DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

 

18 


“XURAL” QƏZETININ BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLININ BAKI AĞIR 

CINAYƏTLƏR MƏHKƏMƏSINƏ VERDIYI  

 

İFADƏ 

 

"Xural"  qəzetini  2002-ci  il  oktyabrın  6-da  təsis  etmişəm.  Dövlət  zorunu  ələ  keçirən  Prezident 

Aparatının (PA) rəhbəri Ramiz Mehdiyevin talan etdirdiyi və bağlatdırdığı 20 oktyabr 2011-ci ilə qədər 

-  tam  9  il  14  gün  onun  baş  redaktoru  olmuşam.  Rəhbərlik  etdiyim  müddətdə  "Xural"  qəzeti 

Azərbaycanın  ictimai-siyasi  fikrinə  önəmli  təsir  etmiş,  tənqidçi  medianın  ön  sıralarında  addımlamış, 

müstəqil  mətbuatın  və  azad  sözün  sarsılmaz  müdafiəçisi  olmuş  və  mətbuat  tarixində  qalacaq  böyük 

layihələrə imza atmışdır. "Xural" 2002-ci ildən 2011-ci ilin 19 sentyabr tarixinə qədər həftəlik, 2011-ci 

ilin  19  sentyabrından  19  oktyabrına  qədər  isə  gündəlik  nəşr  olunmuşdur.  "Xural"  fəaliyyətinə  dövlət 

zoru  ilə  xitam  veriləndə  Azərbaycanda  həftədə  7  dəfə  nəşr  olunan  iki  gündəlik  qəzetdən,  3  ölkə 

ictimaiyyətinə  təsir  göstərən  media  orqanlarından  biri  idi.  Sürətlə  ölkənin  müstəqil  mediasının  ön 

hissəsinə  çıxması  və  azad  sözün  sarsılmaz  qalalarından  birinə  çevrilməsi  Azərbaycan  siyasi 

hakimiyyətini  ciddi  narahat  etməyə  başladı.  Onlar  öz  gücünə  inkişaf  edən  "Xural"dan  çəkinirdilər  və 

onu  susdurmağın  yollarını  axtarırdılar.  "Xural"ı  susdurmaq  planı  isə  təkcə  son  ilin  məsələsi  deyildi. 

Buna illərlə bundan əvvəl hazırlaşırdılar.  




 

19 


                                       "XURAL"A TƏZYIQ-TƏZYIQ DALINCA 

 Fəaliyyətə başladığı günlərdən "Xural" təzyiq və təqiblərə məruz qalıb. 9 illik həftəlik dövründə ən azı 

33 məhkəmə çəkişməsi olub və bu çəkişmələrin hamısı demək olar ki, hakimiyyət məmurları və onlara 

yaxın  şəxslərlə  baş  verib.  Nazirlər,  komitə  rəhbərləri,  icra  başçıları,  hakimiyyətə  yaxın  iş  adamları  və 

digərləri bizi məhkəməyə veriblər, cərimələdiblər, müxtəlif müddətlərə cəzalandırıblar.  

          "Xural"  ictimai  rəyə  təsirini  artırdıqca  ona  da  təzyiq  artmağa  başladı.  Bu  hakimiyyət  hər  zaman 

sözün  tam  mənasında  müstəqil  nəşrlərə  və  hətta  insanlara  düşmən  kəsilib.  Ona  görə  də  "Xural"  hər 

zaman hakimiyyət mənsublarının "xüsusi" təzyiqlərinə məruz qalıb. Bir tərəfdən "Xural"ı və onun baş 

redaktorunu öz təsir dairələrinə keçirməyə çalışıblar, bunun üçün vədlər veriblər, ən müxtəlif imkanlar 

yaratmağa  səy  göstəriblər,  bir  tərəfdən  isə  bu  alınmayanda  fəaliyyətini  dayandırmağa  çalışıblar. 

Hakimiyyətin  ən  müxtəlif  qolları  dəfələrlə  və  müxtəlif  vaxtlarda  "Xural"ı  azad  sözü  satmağa  və 

özlərinin  səngərinə   keçirməyə  təşəbbüs  göstəriblər.  Hər  zaman  o  təşəbbüsləri  darmadağın  etmişik  və 

azad  sözün  səngərindən  çəkilməmişik.  Bunun  nəticəsi  bu  günlərə  və  bu  həbsə  qədər  gəlib.  Amma  və 

lakin  bizim  dəmirləşmiş  mövqeyimiz  dəyişməyib.  Bizi  əyə,  sındıra  bilməyiblər  və  bu  heç  zaman  da 

mümkün olmayacaq. Biz  -  "Xural" azad sözün səngərini  tərk etməmişik  və heç belə bir niyyətimiz də 

yoxdur.  

2003-cü  ildən  davam  edən  məhkəmə  təzyiqləri  2004-cü  ildən  daha  da  çoxaldı.  2004-cü  ilin  dekabr 

ayında  məni  həbs  etdilər  və  Milli  Təhlükəsizlik  Nazirliyi  bir  kitab  tərcüməsinə  görə  mənə  cinayət  işi 

qaldırdı  və  bu  cinayət  işi  2005-ci  il  fevralın  26-da  "cinayət  əməli  olmadığına"  görə  bağlandı.  Ancaq 

hakimiyyətin  yüksək  çinli  məmurları  bununla  barışmadılar  və  "Xural"ın  yazdığı  tənqidi  yazılara  görə 

Baş Prokuror Zakir Qaralovun şəxsi tapşırığı və sifarişi ilə 2005-ci ilin fevralın 26-da bağlanan və xitam 

verilən cinayət işi 2007-ci ilin yayında yenidən "xortladıldı". Davam edən təzyiqlər silsiləsi, bu cinayət 

işi və digər məhkəmə işləri ilə birlikdə 2007-ci ildə pik nöqtəsinə çıxdı və o pik nöqtədən heç düşmədi. 

2007-ci ildə təkcə mənə qarşı 283-cü maddə ilə cinayət işi yox idi, həm də bu gün həbsimə səbəb olan 

digər  məhkəmə  işləri  vardı.  İcra  başçısı  Elmar  Vəliyevin  (o  zaman  Yevlax  şəhər  icra  başçısı  idi,  indi 

Gəncənin icra başçısıdır) və digər mətbuat düşmənlərinin də məhkəmələri var idi. 2007-2008-ci illərdə 

"Xural"  qəzetinə  qarşı  12  məhkəmə  prosesi  eyni  zamanda  gedirdi.  Bəzən  səhər  işə  yox,  Nərimanov 

Rayon  Məhkəməsinə  gəlirdik.  Bəzən  elə  gün  olurdu  ki,  beş  məhkəmə  prosesimiz  dalbadal  olurdu.  O 

illərin məhkəmə prosesindən 3-ü bugünkü məhkəmə prosesində şahiddirlər - zərərçəkən qismində. Akif 

Məmmədovun,  Aydın  Heydərovun  və  Sabir  Tarverdiyevin  (Elmar  Vəliyevin)  üzümə  durduqları 

epizodlar 2005-2008-ci illərin məhkəmələrindən qalmadır. O zaman bir neçə deputat da vardı, iş adamı 

da. Təzyiqlər heç ara vermədən davam edirdi. Bu təzyiqlər 2007-2008-2009-2010-cu illərdə də yüksələn 

templə davam etdi. Bir həftəlik qəzet bu 9 illik ömrünə 33 məhkəmə prosesi sığışdırıb və o məhkəmə 

proseslərinin əksəriyyəti həmin illərə təsadüf edir. 2007-2008-ci illər Azərbaycanda jurnalistlərin təqib 

olunduğu və həbs olunduğu illər idi və "Xural" da o sırada məhkəmə burulğanlarında mübarizə aparırdı. 

Sadəcə,  həm  həftəlik,  həm  də  müstəqil  olmağımız  hakimiyyət  və  onun  məmurları  üçün  bizi  hələ 

"təhlükəli"  etmirdi.  O  zaman  PA  rəhbəri  Ramiz  Mehdiyev  və  PA  ictimai-siyasi  şöbəsinin  müdiri  Əli 

Həsənovla  da  "xüsusi"  münasibətlərə  malik  deyildik.  Yoxsa  elə  bu  adamlara  tapşırıb  elə  o  zaman 

üzümüzə  qoyardılar.  Məni  və  "Xural"ı  cilovlamaq,  dil  tapmaq,  öz  tərəflərinə  çəkmək  istəyirdilər.  Əli 

Həsənov və onun dəstəsi  ta... 2000-ci illərdən bu istiqamərdə iş aparırdılar. Onlar məni Milli Məclisdə 

deputat  təyin  etmək  və  əsasən  müxalifətə  qarşı  ön  cəbhəyə  çıxarmaq  istəyirdilər.  Mənimlə  bütün 

danışıqları da PA şöbə müdiri Əli Həsənov aparırdı. Bütün israr və təkidlərdən sonra mən o yolu qəbul 

etmədim və açıqca yolumun dünyanın qəbul etdiyi aydınlıq və demokratiya yolu olduğunu bəyan etdim. 

Mən yalnız azad və müstəqil olaraq yaşaya bilərəm və böyük Atatürkün dediyi kimi "müstəqillik mənim 

xarakterimdir!" Bununla da Əli Həsənovla danışıqları dayandırdım. Mən dayandırdım. 2000-ci ilin aprel 

ayı  idi  və  ondan  sonra  PA-nın  və  Əli  Həsənovun  israrlı  aramalarına  cavab  vermədim.  Dəvət  etdi  - 

getmədim,  axtardı  -  tapılmadım,  telefon  etdi  -  zənginə  cavab  vermədim.  Beləcə,  öz  təbiri  ilə  desək, 

"daha bir danışan adam" xalqın, onun maraqlarının oldu, bunlara boyun əymədi.  

   2000-2009-cu illərdə özümü və qəzetimi  yaşatmaqla məşğul oldum. Mənə hər cür təzyiq  göstərdilər. 

Bütün  sferalarda  qarşımı  kəsdilər  və  ən  müxtəlif  əngəlləmələr  etdilər.  Birbaşa  Əli  Həsənov  direktiv 

verdi, tapşırdı və mətbu mühitdə mənim olduğum hər yerdə öldürücü mühit yaratdı(lar). Hələ 2003-cü 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə