6
BU TORBANIN TIKILMƏSINDƏ ƏSAS ROLU ƏLI HƏSƏNOV OYNAYIB
Təbii ki, Ramiz Mehdiyevin tapşırığı ilə...
Onlar 306.2 ilə eyni qaydada dərk edirdilər ki, məni bu maddə ilə
həbs etmək mümkün olmayacaq. O zaman Gülər Əhmədovanı
dövriyyəyə saldılar. 311.3.3, 311.3.4 maddələri – hədə-qorxu ilə
rüşvət tələb etmə maddələri işə salınır. Bu maddələrin əslində hansı
məna kəsb etdiyini hamı bilir – Azərbaycan mətbuatı da, siz də, mən
də... Hətta bütün insani duyğularını itirən bu prokuror da bilir. Hamı
çoz gözəl bilir ki, bu işdə 311.3.3, 311.3.4 yoxdur! Yoxdur! Ortada
hədə-qorxu yoxdur! Pul tələbi yoxdur! 10 min manatı Əvəz Zeynallı
tələb eləməyib, 10 min söhbəti ümumiyyətlə, olmayıb. 10 min manat
söhbəti Mehdiyevin aparatında, Əli Həsənovun iş kabinetində ortaya
çıxan bir məsələdir. Ramiz Mehdiyev Əvəz Zeynallını məhkəməyə verib, 10 min manat tələb edir.
Vüqar Səfərli məhkəməyə gedib, 10 min manatlıq iddia qaldırır, Gülər Əhmədova da bu tərəfdən deyir
ki, 10 min manat rüşvət istəyib. Bizim “taksa”mız Əli Həsənovun otağında 10 min manatdır. Hər şey 10
min manatla planlaşdırılıb. O danışıq təqdim olunduğu kimi deyil. Gülər Əhmədova 2011-ci il 16
noyabrda “Yeni Müsavat” qəzetində müsahibə verəndə, özünü silkələyə-silkələyə deyirdi ki, mən
getdim, mən onun səsini yazdım, ona dedim ki, yerində otur, əlimdə səsini yazdığım disk var. İndi
G.Əhmədova vəkillərilə, hətta Qurban Məmmədovla özünə haqq qazandırmağa çalışır ki, Elşad
Abdullayevin videogörüntüsü olan korrupsiya faktı ilə Güləri tutmaq olmaz. Niyə? Çünki Elşad qeyri-
qanuni olaraq, Gülərin icazəsi olmadan onun görüntüsünü lentə alıb. Məhkəmə prosesi zamanı
G.Əhmədovanın 4 şahidi bura gəldi. Onların dördü də söhbətin nədən getdiyini izah edə bilmədilər. Elə
dedilər ki, eşitdim Gülər bunu dedi, onu dedi. Zaur Mirzə dedi ki, mən heç nə bilmirəm. Nə danışıblarsa,
onu demişəm. Oğlu Toğrul Əhmədov da dedi ki, hansı yazılardan və anonslardan söhbətin getdiyini
bilmirəm. Onun bu məhkəmədə etdiyi çıxışın stenoqrammı var. Siz onu çözələmək istəməzsiniz, amma
bizdə onun səs yazısı var. Mən burada Toğrula dəfələrlə israrla dedim ki, sən düzünü danış.
“GÜLƏR ƏHMƏDOVANIN ƏSAS IŞI, INSANLARI ŞANTAJ ETMƏK,
ÜZÜNƏ DURMAQ, ADAM TUTDURMAQ, EV YIXMAQ OLUB...”
