DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   ...   25

 

verilməyib.  Bu  işin  hələ  bir  qanunsuz  tərəfidir.  Açın  baxın.  O  cinayət  işinin  hər  bir  səhifəsi 



qanunsuzdur.  Bu  cinayət  işində,  ən  azı  15  nəfər  həbs  olunmalı,  içəri  girməlidir.  Zaman-zaman  da 

hamısının  yeri  buradır.  Qanun  elə  ali  bir  şeydir  ki,  adam  ölsə  belə  o  dünyada  yaxasından  tutub,  bura 

gətirir. 5 gün, 10 ay, lap 20 il qaçmaq olar bu işdən, amma əvvəl-axır cinayətin sonu yoxdur. Əvvəl-axır 

bu adamlar törətdikləri cinayətlərə görə, qanun qarşısında cavab verəcəklər.  

Oktyabrın 20-də Ədliyyə Nazirliyi rəsmi məlumat verdi ki, haqqımızda CM-nin 306.2 maddəsilə cinayət 

işi açılıb. Təbii ki, bu addımı atdığı üçün biz Ədliyyə Nazirliyini məhkəməyə verə bilməmişik, çünki, bu 

ölkənin  məhkəmələri  mətbuat  orqanlarının  Ədliyyə  nazirliyinə  qarşı  olan  iddialarını  icraata  götürmür. 

Ədliyyə nazirliyi yekə səhv edərək, bizi “cinayətkar” adlandırıb. 306.2 maddəsilə cinayət işi açılandan 

sonra, bizə qarşı olan 3 işi onun ətrafında birləşdirdilər – Vüqar Səfərlinin, Ağabəy Əsgərovun, Nüşabə 

Ələsgərlinin... Ağabəy Əsgərovla bizim heç bir problemimiz yoxdur. Məhkəmə tərəfindən təsdiqlənən 

təkzibini dərc etmişik, 1000 manatlıq cərimənin də bizim üzərimizə düşən 670 manatını ödəmişik. 330 

manat  məqalənin  müəllifinin  öhdəsinə  düşürdü,  onu  da  tapmadıqları  üçün  cəriməni  biz  ödəməkdən 

imtina etməmişdik. Nüşabə Ələsgərlinin 200 manat cəriməsini ödəmişik. Vüqar Səfərlinin də məhkəmə 

qərarı  yenidən  qüvvəyə  mindiyi  üçün  onun  da  ödəməsinə  başlayırdıq.  V.Səfərli  də,  N.Ələsgərli  də, 

A.Əsgərov  da  çıxışlarında  dəfələrlə  vurğuladılar  ki,  bizim  Əvəz  Zeynallını  tutdurmaq  niyyətimiz 

olmayıb,  biz  məsələnin  böyüyəcəyini  bu  qədər  gözləmirdik  və  s.  Onların  dediklərindən  ümumi  rəy 

aydınlaşdı  ki,  onların  heç  biri  məsələnin  mənim  həbsimlə  bitəcəyini  gözləməyiblər.  Niyə?  Çünki 

Azərbaycan  mətbuatında  yazılmamış  qayda  var.  Çox  qəzetlərin  bu  gün  də  məhkəmələr  tərəfindən 

kəsilmiş  külli  miqdarda  cərimələri  var.  Bu  cərimələrə  görə  heç  bir  zaman  heç  bir  baş  redaktoru  həbs 

etməyiblər. Cərimələrə görə qəzeti bağlamırlar da. Hələ-hələ üstəlik A.Əsgərov, V.Səfərli, N.Ələsgərli 

burada dedilər ki, bizim ortaq dostlarımız var, münasibətlərin də gərginləşməsini istəməyiblər. Mən bu 

məsələnin də açıqlamasını vermişəm ki, hər 3 şəxs birbaşa PA-nın şöbə müdiri Əli Həsənovun tapşırığı 

ilə  bura  gəliblər.  A.Əsgərov  “Azərbaycan”  nəşriyyatının  direktorudur,  dəfələrlə  barışıq  imkanlarımız 

olub,  ən  azından  məhkəmənin  razılaşdığı  təkzibi  dərc  etmişik,  cəriməsinin  4  dən  3-nü  ödəmişik, 

A.Əsgərov ən son anda barışıqdan imtina edib. Ə.Həsənovun “Xural”a və mənə qarşı olan qəzəb və kini 

onun kuratorluğunda olan bu dövlət qurumunun müstəqil addım atmasına imkan verməzdi. Biz onu da 

yazmışdıq  ki,  Əli  Həsənov  “Azərbaycan”  nəşriyyatını  necə  darmadağın  edib.  Rəsmən  dövlətin  əmlakı 

olan  bu  qurumu  satın  alıb.  Ə.Həsənova  məxsus  “Kaspi”mərkəzi  oradadır,  qızıl,  çörək  sexləri,  özəl 

nəşriyyat, daha insan ağlına nə gəlirsə, Ə.Həsənov orada icarəyə verib, hər ay haqqını alır. Biz belə də 

yazmışdıq – “Əli Həsənov adına Mətbuat prospekti”. Çünki, adı nəşriyyat olsa da bu binada mətbuat və 

nəşrlərdən başqa istənilən biznes sahəsinə yer verilib. Qapıdan içəri girən kimi də tualetin qoxusundan 

adamın başı çatlayır. Biz də yazmışıq ki, dövlətdən sizə milyonlarla manat pul ayrılır, heç olmasa buranı 

təmir etdirin də... Söhbət mətbuatdan gedir axı, Allah qoymasa jurnalistlər cəmiyyətin elitar təbəqəsinə 

məxsus insanlardır axı... Onlarla necə heyvan şəklində davranmaq olar?  

V.Səfərli ilə də eyni  qaydada... Mən həbs olunan zaman V.Səfərli ilə işimiz hələ məhkəmədə idi. Biz 

məhkəmənin qərarını gözləmədən V.Səfərliyə necə pul ödəyə bilərdik ki? O işlərin hamısının da yazılı 

izahatı var ki, istənilən zaman biz həmin pulları ödəyə bilərik. Banka qoyub, oxucudan 10 manatdan pul 

yığırdıq.  Mən  məhkəmə  qərarı  olmadan  V.Səfərliyə  necə  5  min  manat  ödəyə  bilərdim?  Bunun  da  öz 

qaydası, qanunu var. Ağabəy Əsgərov da üstümüzə dirəndi, onun pulunu ödədik. Nüşabə Ələsgərli 200 

manat üçün dirəndi, ödədik. Yaxşı biz bunu hissə-hissə ödəməkdən imtina etmirdik ki? Nə vaxt görünüb 

ki,  306.2 ilə  - prokuror  3 il oxumuşdu  – bir jurnalisti  3  il müddətinə azadlıqdan məhrum  etmək olar? 

306.2 maddısindəki sanksiya budur: 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyyətlə 

məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  4  min  manatdan  6  min  manatadək 

cərimə və ya 2 ilədək müddətə islah işləri və ya... ən sonda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə. 

Prokuror  bu  maddə  üçün  3  il  azadlıqdan  məhrumetmə  cəzasını  istədi.  306.2  maddəsilə  Azərbaycanda 

hansısa  baş  redaktor  həbs  edilibmi?  İndiyədək  tutulmayıb.  Bizim  bu  “gülməşəkər  prokuror”  bütün 

alternativ variantları bir tərəfə qoyub, 306.2 ilə olmayan, görünməyən həddə 3 il iş istədi. Bunu kəsdiyi 

11 ildən 3 ili çıxanda neçəsi qalır? 8 ili... 306.2 ilə Əvəz Zeynallıya bir gün belə cəza düşmür. Cərimələr 

ödənilib,  təkzib  verilib,  izahatlar  vaxtında  təqdim  olunub.  Bura  Ədliyyə  nazirliyinin  6  icra 

nüçmayəndəsi gəldi, hamısı da bir-birindən xəbərsiz, mətni eyni olan sənədə imza atıblar. Onlardan 2-si 

ümumiyyətlə məni tanımadı. Belə qərəzmi olar? Belə qanunsuzluqmu olar? Bütün cinayət işində onlarla 

saxta sənədlər var ki, onların hamısını sizə təqdim etmişəm. 306.2 ilə bizim sizinlə problemimiz yoxdur. 

Hələ onu demirəm ki, bu maddənin Agır Cinayətlərlə heç bir əlaqəsi yoxdur. Hələ onu da demirəm ki, 

bu maddəni ağırlaşdırmaq üçün 311-i icad edib, buna necə yapışdırmısınız.  




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə