DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə61/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

190 

 

nı  düzgün  tapmamışdır.  Bunlar  sözdüzəldici  yox,  qrammatik  şə-



kilçilərdir. 

Açar söz:

 sifət, leksik şəkilçi, atributiv 



Резюме 

В  научно-исследовательские  работы,  учебники  и  ресур-

сы, суффиксы “sız” u “lı” отмечена как очень продуктивным 

суффиксом.  На  наш  взгляд,  это  не  правильные  обозначение 

суффиксы  в  книги  морфологии.  Они  не  словообразование, 

суффиксы а грамматические .      



Kлючевое слово: прилагательное, лексический суффикс, 

атрибутивный  

 

Summary 

It is noted in  researching works, textbooks and in educational 

supplies that the suffixes “sız” and “li” is the productive adjective 

make suffixes.  In our opinion  these  suffixes is noted seted in  a 

correct way in morphology books. These are not world – building 

suffixes, but grammatical suffixes. 



Key word: adjectives, lexical suffix, attributiv 

 


191 

 

Talıblı Jalə  

magistr 

 

 



SÜLEYMAN RÜSTƏMİN “AZƏRBAYCANA GƏLSİN” 

ŞEİRİNİN TƏDRİSİ  

 

Hədəflər: 

1.

 



Əsərin ideyasının müəyyənləşdirilməsi

2.

 



Əsərin tərbiyəvi əhəmiyyəti. 

 

Motivasiya  mərhələsində  müəllim  internetdən  Azərbaycana 



aid şəkil seçir və şagirdlərə nümayiş etdirir. Müəllim şagirdlərdən 

soruşur: “Uşaqlar, siz burada nə görürsünüz? Bu şəkildə nə təsvir 

olunub?” Şagirdlərdən cavab alınır. Sonra isə müəllim onlara yeni 

bir sual ünvanlayır: “Uşaqlar, deməli, biz bu gün nə barədə danı-

şacağıq?”  Şagirdlərdən  cavab  alınandan  sonra  müəllim  davam 

edir: “Uşaqlar, siz çox doğru buyurdunuz. Bu gün biz Süleyman 

Rüstəmin  “Azərbaycana  gəlsin”  şeiri  barədə  danışacağıq”.  Möv-

zunun  adı  dəqiq  şəkildə  ekranda  göstərilir.  Daha  sonra  tədqiqat 

sualı  verilir:  “Siz  şair  olsaydınız  Azərbaycanın  hansı  xüsusiyyət-

lərini, cəhətlərini şeirdə necə əks etdirərdiniz?”. Sual ekranda gös-

tərilir,  şagirdlərdən  alınan  cavablar  da  tədqiqat  sualının  altında 

qeyd olunur. 

Tədqiqatın  aparılması  mərhələsində  şagirdlər  qruplara  bölü-

nür. Buna əsasən müəllim sinfi beş qrupa bölür. O, qruplara aşa-

ğıdakı sualları ünvanlayır: 

Birinci qrupun taşırığı: 

1.

 

Verilmiş bəndin ideyasını müəyyənləşdirin: 



Vətənimin seyrinə çağırıram elləri, 

Sərvət görmək istəyən Azərbaycana gəlsin. 

Bəzənib başdan-başa şəhərləri, kəndləri, 

Cənnət görmək istəyən Azərbaycana gəlsin

2.

 



Bu  bəndin  tərbiyəvi  əhəmiyyəti  haqqında  nə  deyə 

bilərsiniz? 

İkinci qrupun taşırığı: 

1.

 



Verilmiş bəndin ideyasını müəyyənləşdirin: 

Qanımızda dövr edən sədaqətdir, sədaqət, 


192 

 

Günəşdən də parlaqdır gözümüzdə həqiqət. 



Dostuna, qardaşına təmənnasız məhəbbət

Hörmət görmək istəyən Azərbaycana gəlsin. 

2.

 



Bu  bəndin  tərbiyəvi  əhəmiyyəti  haqqında  nə  deyə 

bilərsiniz? 

Üçüncü qrupun taşırığı: 

1.

 



Verilmiş bəndin ideyasını müəyyənləşdirin: 

Gözəlliklər vətənə gözəllərindən gəlir, 

Dostluğun, qardaşlığın təməllərindən gəlir

Könüllərin müqəddəs əməllərindən gəlir,  

Qüdrət görmək istəyən Azərbaycana gəlsin. 

2.

 



Bu  bəndin  tərbiyəvi  əhəmiyyəti  haqqında  nə  deyə 

bilərsiniz? 

Dördüncü qrupun taşırığı: 

1.

 



Verilmiş bəndin ideyasını müəyyənləşdirin: 

Payızında, qışında, baharında, yazında, 

Dinər dostluq nəğməsi könüllərin sazında. 

Sabaha addımlayan mərd oğlunda-qızında, 

Qeyrət görmək istəyən Azərbaycana gəlsin. 

2.

 



Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə bilərsi-

niz? 


 

Beşinci qrupun taşırığı: 

1.

 

Verilmiş bəndin ideyasını müəyyənləşdirin: 



Sonsuz gözəlliyindən çətindir, məncə, doymaq, 

Məhəbbəti, şöhrəti dolanır oymaq-oymaq. 

Bayrağının altında alnıaçıq-üzüağ, 

Millət görmək istəyən Azərbaycana gəlsin. 

2.

 



Bu bəndin tərbiyəvi əhəmiyyəti haqqında nə deyə bilərsi-

niz? 


Məlumatın mübadiləsi mərhələsində hər bir qrupun lideri təd-

qiqatın nəticələrini sinfə təqdim edir. Bu nəticələr aşağıdakı kimi 

ola bilər: 

Birinci qrupun cavabları: 




193 

 

1.



 

Bu bənddə Azərbaycanın sərvətindən, ölkənin cənnət kimi 

olmasından  söhbət  açılır.  Bəndin  əsas  ideyası  “bitib  tükənməyən 

sərvət”imizdir. 

2.

 

Azərbaycanın  çoxlu  sərvətləri  vardır.  Məsələn:  neft,  qaz, 



yeraltı  və  yerüstü  sərvətlər.  Bu  sərvəti  qorumaq,  ondan  düzgün 

istifadə etmək lazımdır. 

İkinci qrupun cavabları: 

1.

 



Bu  bəndin  əsas  ideyası  budur  ki,  Azərbycan  xalqı 

dostluqda möhkəm və sədaqətlidir. 

2.

 

Dosta,  qardaşa  hər  zaman  hörmət  etmək,  onlara  vəfalı 



olmaq lazımdır.  

Üçüncü qrupun cavabları: 

1.

 

Bənddə  ifadə  olunan  ideya  budur  ki,  Azərbaycan 



gözəlliklər diyarıdır. 

2.

 



Vətənin  gözəlliyini,  təbiətini  göz  bəbəyi  kimi  qorumaq 

lazımdır. 

Dördüncü qrupun cavabları: 

1.

 



Bəndin  ideyası  budur  ki,  Azərbaycan  qurub-yaradanlar 

yurdudur. 

2.

 

Azərbaycan  gələcəyə  inamlı  addımlarla  irəliləyir.  Bunun 



üçün biz də əlimizdən gələni etməliyik. 

 

Beşinci qrupun cavabları:  



1.

 

Bənddə ifadə olunan ideya budur ki, Azərbaycan azad və 



xoşbəxt millətin vətənidir. 

2.

 



Azərbaycanın dövlət atributlarına hörmətlə yanaşmaq, on-

ların  hər  birinin  xüsusiyyətlərini  bilmək  lazımdır.  Azərbaycan 

Respublikasının  dövlət  rəmzləri  Azərbaycan  Respublikasının 

Dövlət  bayrağı,  Azərbaycan  Respublikasının  Dövlət  gerbi  və 

Azərbaycan Respublikasının Dövlət himnidir. Bayrağımızda olan 

mavi rəng türkçülüyün, qırmızı rəng müasirlik və demokratiyanın, 

yaşıl rəng isə islamın simvoludur. Aypara və səkkiz guşəli ulduz 

isə xoşbəxtlik və səadət rəmzidir. Dövlət  gerbi palıd budaqların-

dan və sünbüllərdən ibarət  qövsün üzərində  yerləşən şərq qalxa-

nının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respub-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə