DaxiLDİR: “qeydsiz-şƏrtsiz bəRAƏt istəyirəM!” Son söZ səh. 1-17


HƏR AĞIZDAN BIR AVAZ GƏLIR



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix15.07.2018
ölçüsü1,36 Mb.
#56024
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

34 


HƏR AĞIZDAN BIR AVAZ GƏLIR 

 Əslində,  bu  istintaqdan  olsaydı,  Cinayət  Məcəlləsinin  bütün  maddələrini  mənə  yükləyəcəkdi.  Bunun 

üçün  də  şərait  yaranmışdı.  Ə.Həsənovun  mətbuatı  tam  gücü  ilə  əleyhimə  kampaniyaya  başlamışdı. 

Kəmaləddin  Heydərovun  informasiya  agentlikləri  də  onlara  qoşulmuşdular.  Keçmiş  deputat  Vüqar 

Rəhimzadə,  hazırkı  deputat  Bəxtiyar  Sadıqov  MŞ-nın  adından  daha  irəli  gedir,  daha  sərt  və  adlarına 

yaraşan  bəyanatlar  verirdilər.  B.Sadıqov  qanunların  çox  yumşaq  və  humanist  olmasından  bəhs  edirdi. 

Və  onun  dedikləri  əslində  Milli  Məclisin  də  mövqeyi  kimi  qəbul  olunmalı  idi.  Mən  hüququn  verdiyi 

bütün  yollardan  istifadə  edir,  demokratik  cəmiyyətin  qaydalarına  uyğun  olaraq  dirəniş  göstərir, 

"Xural"ın  və  onun  Oxucularının  sərt  müqavimətini  təşkil  edir,  bunlar  isə  məhz  onu  istəmirdilər.  Ona 

görə  də  beyinləri,  intellektləri  ilə  mənimlə  döyüşə  bilməyənlər  inzibati  amirlik  metodunu  köməyə 

çağırırdılar.  Demokratiyalarda  bükə  bilmədiyin  əli  öpməlisən,  amma  bunların  rejimində  bükə 

bilmədikləri qolu sındırmaq var. Bunlar məndə və "Xural" qəzetində də elə etdilər. Ramiz Mehdiyev-Əli 

Həsənov şəbəkəsinin mətbu xadimləri gözükölgəli, satılmış qələmlərdən ibarətdir və onlar demokratik 

şəkildə  mübarizə  apara  bilmədilər.  Ə.Həsənovun  tapşırığı  ilə  öz  işlərini  gördülər.  Təsadüfi  deyil  ki, 

A.Heydərov MŞ-ya yazılan ərizəsini guya istintaqa da göndərib. Amma elə deyil. O ərizəni istintaqa MŞ 

göndərib... 

                                                       QEYRI-HÜQUQI MÜBARIZƏ 



 "Terror"  latın  sözüdür.  "Qorxu"  və  "dəhşət"  deməkdir.  Müasir  lüğətdə  mənası  "zorakı  üsullarla  siyasi 

rəqiblərin qorxudulması və dəf edilməsi siyasəti"dir. Siyasi hakimiyyət mənə və qəzetimə qarşı sırf bu 

fəaliyyəti  nəzərdə  tutub.  Onlar  dövlət  hakimiyyətindən  istifadə  edərək  məni  terror  etmək  və  bu  yolla 

məqsədlərinə  çatmaq  istəyiblər.  Buna  görə  hər  cür  aşağılıq  əməllərə  baş  vurublar.  Qəzetin  əmlakı 

qanunsuz olaraq müsadirə edildiyi gün qardaşım və qohumlarımı işdən çıxarmaq da buna xidmət edib. 

Mənə qarşı məhkəmə müstəvisində mübarizə aparılmayıb, mübarizə hüquqi olmayıb. V.Rəhimzadənin 

və B.Sadıqovun hüquqdankənar mübarizə yollarına müraciət etmək formasını G.Əhmədovada tapdılar. 

O  da  deputat  idi  və  sonradan  mətbuata  verdiyi  açıqlamada  bunu  açıqca  etiraf  da  edirdi.  G.Əhmədova 

"Yeni  Müsavat"  qəzetinin  16  noyabr  2011-ci  ildə  nəşr  olunan  müsahibəsində  beləcə  də  deyir:  "Onu 

məhkəməyə verən millət vəkilləri olmuşdu ki, bir nəticə əldə edə bilməmişdilər." Bunun ardınca Güləri 

üzümə durmağa təhrik edən PA ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov 19 noyabr 2011-ci ildə adı 

çəkilən  qəzetə  müsahibəsində  beləcə  deyir:  "...illərlə  həmin  müxalifət  partiyalarının,  o  cümlədən 

müxalifət  təmsilçilərinin,  ayrı-ayrı  qəzet  nümayəndələrinin  həm  "Xural"  qəzetinə,  həm  də  bu  gün 

hüquqlarını müdafiə etdikləri digər qəzetlərin əməkdaşlarına qarşı məhkəmə iddiaları olub. Prosesləri də 

udublar.  Sadəcə  məhkəmə  qərarlarına  tabesizlik  olduğundan  qərarlar  icra  edilməyib.  Bu  gün  ortada 

millət vəkilinin və digərlərinin konkret şikayətləri var." Yəni siyasi hakimiyyət açıqca mənimlə hüquq 

dilində  danışmağın  əhəmiyyətsiz  olduğunu  anlayıb.  Çünki  uduzacağını  bilib.  Məhkəməyə  veriblər, 

cəzalandırıblar,  cərimələdiblər  -  amma  bunu  "nəticəsiz"  adlandırır,  "heç"  hesab  edirlər.  Onlar  mütləq 

məni susdurmağı, ən azı həbs etdirməyi düşünüblər və bunun üçün uzun illər əsas axtarıblar. Bu "əsas" 

isə şərləmə olub! 

Mənim  yanıma  tanımadığım,  yad  bir  adam  göndərə  bilməzdilər.  Bir  neçə  dəfə  göndərmişdilər  və  son 

olaraq  "modelyer"  məsələsində  cavablarını  almışdılar.  Mənim  yanıma  mütləq  normal  münasibətlərdə 

olduğum bir adam göndərməli idilər ki, yanıma gələ bilsin. Gülər kimi... 

Ümumiyyətlə,  hakimiyyət  məni  sıradan  çıxarmağın  başqa  yolunu  tapa  bilməyib.  Onlar  nə  qədər  çətin 

olsa da normal münasibətlərdə olduğum adamları üzümə qoymaq yolunu tutublar. Hədəf ən azı "çamur 

at, izi qalsın" prinsipidir. 



 

 

 


 

35 


AXTARIŞ NƏ MƏQSƏDLƏ APARILIB? 

 Bu  qeyri-hüquqilik  bütün  sferalarda  davam 

edib.  Həm  həbsimdən  əvvəl,  həm  də  sonra 

dövlətin bütün gücünü mənə - arxası, dayağı 

yalnız  haqq  olan,  heç  bir  qruplaşma  və 

mafiyaya  xidmət  etməyən  bir  yazara  həsr 

ediblər.  Məni  qeyri-qanuni  həbs  ediblər, 

guya  qeydiyyatda  olduğum  ünvana  çağırış 

göndəriblər,  amma  o  da  olmayıb.  Faktiki 

yaşadığım  ünvanı  tapa  bilmədiklərini  əsas 

gətirərək məni həbs edən istintaq, elə həmin 

saatlarda  mənim  faktiki  yaşadığım  ünvanda 

axtarış  aparıblar.  Bəs  onlar  mənim  harada 

yaşadığımı bilmirdilər? Bu, necə olur? 

Məni  tutmaq  üçün  təxminən  4  qrup  ayrılıb. 

Onun  biri  məni  həbs  edib  -  bu  həbsdə 

mənim illərlə görüşmədiyim və telefonlarına 

cavab  vermədiyim  həmkəndlilərim  bələdçi 

olub,  başqa  bir  qrup  işimdə,  "Xural"ın  redaksiyasında,  bir  başqa  qrup  isə  evimdə  axtarış  aparıb. 

Axtarışların heç biri haqqında mənə məlumat verilməyib, axtarışda mənim nümayəndəm və ya vəkilim 

iştirak etməyib. Sonra isə digər bir qrup avtomobilimi axtarıb. O da eləcə... 

Bütün  bunlara  nə  səbəb  olub?  İstintaq  "külli  miqdarda  pul,"  "silah-sursat,"  "saxta  sənədlər,"  "iş  üzrə 

maraqlı  ola  biləcək  audio-video  kasetlər"  və  s.  və  i.  axtarıb.  Həm  evimi,  həm  iş  yerimi,  həm  də 

avtomobilimi  atım-atım  atıblar,  qeyri-qanuni  çəkilişlər  aparıblar  -  amma  protokolda  bu  tip  çəkilişlər 

olmadığı haqqında xüsusi qeyd var - orta məktəbdə oxuyan azyaşlı övladlarımın kitab-dəftərlərini belə 

darmadağın ediblər. Yaxşı, nə əldə ediblər? Heç nə! Heç nə!! Heç nə!!! O zaman suallar meydana çıxır: 

mənim evimdə şübhəli nələrinsə olduğu haqqında istintaqı kim məlumatlandırıb? O adam, ya da adamlar 

cəzalandırılıbmı? 

                                               EVIMLƏ ŞAHIDLƏRƏ TƏZYIQ GÖSTƏRILIB 



 Siyasi  hakimiyyət  mətbuatı  1998-ci  ildən  müxtəlif  adlarla  satın  almağa  başladı.  Dövləti  idarə  edənlər 

bunun  üçün  milyonlarla  manat  pul  xərclədilər.  Kimini  pulla,  kimini  vəzifə  ilə,  kimini  maşınla,  kimini 

evlə ələ keçirdilər. Beləcə, illər keçdikcə mətbuatın çox önəmli simaları bir-bir səngər dəyişdirdilər və 

hakimiyyətin  əsarətinə  düşdülər.  Onlar  qısa  yoldan  hər  şeyə  sahib  oldular,  hətta  bəziləri  deputat 

vəzifəsinə təyin edildilər. 

Mən o yolu seçmədim. Mən çətin olan istiqaməti seçdim. Mən 10 dəqiqəyə ev ala bilərdim, 5 dəqiqəyə 

isə  bahalı  xarici  avtomobillər.  Amma  siyasi  hakimiyyətin  ən  yüksək  dairələrinin  hər  cür  təklif  və 

şərtlərini  əlimin  tərsi  ilə  itələdim.  Mən  mətbuatın  ali  prinsiplərini  öndə  tutdum  və  bütün  həyatımı  o 

yöndə  apardım.  Mən  niyə  Gülərin  10.000  manatına  möhtac  olmalı  idim  ki?  Mən  Gülərin 

başbilənlərindən min dəfə artığını ala bilrdim... 

10 dəqiqəyə ev alan redaktorlardan deyiləm mən. Mən 10 ildir daş-daş, kərpic-kərpic ev tikirəm. Atam, 

anam,  qaynatam,  qaynanam  -  hamısı  birləşib  mənə  yurd  ediblər.  Kimin  əlindən  nə  gəlir  edib  və 

birilərinin  prinsiplərini  sataraq  əldə  etdiyi  şeyi  -  evi  mən  10  ildir  tikirəm.  İndi  bu  mətbuat  qatilləri 

mənim evimin fotolarını göstərərək insanları qorxudub və "bu evin tikilməsində sizin də rolunuz olub" 

deyə  adamları  şantaj  ediblər.  Kişi  də  kişinin  evi  ilə  kişiləri  şantaj  edərmi?  Ediblər!  Amma  axtarış 

protokollarında  qeyd  ediblər  ki,  heç  bir  foto-video-audio  çəkiliş  aparılmadı.  O  zaman  o  şəkilləri  kim 

çəkib? 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə