10
idilər? İstintaq bunu niyə araşdırmadı? Elmar Vəliyevin qanuni qüvvəyə minmiş hökmü olan məhkəmə
işinə Sabir Tarverdiyevi 3 ildən sonra kim gətirib qoşa bilərdi və kim onunla bağlı qərar verə bilər?
Qanun açıqca yazır: Əgər qanuni qüvvəyə minmiş hökm varsa, daha ağırlaşdırıcı səbəb gətirib iş
oxumaq olmaz. Mən hesab edirəm ki, proses zamanı nə Aydın Heydərov, nə də Sabir Tarverdiyev
kifayət qədər dindirilməyiblər. Özü də əgər nəzərə alınsa ki, nə S.Tarverdiyev, nə A.Heydərov, nə də
A.Məmmədov latın əlifbası ilə oxuyub, yaza bilmirlər, o zaman belə çıxır ki, onlar tanış olmadıqları,
istintaq tərəfindən hazırlanmış saxta bir ittihama imza atıblar. Xanoğlan Muxtarov da dedi ki, materialı
evdə oxuyub, imza atıb. Sonra dedi ki, “oğlum oxudu, mən imza atdım”. Danışdıqca istintaqı bərbad
etdi. Yəni 311.3.2-lə Əvəz Zeynallıya iş kəsmək üçün yeddi başlı əjdaha olmaq lazımdır. Yeddisini də
kəsərlər. Qanun açıq şəkildə göstərir - Aydın Heydərov da, Akif Məmmədov da xüsusi ittiham
qaydasında olan işləri geri götürüblər, onları təkrar istintaqa qoşmaq nəinki qanunsuzluq, saxtakarlıq,
biabırçılıqdır. Sabir Tarverdiyevin özü haqqında isə ən azı CM-nin 178-ci – Dələduzluq maddəsilə
cinayət işi açılmalıdır. Elmar Vəliyev əgər bu işdə yoxdursa, deməli, bu adam onun adından dələduzluq
eləyib. Kimdən pul alıb, kimə pul verib, o pullar haradadır, kimin cibindədir? Niyə o ümumiyyətlə
kiməsə pul verməli idi? Dəlidir, nədir? Başına at təpib? Elmar Vəliyev iri bir şəhərin icra başçısıdır.
Vəkillə araşdırdıq, məlum olur ki. S.Tarverdiyev onun adından danışdığı zamanda E.Vəliyev heç
Yevlaxın da icra başçısı olmayıb. İstintaq o zaman hara baxırdı? 311.3.2-nin də belə boş gedəcəyini
hesablamalı idiniz. “Daş, taxta, kartof kafalı” məmurlar seviniblər ki, elə 311-ci maddənin ən ağır
hissəsilə bunu yükləyəcəyik, istədiyimiz qədər də iş kəsib, tutduracağıq. Özlərini bu işlə bərbad etdilər.
Bu da onlara dərs olar ki, bundan sonra günhsız insanlara şər, böhtan atdırıb, tutdurmazlar. Hər şey
ortadadır. Sadəcə işə ədalətli, qanunla yanaşmaq lazım idi ki, görmək istəmədiklərinizi görəsiniz.
Gülər Əhmədova mətbuatdakı ümumi tanışlara demişdi ki, “hələ bu harasıdır, ona qarşı ən azı 100 adam
ifadə verəcək və ən azı 1-2 milyon manatlıq rüşvət ortaya qoyacaqlar”. Gülər Əhmədova bunu demişdi.
Mən onu “Yeni Müsavat”a yazdığım yazıda qeyd etmişəm və həmin yazını da məhkəməyə təqdim
etmişəm. Bunlar əvvəldən belə bir plan uydurub, hazırlayıblar. Bu plan da hansısa səbəblərdən baş
tutmayıb. Həmin bu 3 adam da həmin planın altında qalıb. Mürvət Həsənli indi qapı-qapı gəzib deyir ki,
“Əvəz Zeynallının həbs olunmasında mənim rolum yoxdur”. Təbii ki, yoxdur. Mürvət kimdir ki? Əli
Həsənovun əl buyruğu. Deyib, “get üzünə dur”, o da durub. Bu məsələdə Ə.Həsənov hamının arxasında
gizlənib, elə bilib ki, onu görən yoxdur.
Bu cinayət işinin çox spesifik bir özəlliyi var. Burada təxminən 13 nəfər “üzəduran” var. Mən 311-ci
maddəni nəzərdə tuturam. Diqqət edin, 11 aydır məhkəmə prosesi gedir, 13 adamın bir dənəsi məhkəmə
proseslərində nə iştirak etmir, nə də onları təmsil edəcək nümayəndə göndərmirlər. Bu adamların heç
biri yoxdur. Mətbuatda
GÜLƏR ƏHMƏDOVA, “MƏN ƏVƏZ ZEYNALLINI TUTDURMAMIŞAM,
MƏN BU IŞDƏ YOXAM!” DEDI
Cinayət işinə baxın. O zaman onun mənim ittihamım əsasında həbs edilmədiyini görərsiniz.” Sonra
deyir: “Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Əgər mənim dediklərim təsdiqlənmirsə, lap
yaxşı, təsdiqlənməsin. Mən bir şeyi deyə bilərəm. Onu mənimlə bağlı ittiham etməyiblər, cinayət işində
tamam başqa ittihamlar var. Mən bu cinayət işində şahid kimi keçmişəm...” Bir daha deyir, “qoy bütün
media nümayəndələri bilsin”. Bu adam hamımıza meydan oxuyur: “Əvəz Zeynallı mənim ittihamım və
yaxud da mənim şikayətim əsasında həbs edilməyib. Arzu edirəm ki, onu tezliklə azadlığa
buraxsınlar...” Yəni mən artıq icazə verirəm, qoy buraxsınlar. Gülərin kefi ilə mənə azadlıq verəcəklər...
Və nəhayət Gülər deyir: “Qəzetiniz vasitəsilə Əvəz Zeynallıya müraciət edirəm. Hörmətli Əvəz
Zeynallı, sizi mənə görə həbs etməyiblər. Qoy cinayət işini yaxşı oxusun və verilən ittihamları görsün.
Özü hüquqşünasdır.” Sonda deyir: “Natiq, axı mən üçüncü dəfədir deyirəm ki, Əvəz Zeynallı mənə görə
həbs olunmayıb”. Bu da Gülər. Nə olsun ki, bura gətirdə bilmədiniz. Mesajını mətbuatla verdi. Bu belə...
Digərləri də deyir ki, “mən bu məsələdə yoxam...” O biri də, bu biri də... Onda siz bu ittihamları haradan
alıb, haqqımda 11 il iş oxudunuz?
İndi də yenə bu adam mənə xəbər göndərir ki, mən bu işdə yoxam, lazım gəlsə danışacam. Bu adam
haqqında cinayət işi açılanda da MTN-nin səlıahiyyətlərinin yanında demişdi ki, çox üzərimə gəlsəniz,
Əvəz Zeynallı kartını açacam. Mən də deyirəm, çağırın bu adamı gəlib, o kartları açsın. Kim nə edir,
kim nə barmaq silkələyir, bilmirəm. Zaman-zaman hər şeyin üstü açılacaq, o zaman görəcəksiniz ki,
Əvəz Zeynallı yuxu görmür. Yazılı formada sizi qane etmirsə, o zaman Gülərin səs yazısını sizə təqdim
11
edək, özünüz dinləyin. “Bizim Yol” qəzetinin müxbiri Natiq Cavadlıya bir dənə sorğu göndərin, o da
səsyazısını məhkəməyə təqdim eləsin. Qanun deyir ki, hamı məhkəmə qarşısında bərabər hüquqludur.
Qanunlar deyir axı bunu. Hanı bizim hüquq bərabərliyimiz?
Bir məqama diqqətinizi çəkmək istəyirəm. Bu iş Gülərlə başlayır, Mürvətlə bitir. Hamıdan çox-çox üzr
istəyirəm. Mənim toyumda gəlin maşınını üzəduran Mürvət Həsənli idarə edib, sağdışım da üzəduran
Vüqar Məmmədov olub. Təsadüfən təcridxanada şəkillərdən birində gördüm, dəhşətə gəldim. İndi
baxın, görün kimləri mənim üzümə qoyublar? Mən o qədər də onların düşündüyü adam deyiləm ki,
sağdışımdan, solduşumdan hədə-qorxu və şantaj yolu ilə rüşvət tələb edəm. Bəlkə siz edərdiniz, amma
mən nəinki onlardan, heç kəsdən heç bir zaman rüşvət tələb etməmişəm, özü də hədə-qorxu ilə...
Tənzilə Rüstəmxanlı buradan başını götürüb, qaçdı. Halal oğlu Toğrul Əhmədov bu tribunada öldü, yerə
keçdi. Anasından fərqli olaraq üzəduranlığın nə olduğunu yəqin yaxşı dərk edirmiş. Yalandan öz balanı
da qurban vermək, hər ananın da işi deyil. Rüxsarə Axundova ümumiyyətlə, nəyə şahidlik etdiyini heç
özü də bilmirdi. Vüqar Məmmədov Dubaya qaçdı. Xanoğlan Muxtarov dedi ki, ay Əvəz, nökərəm də,
padşah deyiləm ki? Adamı işlədiyi “Qismət” Şadlıq Evindən oğurlayıb, 3 gün Korrupsiya İdarəsində
saxlayıblar. Bunlar şantaj və hədə-qorxu yolu ilə adamlardan mənə qarşı ifadə alıblar. İndi də şərləyən,
üzə duran adamların heç biri 11 aydır ki, burada yoxdurlar. Bir Ağabəy Əsgərovun nümayəndəsi
sonadək, məhkəmədə iştirak etdi və biz də qəbul etdik ki, bu adam qanunlara hörmətlə yanaşdı. Hanı
Vüqar Səfərlinin nümayəndəsi? Nüşabə Ələsgərlinin də bura gətirdiyi nümayəndəsi Zülfiyyə
Bayramova gah onun adından danışdı, sonra Gülərin vəkili oldu, sonra da Gülərin qardaşı İlqar
Mikayıloğluna ərə getdi. Gəl indi baş çıxar, bunlar hansı mənsəbə qulluq edirlər. Bütün bunlar məhkəmə
heyətinə düşünməyə imkan vermirmi? Məni də burada susdurmaq mümkün deyil. Açıq-aşkar deyirəm
ki, məni kim tutdurub.
İNSAN HAQLI OLANDA SƏSI ALLAHIN YANINA ÇIXIR
Haqsız olanda da beləcə dilini qısıb oturursan. Gülər deputat olanda yeri-göyü dağıdıb, hamıya meydan
oxuyurdu. İndi də deyir ki, mən ona qarşı çıxış etməyəcəm. Bilirsiniz niyə? Haqlı deyil, ona görə...
Haqlı olsaydı onun da səsi yeri-göyü dağıdardı. Ona görə gündə bir atmaca atıb, yerinə qısılır. Əgər bu
adam bizə qarşı cüzi haqlı olsaydı, yeri-göyü başımıza yıxardı. O da gözəl bilir ki, daha zaman o zaman
deyil. Adama yalanını yedirdərlər. Bu da məhkəmə üçün bir nümunə, örnək olmalıdır. Məhkəmə heyəti
müşavirə otağında bu haqda da düşünməlidir.
Məni əsassız, qanunsuz, saxta ittihamlarla şərləyib tutublar, indi də sübut edə bilmirəm ki, mənim həbs
olunmağımda bunlardan istifadə ediblər. Bu işin spesifik özəlliyi də odur ki, 11 ayda gedən məhkəmə
iclaslarına da bu adamlar zorla gətizdirildilər. Hətta siz onların bura məcburi qaydada gətizdirilməsilə
bağlı qərar verdiniz. Dördü də gəlmək istəmirdi. Qanun da açıq şəkildə deyir ki, təqsirləndirilən şəxs
şahidi dindirmək hüququna malikdir. Bu iş Avropa Məhkəməsinə qədər getdiyi təqdirdə bilirsinizmi nə
olacaq? Mən Güləri dindirməmişəm, Vüqarı, Aydın Heydərovu axıra qədər dindirməmişəm. Prokuror da
burda iş oxuyanda deyir ki, ittihamlar “sübut edilmişdir”. Bizdə adamı belə tuturlar. Deyirlər ki, “Gülər
Əhmədovanın şikayəti əsasında həbs edilmiş Əvəz Zeynalovun filan-filan cinayətləri törətmə ehtimalları
var. İcazə verin, filan əməliyyat tədbirini həyata keçirək”. Deməli, əvvəlcə adamı tutub, içəri soxurlar,
ondan sonra da ona torba tikirlər. Qanunla törədilən cinayətə görə adamı tutarlar və cəzalandırarlar.
Bizdə adamı tuturlar, təcridxanaya göndərirlər. Deyirlər, sən orada bir az dincəl, biz sənə torbanı
tikəcəyik. Sonra da 6 ay istintaq araşdırması altında insanlara torba tikirlər. Amma bununla belə onlar da
311.3.2-nin də bu dərəcədə fiaskoya uğrayacağını biliblər. Kimsə ağlı başında olan bir adam tapıblar və
bir yerdə qərara gəliblər ki, 311-ci maddə də boş bir şeydir. Üzümə duran 4 adamdan 3-ü ilə bizim
məhkəmə çəkişməmiz olub. Onların 3-də məhkəmədən ərizələrini geri götürüblər. İndi nə deməklərinin
də heç bir əsası yoxdur. Çünki əgər 7 il əvvəl belə hadisə olmuşdusa, niyə o zaman məhkəməyə bu
haqda məlumat verməmişdilər və yaxud da niyə 7 ildən sonra bu ölülər dirilib, eyni vaxtda Korrupsiya
İdarəsinə müraciət etdilər?
AR hüquq-mühafizə orqanlarının bəziləri azad insanları, azad iş adamlarını əzmək, tapdalamaq, sıradan
çıxarmaq üçün işgəncə aparatına çevriliblər. Bu aparatlardan biri də Vergilər Nazirliyidir. Bizim
Prezident Aparatımızın hörmətli, kartof və taxtabaş məmurları fikirləşiblər ki, Ə.Zeynallıya qarşı 213-cü
maddəni də qaldırmaq olar. Ən azı prokurorun əlinə alət vermiş olacaqlar ki, bu maddə ilə istədiyi
rəqəmi bizə yükləyib, ən ağır cəzanı tətbiq eləsin. Ağır cinayətlə heç bir bağlılığı olmayan CM-nin 213-
cü maddəsində nə var? Bu maddənin bir maraqlı xüsusiyyəti ondadır ki, bu maddə nə 306-cı maddə