200
olur. Bu nöqsanları aradan qaldırmaq üçün dərs prosesində
aşağıdakı tipli çalışmalara üstünlük vermək faydalı olar:
1.
Verilmiş cümlələrdəki fikri həmcins üzvü olmayan bir neçə
cümlə ilə ifadə edin
2.
Verilmiş cümlələrdəki fikri həmcins üzvlü cümlə ilə ifadə
edin:
3. Aşağıdakı cümlələrdə işlənmiş artıq sözləri ixtisara salın:
4. Bu cümlələrdə artıq, yersiz işlədilmiş şəkilçiləri ixtisar edin
və s.
Cümlədə sözlərin sırası. Şagirdlərin səlis və dolğun cümlə
qurmaq bacarığını artırmağa təsir edən amillərdən biri də sözləri
düzgün sıralamaqdan, onların arasındakı qrammatik və məna əla-
qələrini gözləməkdən ibarətdir.
Cümlədə sözlərin sırası sabit, dəyişməz olmur. Belə ki, ifadə
edilən fikirdən asılı olaraq cümlədəki sözlər müxtəlif şəkildə
sıralanır və bu səbəbdən məntiqi vurğu müxtəlif sözün üzərinə
düşür. Məsələn, əgər Əlinin kitabı başqasına deyil, məhz atasına
verdiyini demək istəyiriksə: Əli kitabı atasına verdi cümləsindən
istifadə etməliyik. Əlinin atasına başqa şey yox, məhz kitabı ver-
diyini bildirmək istəyiriksə, cümləni bu şəkildə qurmalıyıq: Əli
atasına kitabı verdi. Kitabı atasına başqasının yox, məhz Əlinin
verdiyini bildirmək istəyiriksə, cümləni belə qurmalıyıq: Kitabı
atasına məhz Əli verdi.
Çox vaxt şagirdlər söz sırasının əsasında məhz ifadə edilən
fikrin durduğunu unudaraq cümləni qrammatikanın tələblərinə
uyğun aşağıdakı düstur əsasında qururlar:
Təyin—mübtəda—tamamlıq—zərflik—xəbər.
Cümlə tərtibində hər bir üzvün özünəməxsus rolu vardır. Hər
hansı cümlənin xəbəri məna və şəkilcə mübtədaya uyğun olan
sözlə ifadə edilməli, ondan asılı vəziyyətdə olmalıdır. Bu prinsip
pozulsa, cümlənin forma və məzmununda uyğunsuzluq yaranar.
Mübtəda və xəbər cümlənin qurulmasında aparıcı rola malik
olduğu üçün ikinci dərəcəli üzvlər baş üvlərdən asılı olaraq sırala-
nır. Bir qayda olaraq, mübtəda əvvəl, xəbər isə sonra gəlir. Lakin
bu ardıcıllıq bəzən şeirdə, bədii əsərlərdə surətlərin dilində, şifahi
201
nitqdə pozulur. İkinci dərəcəli üzvlərdən qeyri-müəyyən vasitəsiz
tamamlıq həmişə xəbərin yanında işlənir; məsələn,
Sahib şəkil
çəkir. Aysel kitab oxuyur. Sənubər çantadan qələm götürdü...
Yanaşma əlaqəsinə girən sözlər leksik mənaya əsasən uyğun-
laşdıqları üçün cümlə daxilində onları bir-birindən uzaqlaşdırmaq
olmaz; məsələn: Mən mağazadan maraqlı kitab aldım. Mən ma-
raqlı kitabı mağazadan aldım.
Bütün bunlardan belə bir ümumi nəticəyə gəlmək olur ki,
Azərbaycan dili məktəb kursunun əsas bölmələrindən olan
sintaksisin tədrisi prosesində şagirdlərin nitq inkişafının bütün
sahələrini, o cümlədən cümlə qurmaq vərdişlərini inkişaf
etdirmək üçün geniş imkanlar vardır. Müəllim bu imkanlardan
istifadə edərək şagirdlərin səlis, məzmunca dolğun, obrazlı
cümlələr qurmaq və onlardan yerli-yerində istifadə etmək
bacarığını formalaşdırmalıdır.
Nəticə
1.
Şagirdlərin ədəbi nitqini və o cümlədən cümlə qurmaq vər-
dişlərini inkişaf etdirmək müasir dərsə verilən başlıca tələblər-
dəndir.
2.
Şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişaf etdiril-
məsində Azərbaycan dili məktəb kursunun bütün bölmələrinin,
eləcə də sintaksisin rolu əvəzedilməzdir.
3.
Sintaktik mövzuların, demək olar ki, hamısı şagirdlərin
cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsi baxımından xüsusi
əhəmiyyətə malikdir.
4.
Şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişafına yönəldil-
miş bütün işlər müəllimin və şagirdlərin birgə fəaliyyətinə
əsaslanmalıdır.
202
Ədəbiyyat
1.
Ə.Əfəndizadə, N.Əhmədov, Ə.Kəlbəliyev, S.Vahidov.Orta
məktəbdə Azərbaycandilinin tədrisi, II hissə, “Maarif”, Bakı,
1977.
2.
Ə.Əfəndizadə, B.Əhmədov, M.Həsənov, Y.Əfəndiyev. Azər-
baycan
dilinin tədrisi, II hissə, Bakı, “Maarif”, 1966.
3.
H.Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodi-
kası, Bakı, 2003.
4.
B.Əhmədov. Sadə cümlənin tədrisi prosesində nitq inkişafı
üzrə aparılan işlər, Bakı, 1964.
Xülasə
Məqalə şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişaf etdiril-
məsi yolları və bu inkişaf prosesində sintaktik mövzuların əhə-
miyyətindən bəhs edir. Məlum olur ki, nitq inkişafı, o cümlədən
cümlə qurmaq bacarığının formalaşmasında sintaktik mövzuların
hər biri xüsusi əhəmiyyətə malikdir.
Açar sözlər: nitq inkişafı,
sintaksis, cümlə,
üslubiyyat, çalış-
malar.
Резюме
В статью входят способы развития привычек учеников
составлять предложения и необходимость синтаксических
тем в данном развитии. Известно, что для развития речи, а
также формирования способности построения предложения
каждая из синтаксических тем играет важную роль.
Ключевые слова: развитие речи, синтаксис,предложение,
стилистика, упражнения.
Summary
The article includes the ways of developing the habits of
students in writing sentences and the need for the syntax themes
in this development. It is known that for the speech development
and the formation of the capacity of building the sentences each
of the syntax themes plays an important role.
Key words: speech development, syntax, sentence, stylistics,
exercises.