Danışmadı. Biz də qərarlaşdıq ki, həmin səsyazısı dunləniləndə T.Əhmədovun özü də burada iştirak
etsin. Onun iştirakını təmin etmədiniz. Hətta prokuror da söz verdi ki, “bəli, əgər səs yazısında
T.Əhmədovun dediklərini təsdiq edən bir şey olmazsa, o zaman onu gətirərik”. O da sözünün arxasından
qaçdı. Aydın Heydərovun şahidi Əlirza Allahverdiyev adlı adamın da şəxsiyyətinin müəyyənləşdirilməsi
üçün bir daha məhkəməyə gətiriləcəyinə söz vermişdi, amma eləmədi. O zaman da bura saxta bir şahid
gətirmişdilər. Gülər Əhmədovanın digər şahidi Tənzilə Rüstəmxanlı da dedi ki, “mən heç nə bilmirəm,
Gülərin yalançısıyam”. O da Əli Həsənovun cəbhəsinə girmək üçün hər yollara əl atmağa hazır olan
adamdır. Onun da ümumiyyətlə, üzərimə qoyulan ittihamları təsdiqləyəcək heç nəyə şahid olmadığını
gördük. Bu prokuror, 11 ay məhkəmə prosesi gedəndən sonra da “qıp-qırmızı” üzümüzə dayandı, həmin
şahidlərin dedikərinə manasibət bildirəndə deyir, “ittiham təsdiqini tapıb”. Hansı, necə, nə cür təsdiqini
tapıb? Oğlunun heç nədən xəbəri yoxdur. İstintaqı aparan müstəntiq Qabil Qasımov nə yazmışdısa,
köçürüb, imza atdırıblar. 11 ayda o da sübut olundu ki, mənim guya şantaj məqsədilə dərc etdiyim
“anonslar” olub. Sübut olundu ki, heç bir anons olmayıb. Heç o adamların heç biri də həmin
“anonslar”ın mətnini belə xatırlaya bilmədilər. Olmayan yazını bu adamlar necə xatırlaya bilərdilər ki?
İddia olunduğu kimi G.Əhmədovanı şantaj edəcək “Xural” qəzetində bir dənə də olsun yazı yoxdur,
olmayıb. İttiham tərəfi bi anonsu sübut kimi ortaya qoydu. Orada da Gülər Əhmədovanın adı belə
çəkilməyib. Gülər fala baxırdı ki, qəzetdə nə gedəcək? Qanun açıq şəkildə göstərir ki, sübut etmək yükü
ittiham tərəfinin üzərindədir. Bütün şübhəli məqamlar təqsirləndirilən şəxsin lehinə tövsif olunur. Bir
dənə də olsun, normal məqam yoxdur. Başdan- ayağa ittihamları fırıldaqdır, yalan və böhtandır. Gülərin
dördüncü şahidi, ailəvi yaxın rəfiqəsi Rüxsarə Axundovanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur.
Bəlkə Gülər bunu aldadıb və Rüxsarənin yalan ifadə verməsi üçün əsas yaratmağa çalışıb? Onun sözünə
7
görə adamı nədəsə ittiham etmək olarmı? “Gülər ağlayıb”. Niyə ağlayıb? Bilmirik. Hansı yazıya görə?
Onu da bilmirik.
Eyni zamanda qanunla G.Əhmədovanın şahidlərinin dördü də saxtadır. Qanunda – AR CPM-nin 125-ci
maddəsində açıq şəkildə yazılır ki, “şahidlər yalnız öz adından ifadə verə bilərlər...” Şahidin dindirilməsi
haqqında maddələr göstərir ki, şahidlər yalnız birinci şəxsin adından dindirilə və ya ifadə verə bilər. Bu
nə deməkdir? Yəni hadisənin içərisində özləri iştirak edən adamlar şahid ola bilərlər. G.Əhmədovanın
bütün şahidləri onun adından danışırlar. Qanun göstərir ki, o halda G.Əhmədovanın “adından danışmaq
olardı ki, iddiaçı ölsün”. Gülər ölməyib. Hələ ölməyib. İnşallah ölməz də. Yəni, əgər Gülər Əhmədova
ölsəydi, o zaman onun saxta və yalançı şahidlərinin verdiyi ifadələr mötəbər sübut kimi bəlkə də tanına
bilərdi. Gülər Əhmədova siyasi hakimiyyətdəki gücündən və nüfuzundan istifadə edərək, həmin o dörd
şahidi istintaqa pərçimləyib. İstintaq da Gülərin qorxusundan – bu gün də həbsdə olan Gülər
Əhmədovanın adı gələndə dəli olursunuz, o zaman görün vəziyyət necə olub – bütün hadisələri
saxtalaşdırıb və mənim üzərimə saxta ittihamları qoyaraq, həbs etdirmək istəyib. Ötən məhkəmə
proseslərindən açıq şəkildə aydın oldu ki, Gülərin həm şahidlərinin heç birinin hansısa yazılardan və
anonslardan xəbəri olmayıb, həm də həmin şahidlərin hamısı qanunla şahid kimi dindirilə bilməzlər.
Çünki Gülər Əhmədovanın özü ölməyib. Qanun onların heç birini şahid qismində tanıya bilməz.
Ramazan Hadıyev özünü burada “biabır etməklə”lə deyil ki... Hər şey ortadadır. S.Tarverdiyevin dediyi
kimi, “qanun bir gün dürmələnib, adamın gözünə girəcək, axı...” Qanun açıq deyir – OLMAZ.
Bu adamların şahid kimi dedikləri ifadələr qəbul edilə bilməz. Şahidin qanunla təmzinlənən halı və
vəzifələri var. İstintaq böyük bir səhv eləyib, yalançının yanına dörd şahid qoşub. Bu adam öz oğlunu
belə şahid kimi göstərməkdən çəkinməyib. İndi həmin oğlunu, Allah salamat qaytarsın, cəbhə bölgəsinə
apardılar ki, anası burada səsini çıxarsa, onu da orada öldürüb, göndərsinlər. Həmin oğlunu, siz
məhkəmə heyəti demədinizmi ki, səsyazısı dinləniləndə bura gətirdəcəyik? Niyə eləmədiniz? Niyə
təkrar onu bura gətirmədiniz? Gülərin oğlu idi, ona görə? Bütün dediklərim onu sübut edir ki, 311.3 ilə
311.3.4 bu cinayət işində yoxdur. Hələ mən Gülərin həbs olunmasını, Gülərin məhz özünün cinayət
törətməsini, özünün rüşvət alıb-verməsini, Gülərin Ramiz Mehdiyevin əlində alət olmasını, Gülərin
R.Mehdiyevin pul yığanı və sayanı olmasını, onun ciayətlərinin əsl şahidi olan Sevinc Babayevanı necə
ölkədən çıxarıb, qaçırdığını, sonradan onu necə öldürtdüyünü demirəm. Bu gün də məlum olur ki,
Gülər Əhmədovanın əsas işi, insanları şantaj etmək, üzünə durmaq, adam tutdurmaq, ev yıxmaq, çıraq
keçirmək olub. Və bu adam o mafiyanın bu işlərini görməsi üçün görəvli adamı olub. Həmin mafiyada –
mütəşəkkil cinayətkar dəstədə bunun rəsmən vəzifəsi bu olub. Bacarmayıblar, şantaj ediblər.
Bacarmayıblar, adamı susdurmaq üçün üzünə durub, həbsə atdırıblar. Mən ilk məhkəmə iclasında –
2012-ci ilin may ayının 14-də sizə vəsatət vermişəm.
G.ƏHMƏDOVA HAQQINDA CM-NIN ƏN AZI 6 MADDƏSILƏ CINAYƏT IŞININ
AÇILMASINI 11 AY ƏVVƏLDƏN DEMIŞDIM
Vəsatətimi qəbul etmədiniz. Dediklərimdən çox az müddət sonra
prokurorluq bu adam haqqında başqa cinayətlərini faş edən
maddələrlə cinayət işi açdı. Baxın, G.Əhmədova hansı maddələrlə
cinayət məsuliyyətinə cəlb olunmalıdır:
1.
AR CM maddə 156 - Şantaj
2.
Maddə 163 - Jurnalistlik fəaliyyətinə maneçilik törətmə
3.
Maddə 312.1 - Nüfuz alveri
4.
Maddə 312.2 - Rüşvət
təklif eləmə
5.
Maddə 178 - Dələduzluq.
Mən burada ilk gündən deyirdim ki, təqdimat verin, bunun deputat toxunulmazlığını qaldırın. Bu adam
fırıldaqçıdır, yalançı və dələduzdur. Sizin hamınız mənə gülürdünüz. Prokuror da özündən getmişdi.
Gördün? İndi mən sizə gülürəm. Nəyə gülürdünüz? Məhkəmə rişğənd yeridir? Yoxsa sizin məntiqinizlə,
bir balaca vəzifəsi olan adam başqalarının üzünə dayanıb, şər-böhtan atıb, onu susdura bilər? İndi
özünüz də deyirsiniz ki, bu adam dələduz və fırıldaqçıdır. Ramazan, mən deyən oldu, olmadı? Oldu.
Gördülər ki, mənə qarşı 311.3.3, və 311.3.4 ilə qaldırılan ittihamları təsdiq edə bilməyəcəklər, dərhal
ona 311.3.2 –ni qoşdular. CM-nin 311.3.3 və 311.3.4 maddələri istintaqın 311.3.2-i isə Prezident
Aparatının “taxtabaş” şöbə müdirinin ağlının məhsuludur. Bizdə necə olur? Əvvəlcə adamı tuturlar,