DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 

16 


onun  kabinetindən  çıxıb.  Bu  gün  də  Əli  Həsənov  dövlətin  milli  teleseriallar  çəkmək  üçün  ayırdığı  10 

milyon manatı oğlu Şamxal Həsənova həvalə edib. Korrupsiya faktı budur. Mənim əməlimdə korrupsiya 

elementləri  axtaran  Əli  Həsənovun  özünün  iş  fəaliyyəti  yoxlanılmalıdır,  özü  haqqında  korrupsiya 

maddələrilə cinayət işi qaldırılmalıdır. Bu adamda bilmirəm, “vicdan” deyilən bir şey varmı? Yoxsa, bu 

da Gülər kimi heç bir zaman cəzasını almayacağını düşünür? 

Bunlar nə boyda olduqlarını zənn ediblər ki, gündən-günə  yüksələn, sözün kəsərini artıran, müstəqillik 

əhatəsini  genişləndirən,  Əli  Həsənovun  cibindən,  əlindən  asılı  olmayan  bir  gündəlik  qəzetin  baş 

redaktorunu  şərləyib  tutdururlar,  ürəkləri  soyumur,  hələ  utanmaz-utanmaz  törədilməyən  cinayət 

müqabilində  ona  11  il  iş  oxuyurlar?  Mən  Əli  İnsanovam,  yoxsa  Fərhad  Əliyevəm?  Mən  Zakir 

Qaralovam, Ziya Məmmədovam, Fikrət Məmmədovam, kiməm? Mən hansı səlahiyyətlərimdən istifadə 

edib,  korrupsiya  əməli  törədə  bilərdim?  Mən  jurnalistəm.  16  aydır  da  həbsdə  heç  bir  səbəb  olmadan 

saxlanılıram. Bunlar əgər məni yazılarıma görə həbs etməmişdilərsə, o zaman kollektivimin “ASİ” adlı 

çıxarmaq  istədikləri  qəzetin  nəşrinə  niyə  qadağa  qoydular.  Biz  həbsimdən  sonra  da  “Xural”ı  nəşr 

etdirmək istədik, amma “Ekspress” nəşriyyatından birbaşa bizə bildirdilər ki,  



 

PA-DAN ƏLI HƏSƏNOV ŞƏXSƏN ZƏNG VURUB

QƏZETIN NƏŞR OLUNMASINA QADAĞA QOYUB 

 

O  zaman  bu  nə  ittihamlardır,  mənə  qarşı  irəli  sürmüsünüz?  Sizin  hikkəniz,  qəzəbiniz  nə  həddədir  ki, 



mənə 11 il iş istəyirsiniz? Bilirlər ki, bunların KİV DF adlı oyuncaq qurumlarını, Mətbuat Şurası  adlı 

fırıldaqçı mətbuat oyuncağını, MTRŞ adlı ailə bandasını faktlarla üz-üzə qoyacaq yeganə adam mənəm. 

MTRŞ-nın bir başa üzvü var, onun 6-sı Ə.Həsənovun sinif yoldaşı, əqrəbasıdır, biri də arvadı. Bu ölkə 

Əli  Həsənov  kimi  adamların  arvad-uşağından  ibarət  deyil  axı.    İttiham  tərəfi  saxta  sübutları,  olmayan 

şeyləri məhkəməyə təqdim edib. Ramella xanım, necə olubdur ki, siz onları icraata götürübsünüz, qəbul 

etmisiniz?  Sübutların  dəyərləndirilməsində  deyilir  ki,  sübutlar  tam,  hərtərəfli,  obyektiv  şəkildə  tərif 

edilməli,  daxili  inam  formalaşmalı  və  vicdani  qənaətlə  hökm  oxunmalıdır.  Varmı,  vicdan,  ədalət, 

insanlıq?  Humanistliyiniz  varmı?  Ehtimallarla,  “mən  yuxuda  gördüm  ki,  Əvəz  Zeynallı  məndən  pul 

istəyib”,  deməklə,  niyə  bu  adam  bizim  köləmiz  olmur,  deməklə  11  il  iş  oxumaq  olarmı?  Özü  də 

havadan...        

Ötən 16 ayda hadisələr elə cərəyan edib ki, hər şey məhkəmənin araşdırması olmadan da aydınlaşıb.  

 

GÜLƏR ƏHMƏDOVA INDI BIZIMLƏ RAMIZ MEHDIYEVI TƏHDID EDIR 

 

 S.Tarverdiyev Milli Dövlətçilik Partiyası adından oktyabrın 8-də guya bəyanat verib, o bəyanatı da işə 

əlavə  ediblər.  Orada  yazılır  ki,  “yaxşı  ki,  bu  qəzet  bağlandı”.  Halbuki,  “Xural”  qəzetinin  nəşrinə 

oktyabrın  19-da  R.Mehdiyev  tərəfindən  yağmalanandan  bir  gün  sonra  qadağa  qoyulub.  Necə  olur? 

Bunlar  falçıdırlar,  uzaqgörəndilər  ki,  12  gün  əvvəl  bəyanat  veriblər  ki,  “yaxşı  ki,  bu  qəzet  bağlandı?” 

Onlara bunu məhkəmədə deyəndə özləri də quruyub qaldılar. Tanıdığım, yaxın bildiyim adamlarla çox 

iblisanə  oyun  oynayıblar.  Mən  yanılmıramsa,  Azərbaycan  mətbuatının  tarixində  bizim  işimiz  yeganə 

işdir ki, bu qədər ictimai-siyasi xadim və iş adamı bir redaktorun üzünə qoydurulur. Baxın.  

1. Akif Məmmədov sabiq “Kurort” SC-nin prezidenti, Ə.Həsənovun qudası S.Mehbalıyevin iş ortağıdır. 

2.  Sabir  Tarverdiyev  İrəvan  Mühacir  Hökumətinin  prezidenti,  Milli  Dövlətçilik  Partiyasının  sədri, 

Sumqayıt Maşın bazarının sahibi, iş adamıdır.  

3. Aydın Heydərov “İnturAvto” SC-nin prezidenti, Sabir Tarverdiyevin xalası oğludur.  

4.  Vüqar  Səfərli  KİV  DF-nin  icraçı  direktoru,  Əli  Həsənovun  cinayət  ortağıdır.  Onun  rəhbərlik  etdiyi 

qurumu  ona  görə  yaradıblar  ki,  o  müstəqil  mətbuata  dəstək  versin,  onlarsa  müstəqil  mətbuatı  məhv 

etməklə məşğuldurlar. Buna nail olublar da...  

5. Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının direktoru, əməkdar jurnalist, Əli Həsənovun iş ortağıdır. 

6. Nüşabə Ələsgərli  Əməkdar artistdir. Özünün 50 obyekti var, birinə də vergi  ödəmir,  “qaşın  üstündə 

gözün var” deyən də yoxdur ona. Niyə? Çünki üzəduranlarıdır, ona görə.  

7.  Bunların  arasında  ən  balaca  adam  Mürvət  Həsənlidir.  O  da  “Xəmsə”  restoranının  sahibidir.  Bu 

yaxınlarda  da  8  min  toyuğunun  oğurlandığını,  oğurlandığı  zaman  onların  stress  keçirdərək,  daha 

yumurtlamadığını bəhanə gətirərək, 8 nəfəri tutdurb, ocağını söndürüb. 

Mənim işim yeganə işdir ki, Azərbaycanın rəhbər strukturları son dərəcə biabırçı, son dərəcə axmaq bir 

oyunla məni susdurmağa çaışıblar. Onlar nəyə ümid eləyib, belə bir yola üz tutublar,  bilinmir. Əvvəldən 



 

17 


demişəm,  yenə  deyirəm.  Bizə  qarşı  olan  iddiaların  hamısının  kökündə  tənqidi  yazılarımız  durur. 

Oktyabrın 3-də Sumqayıt maşın bazarı haqqında tənqidi yazılar gedib, 8-də partiyanın bəyanatı verilib. 

Həmin  bəyanatda  da  ayın  20-də  olacaq  hadisəyə  12  gün  əvvəl  qiymət  verilib.  G.Əhmədovanın  da 

iddiaları başdan-ayağadək yazılarla bağlıdır. Son müsahibələrində də də yalnız yazılardan danışır. Heç 

bir hədə-şantaj da xatırladılmır. O müsahibələrin hamısını məhkəməyə təqdim etmişik.  

 

GÜLƏR ANS-DƏ DEYIRDI KI,  

“BUNU SUSDURMAQ MÜMKÜN DEYILDI, BU AĞIR YÜKÜN ALTINA MƏN GIRDIM” 

 

Məni daşımağa sənin çiyinlərin dözərdimi? Dözmədi də... 



 

Aydın  Heydərov,  Akif  Məmmədov,  Ağabəy  Əsgərov,  hamısı  burada  yazılardan  danışdılar.  Nə 

yazmışdıq  ki?  Yazmışdıq,  “Azərbaycan”  nəşriyyatının  ərazisində  “novostroyka”  evlər  tikdirib,  oradan 

Ramiz Mehdiyevə, Əli Həsənova evlər verib. Yazıya görə, bura gəlmişik. İndi də məlum olur ki, mənim 

burada üzümə duranların hamısı Ramiz Mehdiyev komandasının adamlarıdır. R.Mehdiyev o adamların 

əli ilə məni həbs etdirib, bu gün də məhkəməyə təzyiq göstərərək, məni uzun müddətə həbsə göndərmək 

niyyətindədir. Mənim işimdə hər hansı bir cinayət əməli yoxdur, ola da bilməz.    

Bu  gün  beynəlxalq  qurumlar  ciddi  şəkildə  demokratik  dövlət  olmaq  üçün  Azərbaycandan  müstəqil 

mətbuatın varlığını tələb edirlər. ABŞ-ın qurucu prezidentlərindən biri olan Cefersondan soruşanda ki, 

“Mətbuatsız  hakimiyyət,  yoxsa  hakimiyyətsiz  mətbuat?”  O  tarixi  cavab  verib  ki,  “hakimiyyətsiz 

mətbuat”.  Yəni  hakimiyyətdən  asılı  olmayan,  müstəqil  mətbuat  olmadan  dövlət  inkişafda  ola  bilməz. 

Bunun  qarşılığında  bizim  hakimiyyətdə  olan  səlahiyyətli  qüvvələr  bütün  cəhdlə  müstəqil  mətbuatın 

səsini boğub, dövləti inkişaf etməyə qoymurlar. 

Mən  10  il  Türkiyədə  oxudum,  işlədim  və  Avropa  mətbuatının  içində  oldum.  Mənim  Türkiyə 

mətbuatında dərc olunan yazılarım cildlənsə, Ramazan Hadıyevin qarşısındakı kitabdan qalın olar. Mən 

Avropa, dünya mətbuatının ən layiqli sıralarına çıxmaq uğrunda mübarizə aparıram və hər zaman da bu 

mübarizəni davam etdirəcəm. Mən gələcəyimi müstəqil mətbuatın inkişafında görürəm. Ona görə də bu 

ölkədə CM-nin 147-148-ci maddələrlə jurnalistləri həbs etmirlər. Çünki bu maddələrlə jurnalisti həbsə 

atmaq mümkün deyil. Heç 306 ilə də, 213-lə də mümkün deyil. Bir ara məni CM-nin 303-cü maddəsilə 

hədələdilər. Onunla da mümkün deyil. Bu adamlar müstəqil mətbuata qarşı o qədər qəzəbli oldular ki, 

311-ci maddəni işə saldılar. Bütün dünya korrupsiya əməlinə pis baxır. Düzgün hesablama aparmadılar, 

düşündülər ki, 311-lə məni şərləyəcəklər, hamı da bunlara inanacaq. Amma beynəlxalq qurumların ilk 

sualı o oldu ki, “jurnalistdən necə ola bilər ki, korrupsioner olsun?” Bununla da bunların 311-ci maddəsi 

fiasko oldu.  



“XURAL”IN VƏ ƏVƏZ ZEYNALLININ 

MƏSƏLƏSI ƏVVƏLDƏN AXIRADƏK 

SÖZÜN MƏSƏLƏSIDIR 

 

Biz  müstəqil  mətbuat  çıxardığımıza,  mətbuatın  müstəqilliyini  tələb  etdiyimizə  və  bu  yolda  ardıcıl 

addımlar  atdığımız  üçün  həbs  olumuşuq.  Azərbaycanda  çox  yazar  var  ki,  qələmindən  “qan  damır”. 

Amma  onlara,  “gözün  üstə  qaşın  var”  deyən  yoxdur.  Bilirsinizmi,  nə  üçün?  Ardıcıl  və  mütəmadi 

deyillər. Ardıcıllıq məqsədlərin bir çoxuna nail olmağa imkan verir.  

Mən mətbuatın başına açdıqları oyun müqabilində Ə.Həsənov və V.Səfərli barəsində Korrupsiyaya qarşı 

Mübarizə İdarəsinə müraciət etməyə hazırlaşırdım. Məni mübarizə apardığım şeylərə görə həbs etdilər. 

Sizin  çiyinlərinizi  boş  yerə  ağır  bir  yükün  altına  verdilər.  G.Əhmədovanın  çiyinləri  dözmədi. 

R.Hadıyevin də çiyinləri dözməyəcək. Çünki haqq sözün altında çiyin dözməz. Haqq söz adamı parça-

parça  edər.  Möhtərəm  hakimlər,  bu  işdə  bəraətdən  başqa,  hər  hansı  işin  oxunmasını  Allahsızlıq  və 

vicdansızlıq hesab edirəm. Ona görə də bu məhkəmədən yalnız bəraət istəyirəm.  

Bilmirəm, sizin o müşavirə otağınızda dövlət telefonu varmı? Bilmirəm, siz o telefondan gələcək zəngi 

gözləyəcəksinizmi? Bilmirəm, kimlərin  sözü sizin  üçün daha etibarlı olacaq, amma mənim  işimdə, bu 

işdə, bəraətdən başqa hansısa bir qərar nə mənim tərəfimdən, nə cəmiyyət tərəfindən, nə də beynəlxalq 

qurumlar tərəfindən müsbət qəbul olunmayacaq. O baxımdan da,  

 

MƏN SIZDƏN QEYDSIZ-ŞƏRTSIZ BƏRAƏT ISTƏYIRƏM!  



28.02.2013 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə