DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 

24 


“kupon”lar toplayacaq və kitab qazanacaqdı. Bu, o qədər görkəmli və möhtəşəm bir hadisə idi ki, Əli 

Həsənov  birbaşa  özü  əməkdar  artist  Ağalar  Bayramova  və  Slavyan  Universitetinin  rektoru  Kamal 

Abdullaya  təzyiq  göstərmiş,  onların  əsərlərinin  “promosyon”dan  yığışdırılmasını  tələb  etmişdi. 

“Promosyon” Azərbaycan mətbuatının tarixində elə böyük bir hadisə idi ki, cəmi iki-üç ay lazım idi ki, 

"Xural"  birinci  olsun  və  bütün  digər  qəzetlər  də  “promosyon”a  başlasın.  Əli  Həsənov  "Xural"ı 

bağlamaqla və məni həbs etdirməklə həm də kitab düşməni olaraq tarixə keçdi və onun bu pisliyini tarix 

unutmayacaq. 

Bu müddətdə "Xural" layihəni layihə dalınca həyata keçirirdi. 03.10.2011-ci ildə "Xural" ilk dəfə olaraq 

"Blogger" səhifəsi açdı. Bu, yeni nəslin və yeni medianın inkişafına dəstək olmalı idi və oldu da. Səhifə 

o  qədər  müsbət  təsir  buraxdı  ki,  biz  səhifələrin  sayını  artırmağa,  "Blogger"  səhifəsini  qoşa  səhifəyə 

çevirməyə  qərar  verdik.   Hazırlıqlar  başladı.  Cəmi  1  aylıq  müddətdə  "Xural"  ölkənin  müstəqil 

mətbuatının avanqardına çevrilmiş, ilk üçlüyə daxil olmuş, uğurla gündəlik nəşrini hər gün artan templə 

davam etdirmiş, tənqidçi mərbuatın ilki olmağı bacarmışdı. Demək olar ki, gündəlik fəaliyyəti dövründə 

"Xural" hakimiyyəti və onun sahiblərini çox sərt tənqid edən mətbu qurumların ən birincisi idi. 

"Aprel  məhbusları"nın  məhkəməsini  digər  bütün  nəşrlərdən  geniş  və  senzurasız  yalnız  "Xural" 

işıqlandırırdı.  Mitinqlərdə  tutulanların,  digərlərinin  və  islami  kəsimin  öndə  gedənlərinin  fotolarından 

ibarət "Siyasi Məhbuslara Azadlıq" kampaniyasına başlamış, 3-cü səhifəni o kampaniyaya ayırmışdıq. 

REDAKTORLAR BIRLIYI 

Hakimiyyəti 

əsəbiləşdirən, 

"Xural"a  və  mənə  qarşı  daha  da 

aqressivləşdirən 

digər 


bir 

layihəmiz  də  Redaktorlar  Birliyi 

idi.  "Gündəm  Xəbər"  qəzetinə 

qarşı 


başlanan 

təzyiqləri 

dayandırmaq üçün təxminən 10 il 

bundan 


əvvəl 

fəaliyyətini 

dayandıran  Redaktorlar  Birliyini 

bərpa  etməyimiz ölkənin mətbuat 

siyasətini 

müəyyənləşdirən 

səlahiyyət  sahiblərini  dəli  etdi. 

Onların milyonlarla pul  xərcləyib 

yaratdıqları 

əldəqayırma 

təşkilatlar sürətlə çökürdü. Mətbu 

siyasətləri  darmadağın  olmuşdu. 

Belə  daha  bir  neçə  ay  keçərsə, 

bunun  cavabını  və  bədəlini  ağır 

ödəyəcəklərdi.  Və...  hamı  bilirdi  ki,  Redaktorlar  Birliynin  katalizatoru  mənəm  -  Əvəz  Zeynallıdır. 

Redaktorlar  Birliyi  həm  təşkilatlanır,  həm  problemlərdən  çıxış  yolları  tapmaq  üçün  dəyirmi  masalar 

təşkil edir, həm də problemləri yerində həll etmək üçün yerlərə səfərlər təşkil eidrdi. 

Naxçıvan Muxtar Respublikasına səfər bu qəbildən idi. Redaktorlar Birliyinin Naxçıvan səfəri o qədər 

effektli və səs-küylü oldu ki, hakimiyyət dairələri əndişələndilər və ölkə siyasətində sanki yeni mərhələ 

başladı. Son illərdə ilk dəfə 20-yə qədər ictimai-siyasi xadim Naxçıvana səfər etmiş, küçələrdə dolaşmış, 

Naxçıvan  hüquq-mühafizə  orqanlarının  tələblərinə  baxmayaraq,  oranı  tərk  etməmişdilər.  Bu,  böyük 

hadisə idi. Vasif Talıbovun əsl xanlıq etdiyi bir respublikaya getmək və oradan problem olmadan işini 

görüb  qayıtmaq  hakimiyyəti  çətin  vəziyyətə  salmışdı.  Redaktorlar  Birliyi  Əli  Həsənovun  nəzarətində 

deyildi  və  onun  hansı  işləri  görəcəyi  haqqında  məlumat  əldə  edə  bilmirdi.  Redaktorlar  Birliyi  isə 

fəaliyyətini məhdudlaşdırmaq yox, genişləndirməyi planlaşdırırdı. Yaxın günlərdə Lənkərana, Gəncəyə, 

Sumqayıta da analoji səfərlər tşkil etməyi, problem olan hər bölgəyə getməyi nəzərdə tuturduq. İş o yerə 

qalmışdı ki, Əli Həsənovun nəzarətində olan və mətbuat azadlığına təhlükə törədən qurumlar - KİVDF 

və MŞ Redaktorlar Birliyini təqlid etməyə, etdiklərimizi təkrarlamağa can atırdılar. Biz Əli Həsənovun 




 

25 


haram üstündə qurduğu və prezidentə alternativi  olmayan qurumlar kimi  sırıdığı mətbuat imperiyasını 

haqlı olaraq dağıdırdıq. 

Redaktorlar Birliyi qəzet yayımı məsələsini, alternativ yayıma malik olmaq problemini qaldırır, KİV-in 

alternativ mənbələrdən maliyyələşdirilməsi məsələsini həll etməyi düşünürdü və hadisələr çox sürətlə o 

istiqamətə  dəyişirdi.  Əli  Həsənov  narahat  idi.  O,  Ramiz  Mehdiyevi  də  narahat  edirdi  və  birləşib 

Prezidenti  də  narahat  etməyə  çalışırdılar.  Redaktorlar  Birliyi  ölkədə  siyasi  şəraiti  dəyişirdi.  Ziyalılar 

Forumu elan olunmuşdu. Bu gedişi durdurmaq, katalizatoru zərərsizləşdirmək lazım idi. Zaman isə çox 

az idi. Daha 1 ay, 2 ay, 3 ay keçərsə, bizi heç cür dayandıra bilməyəcəkdilər. Bunu anlayırdılar. MŞ-nın 

siyahı oyunu köməklərinə gəlməmişdi. MŞ bu oyunu uduzmuş, KİVDF çarəsiz qalmışdı. İnzibati yola 

baş vurmadan məsələ həll olunmayacaqdı və... onu da etdilər. 



MÜSADIRƏ 

 Və... 

19  oktyabr  2011-ci  ildə 

Nərimanov 

rayon 


icraçıları 

tam 


heyətdə  "Xural"ı  mühasirəyə  aldılar. 

Bu  nə  idi  belə?  Mənə  dedilər  ki, 

narahatçılığa əsas yoxdur, təkrar etdilər 

ki,  bu,  normal  proseduradır.  "Axı  siz 

bir  dəfə  "Xural"ı  13.05.2011-ci  ildə 

siyahıya almısınız?" dedim. Dedilər ki, 

qəzet  gündəliyə  keçdiyi  üçün  yenidən 

siyahıyaalınma 

lazımdır. 

Halbuki 


qanuna  görə,  ikinci  dəfə  əmlakı 

siyahıya  olmaq  olmaz  və  bunun  özü 

qanunsuzluqdur. 

Beləcə, 


ölkənin 

aparıcı  jurnalistləri,  deputatlar,  ictimai 

xadimlər  redaksiyaya  gəldilər  və 

onların  gözlərinin  qarşısında  "Xural"ın  əmlakı  təkrar,  bir  daha  siyahıya  alındı  -  Heydər  və  İlham 

Əliyevin şəkilləri, Mübariz İbrahimovun və Ramil Səfərovun portretləri, Şah İsmayıl Xətainin şəkli və s. 

Axşam saat 19.00-a kimi bizi işləməyə qoymadılar və təxminən 19.00-da təkrar redaksiyaya doluşdular. 

Bu  dəfə  həqiqi  müsadirəyə.  Beləcə,  saat  20.00-dan  22.30  radələrinə  qədər  redaksiyanı  R.Mehdiyevin 

birbaşa göstərişi ilə talan etdilər və bir "Qazel"ə doldurub apardılar. Əlimizdən yalnız o gəldi ki, aparılan 

əmlakımızı  dövlətimizin  himni  ilə  yola  saldıq  və...  elə  o  saatdan  etibarən  "Xural"ın  növbəti  -  həm  də 

hələlik  sonuncu  nömrəsini  hazırlamağa  başladıq.  Gecə  saat  03.00  radələrində  "Xural"ın  möhtəşəm  bir 

sayını daha hazırladıq. 20.10.2011-ci ildəki o sayı hələlik son sayımız oldu. Günü sabah mətbəələr bizi 

çap etməkdən imtina etdilər. Sırada mənim həbsim vardı.  Amma... 

                                               MƏNI NECƏ HƏBS EDƏCƏKDILƏR? 

 Artıq  inzibati  amirlik  metodları  ilə 

"Xural"ın  fəaliyyəti  dayandırılmışdı. 

Əli  Həsənovun  bir  telefon  zəngi  ilə 

10 ildir pul  verib nəşr olunduğumuz 

mətbəə  bizi  çap  etməkdən  imtina 

etmiş, digər mətbəələr qorxularından 

telefonlarımıza 

cavab 


verməz 

olmuşdular.  Mətbuat  Şurası,  onun 

şər-böhtan  saçan  rəsmiləri  susmuş, 

bu  dəfə  dalbadal  dövlətin  müxtəlif 

nazirlikləri "Xural"ın "işi" ilə məşğul 

olmağa  başlamışdılar.  23.10.2011-ci 

ildə Ədliyyə Nazirliyi bəyanat verdi, 

"Xural" haqqında müxtəlif böhtanlar səsləndirdi və haqqımda CM-in 306.2-ci maddəsi ilə cinayət işinin 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə