DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   ...   25

 

sonra ona qarşı ittihamlar quraşdırırlar. Administrasiyanın bu işi  yönləndirən mətbuat  “prokuror”u Əli 



Həsənov  yəqin  ki,  bir  hüquqşünasla  məsləhətləşib,  o  da  buna  başa  salıb  ki,  311.3.3,  və  311.3.4  ilə 

jurnalisti həbs etdirə bilməzsən. O zaman nə edək? Bu ölkədə ən asan şey bir baş redaktorun üzünə iki 

min  adamı  qoymaqdır.  O  qədər  inciyən,  yaralanan,  cinayətinin  faş  olmasını  istəməyən,  tənqid 

elədiyimiz,  darmadağın  elədiyimiz  adamlar  olub  ki...  Azərbaycanı  çapıb,  talayan  o  qədər  düşməni, 

banditi  var  ki!  Hələ  mən  təəccüb  elədim  ki,  nə  yaxşı  3  nəfərlə  kifayətləndilər.  “Mən  Əvəz  Zeynallıya 

2005-ci ildə 100 manat vermişəm...” Burada demişəm, bir daha təkrarlamaq istəmirəm. Amma verənin 

də,  alanın  da,  ittiham  oxuyanın  da,  sifariş  verənin  də,  ölüsünə-dirisinə  lənət...  Bura  üç  “gülməşəkər” 

gəldi.  Hörmətli  baş  prokuror,  E.Abdullayevin  işində  qaş-qabağını  sallaya-sallaya  dedi  ki, 

E.Abdullayevdən  soruşmaq  lazımdır  ki,  7  ildir  harada  idiniz?  Həmin  Baş  prokurorluğun  həmin 

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin həmin bu istintaqı aparan gülməşəkərləri niyə soruşmadılar ki, 

“Aydın  Heydərov,  7  ildir  harada  ölmüşdün?  Akif  Məmmədov  7  ildir  bəs  sən  harada  idin?  Sabir 

Tarverdiyev,  7  ildir  nə  olmuşdu  ki,  şikayət  etmirdin?”  Sabir  Tarvediyev  bu  zalda  demədimi  ki,  “əgər 

mənim orada imzam varsa, 14 balam ölsün?” Ramella xanıma üzünü tutub demədimi ki,  “nə lazımdır 

eləyim,  amma  Əvəzi  buraxın?”  Üzədurmaq  belə  olur.  O  adamların  hamısı  banditdir.  Azərbaycan 

dövlətini gəmirən banditlərdir.  

Əli Həsənovun qudası Səttar Mehbalıyevin iş ortağıdır bu Akif Məmmədov. Əli Həsənovun xəttilə də 

cinayət işinə qoşulub. Amma o da burada dedi ki, “mən Əvəz Zeynallıya heç vaxt rüşvət verməmişəm. 

Azərbaycan  dövlətini  çapıb,  talayan  banditlərini  mən  qorxutdum?  Mən  onları  qorxutmuşdum  ki,  7  il 

yatmışdılar, şikayət etməmişdilər? Xeyr. Mənim qorxumdan yatmayıblar? Məni 2011-ci il oktyabrın 28-

də həbs edəndən bir gün sonra o adamları zorla istintaq evindən götürüb. O bədbəxt Xanoğlan Muxtarov 

bunların  qorxusundan  şəkər  xəstəliyi  tutub.  O 

biri  bədbəxt  Mürvət  Həsənlini  Allah  bir  dəfə 

vurmuşdu,  yenə  vurub.  Hələ  onu  da  demirəm 

ki,  prokuror  onun  burada  dediklərinin  heç 

birinə  əhəmiyyət  verməyib  israrla  onu 

istiqamətləndirirdi,  bəs  “ibtidai  istintaqa 

verdiyiniz  ifadəni  təsdiqləyirsinizmi?”  Mürvət 

də  dedi,  “bəli,  təsdiqləyirəm”.  Sonra  da  mənə 

baxıb  dedi  ki,  “bu  işdə  yoxam”.  Ay  Mürvət, 

mənə  qarşı  ifadə  vermisənmi?  “Yox,  yox...” 

Ay  Mürvət,  ifadəni  təsdiqləyirsənmi,  “hə”... 

Həm  üzümə  durur,  həm  də  durmur.  Bu  necə 

olur?  O  da,  bu  da...  Mən  Ramazan  Hadıyevə 

bircə  ona  görə  təşəkkür  edirəm  ki,  Mürvət 

Həsənli  dedikcə  ki,  mən  Əvəz  Zeynallıya  pul  verməmişəm,  o  Mürvətin  istintaqa  verdiyi  ifadəsinin 

altından  çəkdiyi  imzanı  ona  göstərdi  ki,  bu  sənin  imzandırmı?  O  da,  “hə”  dedi.  Hətta  Ramella  xanım 

kimi  təcrübəli  bir  hakim  də  bu  zaldan  onun  dediklərinə  əsəbsiz  qulaq  asa  bilmədi,  dedi  ki,  bunun 

ifadəsində  ziddiyyət  var.  Bütün  hallarda  hətta  Mürvət  də  dilinə  rüşvət  sözünü  ala  bilmədi.  Vüqar 

Məmmədov  ümumiyyətlə,  üzə  çıxmadı.  Dubaya  getdi,  nə  bilim  orada  nə  işlə  məşğul  olur.  İnsanlara 

təzyiq edə-edə, şantaj və hədə-qorxu ilə istintaqa daxil edən də sizsiniz. Bəlkə eşitmədiniz? Amma yenə 

təkrar edirəm, Akif Məmmədov burada açıq dedi ki, “nə Əvəz Zeynallı məndən rüşvət istəməyib, nə də 

ki  mən  ona  rüşvət  verməmişəm”.  Sabir  Tarverdiyev  bütün  ölənlərinin  ruhuna  and  içdi,  min  oyundan 

çıxdı  burada,  amma  mənə  rüşvət  verdiyini  demədi.  Dedi,  “Elmar  Vəliyevdən  yazı  yazmamaq  üçün 

məndən kompyuter istədi”. Hələ bu da işin başqa tərəfidir ki,  niyə bu “xəstə”istintaq araşdırmayıb ki, 

E.Vəliyevin  adamı  niyə  buna  zəng  vurub  nəsə  xahiş  etməlidir?  Kimdir  o  adam?  Əgər  S.Tarverdiyev 

deyirsə  ki,  Elmar  Vəliyevlə  onun  heç  bir  tanışlıq  əlaqəsi  yoxdur,  niyə  Elmar  Vəliyevin  özündən  bu 

məsələylə bağlı ifadə alınmayıb? Hətta Ramella xanım kimi əzəmətli bir hakim, ona dedi ki, ağsaqqal 

kişisən,  danışığına  fikir  ver.  O  da  nəsə  demək  istədi,  hətta  hakimlərə  də  pul  təklif  elədi,  “Gələcəm 

yanınıza,  görəcəm  sizi”  dedi.  Sonra  nə  oldu,    bilmirəm.  Aydın  Heydərovu  bura  məcburi  qaydada 

gətirdiniz. Adam  üzəduranlığını axıradək edə bilmədi, zaldan baş götürüb, qaçdı.  Ürəyini tutub qaçdı. 

Adamdan  sonra  səs  də  çıxmadı.  Maraqlanan  da  olmadı  ki,  adam  öldümü,  qaldımı?  Ölübdürsə,  işin 

içindən  adını  çıxaraydınız,  qalıbsa  bura  niyə  gətirmədiniz?  Bu  adam  istintaqa  yalan  ifadə  verməyə 

gedəndə  ürəyi  tutmalı  idi,  məhkəməyə  gəlib  mənim  üzümə  dayananda  yox.  Gedəndə  dedi  ki,  məni 

idarəyə də zorla aparmışdınız, bura da zorla gətizdirdiniz. Hamı onun dediklərini eşitdi, burada əyləşən 




 

yüz  adam  onun  dediklərinin  şahididir.  Niyə  zorla  adamlara  təzyiq  edərək,  üzəduranlıq  etdirirsiniz? 



Marağınız nə idi. Mənim heç 2005-ci ildən neçə illər əvvəldə də bu adamlarla əlaqəm olmayıb. Onların 

heç mobil  telefonlarının nömrəsi  belə məndə olmayıb.  Bu  adamın varlığını  belə unutmuşam. Haradan 

çıxdı  bu  adamlar?  Üzə  dürmağa  keyfiyyətli  adamlar  tapa  bilmədinizmi?  Nə  oldu?  Təsdiq  edə 

bildinizmi? Prokurorluq hər şeyi beləmi təsdiq edir? Siz xəstəsiniz, dəlisiniz, nəsiniz? Belə də istintaq 

aparmaq  olarmı?  Belə  də  adam  həbs  etdirmək  olarmı?  Belə  biabırçılıq  olarmı?  Hər  şeyi  bir  kənara 

qoyaq.  Məni  susdurmaq  üçün  həbs  etmək  istəyirdilərsə,  elə  o  pulu  Gülərə,  Tənziləyə  verib,  yanıma 

göndərəydilər də...  

 

ƏLI HƏSƏNOV MÜSTƏQIL MƏTBUATIN BELINI, PULLARI KONVERTƏ QOYUB



REDAKSIYALARA GÖNDƏRƏNDƏ QIRDI 

 

Sonra  da  mətbuatı  at  kimi  idarə  etdi.  Görünür,  o  planı  quranlar  çox  gözəl  biliblər  ki,  biz  heç  kimə 



satılmadan müstəqil qəzet çıxarmışıq. Xalqımız, millətimiz üçün çalışmışıq. Hamı kimi vicdanımızı pula 

satmamışıq. Bunların da əlində olan pullar, bu xalqın deyilmi? Kimin pulunu kimə xərcləməlidirlər ki? 

Rüşvəti  bunlar  götürüblər,  biz  yox.  Mənim  işimdə  Korrupsiya  İdarəsi  100  min  manatdan  çox  rüşvət 

yığdı. Bələdiyyə sədrindən tutmuş, iş adamına qədər. Bunlar məni almadığım rüşvətin ittihamı ilə tutub, 

sonra özləri adamlardan rüşvət aldılar ki, onları bu işə qatmasınlar. Hərəsindən ən azı 15 min manatdan 

pul  yığıblar.  Eşitmədinizmi,  əsas  şahidlərdən  biri  olan  Xanoğlan  Muxtarov  dedi  ki,  “mən  kiməm  ki, 

nökərəm  də...” Gülər dedi  ki,  “mən balaca  adamam...”  Bu səlahiyyət  sahibləri bir dənə normal  adamı 

üstümüzə göndərmədilər ki, heç olmasa bugünkü gün deməyə söz tapsınlar.  

Aydın    Heydərovla  bizim  məhkəmə  çəkişməmiz  olub.  2006-cı  ildə  Nərimanov  rayon  məhkəməsinin 

hakimi Liliya Mavrinaya ərizə ilə müraciət edib ki, biz Ə.Zeynallı ilə barışmışıq, ona görə də şikayəti 

üzrə  icraata  xitam  verilməsini  məhkəmədən  xahiş  edib.  Məhkəmə  də  işin  materialları  ilə  tanış  olaraq 

hesab edib ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Bu olub 2006-cı il noyabrın 

15-də... O zaman tutalım ki,  mənim heç bir hüquqi  təhsilim  yoxdur. Bəs  burada əyləşən savad dəryası 

Ramazan  Hadıyev  niyə  Aydın  Heydərova  sual  vermədi  ki,  əgər  2006  –cı  ilin  fevralında  Ə.Zeynallı 

səndən  pul  istəyibsə,  sən  də  Ə.Zeynallının  istəyilə  ona  pul  veribsənsə,  sən  2006-cı  ilin  noyabrında 

məhkəməyə müraciət edəndə niyə bütün bunları şikayətinə əlavə etməyibsən? 2006-cı il noyabrın 15-də 

xüsusi ittiham qaydasında işə xitam veriləndə bunu niyə deməmisən? CPM-nin 34-cü maddəsində açıq 

şəkildə yazılır: Dövlət ittihamçısının, xüsusi ittihamçının şəxsə qarşı cinayət tərkibindən könüllü imtina 

etməsi, eyni cinayət əməlinin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir.” 

Sabir  Tarverdiyev  bizim  işimizdə  Elmar  Vəliyevin  adından  çıxış  edib.  Yevlaxın  icra  başçısının 

müavininin pul verərərk məni tutdurmaq istədiyini də Sabir Tarverdiyev dəfələrlə burada təkrarladı. Nə 

üçün istintaq araşdırmayıb  ki,  bu adam  kimdir ki, pul  verib jurnalist  tutdurmaq istəyib? Bu adamların 

belə situasiyalardakı atdıqları addım budurmu? Deməli belə çıxır ki, kim bunlar haqqında nəsə yazır, o 

saat  pul  verib  həmin  adamı  tutdura  bilərlər.  Heç  həmin  adam  çağırılıb,  dindirilməyib  də...  Söhbət  əsl 

cinayətdən  gedir.  İstintaqın  nə  marağı  olub  ki,  həmin  adamları  qoruyub,  adlarını  işə  daxil  etməyib? 

İstintaq qanuni aparılsaydı, onlar həmin adamları da istintaqa cəlb etməli idilər. Elə bir hadisə olubsa, 

deməli, ən azı  

 

3 IL ƏVVƏLDƏN MƏNIM HƏBS OLUNMAĞIMLA BAĞLI PLAN OLUBMUŞ... 

 

Azərbaycanın ikinci paytaxtı olan Gəncə kimi şəhərin icra başçısı olan Elmar Vəliyev kimi bir nüfuzlu 



adamın müavini 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində pul verib, məni tutdurmaq istəyibsə, deməli 

onlara qarşı da cinayət məsuliyyəti yaranmalı idi. Bununla nə ibtidai istintaq məşğul olmadı, nə də bizim 

həşəmətli  prokurorumuz.  AR  CPM-nin  yenə  34-cü  maddəsinin  3-cü  hissəsində  yazılır:  “Hər  hansı 

əməlin  törədilməsinə  görə  şəxsin  barəsində  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  varsa, 

həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla 

əvəz edilməsi və ona daha ağır cəza verilməsi yolverilməzdir”.  

S.Tarverdiyevin  iddia  etdiyi  iş  Elmar  Vəliyevin  işidir.  E.Vəliyevlə  bizim  məhkəmə  çəkişməmiz  olub. 

E.Vəliyev  səlahiyyətlərdən  istifadə  edərək,  məhkəmənin  əli  ilə  mənə  il  yarım  islah  işləri  verdirib.  10 

min manat cərimələdib. Ortada qanuni qüvvəyə minmiş hökm var. S.Tarverdiyev haradan çıxdı? Niyə o 

adamlar  buna  zəng  vurmalı  idilər  ki?  Özü  də  deyir  ki,  onlarla  şəxsi  tanışlığım  yoxdur.  O  zaman 

S.Tarverdiyevə  bu  adamlar  niyə  etibar  edib,  söz  deməli  idilər,  məni  həbs  etdirəcəklərilə  hədələməli 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə