194
likasının Dölət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz,
ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycanın dövlət
himni böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad
tərəfindən tərtib edilmiş “Azərbaycan marşı”dır.
Məlumatın müzakirəsi və təşkili mərhələsində müəllim iş və-
rəqlərindəki məlumatların müzakirə ediləcəyini elan edir. Burada-
kı oxşar fikirlər müəyyən olunur, yığcamlaşdırılır və yekun
məlumat ortaya qoyulur.
Nəticələrin çıxarılması mərhələsində tədqiqatın yekununu əks
etdirən qənaətlərlə motivasiya mərhələsindəki tədqiqat sualı və
ona dair irəli sürülmüş ilkin fərziyyələr tutuşdurulur, nələrin üst-
üstə düşdüyü, nələrinsə yeni olduğu aydınlaşdırılır.
Yaradıcı tətbiqetmə mərhələsində əldə olunmuş yeni bilik ya-
radıcı şəkildə tətbiq olunur. Bunun üçün müəllim yaradıcı tapşı-
rıqlardan istifadə edir.Müəllim mövzunun tələbindən, dərsin məq-
sədindən irəli gələn istənilən yaradıcı tapşırığı ümumi formada
şagirdlərə elan edir, kim nəyi bacarırsa onu da yerinə yetirir.
Refleksiya mərhələsində biliyin əldə olunması yollarına nəzər
salınır. Şagirdlərdən soruşulur ki, “gəlin görək biz bu bilikləri
necə əldə etdik? Əvvəlcə nədən başladıq? Sonra hansı işləri
gördük? Daha sonra nə etdik?”
Nəticə
1.
Şeirin ideyası müəyyənləşdirildi. Azərbaycan sərvəti tü-
kənməz, dostluqda möhkəm, gözəlliklər diyarı, qurub-yaradanlar
yurdu, azad, xoşbəxt millətin vətənidir.
2.
Şeirin tərbiyəvi əhəmiyyəti aydınlaşdırıldı. Azərbaycanın
sərvətini qorumaq, ondan düzgün istifadə etmək, dosta, qardaşa
hər zaman hörmət etmək, onlara vəfalı olmaq, Vətənin gözəlliyi-
ni, təbiətini göz bəbəyi kimi qorumaq, Vətənin rifahı üçün əlimiz-
dən gələni etmək, Azərbaycanın dövlət atributlarına hörmətlə
yanaşmaq, onların hər birinin xüsusiyyətlərini bilmək lazımdır.
195
Ədəbiyyat
1.
F.Yusifov “Ədəbiyyatın tədrisi metodikası”, Bakı, 2010.
2.
V sinif “Ədəbiyyat” dərsliyi. Bakı, 2012.
3.
V sinif müəllimlər üçün metodik vəsait. Bakı, 2012.
Xülasə
Məqalə S.Rüstəmin “Azərbaycana gəlsin” şeirinin tədrisi
metodikasından bəhs edir. İnteraktiv təlim metodlarının dərslərə
tətbiqi biliyi asanlaşdırır, şagirdin fəallığını təmin edir. Belə ki,
şagird özü də bilmədən diskussiyaya qoşulur, öz-özünü tanımağa
məcbur olur.
Açar sözlər: Fəal/interaktiv təlim, tapşırıq, qrup, müəllim,
şagird.
Резюме
В статъе говоритъся о методике обучения в пятом классе
стихотворения С.Рустам «Azərbaycana gəlsin». Применение
методов интерактивного обучения на уроках облегчает
приобретаемых знаний, обеспечивает активностъ ученика.
Ученик сам того не зная, вовлекается в дискуссию, заставляя
узнаватъ самого себя.
Ключевые слова: активное/интерактивное обучение,
задание, груп, учителъ, ученик.
Summary
This article deals with the teaching methods of the poem
“Azərbaycana gəlsin” in the fifth form by S.Rustam. Interactive
training methods simplifies studies and provides student’s
activity. So the student joins discussions without knowing
oneself, are forced to know oneself.
Key words: active/interactive training, exercise, group,
teacher, student.
196
Ələkbərova Tamilla
magistr
SİNTAKSİSİN TƏDRİSİNDƏ CÜMLƏ QURMAQ
VƏRDİŞLƏRİNİN FORMALAŞDIRILMASI ÜZRƏ
GÖRÜLƏN İŞLƏR
Müasir dərsə verilən tələblərdən biri də şagirdlərin ədəbi nit-
qini inkişaf etdirməkdir. Buna nail olmaq üçün şagirdlərin lüğət
ehtiyatını zənginləşdirmək, ədəbi tələffüzünü yaxşılaşdırmaq, or-
foqrafik və durğu işarələri biliyini genişləndirmək, forma və məz-
munca səlis, dolğun cümlələr qurmaq, mətn tərtib etmək bacarı-
ğını artırmaq lazımdır.
Nitqin inkişafına yönədilmiş işlər Azərbaycan dilinin bütün
bölmələrində həyata keçirilsə də bu sahədə sintaksisin rolu əvəz-
edilməzdir. Sintaktik mövzuların, demək olar ki, hamısı nitq inki-
şafı, o cümlədən cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsi
baxımından bu və ya digər dərəcədə əhəmiyyətə malikdir. Bunu
əyani şəkildə sübut etmək üçün nitq inkişafı ilə əlaqədər sintak-
sisdən bəzi mövzuların tədrisinə diqqət yetirək:
Cümlədə sözlərin əlaqəsi. Mövzunun tədrisinə şagirdlərə söz
birləşməsi və onun quruluşu haqqında məlumat verməklə başla-
maq daha faydalı olar. Əvvəlcə şagirdlərə müqəddəs torpaq, mək-
təbə getmək, bizim ölkəmiz, tipli söz birləşmələri təqdim olunur və
onlar üzərində iş aparılır. Şagirdlər həm morfologiya, həm də sin-
taksis bəhsinin tədrisi zamanı qazandıqları biliklər əsasında həmin
söz birləşmələri arasındakı forma və məzmun bağlılığını asanlıqla
şərh edirlər. Məlum olur ki, sözlərin birləşmə şəklində formalaş-
ması üçün bu iki əlamətin – forma və məzmun bağlılığının olması
vacib şərtdir. Yəni sözlər həm mənasına görə bir-biri ilə əlaqəyə
girməli, həm də həmin məna bağlılığı müvafiq qrammatik forma
ilə ifadə olunmalıdır. Bu iki əlamətdən birinə riayət olunmazsa,
yanaşı gələn iki söz heç vaxt birləşmə əmələ gətirə bilməz. Mə-
sələn, qısa çay, qara pambıq, yaşıl səma tipli birləşmələrə daxil
olan sözlər quruluşunda qrammatik cəhətdən nöqsan olmamasına
Dostları ilə paylaş: |