DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17


KIŞI KIMI MÜBARIZƏ APARMIŞIQ, HEÇ KƏSIN ARXASINDA GIZLƏNMƏMIŞIK



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   ...   25

 



 



KIŞI KIMI MÜBARIZƏ APARMIŞIQ, HEÇ KƏSIN ARXASINDA GIZLƏNMƏMIŞIK 

 

Nə də  yazmışıq, onun audiosu və videosu da ortada olub. Əslində hansı  gün başımıza nə gəlibsə,  onu 



qəzetdə  yazmışıq.  Ona  görə  də  bizi  araşdırmaq  üçün  məni  həbs  etməyə  ehtiyac  yox  idi.  Elə  qəzeti 

oxumaq  yetərli  idi.  Amma  yox.  Bizdə  hər  şey  tamam  fərqlidir.  Söz  davası  aparmaq  qabiliyyətində 

olmayan mütəşəkkil cinayətkar dəstə, bandit kimi məni həbs elədi, bandit kimi evimdə, redaksiyamda, 

maşınımda axtarış apardı, bandit kimi hər şeyimi apardılar. Heç bu gün də bilmirəm ki, mənim mobil 

telefonlarım haradadır?  

Məhkəmənin  diqqətinə  “Xural”ın  8-15  may  2011-ci  il  tarixli  sayını  təqdim  edirəm.  İkinci  səhifəyə 

diqqət  edin.  Biz  bu  səhifədə  “Xural”dan  əlinizi  çəkin!”  adlı  kampaniyamız  barəsində  məlumat  var. 

Mətbuat  konfarsı  keçirərək,  bu  kampaniya  barəsində  cəmiyyətə  məlumat  vermişik.  Ortaya  da  qapağı 

deşilmiş 3 kq-lıq banka qoymuşuq. Kampaniyaya “500 Böyük Oxucu” cəlb etməyə başlamışıq ki, bizi 

Ramiz Mehdiyevin əlindən alsınlar. Söhbət 2011-ci ilin may ayından gedir. Ramiz Mehdiyev bizi 2010-

cu  ilin  iyun  ayında  artıq  məhkəməyə  vermişdi.  Burada  da  yazmışıq,  kampaniya  kimlərin  məhkəmə 

cərimələrini  ödəmək  üçün  keçirilir  -    Ramiz  Mehdiyevin,  Vüqar  Səfərlinin,  Ağabəy  Əsgərovun  və 

Nüşabə Ələsgərlinin. Bizi bu adamların iddiası ilə susdurmaq istəyirdilər, biz də oxucularımıza müraciət 

etmişdik  ki,  bizi  bunların  əlindən  alın!  O  vaxt    ATƏT-in  Söz  və  Media  azadlığı  üzrə  xüsusi 

nümayəndəsi  Dunya Myatoviç Azərbaycana gəlmişdi və biz onunla görüşdük. Mən ona da dedim ki, 

R.Mehdiyev  bizi  susdurmaq  üçün  bütün  vasitələrə  əl  atır.  Dunya  Myatoviç  də  o  zaman  bildirdi  ki, 

“Xural”ın  məsələsi  onların  da  diqqətindədir  və  biz  bu  məsələni  ölkənin  prezidenti  İlham  Əliyevə 

çatdıracağıq. Mən mətbuat konfransından qayıtdığım yarım saat müddətində icraçılar artıq redaksiyanı 

mühasirəyə almışdılar. Gəldilər və birinci dəfə əmlakımız o zaman siyahıya alındı – mayın 15-də. Ramiz 

Mehdiyevin “Xural”ın başına açdığı oyunları “Xural”da günbəgün, anbaan əks olunub. 15-21 may 2011-

ci il tarixli sayımızın manşeti bu cür nəşr olundu – “Ramiz Mehdiyev azad sözü boğur! Etiraz edirik!” 

Biz bu manşetlə dərc olunanda Gülər Əhmədovanın nəfəsindən belə xəbərimiz yox idi. Prokuror sübut 

istəyir? Bu adam məni ifşa etdiyini deyir? İfşa belə olur, Ramazan Hadıyev! Həmin sayımızda yazıram, 

“Eheyyy, Azərbaycan dövlətinin prezidenti, Ramiz Mehdiyev bizi boğur!” Daha kimə səslənə bilərdim 

ki? Həmin məqalədə yazıram: “Həşəmətli Ramiz Mehdiyev, nə yeyir, nə içir, harada qalır hikkəsilə bizi 

yoxlamaq qərarına gəlib. Mənə öz iş otağında R.Mehdiyevin o baş, bu başa var-gəl edərək, bu adam nə 

yeyir,  nə  içir  deyə  bağırdığını  dedilər.  İşə  bir  bax.  Bütün  Azərbaycanı  öz  şəxsi  malına  çevirənlər, 

evlərinə vertolyotla enənlər, bizim başımızı soxacağımız bir daxmamızın olmasını istəmirlər. Ölkənin ən 

müxtəlif  yerlərində  Ramiz  Mehdiyevin  onlarla  villası  var  ki,  hər  birinin  dəyəri  ən  azı  1  milyon 



 

dollardır.”  Mən  jurnalistəm  və  görürəm  ki,  artıq  bu  adam  heç  nəyə  baxmadan,  müstəqil  mətbuat 



anlayışına  varmadan  üzərimizə  gəlir.  Çıxış  yolu  axtarıram.  Azərbaycanın  çox  azlıqda  qalan  müstəqil 

qələm əhlinə müraciət edirəm – “bəlkə etiraz səsimizi qaldıraq. Ölkənin ən qüdrətli fiquru olan Ramiz 

Mehdiyev dövlətin bütün arsenalını üzərimə salır. Hələ məni nələrin gözlədiyini də bilmirəm”.  Amma 

buradan bütün dünyaya, Azərbaycana üzümü tutub 15 may 2011-ci ildə yazıram – “yanımdan ötən yelin

dırnağıma toxunan daşın da məsuliyyəti Ramiz Mehdiyevin üzərindədir. Mənim ailəmin, yaxınlarımın, 

kollektivimin, dostlarımın birinin başından bir tük əksik olsa, Ramiz Mehdiyevdən və onun qan qoxuyan 

komandsından  biləcəyəm”.  Sonda  da,  təbii  olaraq  yazıram  ki,  “Mən  R.Mehdiyevdən,  onun 

komandasından qorxmuram! Hamı görəcək, hər şeyi də biləcək”. Hamı gördü də, hər şeyi də yaxşı bildi 

ki, bu adam hansı işlərlə məşğul olurmuş. Bu  yazdıqlarım da tarixdir və əminəm ki, bütün bunları bir 

gün  siz  burada  onun  özünə  oxuyacaqsınız.  Gülməyin.  O  komandanın  bütün  üzvlərinin  cinayət  işlərini 

məhz  sizə  verəcəklər,  hökmü  də  siz  burada  oxuyacaqsınız.  Mən  də  həmin  məhkəmələrdə  iştirak 

edəcəyəm.  Bu minvalla hadisələr cərəyan etməyə başladı. 2011-ci ilin iyunun 25-də biz bu cinayətkar 

şəbəkənin ən əsas adamlarından biri olan Əli Həsənovun bütün fəaliyətilə bağlı araşdırma yazılar dərc 

elədik. Artıq iyulun 25-də üzərimizə saxta ittihamlarla qoyulan məhkəmə qərararı icraata yönləndirildi.  



 

ƏLI HƏSƏNOV ƏVƏZ ZEYNALLININ HƏBS OLUNMASININ  

ƏSAS SƏBƏBKARLARINDAN BIRIDIR 

 

 Əli  Həsənovun  oğlu  Şamxal  Həsənov  dövlət  büdcəsindən 



yerli seriallar çəkilişi üçün avadanlıqların alınmasına ayrılan 

10  milyon  manatı  mənimsəyib,  qəpik-quruşa  aldığı 

avadanlıqları da indi bütün telekanallara pulla icarəyə verir. 

Dövlətin malını dövlətə satırlar bu adamlar. Korrupsiya bəs 

nədir? Əli Həsənov, korrupsiya 10 milyon manatı adamın öz 

oğluna yedirməsidir. Biz nə edirdik ki? Biz yazırdıq. Bizim 

yazmağımız  da  bunların  cinayəti  rahat-rahat  həyata 

keçirmələrinə mane olurdu. Biz korrupsiya və rüşvətxorluqla 

mübarizə  aparırdıq,  bunlar  öz  cinayətlərini  səlahiyyət  və 

nüfuzlarından  istifadə  edərək,  bizə  yazmağa  çalışdılar. 

Amma alınmadı. Heç bir il keçmədi ki, artıq bütün cinayətləri ortadadır.  

Sürətlə  üzərimizdəki  təzyiqlər  artmağa  başladı.  Ramiz  Mehdiyevin,  Vüqar  Səfərlinin  məhkəmə 

qərarlarını icraata yönəltdilər. 2011-ci il iyulun 28-də “Xural”a qarşı olan 4 məhkəmə qərarının icraatını 

bir işdə birləşdirdilər. Başda Ramiz Mehdiyevin işi olmaqla. Bütün cinayət işində - dəfələrlə bu barədə 

fikrimi  bildirmişəm,  vəsatətlərimi  qaldırmışam,  bu  məsuliyyəti  hər  kəs  daşıyacaq.  CM-nin  306-cı 

maddəsilə  bağlı  olan  bütün  təqdimatlar,  sənədlər  saxtalaşdırılıb.  Ramiz  Mehdiyevin  adını  həmin 

siyahıdan çıxarmaq üçün qalan bütün işlər birləşdirilib və saxtalaşdırılıb. Digər məhkəmə qərarlarından 

Ramiz  Mehdiyevə  aid  olan  işi  çıxardılar.  Niyə  bunu  elədilər?  Ramiz  Mehdiyev  bizim  işimizdə  əsas 

tələbkardır.  Çünki,  bizim  ona  olan  10  min  manatlıq  məhkəmə  cəriməsinin  borcu  var.  Əgər  Ramiz 

Mehdiyev  əsas  tələbkar  kimi  tanınsaydı,  o  zaman  o  da  bu  məhkəməyə  gəlməli  idi.  Gülər  kimi... 

Gəlmədi.  Qanunlara  hörmət  eləmədi.  Qanunlara  başdan-ayağa  qədər  tüpürdü.  Özlərinin  yaratdıqları 

qanunlara  qarşı  sayğısızlıqlarını  göstərdilər.  Özünə  sığışdırmadı  ki,  necə  məhkəməyə  zərərçəkmiş 

qismində gəlib, Əvəz Zeynallının qabağında çıxış edə bilər? Bu qədər miskin bir hal var ortada.  

2011-ci  ilin  19  oktyabrında  bizə  qarşı  növbəti  müsadirə  qərarı  baş  verdi.  Nərimanov  rayon 

Məhkəməsinin hakimi Sevinc Quliyeva hakimlik şərəfinə layiq olmayan tərzdə ardıcıl qərarlar verməyə 

başladı. İndi onu hakimlikdən də qovublar. Məhkəmə Hüquq Şurası işində buraxdığı nöqsanlara görə, 

Sevinc  Quliyevanı  tutduğu  vəzifədən  uzaqlaşdırıb.  Həmin  Sevinc  Quliyevadır  ki,  “Xural”a  və  mənə 

qarşı  olan  bütün  idbar  və  sifarişli  qərarları  o  verdi.  Nüşabə  Ələsgərliyə  verə  bilmədiyimiz  100  manat 

müqabilində bizi 3 min manat cərimələndirdi. Müsadirə qərarını verən də odur, axtarış qərarını çıxaran 

da  odur.  Milləti  istehsal  etdiyi  viruslu  pivələrlə  zəhərləyən  “Bakı-Baltika”  MMC-nin    başçısı  Adam 

Tlexurayın qəzetə qarşı qaldırdığı iddianı, heç bir araşdırma aparmadan 50 min manat cərimələdən də 

odur.  


Oktyabrın  19-da  bizə  qarşı  bu  təzyiqlər  başlayanda  Gülər  Əhmədovada  xəbər  belə  yox  idi.  Oktyabrın 

20-də yenə mənim heç nədən, cinayət işinin açılmasından belə xəbərim yox idi. Maraqlı tərəfəm. Mənə 

bu haqda xəbər verməli idilər, ya  yox? Mən həbs olunan günə qədər mənə bu haqda heç bir məlumat 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə