DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

20 


illərdə öz tələbə dostları ilə Mətbuat Şurası adlı bir qurumu təsis edəndə həyəcan siqnalı qaldırdım. Bu 

müzakirələrə  bütün  Azərbaycan  mətbuatı  şahiddir.  Mən  olan-qalan  bütün  gücümlə  Əli  Həsənovun 

mətbuata  qəsd  etdiyini  hayqırmağa  çalışırdım.  Təəssüf  ki,  səsim  eşidilmədi.  Bəlkə  də  ona  görə  ki,  o 

zaman  müstəqil  qəzetlər  çox  idi  və  heç  kim  Əli  Həsənovun  müstəqil  mətbuatı  qətlə  yetirə  biləcəyini 

zənn  etmirdi.  Amma  mən  prosesləri  görür,  təxmin  edir,  analiz  edirdim.  Beləcə  Əli  Həsənovun  xeyir-

duası ilə (təbii ki, ona xeyir-duanı Ramiz Mehdiyev vermişdi) Azərbaycan mətbuatı, Azərbaycan azad 

sözü  cərrahiyyə   masasına  çıxarıldı  və  naşı  həkimlərə  əmanət  edildi.  O  naşı  həkimlər  isə  əmanətə 

xəyanət  etdilər və xəstəni müalicə etməkdənsə, öldürdülər. Mən hər zaman rəhbərlik etdiyim "Xural"  

qəzeti vasitəsi ilə və digər bütün vasitələrdən istifadə edərək Əli Həsənovun başçılığında Mətbuat Şurası 

tərəfindən  aparılan  siyasəti  ifşa  etdim.  Qurulduğu  gündən  bu  qurumun  azad  söz  düşməni  olduğunu 

bildirdim. Bu qurum vasitəsilə bütün azad söz əhlinin, namuslu qələmlərin sıradan çıxarılacağını dedim, 

xəbərdar  etdim.  Dediklərim  oldu.  Əli  Həsənovun  dirijorluğu  ilə  azad  söz  əhli  və  namuslu  qələm 

sahibləri birər-birər sıradan çıxarıldı. Və bu "qətl paradı"nı  görən mən heç susmadım. Mümkün bütün 

vasitələrlə  hökümətin  və  Əli  Həsənovun  çirkin  planlarını  deşifrə  etdim.  Yorulmadım,  usanmadım, 

bezmədim.  Əli  Həsənovun  ard-arda  mətbuat  konfransı  üçün  nəzərdə  tutulmuş  qurumları  necə  və  niyə 

sıradan  çıxardığını,  bu  qurumları  öz  halal  malı  kimi  necə  mənimsədiyini,  dövlətin  "Azərbaycan" 

nəşriyyatının  ərazisini  necə  parça-parça  özəlləşdirdiyini  və  ələ  keçirdiyini  də  mən  ifşa  etdim,  mən 

yazdım. Bu qeyri-qanuni əməllərini aşkarladıqca Əli Həsənov və onun "forpost"u Mətbuat Şurası mənə 

və "Xural" qəzetinə qarşı qəddarlaşdı, amansızlaşdı. 2003-2009-cu illərdə elə bir həftə, elə bir ay olmadı 

ki, bizim mübarizəmizdə səngimə olsun. Olmadı... Və... bu gün baş verən hadisələr onu göstərir ki, Əli 

Həsənovun  kini  və  nifrəti  2005-2007-ci  illərdən  bu  tərəfə  heç  səngiməyibmiş.  İnsan  nə  qədər  kin  və 

nifrət dağarcığı olarmış, ilahi?! 

                                               ƏLI HƏSƏNOVUN MODELYERI 

 2007-2008-ci illərdə (tarixləri qarışdıra bilərəm, çünki müdafiə çıxışımı Bakı İstintaq Təcrid-xanasının 

8/24-cü  kamerasında  yazıram  və  burada  arxivimlə  işləmək  imkanım  yoxdur)  yanıma  bir  modelyer 

göndərdilər. Adı Aynur olan bu gənc xanım guya Türkiyədə iş həyatına  atılacaqmış və bunun üçün də 

Türkiyəni tanıyan və orada təhsil alan biri kimi mənim tövsiyələrimə və "Xural" qəzetinin türkçü qəzet 

kimi  təbliğinə  ehtiyacı  varmış.  4-5  gün  bu  xanımla  gizlənpaç  oynadıq  və  nəhayət,  onu  redaksiyadakı 

otağımda qəbul etdim. 7 dəqiqə çəkən görüş mənə 70 il qədər uzun gəldi və "Xural"çıların cəsarətli və 

ayıq olmaları sayəsində biz "modelyer" olayını ifşa etdik. O zaman haqqımda bir kitab tərcüməsinə görə 

cinayət işi açılmışdı və mən bu səbəblə güc strukturlarının başçılarına - MTN Eldar Mahmudova, DİN 

Ramil Usubova və Baş Prokuror Zakir Qaralova olayla bağlı müraciət etdim. Təbii ki, hər zaman olduğu 

kimi cavab çıxmadı. 

Aynur adlı "modelyer" o zaman məni şərləməyə gəlmişdi. Mən və "Xural"çılar zamanında bu biabırçı 

olayı cəmiyyətə açıqlamasaydıq, bizi və konkret olaraq məni daha ağır şərləmələr gözləyə bilərdi. Mən 

bu imkanı vermədim. O modelyerin kim tərəfindən göndərildiyini bilmədim və müraciət etdiyim hüquq-

mühafizə orqanları da bu haqda mənə kömək etmədilər. İllər keçdi və başıma gələn bu mənfur həbsdən 

sonra  mənə  aydın  oldu  ki,  o  mənfur  hadisə  də  Əli  Həsənovun  xeyir-duası  ilə  olubmuş.  Azərbaycanın 

namuslu  insanlarını  yalnız  Əli  Həsənovun  daxil  olduğu  şəbəkə  qadınlarla  şərləyir  və  o  da  baş 

tutmayanda qadınlardan istifadə edib tutdurur. Gülər Əhmədovanın ortaya çıxan videosu bunu bir daha 

sübut edir. 



QIZLARIMIN VƏ HƏYAT YOLDAŞIMIN ŞƏKILLƏRINI ÇƏKDILƏR 

 Modelyer  olayı,  ard-arda  davam  edən  məhkəmələr  bir  sistem  kimi  məni  təqib  edərkən,  orta  məktəbin 

ibtidai  siniflərində  oxuyan  qızlarımın  şəkillərinin  çəkildiyi  və  onların  təqib  olunduğu  haqqında 

informasiya  ötürüldü  mənə.  Az  keçmədi,  qızlarımı  məktəbə  aparan  həyat  yoldaşımın  izlənildiyinin  və 

fotosunun  çəkildiyinin  şahidi  olduq.  Nə  edə  bilərdim  ki?  Mən  dövlət  deyiləm,  dövlət  səlahiyyətlərim 

yoxdur. Əlac öz üzərimizdə nəzarəti daha da gücləndirməyə və daha da ehtiyatlı olmağa qalırdı. Təbii 

ki,  yenə  MTN  -  Eldar  Mahmudova  və  DİN  -  Ramil  Usubova  müraciət  etdim.  Onlardan  ailəmin 

izlənilməsinin  səbəblərini,  belə  bir  qərar  alınıbsa  onun  səbəbini  öyrənməyə  çalışdım,  bu  olayın  təqibə 

götürülməsini  xahiş  etdim,  ancaq  bugünə  qədər  heç  bir  cavab  ala  bilmədim.  Sadəcə,  bu  planı  da  ifşa 




 

21 


edəndən,  bu  haqda  cəmiyyəti  məlumatlandırandan  sonra  ailəmin  təqibi  dayandı.  Heç  bir  zaman  ailə 

məsələsini ictimailəşdirmədiyim üçün məsələni bitmiş hesab etdim.  

                                   OTAĞIMA DINLƏMƏ QURĞUSU QURAŞDIRDILAR 

 Məhkəmələr, 

modelyerlər 

və 

təzyiqlər kampaniyası 2010-cu ildə 



xüsusi  çalar  qazanmağa  başladı. 

Müstəqil 

mətbuatın 

sıraları 

getdikcə 

seyrəkləşir, 

namuslu 

qələmlərin  qətli  bütün  cəbhələrdə 

davam 

edir, 


Əli 

Həsənovun 

qaragüruhdan 

ibarət 


şəbəkəsi 

mətbuatın  qoca  çinarlarını  yavaş-

yavaş  devirirdilər.  Bütün  bu 

çətinliklərin içində "Xural" həftəlik 

nəşr  kimi  ictimai  rəyə  getdikcə 

daha  çox  təsir  etməyə  başlamışdı. 

Davamlı  və  ardıcıl  fəaliyyət  öz 

sözünü  deyirdi.  Bizə  -  mənə  və  "Xural"a  inam  daha  da  artır,  oxucunun  seçimi  bizdən  yana  olurdu. 

Məhbəsdən çıxan "sirr dağarcıqları" - keçmiş baş nazir Sürət Hüseynov, keçmiş müdafiə naziri Rahim 

Qazıyev,  keçmiş  daxili  qoşunların  komandanı  Fəhmin  Hacıyev,  Tərtər  rayonunun  sabiq  icra  başçısı 

Sərdar  Həmidov,  keçmiş  daxili  işlər  naziri  İsgəndər  Həmidov,  YAP-ı  yaradan,  sonra  ona  "Simasız 

Quldurlar  Partiyası"  deyib  tənqid  edən  və  YAP-dan  uzaqlaşdırılan  Sirus  Təbrizli,  Heydər  və  İlham 

Əliyevlərin yaxını olan və onların hakimiyyətə gəlməsində ciddi rol oynayan Nemət Pənahlı - "Xural"a 

gəlir, "Xural"a danışır, "Xural"la dövlət əhəmiyyətli sirləri bölüşür və paylaşırdılar. Çox ciddi məsələləri 

müzakirəyə çıxarır, "Xural"ın dəyirmi masasına yatırır, debatlar təşkil edir, illərlə üz-üzə gəlməyən, gələ 

bilməyən  insanları  qarşılaşdırır,  müstəqil  və  azad  mətbuatın  necə  olmalı  olduğunu  sübut  edirdik.  Bu 

dönəmdə  -  may  ayının  25-də,  2010-cu  ildə  "Xural"  qəzetinin  redaksiyasında  tam  təsadüf  nəticəsində 

dinləmə  qurğusu  aşkar  etdim  və  dərhal  ölkə  və  dünya  ictimaiyyətini  bu  haqda  məlumatlandırdım. 

"Xural"da  dinləmə  qurğusunu  aşkarlayandan  təxminən  10-15  gün  sonra,  10  iyun  2010-cu  ildə  PA 

rəhbəri, akademik Ramiz Mehdiyev məni məhkəməyə verdi. Səbəb 2010-cu ilin mart ayının 23-də dərc 

olunmuş  normal  analitik  bir  yazı  idi.  O  yazıda  cənab  və  hörmətli  akademiki  təhqir  edəcək  heç  bir 

məqam  yox idi. Amma bu halı belə normal  qarşıladıq,  hətta sevindik.  Ona görə ki,  Ramiz Mehdiyev 

bizi -  məni mülki qaydada məhkəməyə vermişdi. Elə düşünürdük ki, cənab R.Mehdiyev xüsusi ittiham 

qaydasında  məhkəməyə  verməməklə  bizə  -  mənə  və  "Xural"a  yaxşılıq  edib.  Sən  demə,  akademik 

müstəqil və azad mətbuata qorxunc və dəhşətli bir plan hazırlıqlarına start veribmiş.  

          "Dinləmə  qurğusu"nu  aşkarladıqdan,  ictimaiyyəti  məlumatlandırandan  sonra  da  DİN  orqanları 

məsələ  ilə  maraqlanmadılar.  Birbaşa  cənab  Ramil  Usubovu  məlumatlandırmağıma  baxmayaraq, 

reaksiya  verilmədi.  İş  o  yerə  qaldı  ki,  "dinləmə  qurğusu"nu  keçirdiyim  mətbuat  konfransından  sonra 

birbaşa DİN-in  binasına  özüm  aparmalı oldum. Qurğunu DİN mətbuat  xidmətinin  rəis  müavini Ehsan 

Zahidova  təqdim  etdim  və  bu  günə  qədər  heç  bir  cavab  almadım.  DİN  araşdırmadı,  amma  mən 

araşdırdım  və  məlum  oldu  ki,  "dinləmə  qurğusu"nu  mənim  otağıma  yerləşdirən  qurum  DİN-in  7-ci 

məxfi şöbəsi imiş. Bu haqda mənə hazırda Milli Məclisdə təmsil olunan hörmətli deputatlardan biri də 

məlumat vermişdi.   

          Zamanın  axarı  sübut  elədi  ki,  mənim  otağıma  quraşdırılan  "dinləmə  qurğusu"  birbaşa  Ramiz 

Mehdiyevin  tapşırığı  ilə  və  DİN  -  Ramil  Usubovun  göstərişi  ilə  olub.  Artıq  R.Mehdiyev  bizim 

həyatımızı  zəhərə  çevirəndən  sonra  isə  mən  məlumat  əldə  etdim  ki,  "dinləmə  qurğusu"nun  arxasında 

daha məkrli planlar olub.  

         YAP-ın qurucularından Sirus Təbrizlinin "Xural"da xüsusi müsahibəsi hazırlanırdı. 16 səhifəlik bu 

xüsusi  buraxılış  şok  informasiyalar  və  şok  açıqlamalarla  dolu  idi.  Müsahibə  hazır  olandan  sonra  onu 

Sirus  Təbrizliyə  verdim  və  diqqətlə  oxuyub  bir  daha  düşünməsini  istədim.  Sirus  Təbrizli  oxudu, 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə