DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   2   3   4   5   6   7   8   9   ...   25

 

10 


idilər? İstintaq bunu niyə araşdırmadı? Elmar Vəliyevin qanuni qüvvəyə minmiş hökmü olan məhkəmə 

işinə  Sabir  Tarverdiyevi  3  ildən  sonra  kim  gətirib  qoşa  bilərdi  və  kim  onunla  bağlı  qərar  verə  bilər? 

Qanun  açıqca  yazır:  Əgər  qanuni  qüvvəyə  minmiş  hökm  varsa,  daha  ağırlaşdırıcı  səbəb  gətirib  iş 

oxumaq  olmaz.  Mən  hesab  edirəm  ki,  proses  zamanı  nə  Aydın  Heydərov,  nə  də  Sabir  Tarverdiyev 

kifayət  qədər dindirilməyiblər. Özü də əgər nəzərə alınsa ki,  nə S.Tarverdiyev, nə A.Heydərov, nə də 

A.Məmmədov  latın  əlifbası  ilə  oxuyub,  yaza  bilmirlər,  o  zaman  belə  çıxır  ki,  onlar  tanış  olmadıqları, 

istintaq tərəfindən hazırlanmış saxta bir ittihama imza atıblar. Xanoğlan Muxtarov da dedi ki, materialı 

evdə  oxuyub,  imza  atıb.  Sonra  dedi  ki,  “oğlum  oxudu,  mən  imza  atdım”.  Danışdıqca  istintaqı  bərbad 

etdi. Yəni 311.3.2-lə Əvəz Zeynallıya iş kəsmək üçün yeddi başlı əjdaha olmaq lazımdır. Yeddisini də 

kəsərlər.  Qanun  açıq  şəkildə  göstərir  -  Aydın  Heydərov  da,  Akif  Məmmədov  da  xüsusi  ittiham 

qaydasında  olan  işləri  geri  götürüblər,  onları  təkrar  istintaqa  qoşmaq  nəinki  qanunsuzluq,  saxtakarlıq, 

biabırçılıqdır.  Sabir  Tarverdiyevin  özü  haqqında  isə  ən  azı  CM-nin  178-ci  –  Dələduzluq  maddəsilə 

cinayət işi açılmalıdır. Elmar Vəliyev əgər bu işdə yoxdursa, deməli, bu adam onun adından dələduzluq 

eləyib.  Kimdən  pul  alıb,  kimə  pul  verib,  o  pullar  haradadır,  kimin  cibindədir?  Niyə  o  ümumiyyətlə 

kiməsə  pul  verməli  idi?  Dəlidir,  nədir?  Başına  at  təpib?  Elmar  Vəliyev  iri  bir  şəhərin  icra  başçısıdır. 

Vəkillə  araşdırdıq,  məlum  olur  ki.  S.Tarverdiyev  onun  adından  danışdığı  zamanda  E.Vəliyev  heç 

Yevlaxın  da  icra  başçısı  olmayıb.  İstintaq  o  zaman  hara  baxırdı?  311.3.2-nin  də  belə  boş  gedəcəyini 

hesablamalı  idiniz.  “Daş,  taxta,  kartof  kafalı”  məmurlar  seviniblər  ki,  elə  311-ci  maddənin  ən  ağır 

hissəsilə bunu yükləyəcəyik, istədiyimiz qədər də iş kəsib, tutduracağıq. Özlərini bu işlə bərbad etdilər. 

Bu  da  onlara  dərs  olar  ki,  bundan  sonra  günhsız  insanlara  şər,  böhtan  atdırıb,  tutdurmazlar.  Hər  şey 

ortadadır. Sadəcə işə ədalətli, qanunla yanaşmaq lazım idi ki, görmək istəmədiklərinizi görəsiniz.  

Gülər Əhmədova mətbuatdakı ümumi tanışlara demişdi ki, “hələ bu harasıdır, ona qarşı ən azı 100 adam 

ifadə verəcək və ən azı 1-2 milyon manatlıq rüşvət ortaya qoyacaqlar”. Gülər Əhmədova bunu demişdi. 

Mən  onu  “Yeni  Müsavat”a  yazdığım  yazıda  qeyd  etmişəm  və  həmin  yazını  da  məhkəməyə  təqdim 

etmişəm.  Bunlar  əvvəldən  belə  bir  plan  uydurub,  hazırlayıblar.  Bu  plan  da  hansısa  səbəblərdən  baş 

tutmayıb. Həmin bu 3 adam da həmin planın altında qalıb. Mürvət Həsənli indi qapı-qapı gəzib deyir ki, 

“Əvəz  Zeynallının  həbs  olunmasında  mənim  rolum  yoxdur”.  Təbii  ki,  yoxdur.  Mürvət  kimdir  ki?  Əli 

Həsənovun əl buyruğu. Deyib, “get üzünə dur”, o da durub. Bu məsələdə Ə.Həsənov hamının arxasında 

gizlənib, elə bilib ki, onu görən yoxdur. 

Bu cinayət  işinin  çox spesifik  bir özəlliyi  var.  Burada təxminən 13 nəfər “üzəduran” var. Mən 311-ci 

maddəni nəzərdə tuturam. Diqqət edin, 11 aydır məhkəmə prosesi gedir, 13 adamın bir dənəsi məhkəmə 

proseslərində  nə  iştirak  etmir,  nə  də  onları  təmsil  edəcək  nümayəndə  göndərmirlər.  Bu  adamların  heç 

biri yoxdur. Mətbuatda  

 

GÜLƏR ƏHMƏDOVA, “MƏN ƏVƏZ ZEYNALLINI TUTDURMAMIŞAM,  



MƏN BU IŞDƏ YOXAM!” DEDI 

 

Cinayət  işinə  baxın.  O  zaman  onun  mənim  ittihamım  əsasında  həbs  edilmədiyini  görərsiniz.”  Sonra 



deyir:  “Əvəz  Zeynallını  mənə  görə  ittiham  etməyiblər.  Əgər  mənim  dediklərim  təsdiqlənmirsə,  lap 

yaxşı, təsdiqlənməsin. Mən bir şeyi deyə bilərəm. Onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində 

tamam başqa ittihamlar var. Mən bu cinayət işində şahid kimi keçmişəm...” Bir daha deyir, “qoy bütün 

media nümayəndələri bilsin”. Bu adam hamımıza meydan oxuyur: “Əvəz Zeynallı mənim ittihamım və 

yaxud  da  mənim  şikayətim  əsasında  həbs  edilməyib.  Arzu  edirəm  ki,  onu  tezliklə  azadlığa 

buraxsınlar...” Yəni mən artıq icazə verirəm, qoy buraxsınlar. Gülərin kefi ilə mənə azadlıq verəcəklər... 

Və  nəhayət  Gülər  deyir:  “Qəzetiniz  vasitəsilə  Əvəz  Zeynallıya  müraciət  edirəm.  Hörmətli  Əvəz 

Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün. 

Özü hüquqşünasdır.” Sonda deyir: “Natiq, axı mən üçüncü dəfədir deyirəm ki, Əvəz Zeynallı mənə görə 

həbs olunmayıb”. Bu da Gülər. Nə olsun ki, bura gətirdə bilmədiniz. Mesajını mətbuatla verdi. Bu belə... 

Digərləri də deyir ki, “mən bu məsələdə yoxam...” O biri də, bu biri də... Onda siz bu ittihamları haradan 

alıb, haqqımda 11 il iş oxudunuz? 

İndi  də  yenə  bu  adam  mənə  xəbər  göndərir  ki,  mən  bu  işdə  yoxam,  lazım  gəlsə  danışacam.  Bu  adam 

haqqında cinayət işi açılanda da MTN-nin səlıahiyyətlərinin yanında demişdi ki, çox üzərimə gəlsəniz, 

Əvəz Zeynallı  kartını açacam.  Mən də deyirəm,  çağırın bu adamı gəlib,  o kartları  açsın.  Kim  nə edir, 

kim  nə  barmaq  silkələyir,  bilmirəm.  Zaman-zaman  hər  şeyin  üstü  açılacaq,  o  zaman  görəcəksiniz  ki, 

Əvəz Zeynallı yuxu görmür. Yazılı formada sizi qane etmirsə, o zaman Gülərin səs yazısını sizə təqdim 



 

11 


edək, özünüz dinləyin.  “Bizim Yol” qəzetinin  müxbiri Natiq Cavadlıya  bir dənə sorğu  göndərin, o da 

səsyazısını  məhkəməyə təqdim eləsin. Qanun deyir ki,  hamı məhkəmə qarşısında bərabər hüquqludur. 

Qanunlar deyir axı bunu. Hanı bizim hüquq bərabərliyimiz? 

Bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu iş Gülərlə başlayır, Mürvətlə bitir. Hamıdan çox-çox üzr 

istəyirəm.  Mənim  toyumda  gəlin  maşınını  üzəduran  Mürvət  Həsənli  idarə  edib,  sağdışım  da  üzəduran 

Vüqar  Məmmədov  olub.  Təsadüfən  təcridxanada  şəkillərdən  birində  gördüm,  dəhşətə  gəldim.  İndi 

baxın,  görün  kimləri  mənim  üzümə  qoyublar?  Mən  o  qədər  də  onların  düşündüyü  adam  deyiləm  ki, 

sağdışımdan, solduşumdan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edəm. Bəlkə siz edərdiniz, amma 

mən nəinki onlardan, heç kəsdən heç bir zaman rüşvət tələb etməmişəm, özü də hədə-qorxu ilə... 

Tənzilə Rüstəmxanlı buradan başını götürüb, qaçdı. Halal oğlu Toğrul Əhmədov bu tribunada öldü, yerə 

keçdi. Anasından fərqli olaraq üzəduranlığın nə olduğunu yəqin yaxşı dərk edirmiş. Yalandan öz balanı 

da qurban vermək, hər ananın da işi deyil. Rüxsarə Axundova ümumiyyətlə, nəyə şahidlik etdiyini heç 

özü də bilmirdi. Vüqar Məmmədov Dubaya qaçdı. Xanoğlan Muxtarov dedi ki, ay Əvəz, nökərəm də, 

padşah  deyiləm  ki?  Adamı  işlədiyi  “Qismət”  Şadlıq  Evindən  oğurlayıb,  3  gün  Korrupsiya  İdarəsində 

saxlayıblar. Bunlar şantaj və hədə-qorxu yolu ilə adamlardan mənə qarşı ifadə alıblar. İndi də şərləyən, 

üzə  duran  adamların  heç  biri  11  aydır  ki,  burada  yoxdurlar.  Bir  Ağabəy  Əsgərovun  nümayəndəsi 

sonadək, məhkəmədə iştirak etdi və biz də qəbul  etdik ki,  bu adam  qanunlara hörmətlə  yanaşdı.  Hanı 

Vüqar  Səfərlinin  nümayəndəsi?  Nüşabə  Ələsgərlinin  də  bura  gətirdiyi  nümayəndəsi  Zülfiyyə 

Bayramova  gah  onun  adından  danışdı,  sonra  Gülərin  vəkili  oldu,  sonra  da  Gülərin  qardaşı  İlqar 

Mikayıloğluna ərə getdi. Gəl indi baş çıxar, bunlar hansı mənsəbə qulluq edirlər. Bütün bunlar məhkəmə 

heyətinə düşünməyə imkan vermirmi? Məni də burada susdurmaq mümkün deyil. Açıq-aşkar deyirəm 

ki, məni kim tutdurub.  

 

İNSAN HAQLI OLANDA SƏSI ALLAHIN YANINA ÇIXIR 

 

Haqsız olanda da beləcə dilini qısıb oturursan. Gülər deputat olanda yeri-göyü dağıdıb, hamıya meydan 



oxuyurdu.  İndi  də  deyir  ki,  mən  ona  qarşı  çıxış  etməyəcəm.  Bilirsiniz  niyə?  Haqlı  deyil,  ona  görə... 

Haqlı olsaydı onun da səsi yeri-göyü dağıdardı. Ona görə gündə bir atmaca atıb, yerinə qısılır. Əgər bu 

adam bizə qarşı cüzi haqlı olsaydı, yeri-göyü başımıza yıxardı. O da gözəl bilir ki, daha zaman o zaman 

deyil. Adama yalanını yedirdərlər. Bu da məhkəmə üçün bir nümunə, örnək olmalıdır. Məhkəmə heyəti 

müşavirə otağında bu haqda da düşünməlidir.  

Məni əsassız, qanunsuz, saxta ittihamlarla şərləyib tutublar, indi də sübut edə bilmirəm ki, mənim həbs 

olunmağımda bunlardan istifadə ediblər. Bu işin spesifik özəlliyi də odur ki, 11 ayda gedən məhkəmə 

iclaslarına da bu  adamlar zorla gətizdirildilər. Hətta siz onların  bura məcburi qaydada  gətizdirilməsilə 

bağlı  qərar  verdiniz.  Dördü  də  gəlmək  istəmirdi.  Qanun  da  açıq  şəkildə  deyir  ki,  təqsirləndirilən  şəxs 

şahidi dindirmək hüququna malikdir. Bu iş Avropa Məhkəməsinə qədər getdiyi təqdirdə bilirsinizmi nə 

olacaq? Mən Güləri dindirməmişəm, Vüqarı, Aydın Heydərovu axıra qədər dindirməmişəm. Prokuror da 

burda iş oxuyanda deyir ki, ittihamlar “sübut edilmişdir”. Bizdə adamı belə tuturlar. Deyirlər ki, “Gülər 

Əhmədovanın şikayəti əsasında həbs edilmiş Əvəz Zeynalovun filan-filan cinayətləri törətmə ehtimalları 

var. İcazə verin, filan əməliyyat tədbirini həyata keçirək”. Deməli, əvvəlcə adamı tutub, içəri soxurlar, 

ondan  sonra  da  ona  torba  tikirlər.  Qanunla  törədilən  cinayətə  görə  adamı  tutarlar  və  cəzalandırarlar. 

Bizdə  adamı  tuturlar,  təcridxanaya  göndərirlər.  Deyirlər,  sən  orada  bir  az  dincəl,  biz  sənə  torbanı 

tikəcəyik. Sonra da 6 ay istintaq araşdırması altında insanlara torba tikirlər. Amma bununla belə onlar da 

311.3.2-nin də bu dərəcədə fiaskoya uğrayacağını biliblər. Kimsə ağlı başında olan bir adam tapıblar və 

bir  yerdə  qərara  gəliblər  ki,  311-ci  maddə  də  boş  bir  şeydir.  Üzümə  duran  4  adamdan  3-ü  ilə  bizim 

məhkəmə çəkişməmiz olub. Onların 3-də məhkəmədən ərizələrini geri götürüblər. İndi nə deməklərinin 

də  heç  bir  əsası  yoxdur.  Çünki  əgər  7  il  əvvəl  belə  hadisə  olmuşdusa,  niyə  o  zaman  məhkəməyə  bu 

haqda məlumat verməmişdilər və yaxud da niyə 7 ildən sonra bu ölülər dirilib, eyni vaxtda Korrupsiya 

İdarəsinə müraciət etdilər?  

AR hüquq-mühafizə orqanlarının bəziləri azad insanları, azad iş adamlarını əzmək, tapdalamaq, sıradan 

çıxarmaq  üçün  işgəncə  aparatına  çevriliblər.  Bu  aparatlardan  biri  də  Vergilər  Nazirliyidir.  Bizim 

Prezident Aparatımızın hörmətli, kartof və taxtabaş məmurları fikirləşiblər ki, Ə.Zeynallıya qarşı 213-cü 

maddəni  də  qaldırmaq  olar.  Ən  azı  prokurorun  əlinə  alət  vermiş  olacaqlar  ki,  bu  maddə  ilə  istədiyi 

rəqəmi bizə yükləyib, ən ağır cəzanı tətbiq eləsin. Ağır cinayətlə heç bir bağlılığı olmayan CM-nin 213-

cü  maddəsində  nə  var?  Bu  maddənin  bir  maraqlı  xüsusiyyəti  ondadır  ki,  bu  maddə  nə  306-cı  maddə 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə