190
nı düzgün tapmamışdır. Bunlar sözdüzəldici yox, qrammatik şə-
kilçilərdir.
Açar söz:
sifət, leksik şəkilçi, atributiv
Резюме
В научно-исследовательские работы, учебники и ресур-
сы, суффиксы “sız” u “lı” отмечена как очень продуктивным
суффиксом. На наш взгляд, это не правильные обозначение
суффиксы в книги морфологии. Они не словообразование,
суффиксы а грамматические .
Kлючевое слово: прилагательное, лексический суффикс,
атрибутивный
Summary
It is noted in researching works, textbooks and in educational
supplies that the suffixes “sız” and “li” is the productive adjective
make suffixes. In our opinion these suffixes is noted seted in a
correct way in morphology books. These are not world – building
suffixes, but grammatical suffixes.
Key word: adjectives, lexical suffix, attributiv
191
Talıblı Jalə
magistr
SÜLEYMAN RÜSTƏMİN “AZƏRBAYCANA GƏLSİN”
ŞEİRİNİN TƏDRİSİ
Hədəflər:
1.
Əsərin ideyasının
müəyyənləşdirilməsi;
2.
Əsərin tərbiyəvi əhəmiyyəti.
Motivasiya mərhələsində müəllim internetdən Azərbaycana
aid şəkil seçir və şagirdlərə nümayiş etdirir. Müəllim şagirdlərdən
soruşur: “Uşaqlar, siz burada nə görürsünüz? Bu şəkildə nə təsvir
olunub?” Şagirdlərdən cavab alınır. Sonra isə müəllim onlara yeni
bir sual ünvanlayır: “Uşaqlar, deməli, biz bu gün nə barədə danı-
şacağıq?” Şagirdlərdən cavab alınandan sonra müəllim davam
edir: “Uşaqlar, siz çox doğru buyurdunuz. Bu gün biz Süleyman
Rüstəmin “Azərbaycana gəlsin” şeiri barədə danışacağıq”. Möv-
zunun adı dəqiq şəkildə ekranda göstərilir. Daha sonra tədqiqat
sualı verilir: “Siz şair olsaydınız Azərbaycanın hansı xüsusiyyət-
lərini, cəhətlərini şeirdə necə əks etdirərdiniz?”. Sual ekranda gös-
tərilir, şagirdlərdən alınan cavablar da tədqiqat sualının altında
qeyd olunur.
Tədqiqatın aparılması mərhələsində şagirdlər qruplara bölü-
nür. Buna əsasən müəllim sinfi beş qrupa bölür. O, qruplara aşa-
ğıdakı sualları ünvanlayır:
Birinci qrupun taşırığı:
1.
Verilmiş bəndin ideyasını müəyyənləşdirin:
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin.
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin.
2.
Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə
bilərsiniz?
İkinci qrupun taşırığı:
1.
Verilmiş bəndin ideyasını müəyyənləşdirin:
Qanımızda dövr edən sədaqətdir, sədaqət,
192
Günəşdən də parlaqdır gözümüzdə həqiqət.
Dostuna, qardaşına təmənnasız məhəbbət,
Hörmət görmək istəyən Azərbaycana gəlsin.
2.
Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə
bilərsiniz?
Üçüncü qrupun taşırığı:
1.
Verilmiş bəndin ideyasını müəyyənləşdirin:
Gözəlliklər vətənə gözəllərindən gəlir,
Dostluğun, qardaşlığın təməllərindən gəlir,
Könüllərin müqəddəs əməllərindən gəlir,
Qüdrət görmək istəyən Azərbaycana gəlsin.
2.
Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə
bilərsiniz?
Dördüncü qrupun taşırığı:
1.
Verilmiş bəndin ideyasını müəyyənləşdirin:
Payızında, qışında, baharında, yazında,
Dinər dostluq nəğməsi könüllərin sazında.
Sabaha addımlayan mərd oğlunda-qızında,
Qeyrət görmək istəyən Azərbaycana gəlsin.
2.
Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə bilərsi-
niz?
Beşinci qrupun taşırığı:
1.
Verilmiş bəndin ideyasını müəyyənləşdirin:
Sonsuz gözəlliyindən çətindir, məncə, doymaq,
Məhəbbəti, şöhrəti dolanır oymaq-oymaq.
Bayrağının altında alnıaçıq-üzüağ,
Millət görmək istəyən Azərbaycana gəlsin.
2.
Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə bilərsi-
niz?
Məlumatın mübadiləsi mərhələsində hər bir qrupun lideri təd-
qiqatın nəticələrini sinfə təqdim edir. Bu nəticələr aşağıdakı kimi
ola bilər:
Birinci qrupun cavabları:
193
1.
Bu bənddə Azərbaycanın sərvətindən, ölkənin cənnət kimi
olmasından söhbət açılır. Bəndin əsas ideyası “bitib tükənməyən
sərvət”imizdir.
2.
Azərbaycanın çoxlu sərvətləri vardır. Məsələn: neft, qaz,
yeraltı və yerüstü sərvətlər. Bu sərvəti qorumaq, ondan düzgün
istifadə etmək lazımdır.
İkinci qrupun cavabları:
1.
Bu bəndin əsas ideyası budur ki, Azərbycan xalqı
dostluqda möhkəm və sədaqətlidir.
2.
Dosta, qardaşa hər zaman hörmət etmək, onlara vəfalı
olmaq lazımdır.
Üçüncü qrupun cavabları:
1.
Bənddə ifadə olunan ideya budur ki, Azərbaycan
gözəlliklər diyarıdır.
2.
Vətənin gözəlliyini, təbiətini göz bəbəyi kimi qorumaq
lazımdır.
Dördüncü qrupun cavabları:
1.
Bəndin ideyası budur ki, Azərbaycan qurub-yaradanlar
yurdudur.
2.
Azərbaycan gələcəyə inamlı addımlarla irəliləyir. Bunun
üçün biz də əlimizdən gələni etməliyik.
Beşinci qrupun cavabları:
1.
Bənddə ifadə olunan ideya budur ki, Azərbaycan azad və
xoşbəxt millətin vətənidir.
2.
Azərbaycanın dövlət atributlarına hörmətlə yanaşmaq, on-
ların hər birinin xüsusiyyətlərini bilmək lazımdır. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının
Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və
Azərbaycan Respublikasının Dövlət himnidir. Bayrağımızda olan
mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın,
yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz
isə xoşbəxtlik və səadət rəmzidir. Dövlət gerbi palıd budaqların-
dan və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxa-
nının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respub-