197
baxmayaraq semantik cəhətdən əlaqəyə girə bilmədiyi üçün
birləşmə əmələ gətirə bilmir. Eləcə də aralarında semantik cəhət-
dən bağlılıq olan ana layla, vətən sevgi, sən atan tipli sözlər də
müvafiq qrammatik forma ilə əlaqələnmədiyindən birləşmə şək-
lində formalaşmır.
Sintaktik əlaqələr. Məlumdur ki, sözlər cümlədə ya tabesizlik,
ya da tabelilik əlaqəsi ilə bir-birinə bağlanır. Şagirdlər bilməlidir-
lər ki, tabesizlik əlaqəsi ilə bağlanan sözlər bərabərhüquqlu,
tabelilik əlaqəsində isə bir söz əlaqədə olduğu başqa sözdən asılı
olur, onu aydınlaşdırır. Müasir Azərbaycan dilində tabelilik
əlaqəsinin üç növü vardır: uzlaşma, idarə və yanaşma.
Uzlaşma əlaqəsinin nitq inkişafı nöqteyi-nəzərindən mühüm
praktik əhəmiyyəti vardır. Aparılan müşahidələr əsasında məlum
olmuşdur ki, şagirdlər uzlaşma əlaqəsi ilə bağlı aşağıdakı tipli
səhvlərə daha çox yol verirlər:
Mən bu gün atamla məktəbə getdik. Uşaqlar meydançada top
oynayır. Camaat bu qərara etiraz etdilər.
Belə nöqsanların qarşısını almaq üçün morfologiyanın tədrisi
zamanı (isim və feli keçərkən) elementar şəkildə də olsa iş aparıl-
malı, sintaksisin tədrisinə hazırlıq görülməlidir. Uzlaşma əlaqəsi
ilə bağlı aşağıdakıları şagirdlərə öyrətmək vacibdir:
Mübtəda insana aid olduqda xəbər onunla uzlaşır. Ancaq bə-
zən bu qanun pozulur; məsələn, şagirdlər oxuyurlar (uzlaşır) .
Uşaqlar top oynayır (uzlaşmır) .
Şagirdlərə başa salmaq lazımdır ki, əgər söz topluluq bildirən
məfhumu ifadə edirsə, xəbər tək halda işlənir ( uşaqlar top oyna-
yır cümləsində olduğu kimi). Yox əgər söz ümumi məfhumu ifa-
də edirsə, yəni qrupa daxil olan əşyaları ayrılıqda nəzərə çatdır-
mağa xidmət edirsə, xəbər cəm olur (şagirdlər oxuyurlar cümlə-
sində olduğu kimi) .
Üslubla bağlı məsələlərdən biri də xəbərin heyvana aid müb-
tədalarla nadir hallarda uzlaşmasıdır. Bunu da qeyd etmək lazım-
dır ki, xəbər canlı əşyalara (insandan başqa) aid mübtədalarla
nadir hallarda uzlaşır.
198
Nitq inkişafı, o cümlədən cümlə qurmaq bacarığının inkişaf
etdirilməsi baxımından mühüm rolu olan mövzulardan biri də
idarə əlaqəsidir. Mövzunun tədrisi zamanı nitq inkişafı ilə bağlı
aşağıdakı işlər görülə bilər:
1.
Fellərin və qoşmaların üslub xüsusiyyətlərinə, sinonimliyi-
nə, onların hallara olan münasibətinə dair çalışmalar.
2.
Eyni felin müxtəlif halları idarə etməsinə aid çalışmalar.
3.
Qoşmalarla idarəyə aid çalışmalar.
Tabelilik əlaqəsinin bir növü olan yanaşma əlaqəsi vasitəsilə
şagirdlər cümlədə sözlərin sırasını, onların mənaca bir-birinə bağ-
landığını öyrənirlər. Tabelilik əlaqələrini və o cümlədən yanaşma
əlaqəsini yaxşı mənimsəyən şagird cümləni sintaqmlara bölmək-
də, mübtəda və xəbər zonasını müəyyənləşdirməkdə, beləliklə də
ifadəli oxuda az çətinlik çəkir.
Müəllim yanaşma əlaqəsini keçərkən nitq inkişafı və o cümlə-
dən cümlə qurmaq vərdişlərinin inkişafı ilə əlaqədar aşağıdakı
çalışmalar üzərində dayanmalıdır:
1.
Birləşmənin əsas ( ikinci tərəf) tərəfinə tabe söz artırmaqla
birləşmə əmələ gətirmək;
2.
Tabe tərəfə (birinci tərəf) tabeedici sözlər artıraraq yanaşma
əlaqəsi ilə düzələn birləşmələr əmələ gətirmək və onları cümlədə
işlətmək;
3. Həmin birləşmələr əsasında cümlələr yaratmaq;
4. Cümlələr vasitəsilə rabitəli mətn tərtib edərək müəyyən ha-
disəni təsvir edən inşa yazdırmaq.
Nitq inkişafı və o cümlədən fikrin sinonim cümlələrlə ifadə
olunması baxımından feli sifət, feli bağlama və məsdər tərkibləri
də xüsusi əhəmiyyətə malikdir.
Feli bağlama tərkibinin tədrisi ilə əlaqədar müəllim şagirdlərin
nitqini inkişaf etdirmək üçün aşağıdakı tipli çalışmalar apara
bilər:
1.
Feli bağlama tərkibli cümlələrlə onlara oxşar mürəkkəb
cümlələrin sinonimliyinə aid çalışmalar;
2.
Bəzi feli bağlamaların özlərinin sinonimliyinə aid
çalışmalar.
199
Feli sifət və məsdər tərkiblərinin tədrisi ilə əlaqədar cümlə
qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər, əsasən, feli
bağlama tərkiblərində olduğu kimi həyata keçirilməlidir.
“Cümlə üzvləri” mövzusunun tədrisi də nitq inkişafı və o
cümlədən şagirdlərin cümlə qurmaq bacarığını formalaşdırmaq
baxımından xüsusi əhəmiyyətə malikdir. Məlumdur ki, qramma-
tik cəhətdən formalaşan, müəyyən fikir ifadə edən cümlə tərkib
hissələrə – üzvlərə malik olur. Cümlə üzvlərindən bəziləri cümlə-
ni quruluş cəhətdən yaratmaqda və bitmiş bir fikri ifadə etməkdə
xüsusi əhəmiyyətə malikdirsə, digərləri bunları izah etməyə,
aydınlaşdırmağa xidmət edir. Cümlə üzvləri cümlənin təşkilindəki
mövqeyinə görə iki yerə bölünür: baş üzvlər, ikinci dərəcəli
üzvlər. Baş üzvlər, yəni mübtəda və xəbər cümlənin qurulmasında
aparıcıdır, digər üzvlər isə cümlənin genişlənməsinə, orada ifadə
olunan fikrin aydınlaşmasına xidmət edir.
Hər bir cümlə üzvünün tədrisindən sonra şagirdlərə həmin
cümlə üzvünə aid müvafiq materiallardan nümunələr seçmək və
onları cümlədə işlətməyi tapşırmaq yolu ilə cümlə qurmaq
vərdişlərinin inkişafına nail olmaq olar. Ardıcıllığa əməl edərək
əvvəlcə dərslikdəki, sonra müəllimin söylədiyi və şagirdlərdən
aldığı, daha sonra isə bədii ədəbiyyatdan seçilmiş nisbətən çətin
misallardan istifadə etmək daha yaxşı nəticə verir.
Şagirdlərin zehni fəallığını təmin etmək, təfəkkür və nitqlərini
inkişaf etdirmək nöqteyi-nəzərindən aşağıdakı tipli çalışmaların
xüsusi əhəmiyyəti vardır:
1.
Verilmiş söz və söz birləşmələrini cümlədə mübtəda
vəzifəsində işlədin.
2.
Mətn içərisində verilmiş mübtədaların ifadə vasitələrini
müəyyənləşdirin.
3.
Cümlədə mübtəda vəzifəsində işlədilən sözü və ya söz bir-
ləşməsini onları əvəz edə biləcək nitq vahidləri ilə ifadə edin və s.
“Həmcins üzvlər” müvzusunun tədrisi prosesində isə əsas
diqqət eyni söz və şəkilçilərin yersiz təkrarına yönəldilməlidir.
Çünki bu cür səhvlərə yol vermək nitqdə ağırlıq yaradır və son
nəticədə şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişafına mane
Dostları ilə paylaş: |