansısa bir qərar nə mənim tərəfimdən, nə cəmiyyət tərəfindən, nə də beynəlxalq
qurumlar tərəfindən müsbət qəbul olunmayacaq. O baxımdan da,
MƏN SIZDƏN QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!
28.02.2013